Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə35/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   148

ənənəvi olaraq məşğul olduqları işlər - təbiət, tarix, cəmiyyət, 

əxlaq, din - onların artan diqqətlərinin obyekti olmuşdur. 

XVIII  əsrdə  insanın  yeganə  bacarığı  -  Əqli  geniş 

şöhrət  qazanmışdır.  Ona  böyük  ümidlər  bəsləyirdilər. 

Filosoflar  insan  şüurunun  ağlasığmayan  böyük  imkanlarını 

dərk  edirdilər,  onlar  yalnız  hər  şeyə  qadir  olan  əqli 

qiymətləndirirdilər.  Axı  ətrafda  çoxlu  formasız,  kortəbii 

hadisələr də vardır. Öz mühakimələrinə, düşüncələrinə qapılan 

filosoflar  bu  dərinlikləri  poetikləşdirə  bilərdilərmi?  Bu  təbiət 

zövq  obyekti  ola  bilərdimi?  Təbiət  qeyri-  mütəşəkkil  və 

şüursuzdur,  onu  ram  etmək,  əqlə  tabe  etmək  lazımdır. 

Əsrlərdən gələn yolu bizim üçün açan mətndə isə təbiət tənqid 

yox,  sevilə-sevilə  seyr  edilən,  tamaşa  olunan  obyektdir.  O, 

insanın fəal dünyası ilə, insan əqli ilə yanaşı mövcuddur. 

Mətni  oxuyarkən  orada  ifadə  olunan  təbiətin 

qavranılmasmm bir xüsusiyyətinə diqqət yetirdinizmi? Dərhal 

qeyd  edək  ki,  sirri  açmağın  açarı  məhz  bu  xüsusiyyətdədir. 

Bizə məlum olmayan filosofun təsvirində təbiət insanlaşdırılır, 

insan  şəklinə  salınır:  o,  canlı  varlıq  kimi  danışır,  rəqs  edir, 

sevir,  qorxudur,  yəni  ona  insani  keyfiyyətlər  verilir.  Təbiət 

insan ölçüləri ilə yaşayır, eyni zamanda insandan ayrıdır. Bu 

iki ayrılmış varlığın heyranedici birliyidir! Əlbəttə, təbiətin bu 

cür təsviri yalnız XIX əsrdə mümkündür. Bu mətndə dünyanın 

romantik  təəssüratı  təcrübəsinin  şıltaqlığı  açılır,  burada  ilahi 

alleqoriya  yoxdur,  təbiətə  titrək  və  həyəcanlı  pərəstiş, 

məftunluq  var.  Biz  müəllifdə  təbiətdə  əriyən,  təbiətdə 

qaynayıb qarışan və ya ondan ayrı düşən ciddi asketizmini tapa 

bilmərik, ancaq onda təbiətin vahiməsini, onun böyüklüyünü 

duyma hissi var. Bundan əlavə təbiətin insan 

107 



dünyası ilə üzvi münasibəti var və bu dünya vasitəsi ilə o öz 

insani hisslərini verir. 

Xüsusi fəlsəfi hazırlıqsız, tədqiqat təcrübəsi olmadan bu 

mətnin  müəllifinin  kim  olmasını  güman  etmək  mümkün 

deyildir. Hətta mütəxəsisslər üçün, fəlsəfə tarixçiləri üçün bu 

sadə  iş  deyildir.  Uzun  müddət  bu  sətirləri  Hötenin  adına 

çıxırdılar: Höte təbiətdən zövq alır, onu poetikləşdirirdi. Hətta 

şairin  özü  ahıl  yaşlarında  bu  sətirləri  nə  vaxtsa  cavanlıq 

illərində  yazdığını  düşünməyə  meylli  olmuşdur.  Höte  çox 

yaşamışdır,  prinsipcə  bu  cür  sətrlər  yaza  bilərdi.  Onun 

əsərlərini nəşr edənlər bu hissəni onun seçilmiş əsərlərinə də 

salmışdırlar. Ancaq unutmaq lazım deyildir ki. Höte yalnız şair 

olmayıb,  həm  də  böyük  alim-naturalist  idi.  Bu  cür  romantik 

vəcd, coşqunluq yetkinlik yaşında mümkün deyildir. Təbiətdən 

romantik  zövq  almaq,  onu  coşqunluqla  vəsf  etmək  -  axı  bu 

panteizmdir! 

Bu gözəl sətrlərin müəllifinə açar da budur. Bu sətrləri 

alman  filosofu  və  romantiki  Fridrix  Şellinq  yaratmışdır. 

«Təbiət» hissəsini filosof təbiəti fəlsəfi dərk etməyə cəhd etdiyi 

dövrdə  yazmışdır.  Burada  ulu  valideyni  hesab  etdiyi  təbiətin 

sirlərini  açmağa  cəhd  var.  Təbiətə  qarşı  qəddarlıqdan  söhbət 

belə gedə bilməzdi: insan təbiətə qarşı titrək hislərlə yaşayır, o 

təbiətə olan məhəbbət və inamına and içir və öz gücünə inamı 

yoxdur.  Bu  inam  fəlsəfi  şüurda  sonralar-növbəti  yüzillikdə, 

təbiətə  həsr  olunan  üç  abzas  nə  qədər  maraqlı  gümanlar, 

ehtimallar yaratmışdır. 

Təbiət  haqqında  bütün  dövrlərdə  -  antik  dövrdən  bu 

günə  qədər  düşünmüşlər.  Təbiətə  baxış  və  onun 

qiymətləndirilməsi 

müxtəlif 

olmuşdur: 

təbiəti 


şöhrətləndirmişlər,  tərifləmişlər,  yamanlamışlar,  söyüb  biabır 

etmişlər, fəth 



108 


etmişlər, dərk etmişlər, insanlaşdırmışlar... Belə çıxır ki, təbiət 

düşüneə üçün maraqlı və müəmmalı obyektdir. Əlbəttə, yalnız 

ətraf mühit,  təpələr, meşələr,  göllər nəzərdə tutulmur. Təbiət 

ümumiləşdirilmiş  anlayış  kimi  çıxış  edir,  bəzən  o  sonsuz 

Kainat ilə eyniləşdirilir. Beləliklə, təbiətdən uzaqlaşmaqla bir 

sıra  fəlsəfi  problemlərin  həllinə  doğru  hərəkət  etmək  olar. 

Təbiətsentrizim fəlsəfi dünyagörüşün geniş yayılmış çoxsaylı 

istiqamətlərindən biridir. 

Müasir 

elm 


düzgünlüyü 

ümumiyyətlə 

şübhə 

doğurmayan  biliklər  verir.  Lakin  onun  əsasında  yaranan 



texniki  elmi  bilikləri  təbiəti  fəth  etməklə  bağlı  uzağa  gedən 

planları  həyata  keçirmək  üçün  istifadə  etməyə  imkan  verir. 

Ancaq bu aşağıdakı məsələni həll etməyə heç cür kömək etmir; 

bu minvalla əldə olunan tərəqqinin dəyəri nədir? Təbiəti, tutaq 

ki,  fəth  etmək  də  olar  və  həm  də  bu  əsarət  altına  salmanın 

qurbanı  da  olmaq  olar.  Təbiət  bir  bütöv  kimi  mütəxəssislər 

üçün  daha  mövcud  deyildir.  O,  qollara  ayrılmış, 

parçalanmışdır.  Bir  çox  tədqiqatçılar  təbiətə  insan  tərəfindən 

zor  tətbiq  edilən  obyekt  kimi  baxırlar.  Təbiətə  səcdə  etmək, 

onu  poetik  vəsf  etmək  tədricən  dağılmağa  başladı. 

N.Berdyayevin 

sözlərinə  görə,  texnika  və  maşının 

hökmranlığı,  ilk  növbədə,  üzvi  həyatdan  (təbiətlə  vəhdətdə) 

mütəşəkkil  fəaliyyətə  keçiddir.  Bu  keçid  təbiətdə  ruhun 

dağılmasını  və  təbii  proseslərə  əqlin  tətbiq  olunmasının 

nəticəsidir. İnsan öz qüdrətini dərk etdi. Ancaq öz şəxsi gücü 

qarşısındakı təəccübü, öz şəxsi əqli qarşısında keçirdiyi qürur 

hissi  ilk  öncə  onu  belə  bir  fikir  ətrafında  düşünməyə  vadar 

etməmişdir:  «Təbiətdə  hər  şeyi  mən  düzmü  və  necə  varsa 

eləmi edirəm? Mən öz qaynar fəaliyyətimlə onun məhvi 



109 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə