Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə73/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   148

uyğun olaraq təbiəti və insan aləmini dəyişdirməkdir. Çox az 

halda  adamlar  öz  dəyişdirici  fəaliyyətləri  olmadan  yaşaya 

bilərlər. Məhz buna görə də texnika bütün tarix boyu insanın 

mövcudluğunun 

zəruri 

tərkib 


hissəsidir. 

İqtisadi 

münasibətlərin  sənaye  və  kənd  təsərrüfatı  münasibətinə 

dəyişməsi,  elmin  əsaslandırdığı  yeni  texnologiyanın  işlənib 

hazırlanması və tətbiqi-cəmiyyətin ictimai iqtisadi inkişafının 

vahid  prosesinin  iki  tərəfidir.  Texnika  öz-özlüyündə  səbəb 

deyildir,  o  yalnız  vasitə  kimi  dəyərlidir.  Əlbəttə  texnikaya 

müstəqil  fenomen  kimi  baxmaq  olar,  ancaq  bu  müstəqillik 

nisbidir:  texnika  üzvü  şəkildə  ictimai  varlıq  və  şüumn 

kontekstinə  daxildir,  sivilizasiyanın  əsasını  təşkil  edir,  indiki 

zaman axımmdadır və daimi tərəqqi edir. Texnika özlüyündə 

nə  yaxşı,  nə  də  pis  deyildir.  Hər  şey  insanın  ondan  nə 

etməsindən, onun nəyə xidmət etməsindən, onun hansı şəraitdə 

olmasından, onun hansı insana tabe olmasından, onun vasitəsi 

ilə insanın özünü necə göstərməsindən asılıdır. Texnika onunla 

nəyə nail olmaqdan asılı deyildir. Müstəqil bir mahiyyət kimi 

texnika-  səmərəsiz  gücdür,  son  nəticədə  vasitənin  məqsəd 

üzərindəki  qələbəsini  iflic  edir.  Texnika  öz  quruculuq  və 

dağıdıcılıq imkanları baxımından nə qədər qüdrətli gücə malik 

olsa da prinsipcə həmişə insanın əqlinə və iradəsinə tabe olan 

vasitə, silahdır. Əql isə, Hegel demişkən, qüdrətli oduğu qədər 

də  hiyləgərdir.  Texnikanı  fəlsəfi  baxımdan  təhlil  edən 

Haydeqqer  göstərmişdir  ki,  texnikaya  istiqamətlənən  elmin 

tarixən  yaranması  və  ixtisaslaşması,  hətta  elmlərin  özü  də, 

xüsusilə  də  cihazqayırma  sahəsi,  texnikanın  hesabına  inkişaf 

edir. Haydeqqerə görə, texnika, sadəcə olaraq, “texniki aləmi” 

qurmur,  o,  ictimai  varlığın  az  qala  bütün  məkanını  öz 

imperativinə tabe edir, tarixin, xüsusilə 



2.22 


də  onun  dövrloşməsinin  dərk  olunmasına  təsir  edir.  İndi 

texnikanın hər sahədə müdaxiləsi müxtəlifdir, həttə bəzən onu 

anlamaq  belə  mümkün  olmur.  Texnika  varlığın  dərin 

xassələrini aşkar etməyin mühüm vasitəsidir - xüsusilə tibbdə, 

astronomiyada,  biologiyada  bu  özünü  daha  aydın  göstərir. 

Hal-hazırda  texnikanın  güelü  inkişafı  müşahidə  olunur, 

bununla yanaşı texnika fenomeninin fəlsəfi tətbiqi genişlənir. 

İnsan  fəlsəfəsi  kimi  başa  düşülən  texnikanın  fəlsəfəsi 

onu tələb edir ki, texnika insan imperativinə tabe edilməlidir. 

Texnikanın  fəlsəfəsi  tələb  edir  ki,  insan  təbiətin  incə 

tarazlığına  hörmətlə  yanaşmalıdır  və  dünyanın  elə  ahənginə 

yol verilməlidir ki, bu həmin tarazlığı dağıtmasın, onu daha da 

möhkəmləndirsin.  İnsanın  biliyi  digər  yaradılanlara  qarşı 

çevrilməməli,  o  təbiəti  daha  yaxşı  anlamağa  kömək  edən 

qüvvə  olmalıdır.  Tərəqqi  təbiətdəki  varlıqların  məhvinə 

xidmət  etməməli,  insanın  mənəvi  yetkinliyinə,  onun  təbiətlə 

hormoniyasma istiqamətlənməlidi. Texnikanın fəlsəfəsi təsdiq 

edir  ki,  cəmiyyət  və  sivilizasiya  bizə  ciddi  dərs  vermişdir, 

əvvəllər  biz  buna  yüngülvari  yanaşırdıq,  o,  bizim 

sağlamlığımızı, bütövlüyümüzü saxlamağa qadirdir. 

Texnikanın  fəlsəfəsi  kontekstində  insan  və  texnika 

məsələsinə də münasibət bildinnək vacibdir. Deyirlər istənilən 

kifayət  qədər  inkişaf  etmiş  texnologiya  magiyadan 

seçilməzdir.  Texnologiya  dünyanın  elə  dəyişdirilməsi 

incəsənətidir ki, onunla bir də toqquşmursan. Ancaq maraqlıdır 

ki, texnika nə qədər qüdrətli olsa da pilləkənə nisbətən lift daha 

tez-tez qırılır. Elm cansız obyektləri üç qrupa bölür; fəaliyyət 

göstəıməyənlər, sınanlar, itənlər. İnsan həmişə texnika ilə bağlı 

olmuşdur: 

0

 texnikanın məhsullarını istehsal edir, istifadə edir 



və ya 

223 


yeyir. Eyni zamanda insanın özü də - öz texniki fəaliyyətinin 

nəticəsidir. Texnikanın inkişaf prosesi üç mərhələni əhatə edir:

 

əl əməyi alətləri, maşınlar, 



avtomatlar. Texnika öz inkişafında bu gün fiziki əmək və onun 

təşkili  oxşarlığından  insanın  mental  xassələrinə  oxşarlığına 

doğru hərəkət etməklə öz insan səviyyəsinə yaxınlaşır. İnsanın 

texniki yamsılaması maddi, fiziki və əyani baxımdan nə qədər 

zəif  olursa  texnikanın  mənimsənilməsi  və  ona  nəzarət  bir  o 

qədər  çətin  olur.  Belə  ki,  insanın  etdiyi  nə  varsa  onun 

insaniliyindən  irəli  gəlir,  texnika  həmişə  insanın  özünü 

reallaşdırması  və  özünü  dərk  etməsi  vasitəsidir.  Bütün  tarixi 

anlarda  texnika  insanları  və  həmin  dövrün  insanı  ideyalarını 

əks  etdirir.  Müasir  texnikanın,  xüsusilə  onun  mikrobiologiya 

və  informatika  sahələrinin,  araşdırılması  nəticəsində  bu  daha 

aydın  gömnür.  Bu  sahədə  kəşflər  və  ixtiralar  insan  və  insan 

aləmi haqqında yeni biliklərə gətirib çıxarır. 

Texnika 


fəlsəfəsinin 

məşğul 


olduğu 

mühüm 


problemlərdən  biri  texnikanı  yaradan  və  ondan  istifadə  edən 

insan problemi və konsepsiyasıdır. Hal-hazırda bu problemin 

özünəməxsusluğu  insanın  ixtiyarında  olan  texnologiyanın 

hədsiz  dərəcədə  inkişafı  ilə  bağlıdır.  Bununla  belə  texniki 

tədbirlərə və ya əlavə təsirə məruz qalan adamların sayı xeyli 

artmışdır.  Eyni  zamanda  təbiət  siteminin  özü  insan 

fəaliyyətinin  predmetinə  çevrilmiş,  insan  öz  müdaxiləsi  ilə 

daimi olaraq onu poza və hətta dağıda bilir. Şübhəsiz bu tamam 

yeni vəziyyətdir: əvvəllər insan öz həyatını məhv etmək üçün 

bu  qədər  gücə  malik  olmamışdır.  Öz  yaşayış  şəraitini 

yaxşılaşdırmaq bayrağı altında insan malik olduğu texnika ilə 

təbiət sisteminə qarşı əsl “səlib yürüşünə” başlamış və təəssüf 

ki,  bu  gün  də  onu  davam  etdirir.  İnsan  əvvəlcədən  təhlil 

etmədən 


224 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə