Respublikada kənd təsərrüfatının, xüsusən pambıqçılığın,
tərəvəzçiliyin, tütünçülüyün, 70-ci illərin sonlanndan isə, həm də
üzümçülüyün inkişafına diqqət artınlmışdı. Kənd təsərrüfatında texniki
təchizat səviyyəsi, ittifaq üzrə orta göstəricilərə belə çatmasa da, xeyli
yaxşılaşmışdı. 1990-cı ildə kolxoz və sovxozlarda 36,1 min traktor, 4,5
min taxılyığan kombayn, 4,2 min pambıqyığan maşın, 10 minlərlə başqa
texnika vardı. Buna baxmayaraq, işlərin mexanikləşmə səviyyəsi çox
aşağı idi. Pambıqçılıqda, tütünçülükdə, tərəvəzçilikdə əsasən ağır əl
əməyi tətbiq olunurdu.
70-ci illərdə Baş Mil, Ciqar-Cibar, Abşeron, Lənkəran kanalları,
Araz su qurğusu, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Sirab, Şəmkir,
Köndələnçay dəryaçalan tikilib istifadəyə verildi. 80-ci illərdə Əy- riçay,
Vələşçay, Bələnyar, Qozluçay, Cavanşir, Aşağı Əkərə, İncəçay
dəryaçalan yaradıldı. Yuxarı Qarabağ, Yuxan Şirvan kanalları, Şirvan
kollektorları yenidən quruldu, Şəmkir kanalı çəkildi. 80-ci illərin axır-
lannda respublikada 1,4 milyon hektara qədər suvanlan torpaq vardı.
Texniki bitkilərin, xüsusən pambığın əkin sahələri taxıl əkini sahələrinin
hesabına xeyli genişlənmişdi. 1986-cı ildə artıq 300,4 min hektar sahədə
pambıq əkilirdi. Bərdə, Ağcabədi, Sabirabad və Beyləqan (o zaman
Jdanov adlanırdı) iri pambıq istehsalı rayonlarına çevrilmişdi. Dənli
bitkilərin əkin sahəsi ən aşağı həddə 412 min hektara endirilmişdi.
Sonrakı
illərdə
rayonlann
texnikimonokultura
üzrə
ifrat
ixtisaslaşdırılması prosesinin qarşısı alındı. Pambıq əkini sahələri ixtisar
edildi. Dənli bitkilərin əkin sahələri isə yenidən artınidı. 80-ci illərin
sonlannda respublikada 245 min hektar sahədə pambıq, 652 min hektar
sahədə isə taxıl əkilirdi. 70-ci illərin sonu - 80-ci illərin birinci yansında
respublikada üzümçülük intensiv surətdə inkişaf etdirildi, 90 min hektara
qədər yeni üzümlüklər salındı. 1985-ci ildə burada 268 min hektar
üzümlük vardı. Lakin 80-ci illərin ikinci yansında bütün Sovet
imperiyasında alkoqolizmə qarşı düşünülməmiş, tələsik mübarizə
kampaniyası başlanandan sonra yüz min hektardan çox üzümlük məhv
edilmiş, xalqa böyük ziyan vurulmuşdu.
Respublikanın dağlıq rayonlannda kiçik heyvandarlıq təsərrüfatla-
nnın ləğv edilməsi burada heyvandarlığın inkişafının xeyli ləngiməsinə
səbəb olmuşdu. Hətta 70-80-ci illərdə iri heyvandarlıq komplekslərinin
tikilməsi, təsərrüfatlararası heyvandarlıq müəssisələrinin yaradılması,
yem bazasının nisbətən genişləndirilməsi də bu sahədə köklü dəyişikliyə
şərait yaratmadı. 80-ci illərin sonunda respublikada 2 milyon
405
başa qədər iribuynuzlu mal-qara, 6 milyon başa qədər qoyun və keçi
vardı. Heyvandarlıq ən zəif sahə olaraq qalırdı.
Bu illərdə respublikada tərəvəzçilik daha da inkişaf etdirildi. Tərəvəz
əkini sahələri, əsasən Lənkəran-Astara və Quba-Xaçmaz zonala- nnda
xeyli artınldı. 80-ci illərin axırlarında hər il 900 min tona yaxın tərəvəz
istehsal edən respublikanın əhalisi tərəvəzi ölkə üzrə orta göstəricidən
çox az istehlak edirdi.
70-80-ci illərdə Azərbaycan SSR-də kənd təsərrüfatı məhsulu
başlıca olaraq, xammal və respublikadan kənara aparılan digər məhsullar
hesabına 2 dəfə artmışdı. Lakin texniki monokultura, şəxsi təsərrüfat-
lann zəif olması kəndlilərin, habelə bütün əhalinin ərzaqla təminatının
pisləşməsinə səbəb olmuşdu. Respublika ərzaq sandan mərkəzdən,
demək olar ki, tam asıb idi. 1990-cı ildə burada istehlak olunan taxılm
cəmi 30, ətin - 43, südün - 32,3 faizini respublikanın təsərrüfatlan verirdi.
Bu illərdə Azərbaycan SSR-də mühüm təsərrüfat əhəmiyyəti olan
kommunikasiya vasitələrinin inkişah da diqqət mərkəzində olmuşdu.
70-80-ci illərdə respublikada 6 min km şose, 260 km dəmir yollan
çəkilmişdi. 1979-cu ildə Ağdam - Xankəndi, 1984-85-ci illərdə Yev-
lax-Balakən dəmiryol xətləri işə salınmışdı. 1975-ci ilədək Bakı-Böyük
Kəsik (Gürcüstan sərhədindədir) və Bakı-Yalama xətlərinin elek-
trikləşdirilməsi başa çatmışdı. 1985-ci ildə Bakı-Aktau (Şevçenko) bərə
yolu açılmışdı. Xəzər dəniz nəqliyyatı gəmiləri dünyanın 120 limanına
yan alırdı. Bakıdan respublikanın 12, SSRİ-nin 80 şəhərinə hava yollan
uzanırdı. Lakin respublikanın yerli avtomobil yollanna, körpülərə lazımi
diqqət göstərilmirdi. Kənd yollannın çoxu payız və qış aylannda, demək
olar ki, keçilməz olurdu.
Respublikada mərkəzin maraqlı olduğu sahələr üzrə sənayenin və
kənd təsərrüfatının inkişafı buradan apanlan malların, xüsusən xammalın
həcminin artmasına şərait yaratmışdı. 80-ci illərin axırlann- da
Azərbaycan SSR-də hər il istehsal olunan milli gəlirin 75 faizi qədər mal
ixrac olunurdu. Onun 45-50 faizini xammal təşkil edirdi.
İmperiya Azərbaycanın 120-yə qədər müəssisəsində istehsal olunan
380 adda məhsulu 90-a qədər xarici ölkəyə satır, əldə olunan valyutanın
çox az bir hissəsini ona qaytanrdı. Aırarbaycana hər il 6,2 milyard rublluq
məhsul gətirilirdi ki, onun da 60 faizdən çoxunu ərzaq təşkil edirdi. Hər il
respublikaya gətiriləndən 1,5-2 milyard rubldan çox mal apanlırdı
(1987-ci ildə 100 ABŞ dollan 68,30 rubla bərabər idi). Bu, milli gəlirin bir
hissəsinin onun əlindən əvəzsiz olaraq alınması
406