XVI
F Ə S İ L
SOVET İMPERİYASININ SÜQUTU.
AZƏRBAYCANDA MİLLİ-AZADLIQ HƏRƏKATI
§ 1. İmperiyanı iflasdan qurtarmaq cəhdləri
İflasın
80-ci illərin ortalarında Sovet imperiyasının
səbəbləri
iqtisadi, siyasi və mənəvi həyatında böhran vəziyyəti
yaranmışdı. Adamlar siyasətə, dövlətin, təsərrüfatın idarə olunmasına
yadlaşmışdılar. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin
məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi
dayağı olan ehkamçı «kommunist» ideologiyası iflasa uğramışdı. Milli
respublikalarda milli özünüdərk, hüquqlann tap- dalanmasına, sərvətlərin
talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. Sonuncu,
imperiyanın xammal bazasına çevrilmiş türk respublikalarına daha çox
aid idi.
Sovet dövlətinin iqtisadi, siyasi və ideoloji əsaslarının ciddi şəkildə
laxlamasının, labüd iflasın bir sıra mühüm daxili və xarici səbəbləri
vardı.
Artıq imperiyanın respublikalan ənənəvi vasitələrlə istismar etmək,
fövqəldövlət rolunu, xalqların ağır əməyi və düçar olduqları
məhrumiyyətlər bahasına yaratdığı hərbi pariteti saxlamaq imkanları
tükənmişdi. Güclü inzibati-amirlik üsul-idarəsi iqtisadi tərəqqini
buxovlayırdı. İqtisadi iflasın başlıca səbəbi «sosialist iqtisadi modeli»nin
səmərəsizliyi, adamlarda mülkiyyətə sahiblik hissinin, bazar rəqabətinin
olmaması idi. Artıq xammal istehsal edən milli ucqarlann istismannı
gücləndirmək kimi ənənəvi vasitələrlə də iqtisadi geriliyi aradan
qaldırmaq mümkün deyildi. Buna külli miqdarda yeni investisiyalar tələb
olunurdu. Bu tələbi bÖ3mk hissəsi hərb maşını tərəfindən udulan milli
gəlir artıq ödəyə bilmirdi.
443
Dövləti qanunlar deyil, partiya elitasının maraqları idarə edirdi.
Sözdə elan olunmuş demokratik hüquq və azadlıqların real təminatı yox
idi. İqtidar hüquqi nihilizmin dərinləşməsində maraqlı idi. Qanun-
suzluğun mövcud sistemin təbii keyfiyyəti olması, ona qarşı mübarizənin
səmərəsizliyi adamlan siyasi həyata laqeydləşdirirdi.
«Kommunist» ideologiyasının təbliğ etdiyi ehkamlarla qurulmuş
cəmiyyət və onun «böyük gələcəyi» haqqında uydurma iddialarla həyat
həqiqətləri arasında ziddiyyətin dərinləşməsi də iflasın mühüm daxili
səbəblərindən biri idi. Dövlət məhsuldar qüvvələri, istehsalı inkişaf
etdirmək üçün adamlara müəyyən bilik və təhsil verməyə məcbur idi.
Mədəni səviyyəsi, dar hüdudlar daxilində belə artan xalq isə öz real
vəziyyətini düzgün dərk edir, «Kommunist» ideologiyasının dayaqları
məhv olurdu.
SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Məlumdur ki,
«Bəla imperiyası» adlanan bu dövlət çox böyük çətinliklə iki sistem
arasında hərbi paritet yaratmağa nail olmuşdu. Lakin dünyanın
demokratik ölkələri SSRİ-yə qarşı qüvvələrini birləşdirirdilər,
Ümumdünya antikommunist liqasımn fəaliyyəti genişlənmişdi.
Beynəlxalq müsəlman dini mərkəzlərinin nümayəndələri də bu liqaya
qoşulmuşdular. Ümumdünya islam liqası (1968-ci ildə Məkkədə təşkil
olunmuşdur) 1976-cı ildə kommunizmə qarşı müqəddəs müharibə elan
etmişdi. 70-ci illərin sonlannda təşkil olunmuş İslam internasionalı da
SSRİ-də müsəlman antikommunist və antisovet qüvvələri birləşdirmək
uğrunda mübarizə apanrdı.
70-ci illərin ortalannda SSRİ Şərqi Avropada orta mənzilli raketlər
yerləşdirdi. Bu, strateji tarazlığı xeyli pozdu. 1979-cu ilin dekabnnda
Sovet ordusu Əfqanıstana soxuldu. Nəticədə demokratik Ölkələr artan
sovet təhlükəsinə qarşı yeni hərbi proqramlar hazırladılar. Lakin
SSRİ-nin bu tədbirlərə, xüsusən külli miqdarda vəsait tələb edən yeni
hərbi proqramlara cavab verməyə artıq imkanı yox idi.
«Yenidənqurma»
80-ci illərin ikinci yarısında Kommunist Parti-
cəhdləri
yası növbəti dəfə Sovet imperiyasını böhran vəziyyətindən xilas etmək
üçün bir sıra cəhdlər göstərdi. M.S.Qorbaçov 1985-ci ilin martında
Sov.İKP MK-nın Baş katibi vəzifəsini tutduqdan sonra Sov. İKP MK-nın
həmin il çağırılmış aprel plenumunda ölkədə iqtisadi və sosial-mədəni
tərəqqini «sürətləndirmək konsepsiyası»nı irəli sürdü. Sovet
cəmiyyətində elmi-texniki tərəqqini, maddi texniki- bazanı inkişaf
etdirmək, istehsal münasibətlərini təkmilləşdirmək, bütün siyasi, ictimai
və ideoloji təsisatlar sistemini fəallaşdırmaq, «insan
444
amilinin rolunu yüksəltməb) üçün təşəbbüslər edildi. Tezliklə əməyin
təşkili, təsərrüfat hesabının təkmilləşdirilməsi, çoxukladlı iqtisadiyyatın,
eləcə də icarə sisteminin, kooperasiyanın inkişaf etdirilməsi, müxtəlif
mülkiyyət formalarına əsaslanan təsərrüfatlar üçün imkanlar yaradılması
haqqında qanunlar və qərarlar qəbul olundu. Lakin onlann tətbiqi üçün
münasib şərait yox idi. Əvvəlki direktiv aktlar kimi bu qanun və qərarlar
da gözlənilən nəticəni vermədi. Ona görə ki, təkpartiyalı siyasi sistem,
partiya amirliyi ləğv olunmadan, respublikalann suveren hüquqları
özlərinə qaytanimadan artıq iqtisadiyyatı dirçəltmək qeyri- mümkün idi.
İqtidar bunu dərk edirdi. Lakin partiya elitasının üç qrupu -
mühafizəkarlar, yenilikçi partokratlar və öz dünyagörüşləri ilə Avropa
sosial-demokratlanna yaxın islahatçılar arasında gedən gərgin mübarizə
əsaslı islahatlan ləngidirdi. Qorbaçov 1987-ci ilin yanvarında Sov.İKP
MK plenumunda yeni siyasətin - aşkarlıq xəttinin qəbul edilməsinə nail
oldu. Əvvəllər stalinizm, 20-30-cu illərin partiya liderlərinə qarşı terror,
sosializmin ideallaşdınimış «Lenin prinsiplərindən» sapınmalar ciddi
tənqid edildi. Respublika mətbuatında M.Bağırov rejimi, onun qanlı
əməlləri geniş işıqlandınIdı. Konkret faktlarla partiyanın totalitar
idarəçilik metodlan, qeyri-humanist, milli ayn-scçkiliyə əsaslanan,
xalqları parçalamaq, düşünən başlardan məhrum etmək, mütiləşdirmək,
insanlan robotlaşdıımaq siyasəti ifşa olunurdu. 1988-ci ildə SSRt Ali
Soveti Rəyasət Heyətinin Sədri vəzifəsini ələ keçirdikdən sonra
Qorbaçov partiya amiri iyinə qarşı daha ciddi addımlar atmağa başladı.
O, Sov. İKP-nin XIX partiya konfransında (1988-ci il iyun) «Humanist,
demokratik sosializm» qurmaq şüarını irəli atıb, belə bir cəmiyyət
yaratmaq üçün partiya və dövlət orqanlarının funksiyaları arasında hədd
qoyulmasının, partiyanın əsasən nəzəri, strateji siyasətlə məşğul
olmasının vacibliyini qeyd etdi. 1989-cu ildə ilk dəfə çoxman- datlı
sistem əsasında xalq deputatlan seçkiləri təşkil olundu. Lakin yenə də
partokratlann müqavimətini qırmaq mümkün olmadı. Kadrlar partiya
nomenklaturasında saxlanıldı. Partokratlar yeni qəbul edilən seçki
qanunlarında deputatların üçdə birinin ittifaq üzrə orqanları olan ictimai
təşkilatlardan seçilməsinə nail oldular. Bu yeni seçilən xalq deputatları
içərisində partokratlann çoxluq təşkil etməsinə imkan yaratdı.
Azərbaycandan seçilən SSRİ xalq deputatlarının da, demək olar ki,
hamısı partnomenklaturadan idilər. Lakin ölkə parlamentində
«qeyri-formal» deputatlar da sanballı bir qrup təşkil edə bildilər, bu da
siyasi müxalifətin formalaşmasına şərait yaratdı.
445
Dostları ilə paylaş: |