Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə164/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   216

bolşevik  ideologiyası  uydurma  ehkamlarının  ictimai  şüurunu  bütün 

formalan  -  elm,  əxlaq,  din,  hüquq,  ədəbiyyat,  incəsənət  və  s.  üzərindu 

rəsmi inhisannı təmin etmək bu işdə ən mühüm vasitə idi. 

Məktəb məhsuldar işləmək üçün vacib bilik və bacanqlara, müəyyən 

əmək  vərdişlərinə  malik,  mövcud  rejimə  sadiq,  icraçı  işçilər,  kadrlar 

hazırlanmasında mühüm pillə idi. İstehsal, texnologiya mürəkkəbləşdikcə 

işçilərin  ümumtexniki  təhsil  səviyyəsinə  tələblər  daha  da  artırdı.  Hələ 

müharibə  illərində  yaranmış  axşam  növbəli  məktəblər  şəbəkəsi  xeyli 

genişlənmişdi.  1945-ci  ildə  məktəblərdə  buraxılış,  kamal  attestatı 

imtahanları müəyyən olunmuş, ən yaxşı oxuyan şagirdlər üçün qızıl və 

gümüş  medallar  təsis  edilmişdi.  1949-cu  ildən  ümumi  yeddiillik  təhsil 

elan olunmuşdu. SSRİ Ali Sovetinin 1958-ci ildə qəbul etdiyi «Məktəbin 

həyatla  əlaqəsini  möhkəmləndirmək  və  ölkədə  xalq  maarifi  sistemini 

daha da inkişaf etdirmək haqqında» qanuna əsasən 1959-cu ildən səkkizi 

İlik  ümumtəhsil  müəyyən  olundu.  Yuxarı  siniflərdə  əmək  təliminə, 

şagirdlərə  müxtəlif  ixtisaslar  öyrədilməsinə  geniş  yer  verildi.  Lakin  bu 

tədbirlər  müvafiq  baza,  müasir  müəssisələr,  kadrlar  çatışmadığından 

gözlənilən qədər səmərəli olmadı. 

Bu illərdə təhsilin ruslaşdıniması istiqamətində ciddi addımlar atıldı. 

Dövlət  idarələrində  işlərin  rus  dilində  apaniması,  bu  dili  mükəmməl 

bilməyənlərin  vəzifə  nərdivanı  ilə  yüksəlmək  imkanının  olmaması 

adamlarda rus dilində təhsil almaq meylini artırmışdı. Rus məktəblərinin 

sayı,  xüsusən  şəhərlərdə  xeyli  artmışdı.  Bu  məktəblərdə  Azərbaycan 

dilinə  az  saat  ayrılır,  çox  yerdə  onun  tədrisi  formal  xarakter  daşıyırdı. 

Onlarda tədris elə təşkil olunurdu ki, gənc nəsil milli dəyərlərə yadlaşsın. 

Azərbaycan  məktəblərində  rus  dilinin  tədrisinə  ayrılan  saatlar  xeyli 

artınimışdı. 

Orta təhsil 1966-cı ildən ümumtəhsil elan olundu. Yuxan siniflərdə 

istehsalat  təlimi  dayandınIdı.  Texniki-peşə  məktəbləri  şəbəkəsi 

genişləndirildi.  Əməyə  özgələşmənin  başlıca  səbəbini  mövcud  istehsal 

üsulunda  deyil,  təlim-tərbiyədəki  qüsurlarda  görən  dövlət  1984-cü  ilin 

aprelində  «Ümumtəhsil  və  peşə  məktəbi  islahatının  əsas  istiqamətləri» 

haqqında  qanun  qəbul  edərək  hamılıqla  orta  təhsili  peşə  təhsili  ilə 

tamamlamaq, bu işdə məktəbin rolunu fəallaşdırmaq üçün yeni cəhdlər 

göstərdi. Lakin iqtisadi tənəzzül bu sahəyə kifayət qədər vəsait ayırmağa, 

maddi bazanı inkişaf etdirməyə imkan vermirdi. 

Respublikada ali təhsil də xeyli inkişaf etmişdi. 1945-ci ildə Teatr 

İnstitutu (1968-ci ildən İncəsənət İnstitutu, 1991-ci ildə İncəsənət Uni 



412 


versiteti),  1946-cı  ildə  ikiillik  Rus  Dili  Müəllimləri  İnstitutu  təşkil 

olunmuşdu. 1948-ci ildə Pedaqoji Xarici Dillər İnstitutu (1941-ci ildə ilk 

dəfə təşkil olunub və həmin il də bağlanmışdı), 1950-ci ildə Politexnik 

İnstitutu  (1991-ci  ildən  Texniki  Universitet),  1951-ci  ildə  hələ  1941-ci 

ildə  fəaliyyətini  dayandırmış  Xalq  Təsərrüfatı  İnstitutu  (1991-ci  ildən 

İqtisadi  İnstitutu)  yenidən  açıldı.  1952-ci  ildə  ikiillik  Rus  Dili 

Müəllimləri  İnstitutu  əsasında  Rus  Dili  və  Ədəbiyyatı  İnstitutu  təşkil 

edildi.  1959-cu  ildə  bu  institut  Pedaqoji  Xarici  Dillər  İnstitutu  ilə 

birləşdirildi.  1971-ci  ildə  hər  iki  institut  yenidən  müstəqil  fəaliyyət 

göstərməyə  başladı.  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  fUiallan 

əsasında  1972-ci  üdə  Naxçıvan,  1973-cö  ildə  Xankəndi  Pedaqoji 

İnstitutları, 1976-cı ildə İnşaat Mühəndisləri İnstitutu, 1981-ci ildə Gəncə 

Texnologiya  İnstitutu  təşkil  olundu.  1969-cu  ildən  ali  məktəblərin 

yanında  fəhlə,  kolxozçu  və  ordudan  tərxis  olunanlar  üçün  hazırlıq 

şöbələri  yaradıldı.  Ali  məktəblərdə  avtomatik  idarəetmə  sistemi, 

elektrotexnika, biokimya, rabitə texnikası kimi istehsalın və elmi-texniki 

tərəqqinin  tələb  etdiyi  yeni  bilik  sahələri  üzrə  mütəxəssislər 

hazırlanmasına başlanmışdı. 

Məktəblərdə  tədrisin  məzmunu  mövcud  rejimin  məqsədlərinə 

müvafiq şəkildə müəyyən olunurdu. Bütün tələbələrə ictimai elmlər tədris 

edilirdi.  Orta  məktəblərdə  1963-64-cü  tədris  ilindən  «tctimaiyyab), 

1975-76-cı tədris ilindən «Sovet dövlətinin və hüququnun əsaslan» fənni 

tədris  olunmağa  başlanmışdı.  Ali  məktəblərdə  «Elmi  kommunizm», 

«Sov.İKP  tarixi»,  marksist  fəlsəfə  və  siyasi  iqtisadın  tədrisinə  diqqət 

artırılmışdı.  Məktəblərdə  sovet  cəmiyyəti  antaqonist  ziddiyyət-  siz, 

qüsurlardan  xali  bir  ictimai  quruluş  kimi  təqdim  və  təqdir  edilirdi. 

«Azərbaycan  tarixi»nə  barmaqarası  baxılır,  bu  fənn  ciddi  şəkildə 

saxtalaşdırılmış dərsliklər və proqramlar üzrə tədris olunurdu. Əvvəllər 

olduğu kimi, yenə də «SSRİ tarixi» əsasən Rusiyanın tarixi kimi təqdim 

edilirdi. 

Sovet cəmiyyətində iqtisadi inkişaf sürətinin durmadan zəifləməsi ilə 

əlaqədar ideoloji təzyiq xeyli güclənsə də, siyasi bilikləri ilə real həyat 

arasında  uyğunsuzluğun  dərk  olunması  şagird  və  tələbələrdə, 

ümumiyyətlə, bütün xalqda ictimai elmlərə, onlann təbliğ etdiyi quruluşa 

inamsızlıq yaratmışdı. 

Məktəblərə bilik öyrənməyə gələnlər də çox deyildi. Müəyyən vəzifə 

tutmaq üçün bilik və bacanq deyil, diplom, tanışlıq, rüşvət əsas şərt idi. 

Belə şəraitdə bilikli də, biliksiz də ali məktəbə can atırdı. Mək 



413 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə