Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə67/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   148

müxtəlif dövlətlərin və xalqların tarixində ümumi, təkrarlanan

qanunauyğun olanları qeydə almaq olar. 

İstehsal  münasibətləri  adamların  digər  münasibətlərini 

müəyyən etməklə həm də onların təsiri altında olur. Ona görə 

də istehsal münasibətlərinin təkmilləşməsi yalnız iqtisadi yox, 

həm  də  ictimai  xətlə  getməlidir.  Belə  ki,  bölgü  münasibəti 

yalnız  iqtisadi  deyil,  həm  də  insanların  dərin  ictimai 

münasibətidir.  Bölgü  münasibətində  ictimai  ədalətə  nail 

olmadan 

istehsal 

münasibətlərinin 

iqtisadi 

tərəfində 

təkmilləşmə,  deməli  həm  də  bütövlükdə  cəmiyyətdə 

təkmilləşmə mümkün deyildir. Unutmaq lazım deyil ki, insan 

yalnız  məhsuldar  qüvvəsində  deyil,  həm  də  istehsal 

münasibətində əsas simadır. 

Cəmiyyətin məhsuldar qüvvələri və onda mövcud olan 

istehsal  münasibətləri  bir-biri  ilə  dialektik  qarşılıqlı 

münasibətdədir.  Məhsuldar  qüvvələr  obyektiv  olaraq  onun 

səviyyəsinə  və  xarakterinə  uyğun  gələn  və  bununla  onun 

inkişafını və effektli istifadəsini təmin edən müəyyən istehsal 

münasibətini  tələb  edir.  Əgər  istehsal  münasibəti  bu  tələbə 

cavab  vermirsə  o  gec  və  ya  tez  məhv  olur.  Digər  istehsal 

münasibətləri  meydana  gəlir  ki,  bu  da  göstərilən  tələblərə 

uyğun  gəlir  və  məhsuldar  qüvvələrin  effektli  istifadə 

olunmasına  və  inkişafına  kömək  edir.  Bu  mülkiyyətin, 

fəaliyyət  mübadiləsinin  və  bölgünün  yetkin  münasibəti  ola 

bilər.  Məhsuldar  qüvvələrin  və  istehsal  münasibətlərinin 

dialcktikası elə bundadır. Marks bunu istehsal münasibətlərinin 

məhsuldar  qüvvələrin  xarakterinə  və  inkişaf  səviyyəsinə 

uyğunluğu qanunu kimi xarakterizə etmişdir, istehsal üsulu və 

onun cəmiyyət həyatında rolu haqqında Marks təlimi ilə yanaşı 

bu qanunun da fəaliyyət göstərməsi bir çox iqtisadçılar və 



204 


filosoflar  tərəfindən  qəbul  olunur.  Bu  təlim  iqtisadi  və 

ictimai-fəlsəfi  fikrin  mühüm  nailiyyətidir  və  cəmiyyətin 

iqtisadi  həyatının  və  müasir  tarixi  proseslərin  bir  çox 

hadisələrinin izahına xidmət edir 



§3. Obyektiv iqtisadi qanunlar 

Cəmiyyətin  iqtisadi  həyatında  mühüm  rol  oynayan 



obyektiv  iqtisadi  qanunların  təhlilinə  başlamazdan  əvvəl 

mühazirədə  yaradıcı  fəaliyyət  və  insanın  yüksək  vəzifəsinin 

ifadəsi  kimi  əməyin  təhlilinə  qısa  vaxt  ayırmağı 

məqsədəuyğun hesab edirəm. Mənzilə və geyimə, yeməyə və 

onun  hazırlanmasına  olan  tələbat,  yalnız  arzu  yox,  həm  də 

zərurət  xarakteri  daşıyan  geyimə  və  çoxlu  digər  şeylərə 

ehtiyac,  ona  gətirib  çıxarır  ki,  insan  həyatı  olduqca 

mürəkkəbdir.  Bununla  belə  insan  öz  tələbatına  rəngarənglik 

gətirir,  iştaha,  zövq  və  fayda  qiymətləndirmənin  meyarına 

çevrildikeə  tələbatın  özü  də  iştahaya  tabe  edilir.  Tələbatın 

təmin  olunması,  son  nəticədə,  özü-özlüyündə  artıq  tələbata 

istiqamətlənmir, mədəniyyət və dəb üçün xarakterik olan dad, 

zövq incəliyinə istiqamətlənir ki, bu da xüsusi arzular yaradır. 

Adamlar  daha  çox  şeydən  istifadə  etməyi  öyrəndikdən  sonra 

onlarda  arzuların  çoxluğu  sonsuzluğa  can  atır.  Məqsəd 

vasitələrlə  bir-birinə  dolaşır,  vasitənin  özü  məqsədə  çevrilir. 

Hegelin sözləri ilə desək, hər bir rahatlıq, əlverişlilik, uyğunluq 

həm 


də 

özünün 


rahatsızlığını, 

əlverişsizliyini 

və 

uyğunsuzluğunu  aşkar  edir.  Hər  bir  əlverişsizlik  bilavasitə 



ondan  istifadə  edənlərdən  daha  çox  başqalarında  onun 

yaranmasından  xeyir  güdənlərdə  tələbata  çevrilir.  Hər  eür 

mümkün  arzu  və  istəklərin  təmin  olunması  üçün  xidmət 

sahələri belə 



205 


böyüyür.  Tələbat  və  onun  təmin  olunması  vasitəsi  həm  də 

başqaları  üçün  varlığa  çevrilir,  tələbat  və  əmək  qarşılıqlı 

şəkildə bir-birini təmin edir. Bütün bunlar adamların qarşılıqlı 

münasibətinin  müəyyən  sahəsini  yaradır:  bəzi  adamların 

başqasına  istiqamətlənmiş  ehtiyacları,  hər  hansı  tələbatın 

ödənilməsi  üçün  bir-birinə  köməyi  insanların  münasibətini 

yaradır. Mənə lazım olanı kimdənsə almaqla mən həm də ona 

lazım olanı istehsal etməliyəm. Təsərrüfat həyatının hörümçək 

toru belə yaranır və onlar sıx bağlı olur və onun əsasını əməyə 

olan tələbat təşkil edir. 

Bəşəriyyətin  bütün  tarixi  insanların  maddi  və  mənəvi 

nemətlərin  əldə  olunmasına  yönələn  daimi  fəaliyyətidir. 

Həyatda  mənəvi  cəhətdən  özünü  doğruldan  bütün  uğurlar 

əməyin  uğurudur.  Əmək  məqsədəuyğun  fəaliyyətdir,  ancaq 

“məqsədəuyğunluq”  anlayışı  şərtidir  və  bizi  bu  və  ya  digər 

fəaliyyətə sövq edən səbəbdir. İnsan təbiətin yaratdığı zərurətlə 

mübarizə apannağa məhkum  olunmuşdur. Onun əxlaqi borcu 

öz fəaliyyəti və düşüncəsi vasitəsi ilə sərbəstlik qazanmaqdır. 

Məhz  sərbəstlik  qazanmaq  əmək  fəaliyyətinin  əsas  və  təbii 

səbəbidir  ki,  bu  da  onun  məqsədə  uyğunluğunun  səviyyəsini 

müəyyən edir. Dünyada arzu edənlər çoxdur: bəziləri işləməyi 

arzulayır, qalanlar isə işləməyə imkan verilməsini arzulayırlar. 

Əgər insan yalnız özü üçün zəhmət çəkirsə, o yaxşı alim, böyük 

müdrik,  gözəl  şair  ola  bilər,  ancaq  heç  vaxt  həqiqi  yetkin  və 

böyük  insan  ola  bilməz.  Yalnız  özü  üçün  çalışan  insan  öz 

fəaliyyətində  yetkinləşə  və  bununla  ətrafdakılara  əhəmiyyətli 

fayda verə bilərlər. Həyata biganə, keçici baxan adamlar üçün 

əmək  yalnız  mücərrədlik  və  məsuliyyətsizlik  yaradır.  Öz 

əsasında şəxsi marağın dayanmadığı heç bir fəaliyyət möhkəm 

ola 

206 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə