kolxozçulara da həmkarlar ittifaqında birləşmək hüququ verildi. 90-cı
illərin əvvəllərində həmkarlar ittifaqlannda 2,6 milyona qədər əməkçi
birləşdirilmişdi. Lakin bu təşkilatlar partiyanın diktəsi ilə fəaliyyət
göstərdiyindən əmək adamlarının həqiqi müdafiəçisinə çevrilə
bilməmişdilər.
1987-ci ildə respublikada 1365 yerli sovetə 51 min 686 deputat
«seçilmişdi». Formal şəkildə 9 mindən çox daimi komissiyalar
yaradılmış, onlann işinə 40 min deputat və on minlərlə fəal cəlb edilmişdi.
Lakin xalqı oyanmağa, azadlığı uğrunda siyasi mübarizəyə
hazırlaşmağa çağıran qüvvələr də vardı. MAQ gizli fəaliyyətini davam
etdirirdi. 1973-cü ildə Asəf Kərimovun rəhbərliyi ilə «Millİ30^ət» adlı
qeyri-leqal qrup təşkil olunmuşdu. Bu qrup təbliğatdan başqa, etirazın
açıq formalanndan da istifadə edirdi. 1974-cü ilin yayında Litva
tələbələrinin «Litvaya azadlıq» şüarı ilə dinc çıxışının qan içində
boğulmasına qarşı etiraz əlaməti olaraq Bakı tələbələrinin nümayişi təşkil
olunmuşdu. Nümayişçilər «Rədd olsun Sov.İKP!» şüan ilə «Kommunisb)
küçəsindən keçmişdilər. Milis nümayişçi tələbələrin bir neçəsini tutub
döymüşdü. Bu dövrdə Əbülfəz Əliyev gizli qruplar təşkil edir, siyasi iş
apanrdı. 1975-ci ilin yayında o, DTK tərəfindən həbs edildi. Onun işinə
Heydər Əliyevin səyləri sayəsində Moskvada deyil, Bakıda baxıldı, bir
ildən sonra azad olundu və mübarizəsini davam etdirdi. 70-ci illərin
ortalannda Bakı Baş Tikinti İdarəsinin yataqxanalannda Arif
Abdullayevin və məsləkdaşlannın təşkil etdikləri üçlük qruplar da
fəhlələr arasında azadlıq ideyalannm yayılmasında mühüm rol oynayırdı.
1976-cı ildə «Milliyyəb> qrupu «Azərbaycan Milli Demokrat İttifaqına»
çevrildi. Bu təşkilatın üzvləri həmin il Bakının baş meydanında 1 May
nümayişinə Azərbaycan Demokratik Respublikasının üçrəngli,
ay-ulduzlu bayrağı ilə çıxmışdılar.
Azadlıq ideyalarını təbliğ edən gizli siyasi təşkilatlar Sumqayıtda,
Gəncədə və başqa şəhərlərdə də fəaliyyət göstərirdi.
Onlar əsasən millətçilik zəminində durur, Azərbaycan dilinin dar
çərçivədə işlədilməsini, respublikanın xammal bazasına çevrilməsini,
SSRİ-nin rəhbər orqanlarında azərbaycanlılann az olmasını tənqid edir,
xalqı milli azadlığa çağınrdılar.
L.İ.Brejnevin vəfatından sonra (1982-ci il 10 noyabr) Heydər Əliyev
Sov.İKP MK Siyasi Bürosuna üzv seçilib Moskvaya, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə apanidı. Onun yerinə Kamran
Bağırov təyin edildi. Lakin siyasi sistemdə çürümə prosesi də
402
rinləşməyə başlamışdı. Moskva «yenidənqurma» ilə əlaqədar ölkədə
mərkəzdənqaçan qüvvələrin açıq-aşkar gücləndiyi vaxtda mühüm
geosiyasi əhəmiyyəti olan bir respublikada Heydər Əliyev kimi güclü
siyasi xadimin nüfuzunu zəiflətməyə çalışırdı. Bu işdə Azərbaycanı
parçalayıb torpaqlanna sahib olmaq istəyən erməni millətçiləri,
respublikada dərəbəylik edən mafioz qruplaşmalar. Əliyevin
siyasətindən narazı olan şəxslər, mərkəzə gələn şikayətlər mühüm rol
oynadı. 1987-ci ilin yayında Heydər Əliyev tutduğu vəzifədən istefa
verdikdən sonra respublikada siyasi vəziyyət daha da mürəkkəbləşdi,
hakimiyyətə can atan qüvvələr arasında mübarizə gücləndi.
İqtisadi və sosial
70-ci illərdə respublikada idarəçiliyin, dövlət və
inkişafın
plan intizamının möhkəmlənməsi, kadrlara tələb-
xususiyyətləri
karlığın, tapşırılan iş üçün məsuli)^ətin artması nəticəsində xalq
təsərrüfatında mühüm irəliləmələr baş verirdi. Respublikanın rəhbəri
mərkəzdəki nüfuzundan istifadə edərək iqtisadiyyatın müxtəlif
sahələrinin inkişafı üçün müvafiq qərarlar qəbul edilməsinə, vəsait
aynimasma nail oldu.
Neft sənayesində tənəzzülü aradan qaldırmağa cəhdlər göstərildi.
Kəşfiyyat işləri genişləndirildi. Xəzərdə «28 aprel», «Bahanı, «Azəri»,
«Günəşli» və başqa zəngin neft və qaz kondensatı yataqlan aşkar edildi.
Sualtı neft kəməri çəkildi. Neftçıxarma texnikası və texnologiyası xeyli
təkmilləşdirildi. Dənizdə 2800-6500 metr dərinlikdə neft quyulan
qazılmağa başlandı. Müasir «Xəzəm, «Bakı», «Kaspmor-neft», «Şelf-1»,
«Şelf-3» və başqa üzən qazma qurğulanndan geniş istifadə olunurdu.
1970-ci ildə neft hasilatı 17,3 milyon ton olmuşdu. Azərbaycanın neft
yataqlanndan 1972-ci ilədək 1 milyard ton neft çıxanimışdı. Daha dərin
və zəngin qatlarda olan yataqlann istismarına başlanmışdı. Lakin bu,
daha çox vəsait, ən başlıcası isə müasir texnika və texnologiyalar tələb
etdiyindən sonrab illərdə hasilat durmadan azalmışdı. 1990-cı ildə
respublikada cəmi 12,9 milyon ton neft və 8 milyard kub m. qaz
çıxanimışdı.
Neft emalı müəssisələri sürətlə inbşaf etdirilirdi. 1976-cı ildə Yeni
Bab Neftayırma zavodunda, l982-ci ildə isə Bab neftayırma zavodunda
neftin ilbn emalı üçün ELOU-AVT qurğusu işə düşdü. Bu müəssisələrdə
90 adda müxtəlif neft məhsullan - təyyarə, reabiv qurğu, avtomobil və
dizel yanacağı, sürtkü yağlan, aşqarlar, bi tum, neft-bmya sənayesi üçün
xammal istehsal olunurdu.
403
Bu illərdə respublikanın neft-maşınqayırma zavodlarında da əsas
sexlər yenidən quruldu, yeni istehsal sahələri işə salındı. 1985-ci ildə
Dərin dəniz özülləri zavodu ilk məhsulunu istehsal etdi. 90-cı illərin
əvvəllərində SSRl-də istehsal olunan neftçıxarma texnikasının 2/3-ni
Azərbaycan verirdi.
1983-cü ildə Qrozni-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə
Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu. Sibir nefti emal
olunmaq üçün Bakıya axmağa başladı.
Bu illərdə sənayedə struktur dəyişiklikləri davam edirdi. Yeni
cihazqayırma müəssisələri yaradıbrdı. 70-ci illərdə Bala və Gəncə
cihazqayırma yeni istehsal xətləri istifadəyə verildi, yenidənqurma işləri
aparıldı. 1975-ci ildə Bab məişət kondisionerləri zavodu çox qısa bir
vaxtda tiblib işə salındı. Sumqayıtda məişət kompressorlan zavodu
istifadəyə verildi. 1984-cü ildə Babda äğır elektrik qaynaq avadanhğı
zavodu işə başladı.
Əhalinin tələblərini ödəmək üçün istehlak malları istehsal edən
müəssisələr şəbəkəsi genişləndi. 70-ci illərdə Babda tikiş, ayaqqabı,
Sumqayıtda trikotaj, xovlu iplik fabrikləri, Gəncədə ət kombinatı, qən-
nadı fabrib, melixor qablar zavodu, Yevlaxda yunun ilbn emalı,
Xankəndində ayaqqabı fabrikləri, 80-ci illərdə Bakıda makaron,
Xırdalan- da dəri mallar, Abşeronda və Siyəzəndə iri broyler fabrikləri,
Xırdalan- da metal örtük konstruksiyaları zavodu, habelə onlarla çörək,
şərab zavodu, konserv kombinatı işə salındı. Tibnti materialları istehsalı
artınl- dı. Bakıda ib evtikmə kombinatı, Sumqayıt və Mingəçevirdə
evtikmə zavodlan, Sumqayıtda şüşə zavodu, habelə bir neçə dəmir-beton
konstruksiyalar istehsal edən müəssisələr işə düşdü.
Enerjitutumlu sahələrin inkişafı respublikada elektrik enerjisi
istehsalının artmasını tələb edirdi. 1971-ci ildə Naxçıvan MSSR-də Araz
su- elektrik stansiyası, 70-ci illərin ortalannda Tərtər su-elebrik
stansiyası, 1981-1984-cü illərdə Şəmbr su-elektrik stansiyası tikilib işə
salınmışdı. 70-80-ci illərdə elektrik enerjisi istehsalı 2 dəfəyə qədər
artmış, 1990-cı ildə 23,2 milyard kVt saata çatmışdı.
Azərbaycanda 90-cı illərin əvvəllərində 1026 sənaye müəssisəsi
vardı. Onlann yandan çoxu ağır sənayenin payına düşürdü. 70-80-ci
illərdə respublikada sənaye məhsulu istehsalı 3 dəfəyə qədər artmışdı.
Əmək ehtiyatlanm istehsalata daha geniş cəlb etmək üçün xırda və
orta müəssisələrin çoxu paytaxtdan kənarda tiblirdi. 1970-ci ildə sənaye
məhsulunun 32 faizi, 1985-ci ildə isə 42 faizi Bab-Sumqayıt sənaye
rayonunun hüdudlarından kənarda istehsal edilirdi.
404
Dostları ilə paylaş: |