Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə158/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   216

50-ci  illərin  axırlannda  Azərbaycan  SSR-də  əmək  qabiliyyətli 

əhalinin  72,5  faizi,  60-cı  illərin  axırlannda  isə  artıq  74.6  faizi  ictimai 

müəssisələrdə məşğul idi. 

Azərbaycanın bir çox şəhərlərində və kənd rayonlannda məşğuliyyət 

problemləri,  xüsusən  ixtisas  üzrə  işlə  təmin  olunmada  ciddi  çətinliklər 

vardı. 


Dövlət işçi qüvvəsindən səmərəli istifadə etmək üçün, heç olmazsa 

ən  adi  tələblərə  cavab  verən  məişət  şəraiti,  sosial-mədəni  infrastruktur 

yaratmağa çalışırdı. Əməkhaqqının, ictimai istehlak fondlarından ödənc 

və  güzəştlərin  nominal  göstəriciləri  artmışdı.  Lakin  ailələrin  böyük 

əksəriyyətinin  gəliri  adambaşına  rəsmi  müəyyən  olunmuş  yaşayış 

minimumu  həddindən  yuxan  qalxmırdı.  Buna  səbəb  pulun  alıcılıq 

qabiliyyətinin durmadan aşağı düşməsi idi. Hökumət 1961-ci ildə növbəti 

pul islahatı keçirdi, əskinaslan dəyişdirdi, amma vəziyyət yaxşılaşmadı. 

Çünki 1962-ci ildə ərzaq məhsullarının qiyməti xeyli artınidı. 

İstehlak  mallan  istehsalının  SSRl-də,  xüsusən  Azərbaycanda  ləng 

artması  ilə  əlaqədar  əhalinin  istehlak  tələblərini  ödəmək  çox  çətin  idi. 

Kəndlərdə  şəxsi  yardımçı  təsərrüfatlann  sıxışdınlması,  60-cı  illərin 

ortalarından kolxozlarda əməyin natura ilə ödənilməsinə son qoyulması 

da  əhalinin  ərzaqla  təmin  olunmasında  ciddi  çətinliklər  yaratmışdı. 

1963-cü  ildə  bütün  ölkədə  olduğu  kimi,  Azərbaycanda  da  çörək  qıtlığı 

baş  vermişdi.  Əhalinin  mühüm  ərzaq  məhsulları  və  sənaye  mallan  ilə 

təmin  olunma  səviyyəsi  mövcud  normalardan  və  SSRİ  üzrə  orta 

göstəricilərdən xeyli aşağı idi. 

Bu illərdə respublikada sosial tikinti xeyli genişlənmişdi. Şəhər və 

kəndlərdə ümumi sahəsi 23,4 milyon kv.m olan yaşayış evləri tikilmişdi. 

Bakı  şəhəri  daha  da  genişlənmiş  və  abadlaşmışdı.  Onun  ətrafında 

«Musabəyov»  (indiki  «Yasamal»),  «Səkkizinci  kilomein>  yeni  yaşayış 

massivləri  salınmışdı.  Burada  50-ci  illərdə  Hökumət  evi.  Respublika 

stadionu. Respublika kitabxanası, müasir klub binaları, Bakı hava limanı, 

Akademik  Dram  teatn,  Mərkəzi  univermaq,  Dövlət  sirki  binalan 

tikilmişdi.  Şəhərin  baş  meydanının  memarlıq  ansamblı  yaradılmağa 

başlanmışdı.  60-cı  illərin  əvvəllərində  Bakıda  funikulyor  istifadəyə 

verilmişdi.  Tikintisinə  hələ  1949-cu  ildən  başlanmış  Bakı 

metropoliteninin 1967-ci ilin noyabrında ilk 6 stansiyası işə düşmüşdü. 

60-cı  illərin  ortalannda  respublikada  45  şəhər  və  116  şəhərtipli 

qəsəbə vardı. Qayğısızlıq üzündən əsasən iqtisadi cəhətdən zəif olan dağ 

rayonlannda yüzlərlə kiçik kənd boşalıb dağılmışdı. DQMV-də res 



397 


publika  rəhbərliyinin  laqeydliyi,  vilayət  başçılannın  qatı  millətçiliyi 

üzündən azərbaycanlılar yaşayan kəndlər getdikcə xarabazara çevrilirdi. 

Abşeronda 219 kənddən 40-ı qalmışdı. 

Tələbatla  müqayisədə  sosial  obyektlərin  tikintisi  çox  ləng  və 

keyfiyyətsiz  idi.  Sov.İKP  MK  və  SSRİ  Nazirlər  Sovetinin  1955-ci  il 4 

noyabr  tarixli  qərarına  əsasən,  birtipli  sadə  layihələr  üzrə  əvvəllər 

beşmərtəbəli  «Xruşşov  evləri»,  sonralar  dəmir-beton  panellərdən 

binalann  tikintisi  şəhərləri  özünəməxsusluqdan,  milli  memarlıq 

ənənələrinin  yaratdığı  ovqatdan  məhrum  edirdi.  Mənzil  tikintisi  xeyli 

artsa  da,  əhalinin  tələbatı  tam  ödənilmirdi,  on  minlərlə  ailə  mənzil 

növbəsində  dayanırdı.  Böyük  şəhərlərdə  minlərlə  ailə  normal  məişət 

şəraiti olmayan gecəqondularda («naxalstroylarda») məskən salmışdı. 

Respublikanın  yaşayış  məntəqələri  60-cı  illərin  sonlanna  kimi, 

əsasən  elektrikləşdirilmişdi.  Amma  xidmət  işləri  lazımi  səviyyədə 

olmadığından  şəhər  və  kəndlərin  elektrik  enerjisi  ilə  təchizində  tez-tez 

fasilələr baş verirdi. 

50-ci  illərdən  başlayaraq  respublikanın  yaşayış  məntəqələrinin  qaz 

yanacağı ilə təmin olunmasına diqqət xeyli artmışdı. 1954-1958-ci illərdə 

Bakıda  Qaradağ,  Qaradağ-Şüvəlan,  Qaradağ-Sumqayıt  magistral  qaz 

kəmərləri  çəkildi.  1960-cı  ildə  Bakı-Tbilisi-Yerevan  qaz  kəməri 

(«Dostluq»  kəməri)  istifadəyə  verildi.  Lakin  hələ  də  əhalinin  qaz 

yanacağı ilə təminatı yaxşı deyildi. 60-cı illərin axırlannda 26 şəhər və 2 

qəsəbədə  488  min,  habelə  kənd  yerlərində  33  min  mənzildə  yanacaq 

qazından istifadə olunurdu. 

Rabitə xidmətində də müəyyən irəliləmələr vardı. 1956-cı il fevralın 

14-də  Azərbaycan  televiziyası  ilk  dəfə  fəaliyyətə  başladı.  Bakıda  və 

Naxçıvanda  telestudiyalar  istifadəyə  verildi,  radio-rele  xətləri  çəkildi, 

ötürücü stansiyalar quruldu. 

60-cı  illərin  axırlarında  respublikanın  şəhər  və  kəndlərində  185 

mindən  çox  telefon  nömrəsindən  istifadə  olunurdu.  Mənzillərin 

telefonlaşdıniması  işi,  xüsusən  kənd  yerlərində  çox  ləng  gedirdi. 

Kommunikasiya vasitələrinin texniki səviyyəsi çox aşağı idi. 

Yaşayış  məntəqələrinin  sanitar  vəziyyəti,  əhaliyə  səhiyyə  xidməti 

də,  müəyyən  irəliləyişlərə  baxmayaraq,  qənaətbəxş  deyildi.  Xəstəxa- 

nalann,  ambulatoriyalann,  tibb  işçilərinin  sayı  artmışdı.  60-cı  illərin 

axırlannda 

respublikada 

xəstəxanaların 

sayı 

779-a, 


ambulatoriya-poliklinika  xidməti  göstərən  müəssisələrin  sayı  1075-ə 

çatmışdı. Əhaliyə 13 mindən çox həkim, 40 minə qədər orta tibb işçisi 

xidmət göstərirdi. 

398 



Lakin tibbi xidmətin keyfiyyəti qabaqcıl ölkələrlə, hətta SSRİ-nin bir çox 

başqa regionlan ilə müqayisədə çox aşağı idi. Kənd yerlərində səhiyyə 

xidməti pis təşkil olunmuşdu. 

Ekoloji  vəziyyətin  də  gündən-gündən  pisləşməsi  əhalinin 

sağlamlığına  mənfi  təsir  göstərirdi.  Sənaye  müəssisələri  tikilərkən, 

torpaqlar  meliorasiya  olunarkən,  istehsalda  kimyəvi  və  bioloji 

vasitələrdən  istifadə  edilərkən  ətraf  mühiti  mühafizə  tədbirləri  lazımi 

səviyyədə  həyata  keçirilmirdi.  Mərkəz  tikintiləri  planlaşdırarkən 

respublikanı  ekoloji  çətinliklər  qarşısında  qoyub  asılı  saxlamaq  üçün 

təbiətin  özünübərpa  etmək  imkanlarını  da  qəsdən  daraldırdı.Sumqayıt 

buna  parlaq  misal  idi.  Kimya  sənayesi  məhsulları  istehsalının  90 

faizindən  çoxu  bu  şəhərdə  cəmləşdirilmişdi.  Bakı,  Gəncə,  Sumqayıt, 

Mingəçevir və başqa iri şəhərlərdə havaya, suya, torpağa hər gün tonlarla 

zəhərli maddələr atılırdı. 



§ 2. Azərbaycan SSR 70-80-ci illərdə: 

siyasi və iqtisadi həyat 

Siyasi idarəçilik 

1969-cu ilin iyulunda Azərbaycanda rəhbərliyə 

sistemi 


gətirilmiş təcrübəli və bacarıqlı siyasətçi, 1967-ci ildən rəhbərliyə gələnə 

qədər  Dövlət  Təzlükəsizlik  Komitəsinin  sədri  olmuş,  general-mayor 

Heydər  Əliyev  respublikada  idarəçilik  sistemini  gücləndirməyə, 

mərkəzdə,  hakimiyyətin  yuxan  cşalonlarında  nüfuz  qazanmağa  və 

bundan xalqın xeyrinə istifadə etməyə çalışdı. Rüşvət- xorluğa, xüsusən 

korrupsiyaya qarşı ciddi mübarizə başlandı. Sovet hakimiyyəti tarixində 

ilk dəfə cəmiyyətdə belə eybəcər hallar olduğu Azərbaycan KP MK-nm 

1969-cu  il  avqust  plenumunda  elan  olundu  və  ona  qarşı  mübarizənin 

vacibliyi  qeyd  edildi.  Qısa  müddətdə  idarəçilik  sistemi  xeyli 

möhkəmləndirildi.  H.Əliyevin  ölkədə  böyük  nüfuzu  vardı,  onunla 

hesablaşırdılar.  H.Əliyev  1976-cı  ildə  Sov.İKP  MK  Siyasi  Bürosu 

üzvlüyünə namizəd seçilmişdi. Onun hakimiyyəti illərində respublikada 

250-dən  çox  zavod,  fabrik,  istehsal  sexləri  istifadəyə  verildi,  630  min 

nəfərlik  yeni  iş  yerləri  yaradıldı.  Mütərəqqi  texnologiyalara  əsaslanan 

sənaye sahələri inkişaf etməyə başladı. H.Əliyev yapon texnologiyası ilə 

işləyən  məişət  kondisionerləri  zavodunun  başqa  regiondan  alınıb 

Azərbaycanda  tikilməsinə  nail  oldu.  Bakı,  Sumqayıt,  Gəncə  və  başqa 

şəhərlər böyüdü, ətraflarında yeni yaşayış massivləri salındı, 



399 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə