sonra Azərbaycanda hakimiyyətə gəlmiş Heydər Əliyev bu qərann
icrasına yol vermədi.
Uğursuz islahatlar, Sov.tKP-nın XXII qurultayında (1961-ci il
oktyabr) elan edilən yaxın gələcəkdə SSRİ-də kommunizm qurulacağı
haqqında utopik ideyalar N.S.Xruşşovu cəmiyyətdə və partiyada
hörmətdən salmışdı. Partiya elitasında ona qarşı müxalifət formalaşırdı.
1961-ci ildə qəbul olunmuş nizamnaməyə görə partiyanın seçkili
orqanlarına bir nəfərin dalbadal iki dəfədən çox seçilməsini qadağan
edən maddə daxil edilməsi də rəhbər partiya vəzifələrində çoxdan
işləyənlərin ona qarşı birləşməsinə səbəb olmuşdu. Hakimiyyəti əldə
saxlamaq üçün Xruşşov partiyanı parçalamaq, siyasi məsələlərin həllində
təşkilatlann birgə fəaliyyətini məhdudlaşdınnaq, onların diqqətini
təsərrüfat məsələlərinə, islahatlara operativ rəhbərliyə yönəltmək istədi.
Sov.İKP MK-nın 1962-ci il noyabr plenumu rəhbər partiya orqanlarının
istehsalat prinsipi üzrə yenidən təşkil edilməsini qərara aldı. Mərkəzi
komitələrdə iki büro - sənaye, tikinti və kənd təsərrüfatına rəhbərlik üzrə
bürolar yarandı. Azərbaycanda da AKP MK-ya bilavasitə tabe olan
sənaye istehsal, kolxoz-sovxoz istehsalat idarələri, şəhər, dağlıq rayon
partiya komitələri təşkil olundu. Başqa ictimai təşkilatlar da bu prinsip
üzrə yenidən quruldu. Xruşşov partiya və dövlət nəzarətini birləşdirməklə
partiyanın nəzarət funksiyasını da xeyli zəiflətdi. Lakin onun, xüsusən
1958-ci ildən SSRİ Nazirlər Sovetinin sədri olduqdan sonra xeyri
intensivləşən partiya aparatını zəiflətmək cəhdlərindən narazı qalan ali
partiya və təsərrüfat rəhbərləri birləşdilər. Sov.tKP MK-nın 1964-cü il 14
oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən kənar edildi. L.İ.Brejnev
Sov.İKP MK-nın birinci (1966-cı ildən baş) katibi seçildi. Partiya amirliyi
yenidən güclənməyə başladı.
Partiya amirliyinin yenidən gücləndirilməsinin mühüm amillərindən
biri 60-cı illərin ortalarında partiya, onunla birlikdə sovet, həmkarlar
ittifaqları və komsomol orqanlannm təşkilatca yenidən ərazi prinsipi üzrə
qurulması oldu. Dərhal Sov.İKP və respublika KP mərkəzi komitələrində
bürolar birləşdirildi, kənd, rayon partiya komitələri bərpa olundu.
İqtisadiyyata partiya rəhbərliyini gücləndirməklə tərəqqiyə nail olmaq
cəhdləri göstərildi.
Partiya amirliyinin yenidən güclənməsi, xüsusən respublikalara, o
cümlədən Azərbaycan SSR-ə əvvəllər verilmiş bəzi iqtisadi
müstəqilliklərin yenidən geri alınması Azərbaycan rəhbərliyinin mərkəzə
münasibətində müəyyən dəyişikliklərə səbəb oldu. Vəli Axundov 1965-ci
388
ildə vahid partiya-dövlət nəzarəti sistemini yenidən xalq və partiya
nəzarəti dairələrinə bölməyə etiraz edən qüvvələr tərəfində L.İ.Brejnevə
qarşı durdu. O, Azərbaycan SSR-in istehsalında az qala qul əməyi kimi
ağır zəhmət tələb olunan, əhalinin sağlamlığına və təbiətə böyük ziyan
vuran pambıqçıbq üzrə dərin ixtisaslaşdınimanın əleyhinə çıxırdı. Onun
rəhbərlik etdiyi illərdə respublikada texniki bitkilərin əkin sahəsi xeyli
azaldılmış, tərəvəz, çay, bağ və üzümlük sahələri isə genişləndirilmişdi.
Milli dəyərlərə diqqət nisbətən artmışdı. 1966-cı ildə tranda yaşayan
Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın «Heydər babaya
salam» poeması çap olunmuşdu. Mütərəqqi fikirli yaradıcı gənclər üçün
1967-ci ildən «Ulduz» jurnalının nəşrinə başlanmışdı. Novruz bayramı
rəsmi şəkildə «Bahar bayramı» adı ilə qeyd edilmişdi. Ədəbiyyatda yenə
milli motivlər, tənqidi ruh qüvvətlənmişdi.
Əvvəlki illərdə olduğu kimi bu illərdə də, bütün cəhdlərə
baxmayaraq, imperiya Azərbaycan xalqının azadlıq ideyalarını məhv edə
bilməmişdi. Bu ideyalar vətənpərvər şair və yazıçılann, alimlərin
əsərlərində yaşayır və əks olunurdu.
Azadlıq ideyalannın yayılmasında Azərbaycan xarici ölkələrdəki
siyasi mühacirləri də az iş görmürdülər. 1955-ci il martın 6-da Ankarada
Azərbaycan xalqının böyük oğlu Məhəmməd Əmin Rəsulzadə vəfat etdi.
Onun ölümü Azərbaycanın milli-azadlıq hərəkatı üçün böyük itki oldu.
Bu hərəkata. Müsavat partiyasına 1955-1959-cu illərdə onun yaxın
silahdaşı Mirzə Bala Məmmədzadə başçılıq etdi. Sovet imperiyasında
əzilən xalqlann siyasi mühacirləri arasında kommunizmə qarşı qüvvələri
birləşdirmək meyli getdikcə artırdı. 1958-ci ildə İndoneziyada türk
xalqlarının azadlığı uğmnda mübarizə aparan «Türküstan libe- reyşn»
(Türküstan azadlığı) təşkilatı fəaliyyətə başlamışdı. ABŞ-da «Qafqaz
təşkilatları birliyi» yaradılmışdı. Azadlıq ideyalarının yayılmasında
«Azadlıq», «Amerikanın səsi» radiostansiyalarının, gizli gətirilib yayılan
nəşrlərin böyük rolu vardı.
1962-ci il dekabrın 17-də bir çox qabaqcıl ziyalılar - Xudu
Məmmədov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və başqaları, habelə bəzi
vəzifəli şəxslər birləşib gizli «Milli Azadlıq Qərargahı» (MAQ) təşkil
etdilər. Onlar liberal vasitələrlə dövlət qurumlarında vəzifəli şəxslərin
fəaliyyətini xalqın milli oyanışına yönəltməyə çalışırdılar. Azərbaycanda
milli azadlıq uğrunda yeni mübariz nəsil yetişməkdə idi. 60-cı illərin
əvvəllərində Azərbaycan Dövlət Universitetinin azadfikirli tələbələrindən
bir qrupu Əbülfəz Əliyevin (sonralar Elçibəy ləqəbi qəbul
389