Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə63/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   148

öz  məhsuldarlığı  ilə  fərqlənir,  adamlardan  biri  zəhmətkeş, 

başqası  isə  tənbəl  ola  bilər.  Unutmaq  olmaz  ki,  iqtisadiyyat 

cəmiyyət  həyatının  ən  mürəkkəb  sistemlərindən  biridir:  o 

özündə təsərrüfat proseslərinin məcmusunu birləşdirir ki, bu da 

cəmiyyətdə 

yaranan 


mülkiyyət 

münasibətləri 

və 

təşkilati-hüquqi formalar əsasında baş verir. 



Siyasi  iqtisadın  banisi  Adam  Smit  “Xalqların 

zənginliyinin  təbiəti  və  səbəbləri  haqqında  tədqiqat  “əsərində 

siyasi  iqtisadın  klassik  məktəbinin  yüzillik  inkişafını 

ümumiləşdirmiş,  obyektiv  qanunlarla  inkişaf  edən,  bu  bura 

görə  də  dövlət  tənzimlənməsinə  ehtiyacı  olmayan,  insan 

fəaliyyətinin  sahəsi  kimi  əmtəə  istehsalı  və  mübadiləsi 

ideyasını  əsaslandırmışdır.  Bazar  qiymətləri  haqqında  təlimi 

işləyib  hazırlayan  Smit  onun  əsasən  istehsaldan,  bazarda 

malların təklif olunması şəraitindən asılı olduğunu təhlil etmiş, 

ancaq  alıcıların  təlabatmm  qiymətlərə  təsirini  tədqiq 

etməmişdir. Bu məsələlərin indiki şəraitdə aktuallığını nəzərə 

alaraq  problemə  həsr  olunan  xüsusi  məşğələ  keçirmək 

məqsədəuyğundur. Smitin təliminin davamı David Rikardonun 

nəzəriyyəsi  olmuşdur.  “Siyasi  iqtisadın  başlanğıcı  və  vergi 

qoyma” əsərində Smitdən fərqli olaraq o, belə hesab edirdi ki, 

dəyər  əməklə  yalnız  “Cəmiyyətin  ibtidai  vəziyyətində” 

müəyyən olunur. Dəyər nəzəriyyəsini inkişaf etdirən Rikardoya 

görə,  dəyər  burjua  cəmiyyətinin  müxtəlif  siniflərinin  gəliri 

əsasında  -  əmək  haqqı,  gəlir,  faiz  və  renta  -  dayanır.  Gəlir  - 

fəhlənin  ödənilməyən  əməyidir.  Onun  fikrincə,  kapitalizm 

yeganə  mümkün  və  təbii  ictimai  quruluşdur,  onun  iqtisadi 

qanunları isə əbədidir. 

İqtisadi  təlim  öz  sonrakı  inkişafını  Kari  Marksın 

əsrlərindən tapdı. 40 il müddətinə yazılan “Kapital” 



192 


əsərində  dəyərin  klassik  əmək  nəzəriyyəsini  və  izafi  dəyər 

nəzəriyyəsini inkişaf etdirmişdir. Marks təliminə qarşı düşmən 

münasibətin  yarandığı  indiki  dövrdə  onun  nəzəriyyəsinin 

cəmiyyətin iqtisadi həyatındakı  roluna mühazirədə xüsusi ilə 

qiymət vermək tələbələr üçün əhəmiyyətli olardı. Öz fikir və 

miqyasına  görə  böyük  olan  Marksm  iqtisadi  təlimi  bütün 

dövrlərdə  birmənalı  qiymətləndirilməmişdir.  Amerikalı 

professor  Samuelson  Marksı  azsaylı  “intellektual  nəhənglər” 

siyahısına salmışdır. Digər amerikalı iqtisadçı Leontyev yazır 

ki,  kim  gəlirin,  əmək  haqqının,  kapitalist  müəssisənin, 

həqiqətən necə olduğunu bilmək istəyirsə müasir iqtisadiyyata 

dair  dərsliklərdən  daha  çox  “Kapital”  əsərindən  real  və 

keyfiyyətli məlumatlar öyrənə bilər. İngilis alimi Blaux qeyd 

edir  ki,  Marksı  dəfələrlə  müxtəlif  cür  qiymətləndirmişlər, 

nəzərdən  keçirmişlər,  rədd  etmişlər,  onu  min  dəfələrlə  dəfn 

etmişlər,  ancaq  o,  hər  dəfə  onun  intellektual  keçmişə 

göndərilməsinə  müqavimət  göstənnişdir.  Onun  ideyaları 

baxışlar  dünyasının  o  tərkib  hissəsi  olmuşdur  ki,  məhz  onun 

çərçivəsində biz düşünürük. 

Marks özü hesab edirdi ki, kapitalist ölkələrində siyasi 

iqtisad mülkiyyətçilərin marağına xidmət edir, o fəhlə sinfinin 

mənafeyinə  xidmət  edən  siyasi  iqtisadın  yeni  variantını 

qoymağa  cəhd  etmişdir.  Ancaq  sinfi  yanaşma  onun  bir  sıra 

fikirlərinin  və  nəticələrinin  elmi  obyektivliyinə  mənfi  təsir 

göstərmişdir.  Marksm  təlimi  siyasi  iqtisadın  bütün  klassik 

istiqamətinin  həlledilməz  ziddiyyətlərini  və  müəyyən 

məhdudluğunu  aşkar  etməyə  imkan  vermişdir.  Marksm 

fikrincə, vətəndaş cəmiyyətinin anatomiyasını siyasi iqtisadda 

axtarmaq  lazımdır.  İqtisadi  həyat  sosial  prosesdir,  burada 

adamlar  konkret  təsərrüfatın  bilavasitə  xadimi,  ümumi 

təsərrüfat orqanizminin vasitəli 

193 



“hissəsi” kimi çıxış edir. İstehsal prosesində insanlar arasında 

yaranan əlaqə mürəkkəb struktur-funksional və ierarxiq - tabe 

edilmiş  sistem  yaradır;  bu  sistem  istehsal  münasibətlərini 

yaradır. O, həm istehsal vasitələrinə, yəni mülkiyyət formasına 

münasibəti;  həm  mübadilə,  bölgü  və  yaradılan  nemətlərin 

istehlakı prosesində adamlar arasındakı əlaqəni, həm istehsalın 

ictimailəşməsi,  yəni  ifadə  olunan  əmək  bölgüsü  ilə  şərtlənən 

adamların  münasibəti,  həm  əməkdaşlıq  və  tabe  edilmə-idarə 

edilmə  münasibəti  və  həm  də  insanların  qurduğu  bütün 

münasibətləri  əhatə  edir.  İdarəetmə  sisteminin  böyük  rol 

oynadığı  müasir  istehsalda  baearığı,  təcrübəsi,  marağı  nəzərə 

alınmaqla  kadrların  seçilməsi  və  yerləşdirilməsi,  istehsalın 

özünün ehtiyacı, bütövlükdə kadr siyasəti nəticəsində yaranan 

münasibətlər  böyük  əhəmiyyət  kəsb  edir.  Beləliklə,  iqtisadi 

münasibətlər sistemi olduqca genişdir - ayrı-ayrı istehsalçıların 

fərdi  münasibətindən  istehsal  vasitələrinə  əsaslı  münasibətə 

qədər.  Siyasi  iqtisad  insan  biliyinin  ən  mürəkkəb 

sahələrindəndir. O, riyaziyyata, xüsusilə nisbilik nəzəriyyəsinə, 

statistikaya əsaslanır - bunlar faktların dərk olunması və onların 

nəzəri cəhətdən şərh olunmasına dəqiqlik gətirir. Siyasi iqtisad 

bütün bəşəriyyatm həyatında birləşdirici qüvvə kimi çıxış edir. 

Həmişə  ictimai  xarakter  daşıyan,  yəni  çoxlu  adamların 

bir-biri  ilə  qarşılıqlı  fəaliyyəti  və  onların  təbiətə  birgə  təsiri 

kimi  dayanan  istehsal  prosesində  təbiət  materiallarına  verilən 

xassələrin yenidən dəyişməsi baş verir ki, bunun da sayəsində 

onlar adamların müxtəlif tələbatlarını təmin edir. Bu vaxt insan 

təbii və ictimai qüvvə kimi təbiət materiallarına qarşı dayanır, 

adamların  təbiətdə  və  istehsal  etdikləri  predmetlərin  və 

xidmətlərin 

194 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə