Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə47/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   148

qarşısında  olduqca  kəskin  problemlər,  ilk  növbədə,  ekoloji 

problem qoydu. 



Ekologiya  nədir?  1866-cı ildə ilk dəfə alman bioloqu 

E.  Henkel  tərəfindən  işlədilən  bu  terminlə  canlı  orqanizmin 

ətraf mühitlə qarşılıqlı münasibəti haqqında elm başa düşülür. 

Alim  belə  güman  edirdi  ki,  yeni  elm  yalnız  heyvanlar  və 

bitkilərin  yaşadıqları  mühitlə  qarşılıqlı  əlaqələri  ilə  məşğul 

olacaqdır. Bu termin XX əsrin 70-ci illərində bizim həyatımıza 

daha  möhkəm  daxil  oldu.  Bu  gün  biz  ekoloji  problemlərdən 

faktiki  olaraq  ictimai  ekologiya  kimi  -  cəmiyyət  və  ətraf 

mühitin  qarşılıqlı  fəaliyyəti  problemini  öyrənən  elm  kimi 

danışırıq.  Ekoloji  problemi  daha  yaxşı  anlamaq  üçün  onun 

ayrı-ayrı təriflərinə nəzər salaq. İlk növbədə ekoloji fəaliyyət 

deyərkən  nəyin  nəzərdə  tutulduğunu  izah  edək.  Ekoloji 

fəaliyyət eəmiyyətin təbiətə olan fəallığının spesifik təzahürü 

kimi  özünü təqdim  edir.  İstənilən münasibətin spesifikası bu 

münasibədərdə  iştirak  edən  tərəflərlə  şərtlənir.  İndiki  halda 

münasibətlərin  xüsusiyyəti  həm  eəmiyyətlə,  həm  də  təbiətlə 

müəyyən olunur. Düzdür aparıeı  rol ietimai  tərəflərə məxsus 

olsa  da  bu  qarşılıqlı  münasibətdə  təbiət  tərəfinin  fəallığını, 

onun  tarixi  proseslərə  təsirini  inkar  etmək  səhv  olardı.  Bu 

fəallıq  iki  səbəbdən:  ya  təbiət  daxili  ziddiyyətlərinin  inkişafı 

nəticəsi  kimi,  ya  da  cəmiyyətin  fəallığına  cavab  reaksiyası 

kimi - birinin nəticəsi kimi çıxış edir. 

Beləliklə, «cəmiyyət-təbiət» sistemində sistem yaradan 

rolunu cəmiyyətin fəallığı oynayır. «Heyvan- yaşayış mühiti» 

ekoloji  sistemindən  fərqli  olan  bu  sistemin  qurulması 

prosesində xüsusi tip fəallığın - ekoloji fəaliyyətin qurulması 

və inkişafı ilə müəyyən olunur. Ekoloji fəaliyyət cəmiyyət və 

təbiət arasındakı dinamik 



143 


tarazlığın  qorunmasına  yönələn  və  ya  bu  tarazlıq  pozulubsa 

onun bərpa edilməsinə yönələn fəaliyyətdir. Ekoloji fəaliyyətin 

obyektiv  əsası  cəmiyyətin  öz  mövcudluğu  və  inkişafı  üçün 

əlverişli  və  ya  əlverişsiz  təbii  mühitə  olan  təlabatıdır.  Bu 

təlabatm  dərk  olunması  onun  həyata  keçməsi  uçün  müvafiq 

məqsəd  və  fəaliyyət  doğurur.  Doğrudur  ekoloji  fəaliyyətin 

nəticələri  heç  də  həmişə  qarşıya  qoyulan  məqsədə  uyğun 

gəlmir. Əgər bu və ya digər səbəbdən məqsədə nail olunmursa 

onda  təbii  mühiti,  bəzən  hətta  bütövlükdə  «cəmiyyət-təbiət» 

sistemini korlayan ekoloji cəhətdən müsbət nəticə alma bilər. 

Məsələn,  1980-ci  ildə  təbii  mühitin  getdikcə  pisləşməsinin 

qarşısını  almaq  üçün  Qara  Boğaz  Qol  bağlandı,  lakin  nəticə 

gözlənildiyinin  tam  əksinə  oldu.  Ancaq  ekoloji  fəalİ

5

^ət  bu 



baxımdan istisnalıq  təşkil  etmir: məqsəd və nəticə arasındakı 

«qayçı»  istənilən  digər  fəaliyyət  üçün  xarakterikdir.  Bütün 

digər  fəaliyyətlər  kimi  ekoloji  fəaliyyətdə  iki  tərəfi 

fərqlənlirirlər:  maddi,  yəni  təbii  mühiti  yaxşılaşdırmaq  və 

qorumaq üçün istehsal fəaliyyəti və mənəvi - ekoloji siyasətin 

işlənib  hazırlanması  və  həyata  keçirilməsi,  təbiəti  qoruma 

hüquqlarının  təkmilləşməsi  (məsələn,  hər  hansı  növ  bitki, 

heyvan növünün məhv edilməsinə qadağan qoyulması və buna 

oxşar  tədbirlər),  cəmiyyətin  üzvlərində  ekoloji  şüurun 

tərbiyəsi,  o  cümlədən  ekoloji  baxımdan  ağıllı  hesab  edilən 

təlabatlarm və əxlaq normalarının formalaşdırılması. 

İctimai-ekoloji  münasibətlərin  təhlilinə  xüsusi  yer 

vermək məqsədəuyğundur. Ekoloji fəaliyyət yalnız məhsuldar 

qüvvələrin səviyyəsi ilə, yəni cəmiyyətdə olan texniki və kadr 

imkanları ilə deyil, həm də ictimai münasibətlərlə, ilk növbədə 

istehsal-iqtisadi 

münasibətlərlə 

determinasiya 

(bütün 

hadisələrin qanunauyğunluğu 



144 


və  səbəbiyyət  əlaqəsindən  asılılığı)  olunur.  İctimai-ekoloji 

münasibətlərin  məğzini  aydınlaşdırmaq  üçün  iki  mühüm 

vəziyyəti  nəzərə  almaq  lazımdır.  Birincisi,  ekoloji  fəaliyyət 

çoxlu  fərdlərin,  çox  vaxt  bütövlükdə  cəmiyyətin,  bu  gün  isə 

bütün planet miqyasında hamının əməkdaşlığını nəzərdə tutur. 

Adamların  bir-biri  ilə  münasibəti  olmadan  onların  təbiətlə 

münasibətləri  yoxdur. Bununla bağlı müəyyən etmək olar ki, 

ictimai-ekoloji  münasibətlərin  məğzini  adamların  təbiətə 

münasibəti çərçivəsində onların bir-biri ilə münasibətləri təşkil 

edir.  İkincisi,  ekoloji  fəaliyyət  ictimai  mühiti  yenidən 

dəyişdirən insan fəaliyyətindən mütləq ayrı şəkildə baş vermir. 

İnsan  tarixinin  bütün  mərhələlərində  fəaliyyətin  bu  iki  növü 

bir- biri ilə sıx bağlı olur, bunun da nəticəsində ictimai-ekoloji 

münasibətlərə  ictimai  münasibətlərin  bütün  sisteminin-  həm 

maddi (texnoloji və iqtisadi), həm də ideoloji (siyasi, hüquqi, 

əxlaqi  və  s.)  -  ekoloji  aspekti  kimi  baxılır.  İctimai  ekoloji 

münasibətlər ekoloji ictimai fəaliyyətin ilkin əsasi, şərti, eyni 

zamanda  nəticəsi  kimi  çıxış  edir,  yəni  bu  fəaliyyəti 

determinasiya  edir,  onlar  orada  yığılır  və  tədricən  öz-özünə 

yaranırlar.  «Cəmiyyət  -  təbiət»  sistemində  münasibətlərin 

kəskinləşməsi ilə ekoloji fəaliyyət xüsusi əhəmiyyət kəsb edir, 

ona  olan  təlabat  kəskin  şəkildə  artır.  Əgər  ictimai-ekoloji 

münasibətlər  bu  fəaliyyətin  inkişafına  kömək  etmirsə  və  ya 

onun  inkişafını  ləngidirsə  bu  münasibətlərin  dəyişdirilməsi 

zərurəti  yaranır,  yəni  əlavə  amillər  yetişir,  onlar  da  digər 

səbəbiyyət amilləri ilə sosial inqilabın yetişməsinə kömək edir. 

Məsələn,  XVIII  əsr  fransız  inqilabını  öyrənən  tarixçilər 

dəfələrlə qeyd etmişlər ki, 1789-cu ildən əvvəl ölkəni bürüyən 

quraqlıq,  məhsul  olmamasından  yaranmasını  aclıq  inqilabi 

vəziyyətin yaranmasını şərtləndirən 



145 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə