Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə42/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   148

ya digər təbii iqlim şəraitindən asılılığını qeyd etməmək olmaz. 

Coğrafi  amilin,  əhalinin  etnik  xüsusiyyətlərinin  cəmiyyətin 

inkişafına  təsirini  nəzərə  almaq  zəruridir.  Bu  cəmiyyətdə  öz 

siyasətinin  təbii  xüsusiyətlərini  nəzərə  almaqla  onu  daha 

effektli  quraıağa  imkan  verir.  Ancaq  coğrafi  amilləri 

mütləqləşdirmək  olmaz.  Başqa  işlərdə  olduğu  kimi  elmdə  də 

ifratçılıq yalnız ziyan gətirir. 

Məşhur  rus  alimi,  Nobel  mükafatı  laureatı  İ.Meç- 

nikovun  doğma  qardaşı  L.Meçnikovun  «okean  konsepsiyası» 

maraqlı  və  originaldır.  Özünün  «Sivilizasiya  və  böyük  tarixi 

çaylar» əsərində (1889) rus alimi belə nəticəyə gəlir ki, insan 

cəmiyyətinin  inkişafı,  ilk  növbədə,  su  ehtiyatlarının  və  rabitə 

yollarının  mənimsənilməsi  ilə  müəyyən  olunur.  Onun 

konsepsiyasına görə, ardıcıl olaraq bir-birini əvəz edən bir neçə 

sivilizasiya mövcud olmuşdur. Onlardan birincisi - su (qədim) 

sivilizasiyasıdır. 

Bu  vaxt  cəmiyyət  Çinin,  Misirin, 

Messapotomiyanm  böyük  çaylarının  mənimsənilməsi  və 

istifadə olunması hesabına inkişaf etmişdir. Sonra Aralıq dənizi 

sivilizasiyası  yaranmışdır,  bu  adamlara  dəniz  məkanını 

mənimsəməyə  və  kontinetdən  kontinentə  keçməyə  imkan 

vermişdir.  Nəhayət,  Amerikanın  kəşf  olunması  və  okeanları 

mənimsəməklə  bəşəriyyət  bütün  Yer  kürəsi  miqyasında  yeni 

okean sivilizasiyasına daxil oldu. 

L.

 

Meçnikovun 



bu 

nəzəriyyəsi 

ətrafında 

gedən 


mübahisələrə  baxmayaraq,  burada  bəzi  digər  cəmiyyətin 

inkişafı  haqqındakı  ictimai-siyasi  doktrinalardan  fərqli  olaraq 

hər  hansı  sinfin  və  ya  cəmiyyətin  ictimai  təbəqəsinin 

diktaturasına,  güc  işlətməsinə  bəraət  qazandırılmır.  O 

humanist, ümuminsani məna daşıyır. Coğrafi determinizmə aid 

olan  nəzəriyyəni  necə  qiymətləndirsək  də,  aydındır  ki,  bu 

sahədəki tədqiqatlar insanın inkişafında ətraf 

128 



mühitin  rolunu  daha  dərindən  dərk  etmək  üçün  alimlərin, 

siyasətçilərin,  iqtisadçıların  diqqətini  bu  məsələyə  cəlb  edə 

bilmişdir. Eyni zamanda istənilən nəzəriyyənin doğmiuğunun 

həqiqi  meyarı  kimi  rəhmsiz,  sərt,  saf,  təmiz  praktika 

cəmiyyətin  təbiətdən  əhəmiyətli  dərəcədə  asılı  olmağını, 

iqlimin,  havanın  pis  olmasına  və  digər  təbii  süıprizlərə 

baxmayaraq,  ayrı-ayrı  ölkələrin  öz  talelərini  özlərinin  həll 

etməsini, cəmiyyətin imkanlarının və vəzifələrinin təbiətindən 

asılı  olmadığını  sübut  etmişdir.  Coğrafi  determinizmin 

nümayəndələri  bütövlükdə  öz  ideyalarını  dinc  yolla  təbliğ 

edirdilər.  Eyni  zamanda  təbii  amillərin  əhəmiyyəti  haqqında 

coğrafi  determinizmin  nəticələrinə  əsaslanan  nəzəriyyələrin, 

geosiyasətin  postulatları  (sübutsuz  olaraq  əsas  götürülən 

müddəa,  fərziyyə)  bəzən  olduqca  təcavüzkar  xarakter  daşıya 

bilər.  Geosiyasət  nəzəriyyəsini  əsasən  Qərbi  Avropa  alimləri 

işləyib 


hazırlamışdır; 

onların 


arasında 

R.Çellenin 

(«geosiyasət» 

termininin 

müəllifi, 

1916), 


F.Rastel, 

K.Hausxofer  və  başqalarının  adlarını  xüsusi  qeyd  etmək 

lazımdır. 

Geosiyasətçilərin  əsas  müddəalarına  görə  dövlətin 

siyasəti  (ilk  nöbədə  xarici  siyasət)  müxtəlif  coğrafi  amillərlə 

(məkan mövqeyi ilə, iqlim ilə, təbii ehtiyatlarla, əhalinin artım 

sürəti  ilə  və  s.)  müəyyən  olunur.  İnsan  cəmiyyətinin  tarixi 

dövlətlərin mübarizəsi kimi şərh olunur, onlar bioloji orqanizm 

kimi  həyat  məkanı  uğrunda  mübarizə  aparırlar.  Alman 

etnoqrafı  və  coğrafiyaçısı,  «siyasi  coğrafiyanın»  banisi 

F.Ratsel şovinist və rasist olmasa da özünün «Siyasi coğrafiya» 

adlı əsərində əhalinin sayını artıraraq üçün dövlətin ərazisinin 

genişləndirilməsinin 

zəruriliyini 

qeyd 

etmişdir. 



Geosiyasətçilərin çıxardığı bu nəticə müstəmləkəçiliyə nəzəri 

bəraət qazandırır və onu əsaslandırmağa kömək etmişdir; - 



129 


bir  sıra  dövlətlər  -  Almaniya,  Yaponiya,  İsrail  və  başqa 

dövlətlər  əhalinin  sayını  artırmaq  üçün  «həyat  məkanını» 

genişləndirmək  bəhanəsi  ilə  həyata  keçirdikləri  qəshkarhq 

siyasətlərində bu nəzəriyyədən istifadə etmişlər. Qərbin dəniz 

dövlətləri  ilə  Şərqin  kontinental  ölkələri  arasındakı,  qabaqeıl 

Şimal  sənayesi  ilə  geridə  qalmış  aqrar  Cənub  arasındakı 

uydurulmuş  «antoqonizmi»  də  coğrafi  amillərlə  izah  etməyə 

cəhd  etmişlər.  Bir  çox  geosiyasi  istiqamətlərin  uğursuzluğu 

göz qabağındadır. 

İnsanı və kosmos problemi ilə bağlı bəzi mühakimələri 

nəzərinizə  çatdırmaq  istərdi.  Cəmiyyət  və  təhiətin  qarşılıqlı 

fəaliyyəti haqqında danışarkən hiz əsasən bir planetin yerinin 

miqyasına  əsasən  fikir  söyləyirik.  Lakin,  dediyimiz  kimi, 

«təbiət»  anlayışı  geniş  mənada  maddi  aləmin  bütün 

obyektlərini əhatə edir. Bəşəriyyət və kosmosun əlaqəsi uzun 

əsrlər  ərzində  filosoflar  tərəfindən  ən  yaxşı  halda,  məcazi 

mənada,  elmi  hipotez  və  fərziyyələr  səviyyəsində 

qiymətləndirilmişdir.  Bu  mühakimələr  əsasən  «İnsan  -  Yerin 

oğlu. Kosmosun uşağıdır» tipli humanist xarakterdə olmuşdur. 

Kosmosun  və  ona  daxil  olan  hər  şeyin,  o  cümlədən,  ətraf 

mühitin  və  bəşəriyyətin  vəhdəti  haqqında  məsələnin 

öyrənilməsi XX əsrdə astronomiya və astrologiya sahəsindən 

fəlsəfəyə,  eyni  zamanda  praktiki  kosmonavtika  və 

astronavtikaya  keçdi.  Alimlər  çoxdan  Günəşin  fəalhğmdakı 

özünəməxsus  izlərə  (ləkə,  onu  üzərində  şölələnən  alova), 

protuberansa  (Günəş  səthi  üzərində  közərmiş  qaz  kütlələri)) 

diqqət  yetirmişlər.  Tədqiqatlar  göstərmişdir  ki,  bu  fəallıq  öz 

növbəsində  dünya  məkanındakı  elektromaqnit  və  digər 

titrəyişlərlə bağlıdır. Rus alimi A.Z.Çijevski astronomiyaya yə 

tarixə dair çoxsaylı elmi tədqiqatlar apararaq Günəşin və onun 

fəallığının Yerdəki bioloji və ictimai 

130 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə