Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə56/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   148

xüsusilə  müasir  dövrdə,  həm  də  əxlaqi-etik  xarakterli  kəskin 

problemləri - insan və heyvan üzərində aparılan təcrübələrdə 

verilən  imkanların  həddi,  biologiyanın  inkişafı  gedişində 

insanın irsiyyətə, fiziologiya və psixikasına təsir imkanları və 

digər  problemləri  qarşıya  qoyur.  Çox  güman  ki,  bu  cür 

məsələlərin  müzakirəsində,  çox  vaxt  dərin  dünyagörüşü 

məsələlərə  toxunanda  fəlsəfə  kifayət  qədər  hiss  olunan  yer 

tutur.  Digər  tərəfdən,  insanın  dünyagömşü  mövqeyini  nəzəri 

cəhətdən  əsaslandıran  fəlsəfə  bunları  anlayışlar  dili  ilə 

aydınlaşdırmağa,  açmağa  və  ifadə  etməyə  cəhd  edir,  yəni 

gələcək  səmərəli  təhlil  üçün  onlara  şərait  yaradır,  insanın 

mövcudluğu baxımından əhəmiyyətli olan, həlli əsasən bioloji 

idrakdan asılı olan problemləri təhlil etməyə imkan yaradır. 

Bioloji  idrakın  nəticələrinin  fəlsəfi  dünyagörüşünə 

əhəmiyyəti  aşağıdakı  faktda  əyani  özünü  göstərir.  F.Engels 

«Lüdviq  Feyerbax  və  klassik  alman  fəlsəfəsinin  sonu» 

əsərində  XIX  əsrin  ortalarında  olan,  materialist  dialektikanm 

təbii-elmi  əsası  kimi  çıxış  edən  üç  böyük  elmi  kəşfi  qeyd 

etmişdir;  bu  enerjinin  saxlanması  və  çevrilməsi  qanunu, 

orqanizmin  hüceyrələr  quruluşu  və  Darvin  tərəfindən  irəli 

sürülən  təbii  seçmə  yolu  ilə  növlərin  əmələ  gələsi  haqqında 

kəşfdir. Dediyimiz kəşflərdən son ikisi bilavasitə bioloji idrak 

sahəsinə  aiddir;  lakin  enerjinin  saxlanması  və  çevrilməsi 

qanununda  da  biologiyanın  rolu  açıq  gömnür.  Darvin  təlimi, 

ilk növbədə, onun həyatın təkamül yolu ilə inkişafı haqqında 

ideyası  və  insanın  insanabənzər  meymundan  əmələ  gəlməsi 

haqqında  fikirləri  XIX  əsrin  ikinci  yarısı  və  XX  əsrin 

əvvəllərindəki  fəlsəfəyə  olduqca  böyük  təsir  göstənnişdir. 

Fəlsəfi  cərəyanın  «həyat  fəlsəfəsi»  adlanan  bütöv  bir  dəstəsi 

yarandı.  Onların  hər  biri  Darvinin  təlimini  özünəməxsus 

şəkildə 

170 



şərh  etməyə  başladı,  hətta  bəziləri  Darvinin  təkamül 

nəzəriyyəsinə  yeni  şəkildə  yanaşaraq  özlərinin  təkamül 

şərhlərini irəli sürdülər. Bununla yanaşı sosial-darvinizm daha 

geniş  yayılmışdır,  bu  təlim  bioloji  qanunauyğunluğu  ictimai 

həyata  keçirir  və  özlərindən  asılı  olmayaraq  bütöv  sinifləri, 

irqləri daha az inkişaf etmiş,  yalnız tabe olmağa  meylli  olan 

kateqoriyaya aid edirdilər - irticaçı təlim idi. Darvin özünün bir 

çox  davamçılarından  fərqli  olaraq  bu  cür  abstrakt  fəlsəfi 

görüşlərlə heç bir əlaqəsi yoxdur. 

Biologiyanın fəlsəfi dünyagörüşü əhəmiyyəti haqqında 

danışarkən  qeyd  etmək  lazımdır  ki,  bütün  təbiət  aləmindən 

məhz  canlı  dialektik  inkişafın  qanunauyğunluğunun  və 

xarakterinin zənginliyi daha çox aydınlaşdırır. 

Demək  olar  ki,  dialektik  inkişaf  -  ziddiyyətlərin 

toplanması  və  həlli,  kəmiyyət  dəyişikliklərinin  yığılması  və 

yeni  keyfiyyətə  sıçrayışla  keçid,  inkarı  inkar  -  həyatın 

mövcudluq  üsuludur,  o  canlının  bütün  inkişafında  özünü 

göstərir - həm tək hüceyrə səviyyəsində, həm bütöv orqanizm 

səviyyəsində,  həm  ayrıca  bioloji  növ  və  biosenoz  səviyyədə 

(müəyyən  ərazidə  məskunlaşan  növlərin  öz  aralarında 

qarşılıqlı  fəaliyyətləri  və  əlaqələrin  məcmusu)  və  nəhayət 

bütöv kimi biosfera sahəsində özünü göstərir. Bu səviyyələrin 

hamısı  üçün  eyni  olan  ümumi  xüsusiyyətlərlə  yanaşı  onların 

spesifik özünəməxsusluqlarını xarakterizə edən xüsusiyyətləri 

də  vardır.  Məsələn,  orqanizm  səviyyəsində  inkişafın  ən 

mühüm  tiplərindən  biri  -  dövri  inkişaf  həyata  keçir.  Hər  bir 

ayrıca  dövrdə  anadan  olmadan  ölümə  qədər  olan  mərhələdə 

bir-birini əvəz edən qanunauyğun ardıcıllıq müşahidə olunur, 

həm də bu mərhələlərdən hər biri çox yaxşı fərqlənir. Bu cür 

aydın  dövrilik  növlər  və  ya  biosfera  səviyyələrində  aşkar 

olunmur. Daim dəyişən, çox vaxt bu 

171 



dəyişkənliyin  kəskin  olmasına  baxmayaraq  öz  eyniliyini 

saxlayan  bioloji  orqanizmin  inkişafı  -  insanın  iradə  və 

şüurundan asılı olmayaraq, bununla belə, gündəlik təcrübədən 

ona  yaxşı  məlum  olan  qanunauyğun  və  nizama  salınmış 

proseslərin parlaq nümunəsidir. Ona görə də təccüblü deyil ki, 

artıq  qədim  zamanlardan  orqanizmin  inkişafı  ən  müxtəlif 

proseslərin  və  bizim  qavrayış  üçün  az  qavranılan  ətraf 

gerçəkliyin hadisələrinin dərk olunması üçün model kimi çıxış 

etmişdir.  Məsələn,  dünyanın  yaranmasını  izah  edən 

kosmoqonik miflərdə dünyanın əmələ gəlməsi və onun sonrakı 

inkişafından 

danışılır. 

Bu 

fikirlərə 



qədim 

yunan 


mütəfəkkirlərinin naturfəlsəfı baxışlarında da rast gəlmək olar. 

Çox vaxt dünya, kosmos onlar tərəfindən böyük orqanizm kimi 

verilirdi, bu orqanizm doğuluşdan ölümünə qədər keçdiyi yolda 

bioloji  varlığın  inkişafına  xas  olan  bütün  təbəqələri  keçirdi. 

Bəli, müasir insan da yalnız gündəlik həyatda deyil, hətta ətraf 

aləmi başa düşmək və dərk etmək üçün elmi idrakda tez- tez 

həyat, ölüm, rüşeym, doğum, gənclik, yetkinlik, qocalıq və s. 

metaformlara  əl  atmalı  olur,  bunlar  hamısı  öz  başlanğıcını 

məhz həmin mənbədən götürmüşdür. 

Canlı  haqqında  müasir  baxışlara  nəzər  salmaq 

məqsədəuyğundur.  İnsanlara  bizim  planetin  çərçivəsi  ilə 

məhdudlaşan  yalnız  Yer  həyatı  məlumdur.  Artıq  bu  gün 

qətiyyətlə  bildirməyə  cəhd  edirlər  ki.  Yer  kürəsindən  başqa 

Günəş  sisteminin  planetlərindən  heç  birində  həyat  yoxdur. 

Doğrudur yerdənkənar həyat və sivilizasiyanın axtarışı davam 

edir  (məsələn,  kosmik  məkanda  olduqca  mürəkkəb  üzvi 

birləşmə  aşkar  olunmuşdur  -  bu  molekullarm  olduqca  sadə 

formaları və Yerdə həyatın kimyəvi bünövrəsidir), ancaq belə 

bir  ehtimalla  razılaşmamaq  olmur  ki.  Kainatın  bizim 

öyrənməyimiz üçün 

172 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə