Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə71/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   148

biz  başa  düşərik  ki,  əsas  səbəb  kapitalizmə  xas  istehsal 

münasibətlərinin  optimistləşdirilməsidir  -  yəni  iqtisadiyyatın 

dövlət tərəfindən nizama salınmasının ağla batan həddə həyata 

keçirilməsi,  bazar  təsərrüfatının  ietimai  istiqaməti,  kapital 

səhmləri 

hesabına 

mülkiyyətçilər 

yaratmaq, 

“insani 

münasibətlərin”  müəssisələrə  yeridilməsi  və  s.  Nəticədə 

“rolların dəyişməsi” baş verir - hələ son vaxtlara qədər burjua 

istehsal münasibətlərində təzahür edən mühafizəkarlıq və hətta 

irticaçılıq  daha  çox  bu  günkü  münasibətlərin  məhsuldar 

qüvvələrinə  və  onun  vasitəsi  ilə  bütövlükdə  ictimai  həyata 

mütərəqqi  təsirlə  əvəz  olunur.  İstehsal  münasibətlərinin  fəal 

əks təsir qanununu Oktyabr çevrilişindən sonrakı dövrdə daha 

aydın izləmək olur. Ölkənin inkişafındakı faciəli ziddiyyətlər, 

0

 



cümlədən 1917- ci ildən sonra istehsal münasibətində yaranan 

ziddiyyəti  ölkədə  formalaşmış  və  noıınal  fəaliyyət  göstərən 

iqtisadi sistemin olmaması ilə izah etmək olar. Köhnə sistemin 

dağılması  və  yeninin  yaranması  zaman  etibarı  ilə  əlaqəni 

itinnişdir, sosializmə keçid prosesi deformasiyaya uğramışdır. 

Bir tərəfdən istehsal münasibətlərində sosialist komponentləri 

kifayət  qədər  özünü  göstərirdi.  Dövlət  mülkiyyəti  ümumxalq 

keyfiyyətindən  özünü  göstərən  bütün  imkanları  özündə 

birləşdirmişdir,  uzun  illər  boyu  kütlə  şüuru  istehsal 

münasibətləri  üzərində  öz  ağalığını  hiss  etmişdir,  imkanlar 

nəzərə alınmaqla əhalinin sosial müdafiə sistemi yaradılmışdır 

- pulsuz təhsil və səhiyyə xidmətləri, bütövlükdə əhalini qane 

edən  təqaüd  təminatı  fəaliyyət  göstərdi:  -  indi  yeri 

gəldi-gəlmədi tənqid olunan bu sistem bir çox aparıcı dövlətlər 

tərəfindən  öyrənilmiş  və  tətbiq  olunmuşdur.  İstehsal 

münasibətlərinin bu tərəfi, onun öz məzmununa görə sosialist 

komponentləri kütlədə ruh 

216 



yüksəkliyi  yaradırdı  -  məhz  bunun  hesabına  Sovet  adamları 

20-30-ci  illərin  iqtisadi  böhranını  dəf  etdi,  bu  ruh  yüksəkliyi 

ona  faşizm  üzərində  qələbədə  kömək  etdi,  əmək 

kollektivlərində yaradılan yaxşı abu-hava xeyli uğurlara imza 

atdıra bilmişdir. Aneaq istehsal münasibətində dövlət və həm 

də  kolxoz-kooperativ  mülkiyyəti  çox  vaxt  öz  həqiqi 

sahibindən - xalqdan de-yura ayrı düşməsi halları güclənirdi. 

Sosializmə  keçid  dövründəki  proseslərdə  müşahidə  olunan 

deformasiya  şəraitində  mülkiyyətin  faktiki  sahibi  və  buna 

uyğun  olaraq  onun  iradə  subyekti  artıq  xalq  olmur,  onu 

bürokratlar,  partiya  -  dövlət  nomenklaturası  idarə  etməyə 

başlayırdı.  Onların  ictimai  mülkiyyətdən  və  xalqın 

var-dövlətindən  istədikləri  kimi  istifadə  etmələri,  adamların 

istehsal  vasitələrindən  uzaq  salınması  və  öz  əməklərinin 

nəticələrinə  tam  sahib  olmamaları,  onun  sırf  işçi  qüvvəsinə 

çevrilməsi məhsuldar qüvvələrin inkişaf sürətinə, elmi-texniki 

tərəqqi əsasında onun yeniləşməsinə, istehsal olunan malların 

keyfiyyətinə  -  əksər  hallarda  bu  mallar  dünya  standartlarına 

cavab  vermirdi  -  təsir  etməyə  bilməzdi.  Bizim  istehsal 

münasibətinin 

pis 

dialektikası 



belədir: 

“rolların 

dəyişdirilməsin- dəki” uğursuzluq nəticəsində onlar məhsuldar 

qüvvələrin 

inkişaf 

mühərrikindən 

onun 

tormozuna 



çevrilmişdir. 

Əsas  sosioloji  qanunlara  da  qısa  şəkildə  toxunmaq 

yaxşı olardı. Əgər istehsalın iqtisadi üsulu daxilində məhsuldar 

qüvvələr, texnoloji istehsal üsulunda onun texniki əsası aparıcı 

rol  oynayırsa  ictimai  münasibətlərin,  ideyaların  bütün 

sistemində  bu  rolu  bütövlükdə  və  vəhdət  halında  hər  iki 

istehsal üsulu oynayır ki, bunu da “maddi nemətlərin istehsal 

üsulu”  adlandımaq  olar.  Əgər  texnoloji  istehsal  üsulunun 

müəyyən  olunmasına  qayıtsaq,  aşkar  görərik  ki,  haqqında 

danışdığımız iki istehsal üsulu 

217 



yan-yana  dayanmır,  onların  biri  digərinin  daxilindədir:  axı 

texnoloji  istehsal  üsulu  öz  texniki  əsası  ilə  bağlı  olaraq 

məhsuldar  qüvvələrin  ünsürlərinin  qarşılıqlı  fəaliyyəti, 

birləşməsi  üsulundan  başqa  bir  şey  deyildir,  eyni  zamanda 

istehsalın iqtisadi üsulu iqtisadi münasibətlərə müvafiq olaraq 

məhsuldar qüvvələrin sistemli vəhdəti kimi çıxış edir. İstehsal 

üsulunun bu eür bir-birinə daxil olması çox vaxt ictimai, siyasi 

və  mənəvi  proseslərə  birgə  təsirlə  nəticələnir.  Onların  birgə 

təsirini  ailənin  timsalında  nəzərdən  keçirək.  Məlumdur  ki, 

istehsal vasitələri üzərində kollektiv, icma mülkiyyəti kişi və 

qadınlar arasındakı ictimai bərabərliyi təmin etmişdir. Bununla 

belə  bir  çox  icma  kollektivlərində  və  bütövlükdə  icmanın  və 

ailənin  başında  qadınlar  dayanırdı.  İndi  tarixçilərin  dediyi 

kimi,  hətta  matriarxhq  ümumi  hadisə  olmasa  da  patriarxalıq 

elmi  cəhətdən  yalnız  hər  iki  istehsal  üsulunun  ictimai 

inkişafındakı müəyyənedici rolu qanununun fəaliyyəti nəzərə 

alınmaqla izah edilə bilər. Qadının ailədə və icmanın işlərində 

aparıcı  rolu  yaşayış  vasitələrinin  əsasən  yığıcılıq  olduğu 

yerlərdə  xarakterik  idi,  ovçuluq  və  balıqçılığın  inkişaf  etdiyi 

sahələrdə  bu  rol  hiss  olunmurdu.  Yığım  işinin  kişilərin 

“yaratdığı” və sahib olduğu süni daş alətlərinə heç bir ehtiyacı 

yox idi. “Böyüyən nəslin” yedirdilməsi və tərbiyəsi ilə məşğul 

olan  qadınlar  üçün  bu  iş  əlverişli  idi,  belə  ki,  balıqçılıq  və 

ovçuluq  işi kimi  bu iz  yaşayış  yerlərindən uzaqlaşmanı  tələb 

etmirdi. Buna görə də qadın həm də ailə ocağının qoruyucusu 

hesab olunurdu; od gecə və gündüz qorunub yandırılmalı idi, 

əks halda aclıq və soyuq adamların qırılmasına səbəb olardı. 

Bütün  bu  istehsal  funksiyası,  yəni  texniki  istehsal  üsulunda 

qadının yerini önə çıxarırdı. 

218 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə