Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə165/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   216

təblərdə,  xüsusən  ali  və  orta  ixtisas  məktəblərində  biliklərin 

qiymətləndirilməsində,  qəbul  imtahaniannda  qeyri-obyektivlik  adi  hala 

çevrilmişdi.  Tapşınqla,  rüşvətlə  qiymət  almaq  hallan  geniş  yayılmışdı. 

Buna  görə  də  istedadlı,  qabiliyyətli  şəxslər  ali  məktəblərə,  elmi 

müəssisələrə çox çətinliklə yol tapırdılar. 

Bütün  bu  qüsurlara  baxmayaraq,  Azərbaycanda  geniş,  çoxşaxəli, 

çoxpilləli  təhsil  şəbəkəsi  mövcud  idi.  Onun  mühüm  nailiyyətləri  vardı. 

1990-ci  ildə  respublikada  artıq  4534  ümumtəhsil  məktəbi,  182  texniki- 

peşə məktəbi vardı. Bütün texniki-peşə məktəblərində 1984-cü ildən peşə 

ilə  yanaşı,  orta  təhsil  də  verilirdi.  Ümumtəhsil  məktəblərində  1  milyon 

409  min,  texniki-peşə  məktəblərində  isə  96  min  şagird  təhsil  alırdı. 

Müxtəlif  bilik  sahələri  üzrə  təmayüllü  internat  məktəblər  fəaliyyət 

göstərirdi. Azərbaycanda milli hərbi kadrlar yetişdirilməsini və SSRİ ali 

hərbi  məktəblərinə  azərbaycanlı  gənclərin  daxil  olmasını  təmin  etmək 

məqsədilə  1971-ci  ildə  Heydər  Əliyevin  təşəbbüsü  ilə  C.Naxçıvanski 

adına respublika orta ixtisaslaşdınimış internat məktəbi təşkil olunmuşdu. 

Xalq  təsərrüfatının  müxtəlif  sahələri  üçün  orta  ixtisaslı  kadrlar 

hazırlayan məktəblərin sayı 1990-cı ildə 77-yə çatmışdı. Onlarda 60 min 

nəfər tələbə təhsil alırdı. 90-cı illərin əvvəllərində Azərbaycan SSR- də 

artıq 17 ali məktəb vardı. Bu məktəblərdə 105 min tələbə oxuyurdu. Bakı 

Universitetində 12 min tələbə təhsil alır, onlara 1200 professor, müəllim 

dərs  deyirdi.  70-80-ci  illərdə  SSRİ-nin  50-dən  çox  şəhərində  140  ali 

məktəbdə respublika üçün 6 mindən çox mütəxəssis kadr hazırlanmışdı. 

Ali  məktəblər  minlərlə  ixtisaslı  kadr  hazırlamış,  elmin  müxtəlif 

sahələrinin inkişafına əhəmiyyətli  təsir  göstərmişdilər.  Bütün  təzyiqlərə 

baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycan dilinin, xalqın tarix və 

mədəniyyətinin  qorunub  saxlanılmasında,  inkişaf  etdirilməsində, 

gənclərdə  milli  köklərə  bağlılığın  möhkəmlənməsində,  azadlıq 

ideyalarının boy atıb yayılmasında çox mühüm rol oynamışdı. 

80-ci  illərin  axırlannda  respublikada  yaşı  15  və  ondan  yuxarı  olan 

əhalinin hər min nəfərindən 773-ü orta, 105-i isə ali təhsilli idi. 

Sovet  cəmiyyəti,  sosialist  sistemi,  kommunist  partiyasının,  onun 

liderlərinin  «rəhbər  və  istiqamətverici rolu»  haqqında  uydurma  ehkam- 

lan elmi dünyagörüşü adı ilə beyinlərə yeritməyin mühüm vasitələrindən 

biri də məktəbdənkənar təhsil idi. Müharibədən sonra bu sahəyə rəhbərlik 

etmək  üçün  Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Mədəni-Maarif 

Müəssisələri İşi Üzrə Komitə, 1947-ci ildə isə Siyasi və El 

414 



mi Bilikləri yayan cəmiyyət təsis olunmuşdu. Partiya, komsomol siyasi- 

maarifi xeyli genişlənmişdi. Partiya kadrlan hazırlamaq üçün 1946-cı ildə 

Azərbaycan  KP  MK-nın  ikiillik  partiya  məktəbi  açılımşdı.  Hər  il  orta 

hesabla partiya təhsili sisteminə 60-cı illərdə 150 min, 80-ci illərdə 280 

min komsomol təhsili sisteminə isə müvafiq surətdə 140 min və 310 min 

nəfərdən  çox  adam  cəlb  olunurdu.  60-cı  illərdən  şəhər  və  kənd 

rayonlannda  xalq  universitetləri  föaliyyət  göstərirdi.  80-ci  illərin 

axırlannda onlann sayı 550-ə çatmışdı. 

Müharibədən  sonrakı  illərdə  mədəni-maarif  müəssisələrinin  sayı 

xeyli  çoxalmışdı.  1945-1990-cı  illərdə  respublikada  4  minə  qədər  yeni 

kitabxana,  2  mindən  çox  klub  təşkil  edilmiş,  2  minə  qədər  kinoqurğu 

istifadəyə verilmişdi. 1990-cı ildə burada 4605 kütləvi kitabxana, 3680 

klub və mədəniyyət evi, 2164 kinoqurğu vardı. 80-ci illərin orta- lannda 

Bakıda  stereo-fılmlər  kinoteatn  fəaliyyətə  başlamışdı.  1945-  1990-cı 

illərdə  respublikada  muzeylərin  sayı  9  dəfə  çoxalıb  125-ə  çatmışdı. 

1945-ci  ildə  Bakıda  Nizami  muzeyi  (sonralar  Azərbaycan  ədəbiyyatı 

muzeyi), 1955-ci ildə Moskvadakı Mərkəzi Lenin muzeyinin Bakı filialı, 

1959-cu ildə Xızıda C.Cabbarlının, Şuşada Ü.Hacıbəyovun ev muzeyləri, 

1964-cü  ildə  Bakıda  «Qız  qalası»  muzeyi,  1972-ci  ildə  «Azərbaycan 

xalçası və tətbiqi sənət muzeyi», Sergey Yeseninin xatirə muzeyi, 1975-ci 

ildə  Bakıda  Ü.Hacıbəyovun  və  S.Vurğunun,  1981-ci  ildə  Naxçıvanda 

H.Cavidin,  1982-ci  ildə  Bakıda  C.Cabbarlının,  Bülbülün  ev  muzeyləri, 

onlarla yeni tarix- diyarşünaslıq muzeyləri təşkil olunmuşdu. Azərbaycan 

tarixi  muzeyinin  fondlan  getdikcə  zənginləşir,  ekspozisiyası  daim 

təzələnirdi. 1945-ci ildə Bakıda zoologiya parkı, 70-ci illərdə Zoologiya 

və Arxeologiya muzeyləri (müvafiq institutların nəzdində) yaradılmışdı. 

İdeoloji  işdə  tarixi  hadisələrin  təhrif  olunmuş  təbliğindən, 

ədəbiyyatdan,  incəsənətdən  geniş  istifadə  edilirdi.  Rəhbərlərin 

yubileyləri, «Oktyabr»,  «1 may» bayramları təntənə ilə qeyd olunurdu. 

1964-cü ilin mayında Azərbaycanın Rusiya tərəfindən işğalının 150 illiyi 

«xalqın  tarixində  ən  parlaq  hadisə  kimi»  qeyd  edildi.  İşğalçı  XI  rus 

ordusunun  köməyi  ilə  Azərbaycanda  dövlət  çevrilişi  edildiyi  gün  (28 

aprel) inqilab günü kimi bayram olunurdu. 

Kommunist  partiyası  şüurları  iflic  etmək  üçün  ehkamçı,  cəfəng 

şüarlardan  geniş  istifadə  edirdi.  Sov.  İKP  XXI  qurultayı  (1959-cu  il) 

SSRl-də sosializmin tam  və qəti qələbə çaldığını, l970-ci ilədək ölkədə 

adambaşma məhsul istehsalımn inkişaf etmiş kapitalist ölkələrində 

415 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə