rütbəli azərbaycanlı din xadiminin imzaladığı həmin müraciət Qumdakı
yanvar şəhidlərinin 40-cı günündə, yəni fevarlın 18-də təbrizliləri etiraz
nümayişi keçirməyə çağırırdı. Zahirən din xadimlərinin çağınşı ilə həyata
keçirilmiş nümayiş böyük bir çıxışa çevrildi. 1978-ci il fevralın 18-l9-da
Təbrizdə 53 il hökmranlıq etmiş Pəhləvi xanədanını, o dövrki türkdilli
İran mətbuatının qiymətləndirdiyi kimi, «mənfur qara səltənətin qanlı
dayaqlarını lərzəyə gətirən» («Varlıq», 1980, № 10, s. 3) 100 min nəfərin
iştirak etdiyi üsyan baş verdi.
Hicri tarixlə 1356-cı il bəhmən ayının 29-da (18.02.1978) başlanmış
və buna görə də «29 bəhmən üsyanı» kimi artıq tarixə düşmüş üsyanın
birinci günü eyni bir vaxtda - səhər saat 9-da on minlərlə təbrizli sanki bir
işarə ilə şəhərin müxtəlif rayonlarında küçələrə çıxdılar. Nümayişçilər
şəhərin mərkəzinə doğru irəlilədilər. Bütün mərkəzi küçələr
nümayişçilərlə dolur, meydanlarda mitinqlər keçirilirdi. Qızıllı məscidin
önündə on minlik xalq kütləsi toplaşmışdı. Nümayişçilər mitinqləri
dağıtmaq istəyən polis nəfərlərini qaçmağa məcbur etdilər. Bundan sonra
hökumət küçələrə çıxmış kütlə üzərinə təcili olaraq ordu hissələri
göndərdi.
Əllərində dəyənək, daş-kəsək, bəzilərində isə alışqan maddə
doldurulmuş şüşə qablar olan nümayişçilər avtomat, pulemyot və s. ilə
silahlanmış polis və ordu hissələrinə, tank və zirehli maşınlara qarşı çıxdı.
Bundan sonra dinc etiraz nümayişi onun təşəbbüsçüləri olan Qum
ruhanilərinin də gözləmədiyi halda, mövcud quruluşa və şaha qarşı
kəskin bir çıxışa - üsyana çevrildi. Ordu hissələrinin şəhərə yeridilməsi
əhalinin qəzəbini çoşdurdu və onlar hökumət idarələrini, bankları,
mehmanxanaları, xüsusi sahiblərə məxsus və başlıca olaraq Qərb həyat
tərzini təbliğ və yanpamoqrafık filmlər nümayiş etdirən kinoteatrlan heç
bir talana yol vermədən dağıdaraq, şahın paniranist siyasətinin və «böyük
mədəniyyət» haqqında demoqoqcasına fikirlərinin carçısı olan hakim
«Rəstaxize mil- ləte İran» («İran xalqının dirçəlişi») partiyasının yerli
şöbəsinin binasına od vurdular.
Çoxlu ölən və yaralanan olmasına baxmayaraq, üsyan ertəsi günü də
davam etdi. Üsyan vaxtı bütün şəhər həyatı ölgünləşmişdi - dükan-bazar,
idarə və məktəblər bağlanmış, fabrik-zavodlar dayanmış, Təbriz
universitetinin fəaliyyəti isə tələbə hərəkatının mərkəzi kimi uzun
müddətə dayandırılmışdı.
434
Təbrizdəki polisə və ordu hissələrinə etibar elməyən şah (həqiqətən
də, polis yerli əhaliyə qarşı silah işlətməmişdi) ertəsi günü - fevralın
19-da Təbrizə başqa şəhərlərindən nizami hərbi dəstələr gətirtdi. Bu
hissələrlə üsyançılar arasında qanlı toqquşmalar fevralın 19-da
axşamadək - üsyan yatırılanadək davam eldi. Şəhərdə kütləvi həbslər və
axtanşlar başlandı. Həmin gün axşam şəhər evlərinin divar və qapılarına
ayətulla Şəriətmədari və digər ruhanilərin imzası ilə əhalini sakitliyə və
insan tələfatının qarşısını almağa və bazar-dükanı açmağa çağıran
müraciətlər yapışdırıldı.
İki gün davam edən bu üsyan zamanı İranı rəsmi məlumatının əksinə
olaraq (9 nəfər ölən, 125 nəfər yaralanan) böyük tələfat - yüzlərlə ölən,
minlərlə yaralanan və həbs edilən oldu. Üsyanın əsas iştirakçılarından
olan gənclər (o cümlədən tələbələr) içərisində tələfat, xüsusilə çox idi.
Təbrizdəki üsyanın əks-sədası yaxın kəndlərdə (bunlann əhalisinin
bir çoxu üsyanda iştirak edirdi) və Cənubi Azərbaycanın digər
şəhərlərində də eşidildi. Mərənd, Zinuz, Sərdrud, Şəbüstər və başqa
şəhərlərdəki kütləvi həbslər həmin əks-sədanın bilavasitə nəticəsi idi.
Təbriz üsyanında ziyalılar, tələbələr, sənətkarlar, xırda tacir və
sahibkarlar, fəhlələr, məktəb şagirdlərindən ibarət 100 min nəfərlik geniş
kütlə iştirak edirdi. Çoxlu faktlar şəhər əhalisinin bütövlükdə üsyançılarla
həmrəy olmasını göstərir.
Üsyanın ön cərgəsində, əlbəttə, 1977-ci ilin sonlanndakı çıxışlarda
olduğu kimi, ilk növbədə tələbələr gedirdi.
Üsyan yatırıldıqdan sonra Təbrizin yüksək məqamlı ruhanilərinin
şəhərdən uzaqlaşdırılması ruhanilərin də bu çıxışda müəyyən rolu
olduğunu, daha dəqiq desək, üsyanın havadan kimi çıxış etməsini
göstərirdi.
Üsyana rəhbərlik etmiş, onu hazırlamış və həyata keçirmiş siyasi
qüvvələr hansılar idi?
İranın rəsmi dairələrində «İslam marksistləri» üsyanın başçıları və
təşəbbüsçüləri elan edilmişlər. Bu faktı və həmin dövrdə Cənubi
Azərbaycanda (bütün İranda) ən güclü sol siyasi qüvvə olan «Xalq
mücahidləri» və bir çox məsələlərdə onlara yaxın olan, Azərbaycanda
güclü təşkilatlara malik «Xalq fədailəri» təşkilatlarının varlığını nəzərə
alaraq bu iki təşkilatı üsyanın təşkilatçıları hesab etmək olar. Bununla
bərabər çıxışın keçirilməsində hərəkatda hələ aparıcı yer tutmasalar da,
ruhanilərin müəyyən rolu nəzərə alın
435
malıdır. Bu halda xalq mücahidlərinin üsyanın, daha doğrusu, əvvəlcə
dinc etiraz nümayişi və mitinqi kimi nəzərdə tutulan çıxışın
hazırlanmasında ruhanilərlə əlaqədə olmaları müstəsna deyildir. Çıxış
zamanı ən böyük mitinqin Qızıllı məscid önündə nəzərdə tutulması və
keçirilməsi, hər halda, təsadüfi deyildi.
Təbriz üsyanının əsas səbəblərindən biri şahlıq idarə üsulunun
ölkədə, xüsusilə son onilliklərdə rəvac verdiyi imperialist nüfuzunun
artmasından və onun fəal şəkildə təbliğ etdiyi Qərb həyat tərzindən
narazılıq idi. Üsyanın antiimperialist cəhəti özünü xarici bankların,
maşınların yandırılmasında. Qərbin həyat tərzini təbliğ edən
kinoteatrların dağıdılmasında göstərdi. Çıxışın açıq antişah istiqaməti isə
daha qabarıq şəkildə, daha əhatəli miqyasda həyata keçirildi. Bu
cəhətdən, yəni üsyanın Pəhləvi monarxiyasına və şəxsən müstəbid
Məhəmməd Rza şaha qarşı çevrilməsi çox önəmlidir. Ölkədə açıq
fəaliyyət göstərən, yeganə siyasi təşkilat olan və şahın başçılıq etdiyi
hakim «Rəstaxiz» partiyasının Azərbaycandakı şöbəsi binasının
yandırılıb dağıdılması, başqa sözlə, şahın bu anadək möhtəşəm və
əlçatmaz hesab edilən qüdrətinə əl qaldırması öz-özlüyündə böyük
cəsarət istəyirdi. Bu və digər faktlar (üsyan zamanı sayı xeyli artırılmış
SAVAK xəfiyyələrinə baxmayaraq, əhalinin uzun illərdən bəri ilk dəfə
olaraq küçə və bazarlarda şaha qarşı düşmən münasibətini büruzə
verməsi, uşaqların şahın portretlərini daşa basmaları, şəhərin baş
prospektində onun heykəlini yıxmağa cəhd etmələri və s.) əhalinin şaha
qarşı nifrətinin bir anda güclü şəkildə üzə çıxmasını aydın şəkildə
nümayiş etdirdi. Həmin baxımdan bu da əlamətdardır ki, üsyan zamanı
Təbriz ətrafındakı kənd məktəblərindən birində bütün uşaqlar şah və
arvadının portretlərini dərsliklərdən qoparıb atmışlar.
Bu kimi faktlar bir də ona görə qiymətlidir ki, İranın başqa
yerlərində inqilab dövründə şaha qarşı açıq şüarlar verilməsi və onun
xalqın bütün bədbəxtliyinin baisi elan edilməsi yalnız 1978-ci ilin
avqustunda ayətulla Xomeyninin Pəhləvi sülaləsini yıxmaq haqqında
tran xalqına müraciətindən sonra və xüsusilə şəhrivər ayındakı «qanlı
cümə günü»ndən (sentyabrın 8-dən) etibarən irəli sürülməyə başlandığı
halda, Cənubi Azərbaycanda şaha və ümumiyyətlə, şahlığa qarşı açıq
çıxışın əsası fevral üsyanında qoyulmuşdur. «Şaha ölüm» şüarı belə
kəskin şəkildə ilk dəfə məhz Təbriz üsyanı zamanı irəli sürülmüşdü.
436
Dostları ilə paylaş: |