Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə46/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   148

onun  yalnız  1-1,5  faizi  istehlak  forması  kəsb  edir,  qalanı  isə 

yenidən  təbiətə  atılır,  bu  isə  çox  vaxt  bütövlükdə  təbiətə 

görülməz  dərəcədə  ziyan  vurur.  Nəticədə  biosferanm 

özü-özünü təmizləməsi xeyli aşağı düşmüşdür, 

0

, insanın atdığı 



tullantıdan  artıq  özünü  təmizləyə  bilmir.  Bütün  bunlar  Yer 

kürəsi  ətrafında  karbon  qazı  təbəqəsinin  yaranmasına  gətirib 

çıxamrışdır yaxın gələcəkdə bizim mavi səma görünməz hala 

düşə  bilməsi  təhlükəsi  qarşısındadır:  enerji  balansının 

pozulması, temperaturun tədricən istiləşməsi bu gün məhsuldar 

hesab olunan regionlarda quraqlığa gətirib çıxara bilər, buzla 

örtülü okeanlarda buzun əriməsi nəticəsində suyun səviyəsinin 

qalxması  sahil  ölkələrin  və  şəhərlərin  su}mn  altında  qalması 

təhlükəsi  ilə  üzləşə  bilər.  Oksigen  balansının  pozulması 

təhlükəsi.  Dünya  okeanın  çirklənməsi  kimi  meyllər  ekoloji 

problemlərin qlobal xarakter daşıdığını göstərir. Bütün bunlar 

adamların sağlamlığına mənfi təsir göstərir, onların əməyinin 

məhsuldarlığı  aşağı  düşür  yaradıcılq  fəallığı  zəifləyir, 

torpaqların 

məhsuldarlığını 

saxlamaq 

üçün 

kapital 


qoyuluşunun  miqdarının  artırılması,  su  mənbələrinin 

təmizlənməsi  zəruri  hal  kimi  qarşıya  çıxır.  Ətraf  mühitin 

çirklənməsi,  ayrı-ayrı  dərmanlara  dözümlü  olan  mikroblarm 

artması, qəbul edilən qidanın ekoloji cəhətdən təmiz olmaması 

insanlara mənfi təsir göstərir. Nəticədə anadangəlmə çatışma- 

mazhqlarla  doğulan  uşaqların  sayı  dumadan  artır,  irsi 

xəstəliklər  çoxalır,  xronoloji  xəstəliklər,  mənşəyi  məlum 

olmayan  xəstəliklər  baş  alıb  gedir.  Ekoloji  böhranın  artması 

buna bais olan insanların özləri üçün daha acınacaqlıdır. Vəhşi 

heyvan  və  bitki  növlərinin  bir  çoxunun  məhv  olması,  xəstə 

doğulan uşaqların sayının 

140 



durmadan artması ekoloji problemi kəskin şəkildə qoymuşdur. 

Ekoloji  problemin  mahiyyəti  ətrafında  fikir  söyləmək 

məqsədəuyğundur.  Son  onilliklər  elmi-texniki  inqilabın 

inkişafı  bəşəriyyətin  məhsuldar  qüvvələrinin  inkişafında 

görünməyən mütərəqqi dəyişiklər yaratsa da, eyni dərəeədə bu 

onilliklər  ekoloji  problemi  gərginləşdirmişdir  -  bu  da  təbii 

ehtiyatların  tükənməsi  ilə  bağlı  narahatlıq  yaratmış,  insan 

fəaliyyətinin  kortəbii  nəticələrinin  qarşısını  almaq  üçün 

tədbirlər  görülməsini  zəruri  etmişdir.  Ancaq  elmi-texniki 

tərəqqi  və  onun  nailiyyətlərinin  tətbiqi  özü-özlüyündə  ətraf 

mühitə dağıdıcı zərbə vunnuş, təbii ehtiyatların tükənməsində 

və  insanın  yaşamaq  şəraitinin  pisləşməsində  onun  rolu 

necədir?  Yoxsa  bu  mənfi  nəticələr  təbiətə  təsirin  konkret 

metodları  və  formaları  ilə,  elmin  və  texnikanın 

nailiyyətlərindən  istifadə  formaları  ilə  bağlıdır?  Axı  elm  və 

texnikanın inkişafı konkret ictimai sistemlə sıx bağlıdır və bu 

sistem  elm  və  texnikanın  inkişafını,  bütöv  məhsuldar 

qüvvələrin  inkişafını,  hərn  də  təbiətə  təsirin  forma  va 

metodlarını  müəyyənləşdirir.  Bununla  bağlı  daha  bir  əsaslı 

sual yaranır; ekoloji problemin mahiyyəti nədir və o bəşəriyyət 

qarşısında  hansı  real  dilemma  (iki  mümkün  qərar  və  ya 

nəticədən birini qəbul etmək məcburiyyəti) qoyur, onun nəzəri 

və praktiki həlli yolları hansıdır? 

Ekoloji problemə yanaşma, bir tərəfdən, onun kompleks 

və  qlobal  xarakter  daşıdığını  görməyə  imkan  verir.  Digər 

tərəfdən  isə  konkret  ictimai  kontestdən  ictimai,  texniki  və 

mədəni  tərəqqi  ilə  bağlı  onun  mənşəyini  və  mahiyətini 

görməyə imkan verir. Bu cür yanaşma istər nəzəri, istərsə də 

praktiki münasibətlər kimi ağllı realizm mövqeyini təsdiq edir, 

elmi cəhətdən əsaslandırılmış 



141 


fəaliyyətə sövq edir, ekoloji  problemi  həll etmək üçün bütün 

qüvvələrin birləşdirilməsi zəruriliyini yaradır. Unutmaq lazım 

deyil  ki,  cəmiyyət  və  təbiətin  qarşılıqlı  münasibəti  tarixi 

xarakter  daşıyır  və  ictimai  inkişafın  gedişində  bu  qarşıhqlı 

münasibətin  formaları,  miqyası  və  meyli  dəyişir.  Maddi 

istehsal,  insan  fəaliyyəti  insanlann  yaşayış  şəraitinə  həm 

müsbət,  həm  də  mənfi  təsir  göstərir.  Ona  görə  də  insanın 

ekologiyası,  onun ətraf mühitə təsiri vacib  problemə çevrilir, 

müstəqil əhəmiyyət kəsb edir, bununla belə onun həllinin açarı 

ictimai  amillərin  təhlilində,  bu  amillərlə  şərtlənən  istehsalın 

özünəməx-  susluğundadır.  Ekoloji  problemin  sırf  elmi  və 

texnoloji  tərəfləri  ilə  yanaşı  onun  ictimai-iqtisadi,  siyasi,  o 

cümlədən  beynəlxalq  hüquqi  tərəflərini  qeyd  etməklə  bu 

problemin  ictimai,  mədəni,  ideoloji,  etnik-humanist,  nəhayət 

estetik  tərəflərini  də  nəzərə  almaq  vacibdir.  Məhz  bunlar 

ekoloji  problemin  kompleks  araşdırılmasını  tələb  edir.  Bu 

tərəflərin  hər  hiri  özlüyündə  öz  həllini  tələb  edən  böyük 

problemdir. Ancaq bu problemin hər birinin ayrılıqda təhlili və 

ya vahid ekoloji problemin ayrı-ayrı tərəflərinin araşdırılması 

hər vaxt bu və ya digər ümum- fəlsəfı mövqeyinin yaranmasına 

gətirib çıxarır. 

İnsanın təbiətə təsir səviyyəsi, ilk növbədə, cəmiyyətin 

texniki  imkanlarından  asılıdır.  Bəşəriyyətin  inkişafının  ilkin 

mərhələsində bu təsir olduqca az olmuşdur. Lakin cəmiyyəti'n 

inkişafı ilə, onun məhsuldar qüvvələrinin yüksəlişi ilə vəziyyət 

köklü  şəkildə  dəyişməyə  başladı.  XX  əsr  artıq  elmi-texniki 

tərəqqi  əsri  oldu.  Elmin,  texnikanm  və  texnologiyanın 

keyfiyyətcə  yeni  qarşılıqlı  münasibətinin  yaranması 

cəmiyyətin təbiətə təsirinin imkanlarını və real miqyasını xeyli 

artırdı, bəşəriyyət 



142 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə