Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə166/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   216

ki səviyyəyə çatdınlacağmı və onlan arxada qoyacağını, Sov.İKP 

XXII qurultayı (1961-ci il) sovet adamlannın indiki nəslinin kommu- 

nizmdə yaşayacağını elan etmişdi. 60-cı illərdə «geniş kommunizm qu- 

ruculuğu», 70-ci illərdə «inkişaf etmiş sosializm cəmiyyəti» haqqında 

uydurmalar da ideoloji təzyiqin əsas ehkamları idi. 

İrəliləmələr, nailiyyətlər geniş təbliğ olunur və qeyd edilirdi. Azər- 

baycan SSR 1964 və 1980-ci illərdə «Lenin», 1970-ci ildə «Oktyabr 

inqilabı», 1972-ci ildə <(Xalqlar Dostluğu» ordenləri ilə təltif edilmiş, 

1970-1982-ci illərdə 12 dəfə müxtəlif Ümumittifaq yanşlarmın keçici 

Qırmızı Bayrağına layiq görülmüşdü. 

Şəhər və kəndlərə, küçə və meydanlara, müəssisələrə rəhbərlərin, 

inqilabçı bolşeviklərin adlannın verilməsi də mühüm ideoloji məqsəd 

daşıyırdı. Yaşayış məntəqələrinin ən görkəmli yerlərində Leninə, Sta- 

linə (50-ci illərin ortalarına qədər), başqa inqilabçılara onlarla abidələr 

qo3nılmuşdu. Bakıda (1955-ci il, C.Qaryağdı) və Sumqayıtda (1957-ci 

il, Ö.Eldarov və T.Məmmədov) Leninə, M.Əzizbəyova (1977-ci il, 

T.Məmmədov), XI orduya (1980-ci il, T.Məmmədov), habelə Şaumya- 

na, Dzerjinskiyə, Çaparidzeyə, Fioletova əzəmətli heykəllər, 26 Bakı 

komissarlarına (1958-ci ildə qorelyef və 1968-ci ildə xatirə ansamblı) 

abidələr ucaldılmışdı. 

Elmin köməyi ilə iqtisadi imkanlannı, hərbi gü- 

cünü, beynəbcalq nüfuzunu artırmaq üçün sovet 

dövləti milli respublikalarda intellektual potensialdan daha səmərəli 

istifadə etməyə çalışırdı. Müharibədən sonra Azərbaycan SSR-də 6 el- 

mi müəssisə, 1200 elmi işçi, 150 elmlər doktoru, professor, 380 elmlər 

namizədi, dosent vardı. Elmi potensialı səfərbər etmək üçün SSRİ 

XKS-nin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademi- 

yasının Azərbaycan filialı əsasında Azərbaycan SSR-də Elmlər Akade- 

miyası təşkil olundu. Buraya respublikanın görkəmli elm xadimləri, zi- 

yalılar (Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirəsədulla Mirqasımov, 

Mustafa Topçubaşov, Heydər Hüseynov, Mirəli Qaşqay, Mirzə İbrahi- 

mov, Yusif Məmmədəliyev və başqalan) akademik (cəmi 16 nəfər hə- 

qiqi üzv) seçildilər. Respublika akademiyasının ilk prezidenti akademik 

Mirəsədulla Mirqasımov oldu. Sonralar bu elm ocağına görkəmli alim- 

lər Yusif Məmmədəliyev (1947-1950 və 1958-1961-ci illərdə). Musa 

Əliyev (1950-1958-ci illərdə), Zahid Xəlilov (1962-1967-ci illərdə). 

Rüstəm İsmayılov (1967-1970-ci illərdə), Həsən Abdullayev (1970- 

1983-cü illər), Eldar Salayev (1983-1997-ci illərdə) rəhbərlik etdilər. 

Elm 

416 



1990-ci ildə respublikada artıq 125 elmi idarə, 34 mm nəfərdən çox 

elmi işçi, o cümlədən 10 mindən çox elmlər doktoru, elmlər namizədi, 

professor, dosent vardı. Onlar respublikada yüksək ixtisaslı elmi kadrlar 

yetişdirilməsində  mühüm  rol  oynadılar.  SSRİ  Ali  Attestasiya 

Komissiyasının  Azərbaycanın  elmi  idarələrində  və  ali  məktəblərində 

namizədlik  və  doktorluq  dissertasiyalarının  müdafiəsini  təşkil  etmək 

üçün onlarla ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərirdi. 

Respublikanın  təbii  sərvətlərinin,  xalqın  mənəvi  qüvvələrinin 

səfərbər edilməsində vacib olan fundamental və tətbiqi elm sahələrinin 

inkişafına imkanlar yaradılırdı. Elm, mərkəzi maraqlandıran sahələr üzrə 

inkişaf  edirdi.  70-ci  illərin  ortalanndan  doktorluq  və  namizədlik 

dissertasiyalarının rus dilində yazılması tələb olundu və bu, Azərbaycan 

elmi dilinin inkişafını xeyli ləngitdi. 

Müharibədən sonrakı illərdə respublikada elmi-tədqiqat müəssisələri 

şəbəkəsi daha da genişləndi. 1946-cı ildə təkcə akademiyada 16, 1990-cı 

ildə isə 20 elmi-tədqiqat institutu, onlarla elmi idarə və mərkəz fəaliyyət 

göstərirdi.  Konstruktor  təcrübə-istehsal  təsərrüfatlan  olan  6 

elm-istehsalat kompleksi formalaşmışdı. Neft sənayesi, kənd təsərrüfatı, 

tikinti,  səhiyyə  və  başqa  sahələr  üzrə  nazirlik  və  baş  idarələrin  iri 

elmi-tədqiqat  müəssisələri  vardı.  1946-cı  ildə  təşkil  olunmuş  Elmi- 

Tədqiqat  Oftolmologiya  İnstitutu  ölkədə sanballı  elm  ocaqlarından  biri 

kimi  tanınmışdı.  Akademiyanın  Şamaxı  Astrofizika  Rəsədxanası 

(1960-cı  ildə  yaradılıb)  SSRİ-nin  ən  böyük  astronomik  mərkəzlərindən 

biri  idi.  1975-ci  ildən  «Xəzər»  Elm  Mərkəzində  respublikanın  təbii 

ehtiyatlannın  kosmik  tədqiqi  apanlırdı.  1978-ci  ildə  Bakıda  Kosmik 

Tədqiqatlar Elm-İstehsalat Birliyi fəaliyyətə başladı. 

Neft  geologiyasının  əsası  Azərbaycanda  qoyulmuşdu.  Faydalı 

yataqların  aşkar  edilməsi  və  istismar  olunmasının  mühüm  elmi-texniki 

problemləri öyrənilmişdi. Azərbaycanda 300-dən çox neft, qaz, faydalı 

qazıntı,  tikinti  materiallan  yataqlan,  çoxlu  mineral  su  mənbələri  aşkar 

edilmişdi. Xəzər dənizinin Azərbaycan sektorunda 120-dək perspektivli 

neft  və  qaz  yataqları  tapılmışdı.  Bu  sahədə  görkəmli  alimlər  Mirəli 

Qaşqay,  Şəfaət  Mehdiyev  və  başqalan  mühüm  rol  oynamışdılar. 

Respublikanın  bütün  ərazisinin  geoloji  şəkli  çıxarılmış,  7  cildlik 

«Azərbaycan  SSR-in  geologiyası»  adlı  fundamental  əsər  yaradılmışdı. 

Geoloji, geotektonik dərinlik yataqlan, coğrafi və başqa xəritələr, atlaslar, 

o cümlədən «Azərbaycan SSR atlası» tərtib edilmişdi. 

417 



Bakı  «neft  akademiyası»  adlanırdı.  Azərbaycanın  neft  kimyaçıları 

ölkədə  ilk  dəfə  olaraq  «qaynaq  layda»  baş  verən  prosesləri  öyrənmiş, 

onlara  əsaslanan  texnologiyalar  üzrə  işləyən  qurğular  hazırlamışdılar. 

Neftçıxarma  texnologiyası,  yeraltı  hidrodinamika  sahəsində  görkəmli 

alim, akademik Azad Mirzəcanzadənin və onun yaratdığı elmi məktəbin 

nailiyyətləri böyük idi. Geologiya-mineralogiya elmləri doktoru Fərman 

Salmanovun  rəhbərliyi  altında  Qərbi  Sibirin  neft  və  qaz  yataqları  kəşf 

olunmuşdu.  Akademik  Yusif  Məmmədəliyev  və  onun  yaratdığı  elmi 

məktəbin nümayəndələri aviasiya benzini komponentlərinin hazırlanması 

və  yüksək  qatılığa  malik  birləşmələrin  sintezi  üçün  səmərəli  metodlar 

işləyib  hazırlamışdılar.  Azərbaycan  astronomlannm  elmi  işləri  bütün 

dünyada  tanınırdı.  Beynəbtalq  Astronomiya  İttifaqının  qə-  ran  ilə 

görkəmli  astronom  Nadir  İbrahimovun  şərəfinə  Mars  planeti 

kraterlərindən  birinə  «İbrahimov  krateri»,  üç  ostroitə  «Azərbaycan», 

«Nizami  Gəncəvi»  və  «ŞAR»  (Şamaxı  Astrofizika  Rəsədxanası)  adı 

verilmişdi.  Riyaziyyat  və  mexanika  sahəsində  tanınmış  elmi  məktəblər 

yaradılmışdı.  Fiziklər  yeni  yarımkeçirici  materiallar,  çoxtəbəqəli 

quruluşlar  almış,  şüalanma  qəbulediciləri,  elektrik  və  optik  yaddaşlı 

aşıncı  qurğular  yaratmışdılar.  Kosmik  Tədqiqatlar  Elmi-İstehsalat 

Birliyində  SSRİ-də  ilk  dəfə  olaraq  ətraf  mühitə  operativ  nəzarət  edən 

peykaltı nəzarət-ölçü sistemləri yaradılmışdı. 

1958-ci  ildə Türyançay,  I965-ci  ildə  Göygöl,  1968-ci  ildə  Pirqulu, 

1969-cu ildə Hirkan və Şirvan, 1974-cü ildə Basutçay, 1978-ci üdə Ağ- 

göl, Qarayazı, 1981-ci ildə İsmayıllı, 1988-ci ildə İlisu qoruqlan yaradıldı. 

Azərbaycanın  «Qırmızı  kitab»ı  hazırlandı.  Bioloqlar  8  cildlik 

«Azərbaycanın  florası»,  4  cildlik  «Azərbaycan  mikroflorası», 

«Azərbaycanın  hc3^anat  aləmi»,  «Azərbaycan  SSRİ-nin  torpaqları  adlı 

dəyərli əsərlər çap etdirmişdilər, akademik İmam Mustafayev «Sevinc», 

«Zoğal  buğda»,  «Qızıl  buğda»,  akademik  Cəlal  Əliyev  «Şiraslan», 

«Əlincə»,  «Vüqar»,  «Tərtər»  və  b.  məhsuldar  taxıl  növləri,  akademik 

Firuz  Məlikov  məşhur  «Azərbaycan  dağ  merinosu»  qoyun  cinsi 

yetişdirmişdilər.  Onlarla  yeni,  məhsuldar  pambıq,  barama,  çay,  zeytun, 

üzüm, digər meyvə və tərəvəz növləri yaradılmışdı. 

Görkəmli  alimlər  Tofiq  İsmayılovun  kosmik  tədqiqatlann,  Xudu 

Məmmədovun kristalloqrafiyanın. Zahid Xəlilov, Fərəməz Maqsudo- vun 

riyaziyyatın.  Həsən  Abdullayev,  Çingiz  Cuvarlının  fizikanın,  Mehdi 

Mehdizadənin  pedaqogikanın,  Əbdül  Əlizadənin,  Ağabəy  Sultanovun 

psixologiyanın və psixiatriyamn, Ümnisə Musabəyova, Sona Vəli- 



418 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə