Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

215 
 
 
Bu  cihaz  ürəyin  ana  nasos  vəzifəsini  icra  edən  bir  ana  nasos  başı  (roller  və  ya 
sentrifuqalı),  kardioplegiya  sistemini  idarə  edən  (kardioplegiya  göndərmək  və  təkrar  geri 
almaq  üçün)  iki  yardımçı  nasos  və  dövran  xaricinə  çıxan  qanın  təkrar  dövriyyəyə 
qaytarılmasını təmin edən aspirator sistemindən ibarətdir. 
 
Nasoslar (pompalar) 
Roller  nasos:  Dönən  başlıqları  olan,  geniş  qalın  bir  balonun,  ana  nasos  yatağında 
sıxışdırılması ilə qanın irəliyə doğru atılmasını təmin edən silindrik dönüşlü nasos sistemidir. 
Beləliklə  fasiləsiz  qeyri-pulsatil  axınəmələ  gəlir.  Roller  nasos  etibarlı,  ucuz  və  istifadəsi 
asandır. Çıxış xəttində müqavimət olmadıqca, irəliyə doğru olan axın əngəllənməz. Nasosun 
sürəti, rollerin fırlanma sürəti və içinə yerləşdirilən balon setin diametri ilə düz mütənasibdir. 
 


216 
 
 
Roller nasosunun iş prinsipi 
 
 
Sentrifuqalı nasos: Sürətlə dönən konsentrik konus və ya qanadlar vasitəsi ilə çalışan 
kinetik enerjili bir pompadır. Bu qanadlar qanı yüksək sürətlə çevirir. Süni burulğan prinsipi 
ilə çalışır. Konus elektromaqnit sahədə çox sürətlə dönür. Bunun dönməsi nəticəsində yaranan 
mərkəzdənqaçma  qüvvəsi  qanı  dönməyə  məcbur  edir  və  irəli  doğru  itələyir.  Sentrifuqalı 
pompa tək istifadəlik və etibarlı bir nasosdur. 
Sentrifuqalı pompanın roller pompaya nisbətən iki əsas üstünlüyü vardır. 1) Müvəqqəti 
obstruksiya  olsa  belə,  yüksək  geri  təzyiq  meydana  gəlməz  və  nəticədə  sistemdə  cırılma  və 
partlama kimi qan dövranına maneə törədici qəzaların meydana gəlməsinə səbəb olmaz; 2) 
Kompressiya olsa da, geniş qaz emboliyası meydana gəlməz. 
 
 


217 
 
 
Sentrifuqalı pompa ilə SQD 
 
Oksigenator növləri 
 
Qabarcıqlı  oksigenatorlar:  1955-ci  ildə  Jerome  Harold  Kay  ilə  Frederick  S.  Cross 
dönən diskli film oksigenatorunu yaratmışdır. İşləmə prinsipi belə təyin oluna bilər: İki ucu 
metal  lövhələrlə  bağlanıb  bir  şüşə  silindr  içində,  bir-birlərinə  görə  müəyyən  fasilələrlə 
yerləşdirilmiş, düz ya da dalğavari disklər dönməkdədir. Bu silindrin içi müəyyən yerə qədər 
qanla dolur. Disklər dönərkən səthlərinə incə bir təbəqə şəklində qan bulaşır. Digər tərəfdən, 
şüşə silindrin içərisinə oksigen qazı verilir. Beləcə incə təbəqə şəklindəki qan oksigeni alır, 
tərkibindəki karbon qazının çox hissəsini verir. Verilən oksigenin dəqiqədəki sürəti artırılarsa, 
daha çox karbon qazı atıla bilər (ventilyasiya effekti). Lakin bu oksigenatorlar uzun müddət 
istifadə etdikdə qanda köpüklənmə, xəstədə asidoz və hava emboliyası risklərini artırır. 
Membran  oksigenatorlar:  1965-ci  ildə  Bromson  membran  oksigenatoru  təklif  etdi. 
(1951-ci ildə Karlson tərəfindən təcrübi işlər görülmüşdür). Membran oksigenatorda qan ilə 
oksigen  qazı  arasında,  qazı  keçirən  amma  maye,  bərk  maddələri  keçirməyən  bir  membran 
(pərdə)  vardır.  Beləliklə  qan  ilə  qaz  birbaşa  təmas  etmədən  oksigen  ilə  karbon  qazı 
mübadiləsibaş verir. 1980-ci ildə “Hollow Fiber” deyilən lifli oksigenatorlar düzəldilmişdir. 
Bunlar da membran oksigenatorun bir növüdür, yalnız membranlarında qazı keçirən dəliklər 
(holes) vardır. 
Texnologiyanın inkişafı ilə birlikdə, qanın daha yaxşı bir səthlə təması və xarici səthlə 
təsirini  minimuma  endirmək  üçün  lifli  membran  oksigenatorlar  heparin  və  oxşar  kimyəvi 
maddələrlə  örtülür.  Bu  örtüklər  membran  oksigenatorların  uzunmüddətli  və  etibarlı  şəkildə 
istifadə olunmasına imkan verir. 
 
İstilik tənzimləyici 
 
Açıq  ürək  əməliyyatlarında  bədənin  ehtiyacı  olan  qan  dövranı  və  oksigeni  optimal 
səviyyədə saxlamaq üçün xəstənin güvənli soyudulması və eyni təhlükəsizliklə isidilməsinə 
ehtiyac  yaranır.  Xəstənin  soyudulması  metabolizmini  minimum  səviyyəyə  endirərək 
uzunmüddətli SQD-yə imkan verir. 
İstiliyin  tənzimlənməsi qanın  qarşılaşdığı su sirkulyasiyasının  temperaturu  ilə  isidilib-
soyudulması  prinsipinə  əsaslanır.  Burada  qan  və  su  bir-birinə  qarışmır,  yalnız  istilik 
mübadiləsi olur. 


218 
 
SQD üçün lazımlı yardımçı avadanlıq 
 
Bədən  xarici  dövranı  təmin  etmək  üçün  müxtəlif  yardımçı  avadanlıqlardan  istifadə 
olunur.  Yardımçı  avadanlıqlar;  arterial  və  venoz  kanyulalar,  kardioplegiya  sistemləri  və 
kanyulaları, aspirator sistemləri və boru (tubing set) sistemləridir.  
 
Kanyulalar 
 
Kanyulalar  perfuziya  xətləri  ilə  xəstənin  əlaqəsini  təmin  edir.  Perfuziya  kanyulaları  - 
arterial kanyulalar, venoz kanyulalar və kardiyoplegiya kanyulaları olmaqla üç qrupa bölünür. 
Bunlara  əlavə  olaraq,  sol  mədəcik  venti,  ağciyər  venası  venti,  aorta  kökü  venti  də  istifadə 
edilir. 
Kanyulaların ölçüsü xəstənin bədən səthinə görə hesablanır. 
Xəstə bədən səthinin hesablanması isə bu şəkildədir: 
 
BSA = (Boy x çəki) / 3600 kvadrat kök alınaraq hesablanır. Ölçü vahidi m
2
-
dir. 
 
 
SQD zamanı istifadə edilən bəzi kanyulalar 
 
Kardioplegiya sistemləri 
Kardioplegiya  sistemləri  ilə  ürəyi  diastolda  dayandırmaq  üçün  istifadə  edilən 
kardiyoplegiya  mayesi  verilir.  SQD  əsnasında  ürəyi  diastolda  dayandıran  kardiyoplegiya 
mayesi  ürəyə  anteqrad  (aorta  kökü  və  ya  birbaşa  koronar  ostiumlardan)  və  ya  retroqrad 
(koronar  sinusdan)  yolla  verilə  bilər.  Kardioplegiya  mayesi  soyuq  (+4  °C),  isti  və  ya 
normotermik  verilə  bilər. Məqsəd  ürək  fəaliyyətini dayandırarkən  işemik  dövrdə, miokarda 
kafi substratların təmin edilməsidir. 
a)
 
Anteqrad yolla kardioplegiya vermək üçün istifadə edilən kanyulalar; aorta kökündən 
aortaya yerləşdirilən qısa iynə uclu kanyulalardır. Buradan kardioplegiya aorta kökünə verilir. 
b)
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə