nümayişlər keçirirdi. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət
Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna
baxılması haqqında müraciət qəbul etdi. Moskva münaqişəni daha da
qızışdınrdı. Sov. İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş üzvü
sərhədləri dəyişdirməyin yolverilməzliyindən danışır, Yerevana gedən
üzvü isə DQMV-dəki separatçılığa haqq qazandırırdı.
Respublikanın suveren hüquqlarının tapdalan masına Moskvanın,
Azərbaycan rəhbərliyinin qəti etiraz etmədiyini görən Azərbaycan xalqı
böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri
keçirilirdi. Ermənistandan azərbaycanlılann döyülüb, alçaldılıb
qovulmasına, Yuxan Qarabağda isə ermənilərin həyasızcasına torpaq
iddialarına qarşı münaqişə zonasında yaşayan azərbaycanlılar xüsusən
qəti etiraz edirdilər. Aşağı Qarabağ bölgələrindən toplanaraq Yuxan
Qarabağdan satqın erməniləri birdəfəlik qovmaq, münaqişəni
başlanğıcda həll etmək, onun böyüyüb qanlı müharibəyə çevrilməsinin
qarşısını almaq üçün əliyalın olsa da, yürüşə hazırlaşan azərbaycanlıları
rəsmi Bakının göstərişi ilə Bakıdan gələn və yerli funksionerlər
dayandırdılar.
Hətta tanınmış təsərrüfatçı Xuraman Abbasova öz torpağını
müdafiəyə qalxmış cavanlan sakitləşdirmək, yürüşü dayandırmaq üçün
baş örpəyini açıb onların qabağına atmışdı. Fevralın 24-də vilayətin
Əskəran rayonunda ermənilərin iki nəfər azərbaycanlını öldürməsi, 19
nəfərin yaralanması vəziyyəti daha da gərginləşdirdi.
Erməni millətçiləri xarici ölkələrdə kök salmış lobbilərinin dünyanın
əsas informasiya mərkəzlərinə təsir imkanlarından istifadə edib
beynəlxalq ictimaiyyəti aldatmağa, öz istilaçılıq niyyətlərinə haqq
qazandırmaq üçün ermənilərin cəfakeşliyi, azərbaycanlıların isə vəhşi,
quldur, qaniçən olması haqqında yalan təsəvvürlər yaratmağa, xristian
həmrəyliyinə nail olmağa, münaqişənin guya dini mahiyyət daşıdığını,
hansısa qlobal xristian - islam qarşıdurmasının tərkib hissəsi olduğunu
göstərməyə çalışırdılar. Öz qeyri- insani əməllərinə haqq qazandırmaq,
azərbaycanlılan biabır etmək məqsədilə ermənilər böyük sensasiya
yaradacaq dəhşətli bir faciə törətməyi planlaşdırırdılar. Onlar bu işdə
Moskvanın himayədarlığına arxalanırdılar və Azərbaycanda sabitliyin
pozulması ilə xalqın ciddi narazılığını mərkəzə çatdırmaq istəyən hakim
dairələrin fəaliyyətsiz qalacağına əmin idilər. Bunun üçün ən münasib yer
Sumqayıt şəhəri hesab olunurdu. Son iki ildə, xüsusən 1988-ci ilin yan
449
var-fevral aylarında Ermənistandan zorla qovulmuş dörd min nəfərdən
çox qaçqın buraya, qohumlarının yanma pənah gətirmişdi, milli iğtişaşa
təhrikçilik üçün münasib şərait yaranmışdı.
Sumqayıt aktı dəqiq plan üzrə həyata keçirildi. Varlı ermənilər
əmlakını, əmanət kassalarındakı pullanni götürüb şəhəri tərk etdilər.
Ekstremist əhvali-ruhiyyə qəsdən qızışdınlan, hər an milli toqquşma baş
verə biləcək şəhərdə milisə nəinki odlu silah, heç adi dəyənək də
gəzdirməyə icazə verilmirdi. Prokurorluq orqanlan, fevralın 28-dən 29-na
keçən gecə şəhərə gətirilmiş hərbi hissə də hadisələrin ən gərgin vaxtı
fəaliyyətsiz dayanmışdı.
Sifarişlə törədiləcək faciəni lentə almaq, elə səhəri gün hay-küylə
bütün dünyaya çatdırmaq üçün əsas cinayətlərin baş verəcəyi yerlərdə
əvvəlcədən tele, fotooperatorlar yerləşdirilmişdi.
Sumqayıtda Azərbaycanın suveren hüquqlanmn tapdanmasına,
Ermənistanda azərbaycanlı genosidinə qarşı kortəbii çıxışlar fevralın
20-dən başlamışdı. Təhrikçi qüvvələr, cinayətkar elementlər vəziyyətdən
istifadə edərək hüquq mühafizə orqanlannın «qanşmazhqda» təzahür
edən razılığı ilə ehtirasları qızışdırırdılar. Fevralın 27-də şəhərdə böyük
mitinq oldu. Səhəri gün erməni talanları başlandı. Şəhər rəhbərliyinin
gətirilmiş ordu hissələrindən istifadə edib cinayətlərin qarşısını almaq
tələbi cavabsız qaldı, tik cinayət hərəkətlərini özünü azərbaycanlı kimi
qələmə verən «Paşa» ləqəbli E.Qriqoryan törətdi. Cinayətkarlara erməni
ünvanlannı Mənzil istismar idarəsində işləyən erməni tanışı vasitəsilə
Qriqoryanın arvadı əldə edib vermişdi. Qriqoryan özü şəxsən beş erməni
öldürmüşdü. Azərbaycanlılar içərisində emosiyaya qapılaraq cinayət
törədənlər də olmuşdu. Lakin erməniləri evlərində gizlədən, onları
ölümdən xilas edənlər də az deyildi.
Ordu və hüquq mühafizə orqanlan artıq iş-işdən keçəndən sonra, ayın
29-da axşama yaxın hərəkətə gəlib cinayətlərin qarşısını almaq üçün
tədbirlərə başladı.
Erməni millətçilərinin törətdiyi bu faciə nəticəsində şəhərdə 32 nəfər,
o cümlədən 26 nəfər erməni və 6 nəfər azərbaycanlı öldürülmüş, 200
mənzil qarət olunmuş, onlarla ictimai bina, avtobus, şəxsi maşınlar
yandınlmışdı. Bütün Azərbaycan xalqı, onun ictimai təşkilatlan
Sumqayıtda törədilmiş bu faciənin müəlliflərini və iştirakçılannı ciddi
tənqid etdi. Lakin düşmənlər istəyinə nail oldular. Onlar baş vermiş
faciənin nəticələrini ağlasığmaz uydurmalarla bəzəyib beynəlxalq
ictimaiyyətdə azərbaycanlılara qarşı mənfi rəy yarada bildilər.
450
Sumqayıt hadisələrindən sonra Ermənistanda qanlı antitürk
hərəkatının hökumətin və «Qarabağ hərəkatı» liderlərinin mütəşəkkil
şəkildə təşkil etdiyi bir dövrü başlandı. Bu işdə yaxşı silahlandırılan
erməni qeyri-formal hərbi birləşmələri fəal iştirak etdilər. Martın 10-da
Yerevandan cənubda Mehmandan kəndinin 4 azərbaycanlı sakini qətlə
yetirildi. Martın 25-də Ararat rayonunun Azərbaycan kəndlərində
100-dən çox ev talan edilib yandınIdı, əhalisi qovuldu. Mayın ortalannda
Yerevan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi.
Şirazlı kəndinin 880 nəfər sakini SSRİ-Türkiyə sərhədinə qaçıb orada
sığınacaq tapdılar. İyunun 20-də Ararat rayonunun daha beş Azərbaycan
kəndinin 10 minə qədər sakini silahlı erməni quldurlarından yaxa qurtanb
onlara qoşuldu. Erməni faşistləri Quqark rayonunda daha dəhşətli faciələr
törətdilər. 1988-ci il noyabrın axırlan-dekabrın əvvəllərində bu rayonda
70 nəfər azərbaycanlı qətlə yetirilmişdi. Rayonun Gö- zəldərə kəndində
21 nəfər, o cümlədən 6 qadın və 3 körpə öldürülmüşdü. Ermənistanda
azərbaycanlıların genosidi, hətta burada baş verən dəhşətli zəlzələdən (7
dekabr) sonra belə dayanmaq bilmədi.
Təbii fəlakətə düçar olmuş qonşusuna ilk kömək əlini Azərbaycan
uzatdı. Dekabnn 8-də Bakıdan 80 peşəkar xilasedici, 28 güclü avto-
krandan ibarət mexanikləşdirilmiş dəstə Spitaka yola düşdü, onlar təkcə
ilk günlər 63 nəfəri ölümdən xilas etdilər, uçqunlar altından 320 meyit
çıxartdılar. Dekabnn 11-də Azərbaycandan zəlzələ zonasına «İl-76»
təyyarəsində köməyə gedən 78 nəfər, o cümlədən 50 nəfər azərbaycanlı, 1
nəfər ləzgi və başqa millətlərin nümayəndələri Leninakan yaxınlığında
qəzaya uğradı. 77 nəfər həlak oldu. Lakin erməni millətçiləri
azərbaycanlılara qarşı qanlı əməllərinə yenə də son qoymadılar. Nəticədə
Ermənistanda bir nəfər də azərbaycanlı qalmadı. Onlarm son
nümayəndələri - Nüvədi kəndinin əhalisi də 1991-ci il avqustun 8-də bir
gün ərzində rus əsgərlərinin köməyi ilə Ermənistandan qovuldu.
Beləliklə, Ermənistanda Azərbaycan türklərinin öz doğma torpaqlannda
genosidi başa çatdı. 1988-ci ildə Ermənistandakı 185 azərbaycanlı
kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərə qədər
azərbaycanlı qovuldu. Onlara məxsus 31 min ev, 165 kobcoz və sovxoz
əmlakı, çoxlu mal-qara talandı. 225 nəfər öldürüldü, 1154 nəfər
yaralandı, yüzlərlə adama işgəncə verildi, bədəninin əzalan kəsildi,
gözləri çıxarıldı.
Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin
Moskvada, habelə müvəffəqiyyətlə aldadılan dünya ictimaiyyəti
tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağ sepatarçılannm
əl-qolunu
451
Dostları ilə paylaş: |