Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə155/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   216

illərdə iqtisadi 

inkişafın meyitləri. 

Sosial həyat 

azalması sosialist 

etdi) rəhbərliyi ilə gizli siyasi mübarizəyə başlamışdılar. Onlar gizli 

özək təşkil etmiş, üçlük qruplar yaradaraq tələbə gəncləri azadlıq uğrun- 

da mübariz ruhunda tərbiyə etməyə çalışırdılar. 1966-cı ilin aprelində 

Azərbaycanın 1920-ci ildə sovetləşdirildiyi gün kütləvi tədbir keçirməyə 

hazırlaşan milli ruhlu gənclərin bir qrupu həbsə alınmış və ciddi xəbər- 

darlıqdan sonra azad edilmişdi. Buna görə də gizli özəyin üzvləri mövcud 

şəraitdə fərdi təbliğatı daha səmərəli vasitə hesab edib, bu sahədə fəaliy- 

yəti genişləndirdilər. Milli şüurun oyanmasına istiqamətləndirilmiş təbli- 

ğat işi gizli siyasi müxalifətin əsas mübarizə vasitəsi idi. 

1968-ci ildən (Çexoslavakiya hadisələrindən sonra) bütün imperiya- 

da ehkamçı ideologiyanın şüurlara təzyiqi yenidən güclənməyə başlandı. 

50-cl 


İllərin 

ikinci 


İqtisadiyyatı inzibati metodlarla səmərəli idarə 

yarısı 


60-cı 


etmək yalnız güclü diktatura, totalitar rejim şəraitin- 

də mümkün idi. İqtisadiyyata inzibati rəhbərliyin 

azacıq belə zəifləməsi, təsərrüfat rəhbərlərinin baş- 

lıca olaraq qorxuya əsaslanan şəxsi məsuliyyətinin 

istehsal münasibətlərinə əsaslanan iqtisadiyyatın 

geriləməsinə səbəb olurdu. 50-ci illərin ortalannda siyasi ab-havanın 

yumşalmağa başlaması şəraitində iqtisadiyyatın köhnə metodlarla idarə 

olunmasının davam etməsi SSRİ-də iqtisadi inkişaf sürətinin bütün əsas 

göstəricilər üzrə azalmasına gətirib çıxarmışdı. 1955-ci ilin iyulunda 

Sov.İKP MK elmi-texniki tərəqqi, istehsalın texniki səviyyəsini 3mk- 

səltməyə dair xüsusi proqram qəbul etdi. Dövlət Texnika Komitəsi, 

müəssisələrdə istehsalat texniki şuraları yaradıldı. Xalq təsərrüfatının 

idarəedilmə sistemi yenidən qurulmağa başlandı. 1954-cü ilin iyulunda 

SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Neft Sənayesi Nazirliyi 

yaradıldı. 1956-cı ilin mayında Sov.İKP MK və SSRİ Nazirlər Soveti- 

nin qəran ilə xalq təsərrüfatının idarə olunmasında müttəfiq respubli- 

kalann rolu artınldı. Əsaslı tikinti, maddi-texniki təchizat, əmək məh- 

suldarlığı, məhsulun maya dəyəri və satışı, habelə maliyyə təsisatı 

məsələləri ilə artıq respublikalar özləri məşğul olmağa başladılar. 

1956-cı ildə sənaye məhsulunun 84 faizi və ya 1953-cü ildəkindən iki 

dəfə çox hissəsi Azərbaycan SSR-in tabeliyindəki müəssisələrdə isteh- 

sal olunurdu. 50-ci illərin ortalannda kənd təsərrüfatında planlaşdırma- 

nın yeni qaydası tətbiq olunmuşdu. İndi yuxandan təsərrüfatlara yalnız 

dövlət tədarükü tapşınqlan verilirdi. Hətta rayon kənd təsərrüfatı ida- 

rələri də ləğv edilmişdi. Lakin bütün bunlar kosmetik səciyyəli ya- 

nmçıq tədbirlər idi. Kommunist partiyasının iqtisadi və siyasi amirli- 



390 


yinin  saxlandığı  şəraitdə  başqa  cür  də  mümkün  deyildi.  Yenə  də  əsas 

məsələlər,  planlar  Sov.İKP  MK-mn  ciddi  nəzarəti  altında  hazırlanır  və 

həyata keçirilirdi. Ən başlıcası isə bu idi ki, əslində heç kimin olmayan, 

bir qrup partiya-təsərrüfat işçisinin müvəqqəti sərəncamında olan ictimai 

mülkiyyətə  yadlaşmanı  aradan  qaldırmaq  mümkün  deyildi.  Əməkçilər 

real vəziyyəti dərk etdikcə bu yadlaşma daha da artırdı. Ölkənin rəhbərliyi 

vəziyyətdən çıxmaq üçün daha yeni bir cəhd göstərdi. Sov.İKP MK-nın 

1957-ci il fevral plenumunun və SSRİ Ali Sovetinin həmin ilin mayında 

keçirilən  sessiyasının  qərarlanna  əsasən,  sənaye  və  tikintinin  idarə 

olunması  sistemi  yenidən qurulmağa  başlandı. Təsərrüfat nazirliyi  ləğv 

edildi,  müvafiq  istehsalat  komitələri  yaradıldı.  Operativ  idarəçiliyi 

Mərkəzdən  yerlərə  keçirmək  üçün  iqtisadi  rayonlarda  Xalq  təsərrüfatı 

Şuralan  təşkil  olundu.  1957-ci  ilin  iyununda  Azərbaycan  SSR  Ali 

Sovetinin  qəran  ilə  Azərbaycan  iqtisadi  rayonunun  Xalq  Təsərrüfatı 

Şurası  yaradıldı.  Respublikanın  400-dək  sənaye  müəssisəsi  onun 

ixtiyanna verildi. Sənaye məhsulunun, demək olar ki, hamısı respublikaya 

tabe  müəssisələrdə  istehsal  olunurdu.  1959-cu  ildə  Azərbaycan  Neft 

Sənayesi  Nazirliyi  də  ləğv  edildi  və  onun  müəssisələri  də  Azərbaycan 

Xalq Təsərrüfatı Şurasının tabeliyinə verildi. 

Lakin sovet imperiyası daxilində elə iqtisadi əlaqələr, elə təsərrüfat 

kompleksi formalaşmışdı ki, artıq operativ rəhbərliyin yerlərə verilməsi 

belə, respublikalara öz xeyrinə əsaslı bir iqtisadi tədbir həyata keçirməyə 

imkan yaratmırdı. Hər şey yuxanda təsdiq olunan vahid xalq təsərrüfatı 

planına  uyğun  olmalı  idi.  Beləliklə,  bu  islahat  yerlərdə  istehsalın 

inkişafına marağı artırmadı. Əksinə, əməkhaqqının normallaş- dırı İması 

prosesində vaxtamuzd sisteminin işəmuzd sistemə nisbətən xeyli artması 

işçilərdə maddi marağın daha da azalmasına səbəb oldu. 

SSRİ Ali Sovetinin 1958-ci il 31 mart tarixli qəranna əsasən MTS-lər 

ləğv  olunmuş,  onlann  texnikası  kolxozlara  satılmışdı.  Bu  tədbir 

təsərrüfatların  iqtisadi  vəziyyətini  xeyli  pisləşdirmiş,  onlan  borca 

salmışdı.  Kolxozçulara  pasport  verilməsi  demokratiya  baxımından  çox 

müsbət hal olsa da, gənclərin sistemsiz şəkildə kənddən şəhərə axınına 

şərait yaratmış, ictimai və yardımçı təsərrüfatlara ciddi ziyan vurmuşdu. 

Kənd  təsərrüfatında  vəziyyəti  yaxşılaşdırmaq  məqsədilə  1961-ci  ildə 

məhəlli  Kolxoz-Sovxoz  İstehsalat  idarələri  yaradılmışdı.  Lakin  bu  da 

səmərəli  olmadı..Kəndlilərin  ictimai  təsərrüfatlara  iqtisadi  marağını 

artırmaq üçün onlann şəxsi yardımçı təsərrüfatlanna qarşı ciddi tədbirlər 

həyata keçirildi. Həyətyanı torpaq sahələrinin 25 desyatindən artıq 



391 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə