Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə48/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   148

amillərdən  biri  olmuşdur.  Lakin  bir  daha  qeyd  edək  ki, 

qarşımızda  dayanan  əlavə  səbəbdir,  bununla  belə  o  ictimai 

inqilabın dərin əsasları ilə sıx bağlıdır. 

Ekoloji  ziddiyyət  məsələsinin  təhlilinə  də  diqqət 

yetirmək yaxşı olardı. İstənilən qarşılıqlı fəaliyyətdə ziddiyyət 

var,  burada  tərəflər  nisbətən  sabitdirlər,  sərbəstdirlər,  əks 

istiqamətdə  fəaliyyət  göstərirlər,  bir-  birini  istisna  edir,  öz 

aralarında mübarizə aparır, eyni zamanda bir-biri ilə qarşılıqlı 

əlaqədə olur, bir bütövlük təşkil edirlər. Deyilənlər tam mənada 

ekoloji ziddiyyətin inkişaf prosesi kimi çıxış edən cəmiyyət və 

ətraf  mühitin  qarşılıqlı  fəaliyyətinə  aiddir.  Cəmiyyətin 

formalaşması  prosesində  cəmiyyət  və  ətraf  mühit  arasında 

ekoloji ziddiyyətin yaranması baş verir. Əvvəlcə, bütün başda 

dialektik  ziddiyyətlər  kimi  o  fərqli  formada  çıxış  edir.  Bu 

başlanğıc onunla xarakterizə olunur ki, təbiət hələ tarixin gedişi 

ilə  öz  formasını  dəyişmişdir  və  adamlar  təbiətə  heyvan  kimi 

münasihət  bəsləyirlər.  Ekoloji  ziddiyyət  özünün  sonrakı 

inkişafında müxtəlif hallar yaşayır, hətta hu hal ekoloji böhran 

kimi  də  təzahür  edir.  Ekoloji  ziddiyyətin  xüsusiyyəti  onunla 

müəyyən olunur ki, iki keyfiyyətcə müxtəlif tərəflər, müxtəlif 

səviyyədə təşkil olunan tərəflər qarşılıqlı fəaliyyətdə olur. Ona 

görə də hu ziddiyyətə nə son dərəcə sosial, ictimai, nə də son 

dərəcə  təhii  kimi  haxmaq  olmaz,  belə  ki,  hər  iki  tərəfə 

qibtəediləcək fəallıq xasdır. Təbii mühitdəki dəyişiklik yalnız 

cəmİ


5

^ətin  fəaliyyətində  baş  vermir:  təbiətdə  həm  də 

cəmiyyətdən asılı olmayan, onun öz daxili gücündən yaranan 

immanent (daxili) dəyişikliklər baş verir. Bu dəyişiklik də öz 

növbəsində  cəmiyyətin  cavab  reaksiyasını  yaradır,  ekoloji 

ziddiyyətin inkişafına təsir edir, onun kəskinləşməsinə gətirib 

çıxara bilir. 

146 



Konkret-tarixi  ekoloji  ziddiyyətlərin  inkişafını  qeyd 

etmək üçün  «ekoloji vəziyyət» anlayışından istifadə edirlər  - 

bu  «cəmiyyət-təbiət»  sisteminin  inkişafında  məkan-zaman 

çərçivəsi ilə məhdudlaşan fraqmentləri nəzərdə tutur. Ekoloji 

vəziyyətin  xüsusiləşməsi,  ayrı-ayrı  hissələrə  ayrılması  nisbi 

xarakter  daşıyır,  onların  hamısı  «cəmiyyət-təbiət»  sisteminin 

inkişafı  prosesində  vahid  zəncirin  həlqəsidir.  Ekoloji 

vəziyyətin  iki  əsas  tipi  mövcuddur:  cəmiyyət  və  təbiət 

arasındakı  dinamik  tarazlıq  vəziyyəti  və  ekoloji  böhran 

vəziyyəti  -  onların  arasında  olan  vaxtda  tarixən  hər  cür 

mümkün olan keçid vəziyyətinin böyük yığımı aşkar olunur. 

Ekoloji  böhranla  bağlı  bəzi  məqamları  qeyd  etmək 

məqsədəuyğundur.  Ekoloji  vəziyyətin  mümkün  növləri 

arasında tədqiqatçıların diqqətini xüsusi ilə cəlb edən böhranlı 

vəziyyətdir. Bu da tam izah olunandır, belə ki, bu cür vəziyyət 

yalnız  nəzəri  deyil,  həm  də  praktiki  əhəmiyyət  kəsb  edir. 

Ekoloji  böhran  deyərkən  «cəmiyyət-  təbiət»  sisteminin 

dinamik 

inkişafının 

pozulmasını 

xarakterizə 

edən, 

«cəmiyyət-təbiət»  münasibətlərinin  olduqca  kəskinləşməsi, 



onun ziddiyyət  həddinə  çatması,  ekoloji  fəaliyyət  vasitəsi  ilə 

sistemin daxilindəki əlaqənin dəyişməsini zəmri edən ekoloji 

vəziyyət  tipi  başa  düşülür.  Sistemin  böhranı  öz  ifadəsini 

sistemin özündə, onun daxili ziddiyyətlərinin inkişafında tapır. 

Bu  sistemin  daxili  inkişafında  onların  qanıhqh  fəaliyyətində 

ekoloji böhranın imkanı yatır, lakin onların həlli də onların öz 

daxilindədir.  Məkan  xarakteristikasına  əsasən  lokal,  regional 

və qlobal ekoloji böhranı fərqləndirirlər. Öz mənşəyi etibarı ilə 

onlar təbiidir,  yəni  insan fəaliyyətindən asılı  olmayaraq təbii 

mühitin  daxili  səbəblərindən  irəli  gələn  dəyişikliklər 

nəticəsində yaranır (məsələn, vulkan püskürməsi nəticə 

147 



sində böyük mədəniyyətlərin məhv olması), eyni zamanda həm 

də antropogenez mənşəyə malikdirlər, yəni təbiəti dəyişdirmək 

və  ya  onu  özünə  tabe  etməyə  yönələn  insan  fəaliyyətinin 

nətieəsində  yaranır  (bu  gün  qarşılaşdığımız  ekoloji  böhran 

buna  misal  ola  bilər).  Antropogenez  böhran  keçmişdə  də 

dəfələrlə  olmuşdur.  Məsələn,  belə  güman  edirlər  ki, 

Amerikanın  qədim  sivilizasiyası  (inklərin,  asteklərin, 

mayyaların)  torpağını  həddindən  artıq  istismarı  nəticəsində 

yaranan  ekoloji  böhranın  nəticəsində  məhv  olmuşdur.  Elmi 

tədqiqat üçün (istər nəzəri, istərsə də tətbiqi) ən böyük maraq 

antropogen  ekoloji  böhran  təşkil  edir.  Bu  da  aydındır;  öz 

mənşələri  etibarı  ilə  onları  prinsipcə  aradan  qaldırmaq  olar, 

onlan  törədən  cəmiyyətdə  bu  böhranı  aradan  qaldınuaq  üçün 

kifayət qədər imkan da vardır. 

Müasir  ekoloji  vəziyyətlə  bağlı  məsələyə  xüsusi  yer 

vermək  məqsədəuyğundur.  Cəmiyyətin  təbiətə  münasibəti 

maddi  istehsalın  və  bütövlükdə  tarixi  prosesin  ən  mühüm 

komponentidir. Cəmiyyət öz inkişafının hər bir mərhələsində 

təbiətlə  olan  qarşılıqlı  münasibətini  düzəltməyə  məcburdur, 

çünki nə onun özü, nə təbii şərait dəyişməz deyildir, həmişəlik 

verilmir. Lakin heç vaxt ekoloji problem bəşəriyyət qarşısında 

bu  gün  dayandığı  qədər  kəskin  dayanmamışdır.  Ekoloji 

vəziyyət  yerdə  mövcud  olan  sivilizasiyanın  həyat  və  ölüm 

arasındakı  sərhəddi  kimi  qarşımızda  kəskin  şəkildə  dayanır. 

Keçmişin  kəskin  ekoloji  vəziyyəti  müasir  dövrdə  olan 

vəziyyətindən  ən  azı  iki  münasibəti  ilə  fərqlənir.  Birincisi, 

onlar  öz  xarakterlərinə  görə  lokal  və  regional  olmuşdurlar; 

ikincisi,  onlar  kortəbii  şəkildə  təbiətin  özündə  yaranmışdılar. 

Müasir  ekoloji  vəziyyət  isə  qlobal,  ümum-  planetar  xarakter 

daşıyır və sözün həqiqi mənasında 



148 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə