Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə169/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   216

cıyevin,  Vasif  Adıgözəlovun,  Xəyyam  Mirzəzadənin  simfonik  əsərləri, 

Fikrət  Əmirovun,  Səid  Rüstəmovun,  Süleyman  Ələsgərovun,  Rauf 

Hacıyevin,  Zakir  Bağırovun,  Emin  Sabitoğlunun  komediyalara  yazdığı 

musiqilər  xalq  tərəfindən  böyük  maraqla  qarşılandı.  Qəmbər  Hüseyn- 

linin,  Tofiq  Quliyevin,  Ağabacı  Rzayevanın,  Ələkbər  Tağıyevin,  Emin 

Sabitoğlunun,  Polad  Bülbüloğlunun,  Oqtay  Rəcəbovun,  Cavanşir 

Quliyevin mahnıları geniş yayılmışdı. 

Respublikada  ifaçılıq  sənəti  də  inkişaf  etmişdi.  Xalqın  sevimli 

müğənniləri  Xan  Şuşinski,  Seyid  Şuşinski,  Bülbül,  Rəşid  Behbudov, 

Şövkət  Ələkbərova,  Sara  Qədimova,  Zeynəb  Xanlarova,  Həqiqət 

Rzayeva, Əlövsət Sadıqov, Gülxar Həsənova, Tükəzban İsmayılova, Arif 

Babayev,  Əbülfət  Əliyev,  Rübabə  Muradova,  Qədir  Rüstəmov,  Alim 

Qasımov,  Səkinə  İsmayılova  və  onlarla  başqalarının  vokal  sənəti, 

tarzənlər  Əhməd  Bakıxanov,  Bəhram  Mansurov,  Hacı  Məmmədov, 

Həbib Bayramov, Əhsən Dadaşov, Ramiz Quliyev, qarmonçalan Teyyub 

Dəmi- rov,  kamançaçalan Habil Əliyevin ifaçılığı özünəməxsus zəngin 

milli kaloriti ilə seçilirdi. 

Yüksək  sənətkarlığı  ilə  bütün  dünyada  şöhrət  qazanmış  Niyazi 

Azərbaycan milli dirijorluq məktəbinin formalaşmasında və inkişafında 

mühüm rol oynamışdı. 

Rəşid  Behbudovun  rəhbərliyi  ilə  «Mahnı  teatn»,  İslam  Rzayevin 

başçılığı altında «Muğam teatrı» təşkil olunmuşdu. 

Azərbaycan  və  Qərb  musiqisi  ənənələri  müğənnilər  Müslum 

Maqomayevin,  Lütfıyar  İmanovun,  Fidan  və  Xuraman  Qasımovaların, 

məşhur  pianoçular  Fərhad  Bədəlbəylinin,  Vaqif  Mustafazadənin  və 

başqalarının sənətində ustalıqla qaynayıb-qarışırdı. Azərbaycan musiqisi, 

ifaçılıq sənəti bütün dünyada maraqla qarşılanırdı. 

Respublikanın teatr və kino sənəti də böyük inkişaf yolu keçmişdi. 

Azərbaycan  rejissorluq  məktəbinin  ən  yaxşı  ənənələrini,  milli 

özünəməxsusluğunu  Adil  İsgəndərov,  Tofiq  Kazımovski,  Mehdi 

Məmmədov və başqaları müvəffəqiyyətlə inkişaf etdirirdilər. Teatrlarda 

dünya  və  Azərbaycanın  klassik  və  müasir  dramaturqlarının  yüzlərlə 

əsərləri  tamaşaya  qoyulmuşdu.  Görkəmli  aktyorlar  Ələsgər  Ələkbərov, 

Mərziyyə Davı do va, İsmayıl Osmanlı, Hökümə Qurbanova, Ağasadıq 

Gəraybəyli,  Barat  Şəkinskaya,  İsmayıl  Dağıstanlı,  Leyla  Bədirbəyli, 

Möhsün  Sənani,  Rza  Əfqanlı,  Mustafa  Mərdanov,  Lütfəli  Abdullayev, 

Nəsibə  Zeynalova,  Məlik  Dadaşov,  Əli  Zeynalov,  Məmmədrza 

Şeyxzamanov, Əliağa Ağayev, Sofa Bəşirzadə və 



425 


onlarla  başqaları  Azərbaycan  səhnəsində  yüzlərlə  orijinal  və  parlaq 

obrazlar yaratmışdılar. 

Azərbaycan  səhnəsində  60-80-ci  illərdə  Həsən  Turabov,  Amaliya 

Pənahova, Səməndər Rzayev, Fuad Poladov, Səyavuş Aslan, Yaşar Nuri, 

Hacıbaba  Bağırov,  Mikayıl  Mirzə,  Arif  Quliyev,  Hamlet  Xanızadə, 

Əlabbas Qədirov, Cahangir Novruzov və başqalanmn təmsil etdiyi yeni, 

istedadlı bir nəsil gəlmişdi. 

1945-ci ildə lentə alınan «Arşın mal alan» (rejissorlar R.Təhmasib və 

N.Leşenko) filmi ilə Azərbaycan kinematoqrafı dünya ekranlanna çıxdı. 

Milli  kino  sənətinin  1956-cı  ildə  «O  olmasın,  bu  olsun»  (rejissor 

H.Seyidzadə),  1958-ci  ildə  «Uzaq  sahillərdə»  (rejissor  T.Tağızadə), 

1970-ci  ildə  «Yeddi  oğul  istərəm»  (rejissor  T.Tağızadə),  1959-cu  ildə 

«Ögey ana» (rejissor H.İsmayılov) kimi uğurlu əsərləri meydana gəldi. 

Bu  illərdə  çəkilmiş  filmlərdə  xalqın  tarixi  keçmişi,  yüksək  mənəvi 

dəyərləri, habelə ictimai reallıqlar, onlann doğurduğu bəzi eybəcərliklər 

öz əksini tapırdı. «Nəsimi» (1973-cü il, rejissor H.Seyidbəyli), «Ba- bəb> 

(1979-cu  il,  rejissor  E.Quliyev),  «İstintaq»  (1979-cu  il,  rejissor 

R.Ocaqov),  «Axınncı  aşırım»  (1971-ci  il,  rejissor  K.Rüstəmbəyov), 

«Dədə Qorqud» (1975-ci il, rejissor T.Tağızadə), «Tütək səsi» (1975-ci il 

rejissor,  R.Ocaqov),  «Ulduzlar  sönmün>  (1970-ci  il,  rejissor 

Ə.lbrahimov), «Yaramaz» (1989-cu il, rejissor V.Mustafayev), «Lətifə» 

(1990-cı  il,  rejissor  N.Mirzəyev)  və  başqa  filmlər  bu  baxımdan  daha 

maraqlı idi. Azərbaycan cizgi filmləri yaradılmasında rejissorlar B.Əliyev 

və  N.Məmmədovun  böyük  xidmətləri  vardı.  Bu  illərdə  Həsən 

Məmmədov, Rasim Balayev, Şəfiqə Məmmədova və başqalarının təmsil 

etdiyi istedadlı kino aktyorlan nəsli yetişmişdi. 

Azərbaycan  rəssamlıq  məktəbi  daha  da  inkişaf  etməkdə  idi.  Rəs- 

samlann,  heykəltəraşların  yaradıcılığına  partiya  öz  ideallannın  əyani 

təşviqat vasitəsi kimi yanaşsa da, müxtəlif təzyiq vasitələri ilə onlan bu 

ideallara xidmətə təhrik etsə də, istedadlı fırça və  tişə ustaları yetişmiş, 

bəşəri idealları tərənnüm edən yüzlərlə əsər yaranmışdı. Görkəmli rəssam 

Səttar  Bəhlulzadənin  «Qudyalçay  vadisi»,  «Kəpəzin  göz  yaşlan», 

«Şəlalə», «Xəzər üzərində axşam» mənzərələri milli rəngkarlığın ən gözəl 

nümunələri  idi.  Tahir  Salahovun  «Səhər  qatan»,  «Bəstəkar  Qara 

Qarayevin portreti», «Təmirçilər», «Xəzər üzərində», «Ramana kəndi» və 

başqa  əsərləri  bədii  əlvanlığı,  estetik  kamilliyi,  müasirliyi  və  nova- 

torluğu ilə səciyyələnirdi. Mikayıl Abdullayevin, Vəcihə Səmədova- nm, 

Sala.m Salamzadənin, Toğrul Nərimanbəyovun, Tağı Tağıyevin, 



426 


Maral  Rəhmanzadənin,  xalçaçı  rəssamlar  Lətif  Kərimovun,  Kamil 

Əliyevin, plakat ustalan Elmira Şahtaxtinskayanm, Hacıağa NəzəroNiın 

və başqalarının əsərləri sənətkarlıq baxımından yetkin və təkrarolunmaz 

idi. 


Görkəmli  heykəltəraşlar  Fuad  Əbdürrəhmanov  «Nizami  Gəncəvi» 

(Gəncədə  1946-cı  ildə,  Bakıda  1949-cu  ildə  qoyulub),  «Azad  qadın» 

(1960-cı  il),  «Səməd  Vurğun»  (1961-ci  il),  Cəlal  Qaryağdı  «M.Ə.Sa- 

bİD> 


(1958-ci il), «N.Nərimanov» (1972-ci il), ömər Eldarov «Natəvan» 

(1960-cı il), Tokay Məmmədov «Üzeyir Hacıbəyov» (1960-cı il). Ömər 

Eldarov və Tokay Məmmədov «Füzuli» (1962-ci il), Tokay Məmmədov 

və  İbrahim  Zeynalov  «Nəsimi»  (1980-ci  il),  Mirələsgər  Mirqasımov 

«Cəlil  Məmmədquluzadə»  (1974-cü  il,  Naxçıvan),  «Cəfər  Cabbarlı» 

(1982-ci il) kimi dərin ifadəli, möhtəşəm sənət əsərləri yaratmışdılar. 



427 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə