Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə156/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   216

hissəsi  kəsilib  kolxozçulann  əlindən  alındı.  Bu  təsərrüfatlarda  bəslənən 

mal-qaranın  sayı  minimuma  endirildi.  İctimai  təsərrüfatların  inkişafına 

marağı artırmaq isə mümkün olmadı. 

«Yuxanlar»  bunu  hüquqları  genişləndirilmiş  yerlərdə  partiya 

rəhbərliyinin zəifləməsi ilə əlaqələndirirdilər. Sov.İKP MK-nın 1962-ci il 

noyabr  plenumu  partiyanın  operativ  təsərrüfat  idarəçiliyinə  daha  geniş 

müdaxilə  etməsinə  şərait  yaratmağı  vacib  bildi.  Başqa  respublikalarda 

olduğu  kimi,  Azərbaycanda  da  partiyanın  mərkəzi  komitəsində  sənaye, 

tikinti və kənd təsərrüfatı üzrə iki büro təşkil edildi. Naxçıvan MSSR- in 

və DQMV-nin hər birində üç partiya komitəsi, respublikada altı şəhər, altı 

sənaye istehsalat, altı dağlıq rayon, iyirmi altı Kolxoz-Sovxoz İstehsalat 

idarəsi partiya komitələri yaradıldı. Bundan başqa, sənayeyə rəhbərlikdə 

yerli  Xalq  təsərrüfatı  şuraları  ilə  SSRİ  Dövlət  Komitələrinin  simasında 

ikihakimiyyətlilik  yaranmışdı.  Vəziyyətdən  çıxmaq  üçün  l963-cü  ilin 

martında  Ali  Xalq  Təsərrüfatı  Şurası  təşkil  olundu.  Lakin  bu  tədbirlər 

əks-təsir  göstərdi.  Partiya  təşkilatlannın  müəssisələrdə  inzibati 

amirliyinin  genişlənməsi  təsərrüfat  müstəqilliyinin  buxovlanmasını, 

işçilərin  əməyə,  onun  nəticəsinə  özgələşməsini  daha  da  dərinləşdirdi. 

Eyni  zamanda  hakim  dairələr  dərk  etdi  ki,  iqtisadiyyatı  bu  metodlarla 

idarə etmək region mənafeyini dövlət mənafeyinə qarşı qoyur, mərkəzin 

yerlərə  iqtisadi  təsirini,  rejimin  iqtisadi  əsaslannı  zəiflədir.  SSRİ  Ali 

Sovetinin sessiyası (1965-ci il 2 oktyabr) və Sov.İKP MK-nın 1965-ci il 

sentyabr plenumu qərarları əsasında sənaye və tikintinin idarə orqanlan 

yenidən  quruldu.  Bütün  xalq  təsərrüfatı  şuraları  ləğv  edildi.  Yenidən 

Ümumittifaq  və  respublika  nazirlikləri  yaradıldı.  Sənaye  və  tikinti 

müəssisələrinin böyük əksəriyyəti, Azərbaycanda 90 faizdən çoxu ittifaq 

nazirliklərinə birbaşa tabe edildi. 

60-cı  illərin  ortalarında  yeni  iqtisadi  islahat  həyata  keçirildi.  Bu 

islahat müəssisələrin tam təsərrüfat hesabı ilə işləməsini, onların istehsal 

fondlanndan  istifadə  etməyə  görə  haqq  ödəməsini,  dövlət  planla-  nnın 

yerinə  yetirilməsində  təsərrüfatlara  bəzi  müstəqilliklər  verilməsini 

nəzərdə  tuturdu.  Müəssisələrə  gəlirinin  ona  qalan  hissəsindən 

həvəsləndirmə  fondları  yaratmağa,  işçilərin  sosial  tələblərini  ödəmək 

üçün vəsait ayırmağa icazə verilirdi. Rayonlarda kənd təsərrüfatı idarələri 

bərpa  edilmişdi.  1965-ci  ildə  Sov.İKP  MK-nın  mart  plenumu  aqrar 

sahədə  iqtisadi,  texniki  və sosial siyasəti  dəyişdirdi. Kənd təsərrüfatına 

əsaslı  vəsait  qoyuluşu  artınidı.  Planlaşdırma  və  tədarük  işləri 

təkmilləşdirildi. İstehsalın maddi-texniki bazasını, təsərrüfat hesabı müna 



392 


sibətlərini  möhkəmləndirmək,  iqtisadi  həvəsləndirməni  təmin-  etmək 

üçün  tədbirlər  müəyyən  olundu.  Lakin  köhnə  iqtisadi  sistem 

dəyişdirilmədi,  qeyri-iqtisadi  idarəçilik  metodları  saxlanıldı.  İnzibati 

şəkildə  təşkil  və  geniş  təbliğ  edilən  sosializm  yarışları,  50-ci  illərin 

sonlanndan  «Əməyə  kommunist  münasibəti  uğrunda»,  «Keyfiyyət  və 

səmərəlilik  uğrunda»  və  başqa  hərəkatlar,  əsasən  formal  xarakter 

daşıyırdı. İqtisadi inkişaf sürətinin durmadan aşağı düşməsinin qarşısım 

almaq mümkün deyildi. 

Sovet  imperiyası  mövcud  iqtisadi  idarəçilik  sisteminin  qüsurlan 

üzündən  yaranan  geriliyi  xammal  istehsal  edən  milli  respublikaların 

iqtisadi  potensialının  əsasən  ekstensiv  vasitələrlə  daha  geniş  səfərbər 

olunması  hesabına  aradan  qaldırmağa  çalışırdı.  Bunun  üçün  milli 

respublikalarda  xammal  istehsalı  sahələrinə  vəsait  qoyuluşu  nisbətən 

çoxaldılır,  yeni  xammal  istehsalı  sahələri  yaradılır,  habelə  bu 

respublikalara  inzibati  rəhbərlik  daha  da  gücləndirilirdi.  Bütün  bunlar 

Azərbaycan  SSR-də  sənayenin,  kənd  təsərrüfatının,  habelə  xalq 

təsərrüfatının  başqa  sahələrinin  inkişafına  münasib  imkanlar  açırdı. 

Respublikanın  təbii  sərvətlərinin  aşkara  çıxarılması  və  hasilatı  işi 

genişləndirilməkdə  idi.  Yeni  neftli-qazlı  laylar,  yataqlar  kəşf  olunur, 

istismara  verilirdi,  Neftçıxarma  texnikası  və  texnologiyası  xeyli 

təkmilləşdirilmişdi.  1955-ci  ildə  Azərbaycanda  5  min  metrə  yaxın 

dərinliyi olan, SSRİ-də ən dərin neft quyusu qazıldı. Bununla belə, Ural 

və  Sibirdə  zəngin  neft  yataqlarının  kəşf  edilməsi  ilə  əlaqədar  hasilatı 

getdikcə  çətinləşən  Azərbaycan  neftinə  mərkəzin  marağı  xeyli 

zəifləmişdi. Respublikada neft sənayesi tənəzzülə başlamışdı. Mərkəz ona 

az vəsait ayınrdı. Buna görə də 1965-ci ildə 21,5 milyon tona çatmış neft 

hasilatı  sonrakı  illərdə  yenidən  azalıb  1970-ci  ildə  17  milyon  tona 

enmişdi. 

Respublikada  neft  emalı  və  neft  maşınqayırma  sənayesi  inkişaf 

edirdi. 1961-ci ildə təbii qaz kondensatı emal edən Azərbaycan qaz emalı 

zavodu  istifadəyə  verildi.  Başqa  emal  müəssisələrində  yenidənqurma 

işləri aparıldı, istehsal texnologiyaları xeyli təkmilləşdirilməyə başlandı. 

Bu  illərdə  neft  maşınqayırma  zavodlarında  da  əsas  sexlər  yenidən 

quruldu. 1966-1968-ci illərdə 1-t Şmidt adına maşınqayırma  zavodunda 

fontan armaturu hazırlayan yeni istehsal kompleksi, mexaniki yığma və 

alət  sexləri  istifadəyə  verildi.  Başqa  maşınqayırma  müəssisələrində  də 

yeni istehsal sahələri işə salındı. 

Sənayedə struktur dəyişikliyi daha da dərinləşməkdə idi, 1958-ci ildə 

Mingəçevir  kabel,  Bakı  poiadəritmə  zavodları,  1959-cu  ildə  Bakı  şin 

zavodu istifadəyə verildi. 1960-cı üdə Sumqayıt alüminium zavodu 



393 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə