Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə167/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   216

xanh,  Zərifə  Əliyevanın  oftalmologiyanın,  Mirəsədulla  Mirqasımov, 

Mirməmməd 

Cavadzadənin 

urologiyanın, 

Həsən 

Əliyevin 



torpaqşünaslığın, Budaq Budaqovun geomorfologiyanın. Cəlal Əliyevin 

bitki  fiziologiyasının.  Validə  Tutayuqun  Qafqaz  floraşünaslığının 

inkişafında böyük xidmətləri olmuşdur. 

Humanitar elmlər  sahəsində  də  mühüm  nailiyyətlər  əldə edilmişdi. 

Üzeyir  Hacıbəyovun  «Azərbaycan  xalq  musiqisinin  əsaslan».  Heydər 

Hüseynovun «XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən», 

Feyzulla  Qasımzadənin  «XIX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixinin 

oçerkləri», Əbdüləzəl Dəmirçizadənin «Kitabi-Dədə Qorqud» dastanının 

dili». Həmid Araslınm «XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi», 

«Nəsimi»  əsərləri,  İsmayıl  Hüseynovun,  Zülfəli  İbrahimovun,  Əlövsət 

Quliyevin,  Əbdülkərim  Əlizadənin,  Ziya  Bünyadovun,  Əlisöhbət 

Sumbatzadənin,  Cəmil  Quliyevin,  İqrar  Əliyevin,  Sara  Aşur-  bəylinin. 

Mahmud  İsmayılovun,  Teymur  Bünyatovun,  Tofiq  Köçərlinin  və 

başqalarının Azərbaycan tarixinə. Məmməd Arifin, Cəfər Xəndanın, Əziz 

Şərifin,  Mir  Cəlalın,  Abbas  Zamanovun,  Məmməd  Cəfərin,  Bəkir 

Nəbiyevin,  Yaşar  Qarayevin,  Kamal  Talıbzadənin  Azərbaycan 

ədəbiyyatına.  Məmmədağa  Şirəliyevin,  Zərifə  Budaqovanın,  Ağamusa 

Axundovun,  Yusif  Seyidovun,  Əlövsət  Abdullayevin  və  baş-  qalannm 

Azərbaycan  dilinə,  Firidun  Köçərlinin,  Fuad  Qasımzadənin,  Cəmil 

Əhmədlinin,  Məqsəd  Səttarovun  və  başqalanmn  Azərbaycanda  fəlsəfi 

fikrin  inkişafına  dair  tədqiqat  işləri  xalqın  mənəvi  sərvətlərinə 

çevrilmişdi. Bu illərdə üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi», üçcildlik 

(dörd  kitabda)  «Azərbaycan  tarixi»,  «Cənubi  Azərbaycan  tarixinin 

oçerkləri»,  «Cənubi  Azərbaycan  tarixinin  məsələləri»,  dördcild-  lik 

«Müasir Azərbaycan dili», «Azərbaycan fəlsəfi fikir tarixinin oçerkləri», 

«Azərbaycan  memarlığının  tarixi»,  «Azərbaycan  etnoqrafiyası»  (I  cild) 

və  başqa  əsərlər  çap  olunmuşdu.  Qobustan  qayaüstü  təsvirlərinin 

(arxeoloq  İ.Cəfərzadə),  Mingəçevir  arxeoloji  abidələrinin  (arxeoloq 

S.Qaziyev),  Azıx  mağarasında  350-400  min  il  bundan  əvvəl  yaşamış 

qədim  insan  qalıqlarının  (arxeoloq  M.Hüseynov)  orta  əsr  Şabran 

şəhərinin  (arxeoloq  R.Göyüşov)  və  başqa  abidələrin  aşkar  və  tədqiq 

edilməsi tarix elminə görkəmli töhfələr olmuşdu. 

Lakin  elmlərin,  xüsusən  ictimai  elmlərin  inkişafina  hakim 

ideologiyanın  güclü  təzyiqi  ləngidici  təsir  göstərirdi.  Xüsusən 

Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin sovet dövrü birtərəfli 

öyrənilir, mövcud dərin ziddiyyətlər və onlann kökü, ictimai quruluşun, 

təsərrü 

419 



fatçılıq sisteminin qüsurları ilə bağlı səbəbləri açıqlanmırdı. Nailiyyətlər, 

ancaq «Kommunist partiyasının diqqət və qayğısı» ilə əlaqələndirilirdi. 

Bununla  belə,  bütün  təzyiqlərə  baxmayaraq,  Ziya  Bünyadov,  Mahmud 

İsmayılov və başqalan təhrif olunmuş tarixi həqiqətləri imkan daxilində 

üzə  çıxarmağa,  saxtakarlıqlarla  mübarizə  etməyə  çalışırdılar. 

Respublikada  elmin  maddi-texniki  bazasının  inkişafına  lazımi  qədər 

vəsait ayrılmırdı. 70-80-ci illərdə burada elmə milli gəlirin bir faizindən 

də az (SSRl-də 6 faiz idi) vəsait sərf olunurdu. Alimlərin əməyi kifayət 

qədər  qiymətləndirilmirdi.  Tədqiqat  aparmaq  üçün  müasir  avadanlıq, 

hesablama  texnikası,  cihazlar  çatışmırdı.  Alimlərə  xarici  ədəbiyyatdan, 

arxivlərdən istifadə etmək, beynəlxalq aləmə çıxmaq çətin idi. 

Din 


Din açıqca sıxışdınidığından əhalinin çoxu ona 

gizlində inanır, mənəvi parçalanma baş verirdi. 40-cı illərdə respublikada 

cəmi  17  məscid  və  70  nəfərə  qədər,  əsasən  azsavadlı  və  yaşlı  din 

xadimləri vardı. Bu, təhsil və mədəni səviyyəsi, bilik dairəsi xeyli artmış 

dindarlann tələbatını ödəyə bilmirdi. Xüsusi səylərə baxmayaraq, ideoloji 

aparatın ateist təbliğatı səmərə vermirdi. Xalq milli ənənələrini qoruyub 

saxlamağa çalışırdı. Dini bayram və mərasimlər yanmieqal şəkildə qeyd 

olunurdu. Respublikadakı yüzdən çox müqəddəs pir və ocaqdan 25-i, o 

cümlədən  «Ətağa»  «Əli  ayağı»  (Bakı),  «Babaratma»  (Şəki), 

«Əshabi-Kəhf», «İmamzadə» (Babək), «Əli pəncəsi» (Ağdam), «Soltan 

xəlac» (Quba) və başqaları bütün maneələrə baxmayaraq, əsasən yaşlı və 

xəstə  adamlar  tərəfindən  fəal  ziyarət  olunurdu.  60-cı  illərdə 

Azərbaycanda 40-dan çox qeydə alınmamış müsəlman, habelə digər dini 

birliklər  vardı.  Müsəlman  birliklərindən  12-si  gizli  fəaliyyət  göstərirdi. 

30-dan  çox  müsəlman  dini  birliyi isə ancaq  məhərrəmlik  vaxtı  (50  gün 

ərzində) fəaliyyət göstərirdi. Dini birlikləri nəzarət altında saxlamaq üçün 

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1976-cı ildə «Azərbaycan 

SSR-də dini birliklər haqqında Əsasnamə» qəbul etdi. Dini birliklərin bir 

neçəsi rəsmi məscidə çevrilə bildi, qalanlan isə fəaliyyətini dayandırmalı 

oldu. 


Kütləvi 

Kommunist ideologiyası kütləvi informasiya 

informasiya 

vasitələrini, o cümlədən dövri mətbuatı tam inhisarı 

vasitələri 

altında saxlayırdı. Respublikada müharibədən sonrakı ilk illərdə 84 qəzet, 

23 jurnal və başqa dövri nəşrlər çap olunurdu. 1952-ei ildən «Kirpi» 

jurnalı, 1958-ei ildən «Bakı», 1963-eü ildən «Baku» axşam qəzetləri, 

1961-ei ildən «Elm və həyat», 1967-ei ildən 

420 



«Ulduz»,  1975-ci  ildən  «Azərbaycan  təbiəti»  jurnalları,  1969-'Cu  ildən 

«Qobustan»  incəsənət  almanaxı  nəşr  olunmağa  başlandı.  1951-ci  ildən 

«Azərbaycan  qadını»,  1954-cü  ildən  «Literatumıy  Azerbaydjan»  jur- 

nallan  yenidən  fəaliyyətlərini  davam  etdirdilər.  Uşaqlar  üçün  1946-cı 

ildən «Pioner», 1958-ci ildən «Göyərçin» jurnallarının nəşrinə başlandı. 

Bir  sıra  qəzet  və  jurnallar  yeni  adla  nəşr  edilirdi.  1945-ci  ildən 

komsomolun  mətbuat  orqanlan  «Azərbaycan  gəncləri»  və  «Molodej 

Azer-  baydjana»  adlandmldı.  «Müəllim  qəzeti»  1946-cı  ildən 

«Azərbaycan  müəllimi»,  «Vətən  uğrunda»  (əvvəllər  «Revolyutsiya  və 

kultura»  adlanırdı)  jurnalı,  1946-cı  ildən  «İnqilab  və  mədəniyyət», 

1953-cü  ildən  isə  «Azərbaycan»,  1953-cü  ildən  «Ədəbiyyat»  qəzeti 

«Ədəbiyyat  və  incəsənət»,  «Azərbaycan  kolxozçusu»  qəzeti, 

«Azərbaycan  kənd  təsərrüfatı»,  1960-cı  ildən  «Sovet  kəndi»,  1991-ci 

ildən  «Bərəkət»  adı  altında  çap  olundu.  Ümumiyyətlə,  1990-cı  ildə 

respublikada  artıq  168  qəzet,  91  jurnal  və  digər  dövri  nəşrlər  çap 

olunurdu. 

Bu illərdə respublikada kitab nəşri də xeyli genişlənmişdi. 1988-ci 

ildə 1349 adda və ya 1945-ci ildəkindən 3,4 dəfə çox kitab və kitabça nəşr 

olunmuşdu.  Partiyanın  sənədləri,  «marksizm-leninizm  klassiklərinin» 

əsərləri  tərcümə  və  böyük  tirajla  çap  edilir,  geniş  təbliğ  olunurdu. 

1976-1987-ci  illərdə  böyük  informasiya  tutumuna  malik  və  yarandığı 

dövrün  ruhunu  əks  etdirdiyi  üçün,  şübhəsiz,  qiymətli  olan  X  cildlik 

«Azərbaycan  Sovet  ensiklopediyası»  (Baş  redaktoru  akademik  Cəmil 

Quliyev)  nəşr  edilmişdi.  80-ci  illərdə  üçcildlik  «Uşaq  ensiklopediyası» 

(Baş  redaktoru  akademik  Cəmil  Quliyev)  hazırlanmış  və  iki  cildi  çap 

olunmuşdu.  70-80-ci  illərdə  klassik  Azərbaycan  şair  və  yazıçılanmn 

əsərləri külliyyatı, 20 cildlik klassik Azərbaycan ədəbiyyatı kitabxanası, 

50  cildlik  dünya  uşaq  ədəbiyyatı  kitabxanası,  100  cildlik  dünya 

ədəbiyyatı kitabxanası, «Azərbaycan nağılları» çap edilmişdi. Görkəmli 

şair  və  yazıçıların  yubileylərinin  təntənə  ilə  qeyd  olunması,  poeziya 

günlərinin  keçirilməsi  ənənəyə  çevrilmişdi.  Bütün  bunlar  xalqın  milli 

oyanışına əhəmiyyətli təsir göstərmişdir. 

Azərbaycan radiosu və televiziyası xeyli inkişaf etmişdi. Respublika 

radiosu  müxtəlif  dalğalarda  hər  gün  I  proqram,  «Araz»  və  «Stereo» 

proqramlan  ilə  müxtəlif  dillərdə  37  saat  veriliş  verirdi.  Respublika 

televiziyası sovet həyat tərzini geniş təbliğ edirdi. 

Ədəbiyyat 

Azərbaycan ədəbiyyatında tənqidi realizm, 

mövcud  reallıqlara  qarşı  etiraz  motivləri  hələ  müharibə  illərində 

görünməyə başlamışdı. Süleyman Rəhimovun «Mehman» povestində, Sə 



421 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə