Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr


Yeni  texnoloji  istehsal  üsuluna  keçid



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə72/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   148

Yeni  texnoloji  istehsal  üsuluna  keçid  -  yığımdan 

əkinçiliyə,  ovçuluqdan  maldarlığa  -  vəziyyəti  köklü  şəkildə 

dəyişdirdi. İbtidai əkinçilik üçün xarakterik olan ağır əkinçilik 

alətləri böyük fiziki güc tələb edirdi və ona görə də ilk əkinçilər 

məhz  kişilər  olurdu.  İbtidai  maldarlıq  da  yaşayış  yerlərindən 

xeyli aralanmağı tələb etdiyindən bu işlər də kişilərin öhdəsinə 

düşürdü. Məhz əkinçilik və maldarlıq əsas yaşayış vasitəsinə 

çevrildiyindən ailədə və icmada başçılıq kişilərə keçirdi. Əlavə 

məhsulun  və  xüsusi  mülkiyyətin  yaranması  ilə,  yəni  yeni 

iqtisadi  istehsal  üsuluna  keçidlə  bağlı  bu  rol  daha  da 

möhkəmləndi. Patriarxal' ailə yeni cəmiyyətin həm texnoloji, 

həm  də  iqtisadi  nüvəsinə  çevrildi,  kişinin  hökmranlığı,  əlavə 

məhsulun  istehsalında  onun  aparıcı  rolu  həm  də  hüquqi 

cəhətdən möhkəmləndirildi - mülkiyyətin irsən keçməsi yalnız 

kişi xətti ilə həyata keçirildi. Ancaq maşınların istehsala ayaq 

açması  ilə,  yeni  texnoloji  istehsal  üsulunun  yaranması  ilə 

qadınlar da ictimai istehsalda kişilərlə bərabər iştirak etməyə 

başladı,  belə  ki,  maşın  böyük  fiziki  iş  tələb  etmirdi.  Ancaq 

iqtisadi münasibətlərin xarakteri azadlıq, qurtarmaq prosesini 

hələ  xeyli  ləngidəcəkdir.  Bir  sıra  ölkələrdə  ictimailəşmə 

prosesinin  başlanması  qadın  və  kişilərin  faktiki  bərabərliyi 

istiqamətində xeyli irəliləyişə nail olmağa imkan vermişdi. Bu 

məsələnin aktuallığını nəzərə alaraq əlavə məşğələ dərsi təyin 

etməklə  müasir  gender  problemini  müzakirə  etmək, 

Azərbaycan 

reallığı 

üçün 

bu 


məsələnin 

gələcək 


perspektivlərini təhlil etmək olduqca vacibdir. 

Beləliklə, bəşəriyyətin bütün  tarixi  boyu izlənilən əsas 



sosioloji  qanunun  fəaliyyəti  iqtisadi  və  texnoloji  istehsal 

üsulunun cəmiyyətin bütün tərəflərinə təsirini müəyyən edən 

qanun kimi qeyd oluna bilər. Hər bir 



219 


düşünən  iqtisadçı  və  filosof  cəmiyyətin  iqtisadi  həyatının 

obyektiv  qanunlarının  mövcudluğunu  qəbul  edir.  Cəmiyyətin 

iqtisadi  həyatı  və  onun  hadisələri  arasında  zəruri,  mühüm  və 

təkrarlanan əlaqənin mövcudluğu da qəbul olunur, ancaq bu o 

demək  deyil  ki,  iqtisadi  sahədə  təsadüflər  yoxdur.  Ancaq  bu 

təsadüflər  və  xaotik  maneələr  arasından,  müxtəlif  hadisələr 

arasından  adamların  fəaliyyətindəki  qanunauyğun  iqtisadi 

əlaqələr özünə yol açır və onlar eəmiyyətin iqtisadi həyatının 

inkişafını müəyyən edir. 

Dəyər  qanunu,  qiymət  qoyulma  qanunu,  vaxtın 

qənaət olunması qanunu, kapital yığımı və ictimai istehsal 

qanunu kimi obyektiv iqtisadi qanunlar haqqında da məlumat 

vermək  məqsədəuyğun  hesab  edirik.  Bu  və  digər  iqtisadi 

qanunlara  istehsal,  mal  və  maliyyə  kapitalının  fəaliyyət 

göstərməsi  kapitalın  istehsal  prosesi,  mal  və  maliyyə 

kapitalının dövriyyəsi və s. tabedir. Bütün bu iqtisadi qanunlar 

iqtisadi hadisələr arasındakı dərin obyektiv əlaqəni ifadə edir 

və iqtisadiyyatın inkişafında hakim ənənə kimi təzahür edir. Bu 

ənənələrə  riayət  olunması,  yəni  iqtisadi  hadisələrin  dərin 

əlaqəsi  iqtisadiyyatın  sabit  inkişafına  kömək  edir.  Onların 

pozulması  iqtisadiyyatın  normal  inkişafına  mane  olur,  onu 

dağıdır. Buradan da qarşımızda belə bir vəzifə dayanır - ibtidai 

qanunların fəaliyyətini tam dərk etmək və buna uyğun olaraq 

öz iqtisadi fəaliyyətimizi qurmaq vəzifəsi durur. Bunun dövlət 

səviyyəsində,  eyni  zamanda  ayrı-ayrı  sahibkarlar  və  digər  iş 

adamları tərəfindən dərk olunması vaeibdir. Bu dərk etmənin 

əhatə  sahəsi  olduqca  geniş  ola  bilər  -  bu  elmi  dərk  etmədən 

sahibkarlıq instinkti və ya intuisiyasmda əks olunmaya qədər 

böyük  bir  sahəni  əhatə  etməsini  mühazirədə  təhlil  etmək 

olduqca aktualdır. 

220 



§4. İqtisadi münasibətlər və iqtisadi maraqlar 

Bu sualın şərhinə texnika anlayışı ilə bağlı mülahizələrlə 

başlamaq 

daha 


məqsədəuyğundur. 

Əvvəlki 


sualda 

danışdığımız əməyin fəlsəfəsi öz birbaşa və məntiqi davamını 

texnikanın fəlsəfəsi məsələsində tapır, bu problemin hər ikisi 

üzvü  şəkildə  bəşəriyyətin  praktikasına,  ola  bilsin  həm  də 

nəzəriyyəsinə,  iqtisadi  sahəyə  daxil  olmuşdur  ki,  burada  da 

əmək  və  texnika  əsas  yer  tutur;  cəmiyyətin  iqtisadi  həyatı 

binası  məhz  onların  üzərində  qurulur.  Texnika  (incəsənət, 

bacarıq, ustalıq) deyərkən, yaradılan istehsal vasitəsi və aləti, 

eyni zamanda əmək prosesinin həyata keçirilməsindəki üsul və 

əməliyyatlar, bacarıq və incəsənət nəzərdə tutulur. Bəşəriyyət 

öz  çoxəsirlik  təcrübəsini,  təbiəti  dərk  etmək  və  dəyişdirmək 

üsulu 


və 

metodunu 

texnikadaOıəmləşdinuiş, 

insan 


mədəniyyətinin  nailiyyətlərini  həyata  keçinnişdir.  Texniki 

vasitələrin  forma  və  funksiyalarında  insanın  təbiətə  təsirinin 

forma və üsulları özünəməxsus şəkildə əks olunmuşdur. İnsan 

bədəninin orqanlarının (əl, ayaq, barmaq, göz, diş və digər hiss 

üzvləri, indi isə beyin, məsələn, kompüter), davamı və çoxsaylı 

gücləndirilməsi  olan  müəyyən  texniki  qurğular  da,  öz 

növbəsində, öz tətbiq olunma üsulları və qaydalarını diqtə edir; 

yaydan ox atırlar, kombaynla kənd təsəiTÜfatı malları yığırlar, 

çəkiclə  mismar  vurulur,  mismarçıxaranm  köməyi  ilə  onu 

çıxarırlar.  Məqsəd  çatmaq  üçün  aralıq  vasitə  yaranan  kimi 

texnika  yaranır.  Beləliklə,  texnika  “ictimai  insanın  istehsal 

orqanı”  kimi  insan  əməyinin  və  biliyinin  inkişafının,  eyni 

zamanda onların vasitələrinin nəticəsidir. 

Texnikanın  məqsədi  və  funksiyaları  insanların 

arzuları və ehtiyacları əsasında formalaşan məqsədlərinə 



221 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə