istər iqtisadi, istərsə də siyasi sahədə «yenidənqurma» partiya elitası
mühafizəkar qanadının ciddi müqaviməti nəticəsində baş tutmurdu.
Siyasi idarəçilikdə mövqelərini saxlaya bilən partokrat- lar təsərrüfata
rəhbərlikdə köhnə, qeyri-iqtisadi metodlardan əl çəkməyə imkan
vermirdilər. Bu, onların hakimiyyətinin iqtisadi əsasının məhv edilməsi
demək olardı. Köhnə iqtisadi idarəçilik sisteminin təzələnməsinə
yönəldilən lokal tədbirlər isə uçot-hesabat dairəsini zəiflədir, partokrat
işbazlara yeni-yeni gizli gəlir yollan tapmağa, xalq malının talan
edilməsinə daha münasib imkanlar yaradırdı. Bərabərhüquqlu mülkiyyət
müxtəlifliyinə əsaslanan çoxuk- ladlı təsərrüfatçılıq, bazar iqtisadiyyatı
sisteminə keçmək üçün radikal tədbirlər haqqında hələ yalnız söz-söhbət
gedir, müxtəlif alternativ proqramlar uzun-uzadı müzakirə olunurdu.
«Yenidənqurma» iqtisadiyyatı daha da pozdu, cəmiyyəti siyasiləşdirdi,
partiyanın nüfuzunu sarsıtdı, imperiyanı daha da dərin ümumi böhrana
saldı.
«Parçala və hökm-
İmperiyada daxili sökülmə prosesləri baş-
ranlıq
et»
siyasəti-
landı. Belə şəraitdə mərkəzdənqaçma qüvvələrinin
fəallaşması
güclənməsindən qorxuya düşən Moskva
müxtəlif pozucu tədbirlərə əl atdı. Bu dəfə də bəraətvermə (rcablita- siya)
prosesi birtərəfli oldu, yalnız partiya totalitarizmini ifşa etməyə
yönəldildi. «Xalqları oyatmamaq üçün» repressiyalann əsas obyektləri -
antisovet, millətçi, istiqlalçı, üsyançı təşkilatlann fəal üzvləri, mübarizlər
şəhid kimi deyil, qara böhtanlann qurbanlan kimi təqdim edildilər. Digər
pozucu vasitə xalqlara özünü müstəqil idarə etmək, təsərrüfat qurmaq
qabiliyyətinə inamsızlıq hissi aşılanması idi.
Moskvada yüksək vəzifələrdə işləyən H.Əliyev yenidənqurmanın
metodlarına, gələcək milli münaqişələrə səbəb ola biləcək düşünülməmiş
dövlət siyasətinə, xüsusən türk respublikalarına qarşı qərəzli siyasətə açıq
və kəskin etirazını bildirirdi. Belə bir şəxsiyyətin yüksək vəzifələrdə
olması, xalqa dayaq durması imperiyanın planlarını poza bilərdi. Buna
görə də o, nəinki idarəçilikdən uzaqlaşdırıldı, hətta xalqın gözündən
salınması üçün yalançı təbliğat obyektinə çevrildi.
Mərkəzi və yerli mətbuat Azərbaycan SSR-də Heydər Əliyevin
rəhbərlik etdiyi illərdə iqtisadi və mədəni sahələrdə əldə edilmiş mühüm
nailiyyətləri qərəzli, məqsədyönlü şəkildə riyakarcasına danır, xalqa qara
yaxırdı. Bu, Azərbaycanda cəmiyyətin müəyyən qruplarında xalqın
gücünə, idarəçilik bacarığına inamı zəiflədirdi.
446
: f Moskva mərkəzdənqaçma qüvvələrini cilovlamaq üçün ənənəvi
«parçala və hökmranlıq el» siyasətindən daha geniş istifadə edib milli
münaqişələri qızışdırdı, xalqlar arasında qanlı nifah saldı. İmperiyanın
30-dan çox bölgəsində əvvəldən məharətlə hazırlanmış milli münaqişə
ocaqları alovlandırıldı.
«Yenidənqurma»nın elan edilən nəcib, cəlbedici məqsədləri
Azərbaycan xalqında, xüsusən ziyalılarda böyük ümidlər doğurmuşdu.
Xalq arasında demokratik ideyalar sürətlə yayılırdı. Bundan ciddi narahat
olan mərkəz mühüm geosiyasi ərazi olan Azərbaycanı və bütün Cənubi
Qafqazı əldə saxlamaq üçün yenidən uydurma Dağlıq Qarabağ
problemini qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli
münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu
işdə fəal iştirak etdilər. Avropa parlamenti 1987-ci ilin iyulunda erməni
«genosid»i qurbanlarına xatirə günü təsis etdi. Avantürist erməni
jurnalisti, daşnak Zori Balayanın Azərbaycan xalqını təhqir edən, tarixi
saxtalaşdıran «Ocaq» kitabı bu işdə müstəsna rol oynamışdı.
Ermənilərin hərəkətləri daha davakar, həyasız xarakter aldı.
H.Əliyevin SSRİ dövlət hakimiyyətindən uzaqlaşdırılması onlarda öz
niyyətlərinə çatmaq ümidini artırdı. Erməni millətçilərinin tələbi ilə
Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min hektarlarla torpaq
sahələri Ermənistana «bağışlandı». Bu, xalqda böyük narazılıq yaratdı.
Hətta Qazaxda camaat onları sakitləşdirməyə gələn respublika baş
nazirinin müavinini döyüb qovdu. Lakin Kamran Bağırov xalqın
narazılıq çıxışlarını hərbçilərin köməyi ilə susdura bildi. Erməni
təxribatçıları Bakıda Opera və Balet teatrını üç dəfə yandırdılar, şəhər
nəqliyyatında partlayışlar törətdilər. Bu terrorçu aktların icraçıları həbs
olunsa da artıq nifah düşmüşdü. Milli münaqişə getdikcə alovlanırdı.
Qarabağ
Azərbaycanlılar və emənilər arasında yarat-
münaqişəsi
dığı Dağlıq Qarabağ münaqişə ocağını alovlandırmaq
məqsədilə Moskva hələ 40-cı illərdə Ermənistanda təşkil edilmiş Qarabağ
hərəkatı, «Qarabağ komitəsi»nin fəaliyyətini genişləndirmək üçün
münasib şərait yaratdı. 1987-ci ilin oktyabrında Yerevanda «Qarabağ
komitəsi»nin ilk mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında
Parisdə Qorbaçovun əsabələrin- dən olan A.Aqanbekyanm dili ilə
«Qarabağ hərəkatı»na müsbət münasibətini qeyri-rəsmi şəkildə olsa da,
bütün dünyaya bildir
447
məkdən çəkinmədi. Hərəkata yenə də bir qrup millətçi erməni ziyaldan
arxasından kommunist-daşnaklar, Ermənistan KP liderləri, DTK agentləri
rəhbərlik edirdilər. Moskvada ermənilərin «Milli müqəddəratın müstəqil
təyin edilməsi birliyi» və «Siyasi məhbus- lann müdafiəsi üzrə erməni
komitəsi» də bu istiqamətdə fəal iş görürdülər. Sovet imperiyası tənəzzül
edərkən fəallaşmış erməni millətçilərinin ilhamçısı təkcə Moskva deyildi.
Erməni millətçi-sosialist Daşnaksütyun partiyasının 1985-ci ilin
dekabrında Afinada keçirilən XXIII qurultayı sərsəm «Böyük
Ermənistan» uğrunda mübarizəni yenidən genişləndirmək üçün yaranmış
əlverişli şəraitdən səmərəli istifadə etməyə, qüvvələri birləşdirməyə
çağırmışdı. «Qarabağ komitəsi»nin Azərbaycan SSR-də, xüsusən
DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli «Krunk» (Duma)
təşkilatı bu millətçi təşkilatlann bilavasitə köməyi ilə açıq, fəal
mübarizəyə başladı. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla
birləşmək uğrunda «Miatsum» (birləşmə) hərəkatı genişlənirdi. Ona
«55-lər komitəsi» adlı xüsusi orqan rəhbərlik edirdi.
İki xalq arasında milli ədavətin ilk qurbanlan bu dəfə də
Ermənistanda yaşayan azərbaycanlılar oldular, öz dədə-baba yurdunda
yaşayan azərbaycanlılann kütləvi şəkildə qovulmasının son-dör- düncü
mərhələsi başlandı. Bunun üçün əvvəlcədən xüsusi silahlı dəstələr
hazırlanmışdı. 1987-ci ildə Ermənistanın Qafan və Mehri rayonlarından
bu cinayətkar dəstələrin əməllərindən yaxa qurtaran ilk qaçqınlar
Azərbaycana pənah gətirdilər. Onlar, əsasən Sumqayıt şəhərində və onun
ətrafındakı məntəqələrdə məskunlaşdılar. 1988-ci il fevralın 19-da
Yerevanda antitürk mitinq keçirildi. «Ermənistanı türklərdən
təmizləməli», «Ermənistanda ermənilər ya- şamalıdın> və s. millətçi
şüarlar irəli sürüldü. Erməni vandalları fevralın 21-də Yerevanda qalmış
son məscidə hücum edib bu müqəddəs ocağı dağıtdılar. Vedibasarda
Azərbaycan türklərinə qarşı terror 1988-ci ilin əvvəllərində daha da
genişləndirildi. Kəndlər talan olunurdu. Qızlar, gəlinlər, ağsaqqallar
təhqir edilirdi. Heç yerdən köməyi olmayan, döyülmüş, alçaldılmış dörd
min nəfərə qədər adam ev-eşiyini atıb böyük çətinliklə, piyada,
ayaqyalm-başıaçıq qarlı dağ keçidləri ilə qaçıb Azərbaycana gəlməyə
məcbur oldu. DQMV-dəki erməni millətçiləri bundan ruhlanaraq daha
fəal siyasi aksiyalar keçirməyə başladılar, 1988-ci ilin əvvəllərindən
Xankəndində erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər,
448
Dostları ilə paylaş: |