Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə41/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   148

artır.  İndiki  zamanda  iri  şəhərlərsiz,  evlərsiz,  maşınsız, 

zavodsuz  və  s.  olmayan  insan  cəmiyyəti  təsəvvür  etmək 

çətindir. 

İnsan  yalnız  müəyyən  ictimai  münasibətlər  sistemində 

yaşaya  və  fəaliyyət  göstərə  bilər.  Bu  ietimai  münasibətlər 

müəyyən maddi şəraitdə həyata keçir, bura həm də insanların 

yaratdığı süni yaşayış mühiti də daxildir. Cəmiyyətin inkişafı 

ilə süni yaşayış mühitinin rolunun artmasını göstərən faktlara 

nəzər  salaq:  insan  tərəfindən  yaradılan  cansız  predmetlər  və 

canlı  orqanizmlər  texnokütlə  adlanır.  Təbii  şəraitdə  mövcud 

olan,  hələ  insan  əli  dəyməyən  canlı  orqanizm  isə  biokütlə 

adlanır.  Hesablamalar  göstərir  ki,  müasir  bəşəriyyətin 

yaratdığı  texnokütlə  bir  il  ərzində  1013-1014  təşkil  edir, 

biokütlə  isə  yalnız  1012-dir.  Buradan  belə  nəticə  çıxır  ki, 

bəşəriyyətin  artıq  indi  təbii  mühitdən  on  dəfələrlə,  yüz 

dəfələrlə məhsuldar olan süni yaşayış mühiti yaratmışdır. Buna 

həm də insanın texniki təsir imkanlarını da əlavə etsək - bütöv 

geoloji  strukturu  dəyişən,  nəhəng  su  anbarları  yaradan, 

atmosferi  dəyişən,  hətta  Yerin  işıqlan-  masmı  təmin  edən 

gücünü də əlavə etsək insanın imkanlarını aydın görə bilərik. 

Bu  gedişlə  süni  yaşayış  mühiti  təbiini  ötüb  keçir,  onu  udur. 

Lakin  təbii  yaşayış  mühiti  yalnız  insanın  həyat  fəaliyyətinin 

maddi şəraiti və istehsalın başlanğıc obyekti olmayıb, həm də 

müəyyən  estetik  və  əxlaqi  münasibətlərin  obyektidir.  Əgər 

Marksm sözləri ilə desək, təbiətlə insanın yalnız fiziki deyil, 

həm də mənəvi həyatı bağlıdır. Biz vəhşi təbiətin gözəlliyindən 

parklarda  əkilən  güllərin  gözəlliyindən  aldığımız  zövq  qədər 

zövq alırıq. Biz əvvəllər insanların qorxduqları heyvanları seyr 

etməkdən  zövq  alırıq;  biz  nəhayət  təbiətin  qorunması 

qarşısındakı cavabdehliyimizi duyuruq. Ona 



125 


görə  də  təbiət  haqqında  danışarkən  biz  nəzərə  almalıyıq  ki, 

insanın təbiət qarşısında daşıdığı məsuliyyət böyükdür. İnsanın 

təbiətə  münasibəti  yalnız  istehsal  prosesi  ilə  məhdudlaşmır, 

burada  insan  qəlbinin  dərinliklərində  sirli  qalan  bir  sıra 

münasibətlər  də  vardır.  Tarixən  təbiətin  şərh  olunmasında 

mədəniyyətin inkişafının müəyyən səviyyəsi və onun əsasında 

dayanan ictimai münasibətlər öz əksini tapmışdır. Ona görə də 

təbiətin  fəlsəfi  mənasının  müzakirə  edilməsi  yalnız  təbiət  və 

istehsalın deyil, həm də estetik, əxlaqi, ictimai münasibətlərin, 

təbiətin  qiymətləndirilməsinin  qarşılıqlı  əlaqəsinin  təhlilini 

tələb  edir.  Süni  yaşayış  mühitinin  həcminin  -  genişlənməsi 

dinamikası, onun ətraf mühitə təsiri bu gün hamını narahat edir. 

Cəmiyyət  və  insanın  təbiətə  böyük,  artmaqda  olan  təsiri 

V.İ.Vernadskinin  noosfera  haqqında  təlimində  öz  əksini 

tapmışdır. 

«Noosfera»  (hərfi mənası-əql sahəsi) temıinini ilk dəfə 

1927-ci  ildə  E.  Lerua,  sonra  isə  P.  Teyyar  de  Şarden  istifadə 

etmişdir.  Vernadskinin  özü  noosfcra  haqqında  təlimin  əsas 

ideyalarını artıq XX əsrin əvvəllərində işləmiş və bu haqda öz 

fikirlərini  söyləmişdir.  Artıq  o  vaxt  dünyanın  qlobal  yenidən 

qurulmasında insan əqlinin imkanları götür-qoy edilmiş, insann 

təbiətə 

təsirinin 

prespektivləri, 

onların 


qarşılıqlı 

münasibətlərinin  tezliklə  harmonikləşməsinin  zəruriliyi  təhlil 

olunmuşdur. Bu anlayışın müəyyən edilməsində mövcud olan 

müxtəlif  yanaşmalar  haqqında  demək  olar  ki,  noosfera 

biosferanm  və  bütün  planetin  mövcud  olmasının  yeni 

mərhələsidir, bu vaxt insanın şüurlu fəaliyyəti. Əqli biosferanm 

təkamülündə  yalnız  həlledici  amil  olmayıb,  həm  də  eyni 

zamanda  onun  qorunmasıdır.  Bu  vaxt  cəmiyyət  kortə-  biiliyi 

əvvəllər zəif nəzarət olunan məhsuldar qüvvələrin 

126 



inkişafına, təbiətə müdaxiləyə şüurlu nəzarət edir, onu nizama 

salır.  Noosfera  mərhələsində  cəmiyyətin  təlabatı  geo  və 

biosfcranm  imkanları  ilə  ölçülür.  Biosfera  və  sivilizasiya 

müxtəlif, bir-birinə zidd hissələr kimi qəbul edilməməli, vahid 

bütövün  tamı  kimi,  bir-birini  tamamlayan,  bir-birinə  kömək 

edən bir orqanizm kimi qəbul olunmalıdır. 



Coğrafi  determinizm  və  geosiyasət  məsələsinə  də 

aydınlıq gətirmək vacibdir. Təbiətin cəmiyyətə təsir səviyyəsi 

o qədər yüksəkdir ki, bu sosiologiyada bütöv bir istiqamətin - 

coğrafi  detemiinizmin  yaranması  üçün  əsas  olmuşdur.  Onun 

tərəfdarları belə güman edirdilər ki, insan cəmiyyətinin inkişafı 

ona  müxtəlif  coğrafi  amillərin  həlledici  təsiri  ilə  müəyyən 

olunur.  Bir  çox  mütəfəkkirlər  -  Platon,  Aristotel,  Bokl, 

L.Mcçnikov,  Ritter  və  başqaları  bu  istiqamətə  üstünlük 

vermişlər.  Məsələn,  Bokl,  Monteskye,  Reklyu  belə  heab 

edirdilər ki, xalqların inkişafı, ilk növbədə, yerli landşaft (Yer 

səthinin  forması),  torpaq,  iqlim,  qida  ilə  müəyyən  olunur. 

Fransız  alimi  Ş.Mon-  teskyenin  dedikləri  olduqca 

xarakterikdir:  «İsti  iqlimin  xalqları  qocalar  kimi  cəsarətsiz, 

ürəksiz  olurlar,  soyuq  iqlimin  xalqları  isə  cavanlar  kimi 

cəsarətli,  igid  olurlar».  İngilis  alimi  Q.Bokl  Hindistanda 

qulçuluğun olmasını hindlilərin psixikasına təsir edən müvafiq 

isti iqlimlə izah edirdi. Çox güman ki, bu deyimdə şişirdilmə 

halı, bəlkə də siyasi sifariş (həmin vaxtlarda Hindistan Böyük 

Britaniyanın  müstəmləkəsi  olmuşdur)  öz  rolunu  oynamışdır. 

Ancaq  bu  cür  xarakteristikalarda  həm  də  təbiətin  ayrı-ayrı 

adamların və etnik qrupların davranışına, psixikasına təsiri ilə 

bağlı  sərrast  müşahidələr  də  öz  rolunu  oynamışdır.  Müxtəlif 

ölkələrin 

inkişaf 


tarixini 

və 


xalqların 

etnik 


özünəməxsusluğunu diqqətlə təhlil edərək xalqların bu və 

127 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə