Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə52/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   148

xidmətçisi  kimi  yox,  həyat  mənbəyi  kimi  baxsa  onda  o  öz 

yaşaması  üçün  əlverişli  şərait  yaratmış  olar.  Buradan  da 

insanın yalnız ekoloji yox, həm də mənəvi tərbiyəsi məsələsi 

çıxır,  bu  da  insanın  özünü,  onun  daxili  mənəvi  dünyasını 

dəyişdirir.  Bu  yeni  etikanın  -  texniki  etikanın,  siyasətin 

etikasının, 

ictimai 

davranışın 

etikasının, 

beynəlxalq 

münasibətlərin  etikasının  yaranmasına  gətirib  çıxarır. 

Bəşəriyyət  -  öz  inkişafında  insan  və  təbiəti  yaxınlaşdırmaq 

üçün bütün mümkün vasitələrdən istifadə etmişdir. 

Beləliklə,  ekoloji  problemi  həll  etmək  üçün  əsaslı 

dəyişikliklər  həyata  keçirmək  lazımdır:  bəşəriyyət  elmin, 

texnikanın,  texnologiyanın,  informatikanın,  səhiyyənin, 

təhsilin  nailiyyətlərindən  istifadə  etməlidir.  Əgər  təbiətdə 

istifadənin yeni metodunu işləyib hazırlamaq mümkün olarsa, 

bu  həm  də  əhalinin  ekoloji  mədəniyyətinin  formalaşmasına 

xidmət  etmiş  olacaqdır.  Bizim  planet  tədricən  vahid  evə 

çevrilir və bu evin xilası hamının birgə səyi hesabına mümkün 

ola bilər. 

Ekoloji  böhrandan  çıxmaq  üçün  digər  təklifləri  də 

nəzərdən keçirnək məqsədəuyğundur. Bu böhrandan çıxmağın 

real  yolunu  dəf  etmək  üçün  onun  dərin  köklərini  araşdırmaq 

vacibdir.  Əgər  elmi  ədəbiyyatlarda  müasir  ekoloji  vəziyyətlə 

bağlı  çoxsaylı  izahları  müəyyən  şəkildə  qruplaşdırsaq,  onda 

aydın  olacaqdır  ki,  onların  hamısı  son  nəticədə  artıq  bizə 

məlum  olan  iki  paradiqmadan  biri  -  ya  formasiya,  ya  da 

sivilizasiya 

cədvəlinə 

daxil 


ediləcəkdir. 

Formasiya 

konsepsiyası  müasir  ekoloji  vəziyyəti  bu  və  ya  digər 

ictimai-iqtisadi formasiya ilə birbaşa bağlayır. Uzun illər bizim 

ədəbiyyatda  təbiətdən  istifadənin  iki  tipi  ilə  bağlı  tezis 

hökmranlıq etmişdir - sosializmə qədərki tip - buradakı köklü 

qüsurlar xüsusi mülkiyyətin ayağım 

158 



yazılırdı:  sosializm  tipi  -  burada  isə  guya  təbiətə  qarşı  vəhşi 

münasibət avtomatik olaraq ləğv olunduğu bildirildi - burada 

təbiətə  münasibət  cəmiyyətin  ümumi  maraqları  əsasında 

qurulurdu;  təbiətə  hərtərəfli,  kompleks,  humanist  təsir 

istiqamətləri üçün hərtərəfli əsas yaradılmışdır. Buna görə də 

fonnasiya  konsepsiyası  ekoloji  böhrandan  çıxmağın  yolunu 

yeni  ictimai-iqtisadi  formasiyaya  keçiddə  görürdü.  Əlbəttə, 

konkret cəmiyyətin formasiya parametləri təbiətdən istifadəyə, 

deməli həm də müasir ekoloji vəziyyətə təsir etməyə bilməz. 

Ancaq: birincisi, əgər biz bu baxımdan müxtəlif ölkələri 

və regionları müqayisə etsək, onda formasiya parametrlərinin 

özləri  dəqiq  yoxlanılmalıdır.  Onda  isə  aydın  olur  ki,  ekoloji 

problemin  həllində  üstünlüyə  son  vaxtlara  qədər  sosialist 

ölkəsi adlanan ölkələr yox, ictimai həyatın sosialistləşdirilməsi 

prosesini  real  həyata  keçirən  regionlar  malikdirlər,  ikincisi, 

müasir ekoloji vəziyyətin spesifik xüsusiyyəti özünü müxtəlif 

formalarda  təzahür  etdirir,  bu  əsasən  ölkənin  və  ya  regionun 

mədəni inkişaf səviyyəsindən asılı olur, yəni burada göstərici 

heç də formasiya ilə bağlı deyildir. Çernobil və digər ekoloji 

cəhətdən təhlükəli olan obyektlərdə baş verən qəzalar göstərir 

ki,  biz  bu  gün  öz  şəxsi  icra,  əxlaqi  və  hətta  siyasi 

mədəniyyətimizdən çox asılıyıq. Nəhayət, üçüncüsü, həm də 

ən  əsası  müasir  ekoloji  vəziyyət  -  onun  əsas  xarakteri  kimi 

ekoloji  böhran  öz  məzğinə  görə  sivilizasiya  mənşəyinə 

malikdir,  bəşəriyyətin  sivilizasiyalı  inkişafı  gedişində 

yaranmışdır. 

Məhşur  deyimi  dəyişdirərək  bu  vəziyyətə  şamil  etsək, 

onda  demək  olar  ki,  «Hər  şeydə  maşın  axtar».  Doğrudan  da 

sivilizasiyanın  sənaye dalğasının başlanğıcını qoyan və onun 

texniki əsası olan maşın təbiət 



159 


qüvvələrindən  istifadə  üsulunu,  eyni  zamanda  bu  istehlakm 

miqyasını dəyişdirmişdir. Xalq təsərrüfatının bütün sahələrinin 

maşınlaşdırılması  (hətta  maşının  maşınla  istehsal  olunması 

belə) təbiətdən istifadənin miqyasını xeyli artırmış və bu həm 

də  ətraf  mühitin  çirklənməsinə  gətirib  çıxarmışdır.  XX  əsrin 

ikinei  yansmdan  sürət  götürən  elmi-  texniki  inqilab  şeytan 

ocağına yağ tökdü, sərhədsiz ictimai tərəqqi nəzəriyyəsini bir 

növ  legitimləşdirdi.  Beləliklə,  müasir  ekoloji  böhranın 

mənbəyi  sivilizasiyanın  əsaslı  inkişafının  -  onun  texniki- 

texnoloji  bazisinin  məntiqində  aşkar  olundu.  Ona  görə  də  bu 

böhrandan  çıxış  yolunu  da  huna  müvafiq  olaraq  axtarmaq 

lazımdır. Bir tərəfdən, təbii mühitin optimal- laşdırılması üçün 

bu gün açılan texniki imkanlardan istifadə etmək lazımdır. Axı 

elmi-texniki  inqilabın  ziddiyyətli  xarakteri  həm  də  ondan 

ibarətdir  ki,  o,  əvvəllər  görünməyən  ekoloji  problemləri 

yaratmaqla  o  həm  də  onu  dəf  etməyin,  aradan  qaldırmağın 

potensial imkanına malikdir. Bu baxımdan elmi-texniki sahəni 

kral Arturun qılıncı ilə müqayisə etmək olar - bu qılıncla kral 

məhz  qılıncla  vurulan  yaranı  sağaldırdı.  Digər  tərəfdən 

sivilizasiya  öz  yaşaması  üçün  deyəsən  özünün  bir  çox 

uşaqlarından  imtina  etməli  olacaqdır.  Frion  soyuducuları 

üzərinə  qoyulan  beynəlxalq  qadağa  -  bu  baxımdan  ilk 

addımlardandır. Hər tərəfli «təmiz» enerjiyə - Günəş, su, hava 

axını, temperaturun müxtəlifliyi. Yerin daxili istiliyi və s. keçid 

başlanmışdır.  Lakin  bu  mənbələr  müasir  dünya  enerji 

balansının  yalnız  bir  neçə  faizini  təşkil  etdiyindən  bəşəriyyət 

həyat tərzini köklü şəkildə dəyişdirməlidir, enerji istifadəsinə 

yönəldilən  fəaliyyətini  xeyli  yüngülləşdirməlidir.  Bu  da 

«təbiətə  qayıdışın»  özünəməxsus  bir  əsası  ola  bilər.  Axı 

bəşəriyyət yaşaması üçün təbiətlə 



160 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə