Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə64/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   148

xassələrinə təsirinin xarakteri bununla müəyyənləşir. Bu və ya 

digər  istehsal  vasitələrinin  sosial  tipinin  həlledici  əhəmiyyəti 

var  ki,  bu  da  mülkiyyətin  istehsal  vasitələrinə  və  onun 

məhsullarına  mövcud  münasibətləri  ilə  müəyyən  olunur. 

İstehsalın  ictimai  xarakteri  bununla  müəyyən  olunur  -  onda 

müxtəlif  siniflərin  və  ictimai  qrupların  və  təbəqələrin 

nümayəndələrinin  hansı  rol  oynaması  və  buna  görə  də 

yaradılan  predmet  və  xidmətlərin  bölgüsü,  mübadiləsi  və 

istehlakmm münasibətlərinin xarakteri müəyyən olunur. Və ya 

istehsal  vasitələri  kimin  mül-  kiyyətindədirsə  o  ağalıq  edir, 

istifadə edir və idarə edir. Bir tərəfdən istehsalın, digər tərəfdən 

isə  yaradılan  predmet  və  xidmətlərin  bölgüsü  və  istehlakmm 

qarşılıqlı fəaliyyətinin başlıca təzahürlərindən biri bundadır. 

Öz növbəsində bölgü münasibəti və adamların predmet 

və  xidmətlərdən  istifadə  etməsi  istehsala  güclü  təsir  göstərir. 

Onlar istehsalı ya stimullaşdırır, ya da onun inkişafını ləngidir. 

Məsələn, inkişaf etmiş ölkələrdə istehsalın inkişafında muzdlu 

fəhlə və qulluqçulara qarşı tətbiq olunan əməyin kəmiyyət və 

keyfiyyətə  görə  bölgüsü  prinsipi  rol  oynayır  -  bu  prinsip 

onların  əməyini  stimullaşdırır,  istehsalın  yüksəlməsi  üçün 

onlarda maddi maraq yaradır, istehsal prosesinə yaradıcı təsir 

göstərir.  Əksinə,  bölgüdə  bərabərlik  prinsipi  bu  səbəbləri 

törətmir  və  öz  məğzinə  görə  fəhlə  və  qulluqçuların  yaradıcı 

qabiliyyətindən  istifadə  olunur.  Gəlir  əldə  etmək  - 

sahibkarların  fəaliyyətinin  əsas  səbəbi  və  onların  istehsalın 

inkişafında olan iqtisadi maraqlarıdır. 

İstehsalın  inkişafının  həlledici  stimullarından  biri  də 

istehlakdır.  O,  istehsalın  miqyasının  yüksəldilməsinə,  onun 

sahələrinin, o cümlədən kənd təsərrüfatının, yüngül sənayenin

maşınqayırmanın, nəqliyyatın, rabitənin və s. 



195 


inkişafına təsir göstərir. Eyni zamanda yalnız adamların şəxsi 

tələbatlarının ödənilməsinə istiqamətlənən şəxsi istehlak deyil, 

həm  də  istehsal  prosesinin  özünün  həyata  keçirilməsi  üçün 

zəruri olan istehsal istehlakmı (neft, qaz, elektrik enerjisi və s.) 

nəzərdə tutmaq lazımdır. 

Cəmiyyətin iqtisadi həyatının mühüm təzahürü insanlar 

arasındakı  mübadilə  münasibətidir,  bu  da  fəaliyyət,  mal  və 

xidmət  mübadiləsi  kimi  çıxış  edir.  Onun  əsasında  bu  və  ya 

digər  tarixi  dövrlərdə  yaranan  əməyin  ictimai  bölgüsü,  eyni 

zamanda  insanların  müxtəlif  qrupları  arasında  mövcud  əmək 

bölgüsünü, deməli, həm də onlar arasında yaranmış, mübadilə 

münasibətlərini  möhkəmləndirən  mülkiyyət  münasibətləri 

dayanır.  Belə  ki,  sahibkar,  məsələn,  maşın  istehsal  edən 

zavodun  sahibkarı,  istehsalı  davam  etdirmək  üçün  öz  malını 

elektrik  enerjisinə,  polada,  digər  mallara,  eyni  zamanda  şəxsi 

tələbatları - özünün və ailə üzvlərinin  - ödəmək üçün qidaya, 

paltara, mənzilə dəyişir. Kəndli də, onu kimi, kənd təsərrüfatı 

məhsullarını və heyvandarlıqdan əldə etdiyi məhsulu, traktora, 

kombayna,  kənd  təsərrüfatı  avadanlıqlarına  və  s.  dəyişir.  Bu 

mübadilə  mal  formasında,  eyni  zamanda,  birbaşa  məhsul 

dəyişməsi  yolu  ilə  baş  verir.  Bu  mal  mübadiləsində  müxtəlif 

mal  istehsalçılarının  fəaliyyətinin  mübadiləsi,  yəni  onların 

qabiliyyətinin,  bacarığının mübadiləsi öz əksini tapır. Xidmət 

mübadiləsində bu daha aydın öz əksini tapır. Tutaq ki, həkim 

ayrı-ayrı  adamlara  tibbi  yardım  göstərəndə  bununla  öz  peşə 

xidmətini  təklif  edir.  Eyni  zamanda  özü  paltar  tikənin, 

müəllimin, onun işlərini aparan vəkilin xidmətlərindən istifadə 

edir.  İstehsal  fəaliyyətinin  və  xidmətinin  məhsullarının 

mübadiləsi  istehsal  və  istehlak  arasında  əlaqəni  ifadə  edir  və 

bununla cəmiyyətin iqtisadi həyatında mühüm rol oynayır. 



196 


Onun  bütün  təzahürləri,  yəni:  müxtəlif  predmetlərin  və 

xidmətlərin  istehsalı,  onun  bölgüsü,  mübadiləsi  və  istehlakı 

(şəxsi  və  istehsal)  bir-biri  ilə  sıx  bağlıdır  və  bir-  biri  ilə 

qarşılıqlı  təsirdədir.  Onların  əlaqəsi  və  qarşılıqlı  fəaliyyəti 

mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Bununla belə istehsal 

və  bölgü,  bölgü  və  mübadilə,  istehsal  və  istehlak  arasındakı 

obyektiv  ziddiyyət  cəmiyyətin  bütün  iqtisadi  həyatının 

hərəkətverici qüvvəsi kimi çıxış edir. 



§2. Cəmiyyətin həyatında istehsal üsulunun rolu 

Cəmiyyətin inkişafı və onun iqtisadi həyatı bir-biri ilə 

sıx qarşılıqlı bağlıdır. Onlar bir-biri ilə bütöv və onun hissəsi 

kimi əlaqəlidir, özünü vahid, tam çərçivəsində təzahür etdirir 

və  mövcud  olur.  Cəmiyyətin  iqtisadi  həyatı  ictimai  həyatın 

bütün  sahələrinin,  o  cümlədən  mövcud  cəmiyyətin  mövcud 

ictimai-sinfi  strukturunun,  onun  siyasi  və  mənəvi  həyatının 

təsirini  öz  üzərində  hiss  edir.  Öz  növbəsində  cəmiyyətin 

iqtisadi  həyatı,  hər  şeydən  əvvəl  isə  ictimai  istehsal  üsulu 

ictimai  həyatin  və  bütövlükdə  cəmiyyətin  müxtəlif 

hadisələrinin fəaliyyət göstərməsinə və inkişafına əsaslı və bir 

çox halda isə həlledici təsir göstərir. Bu təsir o dərəcədə dərin 

və aydındır ki, bir çox mütəfəkkirlər ictimai istehsal üsulunu 

bütün  cəmiyyətin  mövcudluğunun  və  inkişafının  əsası  hesab 

edir. Bu qənaəti təsdiq etmək üçün sanballı  arqumentlər irəli 

sürülür:- 

1)

 

maddi  nemətlərin  daimi  istehsalı  həyata  keçirilməsə 



cəmiyyətin mövcudluğu mümkün olmaz

2)

 



istehsal  üsulu,  ilk  növbədə,  formalaşmış  əmək 

bölgüsü və mülkiyyət münasibətləri siniflərin və digər ictimai 

qrupların və cəmiyyətdəki təbəqələrin, onun 

197 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə