Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə49/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   148

cəmiyyətin davamıdır, müstəqil geoloji gücə çevrilmişdir, yəni 

kortəbii təbiət qüvvələrindən daha çox dəyişiklik yarada bilən 

amilə çevrilmişdir (daşqın, vulkan püskürməsi, zəlzələ, tayfun, 

qum  axını  və  s.)-  Müasir  ekoloji  vəziyyətin  mahiyyətindən 

danışarkən onun üç metodunu qeyd etmək olar: 

1.

 



Təbii 

ehtiyacların 

cəmiyyət 

tərəfindən 

mənimsənilməsi  olduqca  sürətlə  gedir,  cəmiyyət  xammal, 

enerji  ehtiyatlarından  acgözlüklə  istifadə  edir.  Bir  nümunə 

göstərək: bəşəriyyət hal-hazırda il ərzində təqribən üç milyard 

ton neft yandırır və bu sürətlə bu təbiət məhsulundan istifadə 

davam etsə o təqribən qırx ildən sonra tükənə bilər. 

2.

 



Təbii ətraf mühitin çirklənməsi olduqca sürətlə gedir, 

atmosferin, hidrosferin, litosferin bu sürətlə çirklənməsi «azon 

deşiyi»  hesab  olunan  ağır  fəlakətlərə  gətirib  çıxaracaqdır.  3. 

Bəşəriyyətdə əhali artımı sürətlə gedir. 

Aydındır  ki,  bu  üç  an  ictimai  mənşəyə  malikdir. 

Onlardan ilk ikisi elmi-texniki inqilabdan birbaşa və bilavasitə 

yaranmışdır;  xüsusilə  də  elmi-texniki  tərəqqinin  silahlanma 

sahəsinə tətbiqi burada mühüm rol oynayır. Üçüncü anın bəzi 

izaha  ehtiyacı  var.  Birincisi,  sizdə  belə  bir  sual  yarana  bilər: 

əgər XX əsrin ikinci  yarısında bəşəriyyət 20-30 il ərzində öz 

əhalisinin sayını iki dəfə artırırsa, onda Maltus öz fikirlərində 

düz deyildirmi? Bu suala cavab verərkən nəzərə almaq lazımdır 

ki, əhalinin artımının müasir sürəti bəşəriyyətin inkişafı üçün 

norma  deyildir  və  yaxın  gələcəkdə  onun  kifayət  qədər 

azalacağı gözlənilir (əvvəllər əhalinin iki dəfə artması üçün yüz 

əlli il lazım gəlmişdir). İkincisi, söhbət mütləq şəkildə əhalinin 

çox artımından getmir. Əgər bu gün zəif inkişaf etmiş ölkələrdə 

il ərzində əlli milyon adam acından ölürsə. 



149 


bu  yer  kürəsində  ərzaq  ehtiyatlarının  tükənməsi  demək 

deyildir.  Müasir  elmi-texniki  tərəqqi  əkin  sahələrinin 

becərilməsi və hər hektardan otuz sentinerdən çox taxıl almağa 

imkan  verir  və  bu  da  7  milyard  əhalini  yedizdirməyə  kifayət 

edir.  Bu  ölkələrin  geridə  qalmasına  səbəb  onların  yaşadıqları 

müstəmləkə  həyatının  qoyduğu  izdir,  onların  istismar 

olunması, ərzağın əsas kütləsinin inkişaf etmiş şimalın əlində 

cəmlənməsidir.  Beləliklə,  biz  bu  gün  əvvəllər  görünməyən 

miqyasda olan ümumplanetar böhranla üz-üzə dayammşıq, ilk 

baxışdan  sırf  ekoloji  böhran  xarakterində  olan  bu  vəziyyət 

sivilizasiyanın  ümumi  böhranına  çevrilmişdir,  bu  da  həyatın 

bütün sahələrini - iqtisadi, ictimai, mənəvi sahələri tam əhatə 

etmiş, onun normal inkişafına mane olmuşdur. 

Bu  gün  dünyadakı  ekoloji  vəziyyəti  böhranlı  vəziyyət 

kimi  xarakterizə  etmək  olar.  Qlobal  ekoloji  problem  kimi 

aşağıdakıları qeyd etmək olar: 

 

bitki  və  heyvanların  minlərlə  növü  məhv  edilmiş  və 



məhv edilməkdə dava edir

 



meşə sahələri kifayət qədər qırılmışdır; 

 



faydalı yeraltı sərvətlərin ehtiyatları sürətlə azalır; 

 



canlı  orqanizmin  məhv  edilməsi  nəticəsində  dünya 

okeanı  yalnız  sıradan  çıxmır,  həm  də  təbii  proseslərin 

nizamlayıcısı ola bilmir; 

 



atmosfer müəyyən ərazilərdə qəbul olunmuş normadan 

artıq dərəcədə 

çirklənmişdir, təmiz hava artıq çatışmır; 

 



azon  təbəqəsi  qismən  pozulub,  bütün  canlılara 

məhvedici təsir göstərəcək, kosmik şüalanmadan Yer kürəsini 

qoruyan  azon  təbəqəsinin  pozğunluğu  ağır  nəticələrə  gətirib 

çıxara bilər; 



150 


•  təbii  landşaftın  üst  qatı  çirklənib:  Yer  kürəsində  bir 

qarış  belə  yer  tapmaq  mümkün  deyildir  ki,  insan  tərəfindən 

süni şəkildə yaradılan elementlər olmasın. 

İnsan təbiətə yalnız gəlir mənbəyi: öz həyat təlabatlarmı 

ödəmək  mənbəyi  kimi  baxdığından,  insanın  təbiətə  istehlak 

münasibəti açıq şəkildə özünü göstərir. Bəşəriyyət üçün təbiəti 

münasibət  fəlsəfəsinin  özünü  dəyişdinnək  həyati  əhəmiyyət 

kəsb edən bir problemə çevrilmişdir. 

Bəşəriyyətin  müasir  inkişaf  mərhələsində  noosfera 

haqqında təlim xüsusi əhəmiyyət kəsh etmişdir. İnsan özünün 

bütün  tarixi  ərzində  şüurlu  və  şüursuz  şəkildə  təbiəti  fəth 

etməyə eəhd  etmişdir. Təbiətin  üzərində dayanmaq, onu fəth 

etmək,  onu  özünə  tabe  etmək  -insanın  təbiətə  münasibətində 

qarşısına qoyduğu məqsəd bu olmuşdur. Bu məqsədə çatmaq 

yolunda  çoxlu  nailiyyətlər  əldə  edən  insan  təbiəti 

yaxşılaşdımıaq fikrinə düşmüş, maşınla idarə olunan istehsal, 

texnogen və kompüterli sivilizasiya yaratmışdır. Lakin təbiətə 

bu cür texnoqrafık yanaşma bu gün ondan irəli gələn təhlükəni 

açıq şəkildə göstərir. Təbiəti düşünmədən istismar etmək ətraf 

mühitin çirklənməsinə gətirib çıxartmışdır, təbii ehtiyatlar, su 

ehtiyatları azalır, bu da biosferanm dağılmasına. Yer kürəsində 

məskunlaşan  bütün  canlıların  məhv  olmasına  gətirib 

çıxartmışdır. Biosferaya təsir göstərən mənfi millər içərisində 

sənaye istehsalım xüsusilə qeyd etmək lazımdır: istilik elektrik 

stansiyaları,  qara  və  əlvan  metallurgiya,  kimyəvi  və  sement 

zavodlarının və s. ətraf mühitə vurduğu ziyanın miqyası ölçüyə 

gəlməzdir.  Hal-hazırda  bizim  planetdəki  bütün  sənaye 

müəssisələri il ərzində atmosferə 1250 milyon ton oksidləşmiş 

karbon, 10 milyon tonlarla kükürdlü anhidrit (su ilə birləşdikdə 

turşu hasil 



151 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə