Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə68/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   148

bilməz. Əməyə təbii tələbat bu əməyin nəticələrindən istədiyi 

qədər  istifadə  etmək  arzusunda  olanların  uydurduğu  mifdir. 

Əgər bulka  ağacda bitsəydi  heç bir sağlam düşüncəli adamın 

əkinçilik ağlına belə gəlməzdi: “Könlü balıq istəyən quyruğunu 

suya  qoymalıdır”  deyimi  geniş  yayılıb.  Axı  balığı  göldən 

çıxartmaq  tələbatı  mövcuddurmu?  Balığın  özünə  tələbat 

mövcuddur, qida mənbəyi  kimi bu balığı  yeməyə tələbat var, 

aneaq  onu  əldə  etmək  prosesi  -  yaşamağın  təbii  instinktini 

ödəməyə  istiqamətlənən  məcburi  fəaliyyətdən  başqa  bir  şey 

deyildir. Adamlar var ki, boş vaxtlarında balıq tutmaqdan zövq 

alır. Aclıq, soyuq və digər xoşagəlməz səbəblər bizim əməyə 

məhəbbətimizi artırır. Yalnız yaradıcılığa olan tələbat istisnalıq 

təşkil edə bilər, ancaq bu tələbat az adamlarda müşahidə olunur 

və  ona  görə  də  ən  ümumi  insani  xassə  kimi  baxıla  bilməz. 

Bəzən adamda dəmir və ya metalla əlləşmək tələbatı yaranır, 

bəli məhz əlləşmək, oynamaq tələbatı, o heç də həmişəlik ağac 

və  ya  metalla  işləmək  istəmir.  Elə  belə  işlə  oynamaq,  ləzzət 

almaq  üçün,  işləmək  isə  yaşamaq  üçün  lazım  gəlir.  İnsan 

əməyinin  şərəfini  təbliğ  edənlər  heç  vaxt  marten  sobalarına 

girməyiblər, əgər orada olsaydılar yəqin ki, öz təbliğatlarından 

birdəfəlik  əl  çəkərdilər.  Bir  sözlə,  əmək  zövqün,  ləzzətin 

atasıdır. Zövq əmək üçün mükafat olmalıdır. Əmək mübarizə, 

mübarizə isə zövqdür. İnsanın öz tələbatlarının və maraqlarının 

ödənilməsinə yönələn əmək, eyni dərəcədə başqalarının tələbat 

və maraqlarının ödənilməsidir. Məhsuldar və həvəslə işləmək 

bacarığı adamlar üçün həqiqi xəzinədir. Əmək bütün maneələri 

dəf edə bilir. 

Əməksiz nə cəmiyyət həyatı, nə də ayrıca bir adamın 

varlığı mümkün deyildir. Boş yerə demirlər ki. 

207 



insan  nə  edirsə  və  necə  edirsə  o  özü  də  elədir.  Əmək  insanı 

inkişaf  etdirir  və  ucaldır,  onun  şəxsi  insani  ləyaqətini  təsdiq 

edir. Hegel  yazırdı ki,  hətta ölümdən qorxaraq öz ağası  üçün 

işləyən qul nəticədə ağasından üstün olur, həqiqi ağaya çevrilir, 

başqa əməyini mənimsəyən ağa isə öz qulundan asılı vəziyyətə 

düşür,  qulun  quluna  çevrilir.  Əmək  insanların  məqsədyönlü 

fəaliyyəti  olmaqla  həm  də  məzmunca  dəyişdirmək,  insan  və 

cəmiyyətin  tarixən  yaranan  tələbatını  ödəmək  üçün  təbii  və 

ictimai qüvvələri mənimsəmək xüsusiyyətinə malikdir; əmək - 

həm  maddi  nemətlər  istehsalı,  həm  insanın  tərbiyəsi,  həm 

həkimlik  etmək,  həm  də  cəmiyyətin  iqtisadi  və  mənəvi 

sahələrində  adamların  idarə  olunmasıdır.  O,  mədəniyyət 

aləmini, onun dəyərlərini yaradır və özü mədəniyyət fenomeni 

kimi çıxış edir. Əqli  və  fiziki  əməyi  fərqləndirmək lazımdır: 

hər hansı problemin təmiz əqli həlli - əqli əmək, yer şumlamaq 

isə fiziki əməkdir. Əqli əməyə elmi iş, bəstəkarlann, şairlərin 

fəaliyyəti  daxildir.  Əlbəttə  bu  fəaliyyətin  müxtəlif  növləridir. 

Lakin bununla belə onların fərqi mütləq deyildir, çünki hər bir 

fiziki  əməkdə  intellektual  tərkib  var;  müəyyən  “fərasətsiz, 

dərrakəsiz”  heç  bir  fiziki  iş  mümkün  deyildir.  Bacarıqlı 

adamın, həqiqi ustanın əməyi yalnız öz nəticəsi ilə deyil, həm 

də estetik başlanğıcı ilə xarakterizə olunur: usta böyük incəliklə 

öz  işini  görür  və  biz  bu  işə  baxıb  zövq  alırıq.  Əməyin 

mahiyyətini  təhlil  edərkən  onun  çoxlu  aspektlərini  nəzərə 

almaq  lazımdır.  Onlardan  biri  nəticənin  keyfiyyətidir;  bu 

fəaliyyət  subyektinin  ustalığından,  onun  məsuliyyətliyindən, 

dəlillərin,  səbəblərin  xarakterindən,  əmək  fəaliyyətinin 

şəraitindən  -  lazımi  əmək  alətlərinin  olmasından  və 

ümumiyyətlə bütün zəruri istehsal vasitələrindən asılıdır. 

208 



Bir  halda  ki,  əmək  fəaliyyəti  əsasən  kollektiv  şəraitdə  baş 

verir,  onda  əməyin  məhsuldarlığının  mühüm  şərti  -  əmək 

kollektivindəki  əxlaqi  mühit,  onun  üzvlərinin  psixoloji 

uyğunluğudur.  Həyat  insanlara  qarşı  ədalətlidir;  insan  öz 

əməyinə görə həmişə mükafatlandırılır. 

Uzun  müddət  fiziki  fəaliyyətsizlik  insanı  çox  üzür, 

tənbəllik  pas  kimi  onu  yeyir,  fəaliyyətsizlik  bütün  bəlaların 

səbəbidir. Yaradıeı əmək isə insana yalnız zövq verir, həm də 

onun sağlamlığını qoruyur. İnsan işsiz qalanda əməyi yüksək 

dəyərləndirir.  Fiziki  əmək  mənəvi  əzabı  unutdurur.  Əmək 

insanı qəmdən, eyibdən və ehtiyacdan xilas edir. Allah yalnız 

əməyimizə görə bizi mükafatlandırır. Pifaqor yazırdı ki, insan 

səhər  oyananda  özündən;  “Mən  nə  etməliyəm?”,  axşam  isə 

yuxuya getməmişdən “Mən nə etdim?” - deyə soruşmalıdır. İş 

görülməyənə qədər qeyri-mümkün sayılır. İstedadı göstərməyə 

yer olmayanda deməli orada istedad yoxdur. Pis rəqqas həmişə 

bəhanə tapa bilir. Hamı tərəfindən qəbul olunan iş şirin olur. 

Əməksevərliyə  təhsil,  təhsilə  isə  zəhmətkeşlik  əlavə  edilsə 

insan  böyük  uğurlar  qazana  bilər.  Bencamin  yazırdı  ki,  mən 

roman  oxumaq  istəyəndə  onu  özüm  yazıram.  İnsanın  özünü 

əməkdən  azad  etməsi  cinayətdir.  İnsan  öz  əməyinə  və  onun 

nəticələrinə  həm  intellektual,  həm  də  emosional  baxımdan 

yanaşır.  O,  çəkdiyi  zəhməti  hamıdan  çox  qiymətləndirir.  O, 

varlığı  ilə  işə  can  qoyanda  və  hiss  edəndə  ki,  hər  şey  yaxşı 

alınıb  onda  başqaları  tərəfindən  öz  işinin  dəyərləndirməsini 

istəyir. Uşaqlarda bu özünü daha açıq göstərir; nə isə yaxşı bir 

iş  görən  uşaq  onu  valideynlərinə  göstərir  və  təriflənməsini 

gözləyir.  İnsan  öz  əməyinə  görə  layiqli  tərifdən  zövq  alır. 

Əməyin  məhsuldar  olması  üçün  o  özündə  yaradıcılıq 

ünsürlərini cəmləşdirməlidir. İnsana 



209 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə