Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə150/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   216

uydurmalar  irəli  sürülürdü.  Çarizmə  qarşı  xalq,  milli-azadlıq  hərəkat- 

lannın,  milli  burjuaziyanın,  siyasi  partiyalann,  1918-1920-ci  illərdə 

mövcud  olmuş  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixi  ciddi  təhrif 

olunurdu. Bu hökumətin xalqa zidd siyasət yeritdiyi iddia edilirdi. Sovet 

üsul-idarəsinə  haqq  qazandırılır,  təkpartiyalı  siyasi  sistemin,  cəmiyyət 

həyatının  bütün  sahələrində  partiya  amirliyinin,  ictimai  mülkiyyətin, 

«sosialist»  istehsal  münasibətlərinin  doğurduğu  ziddiyyətlər  ört-  basdır 

olunurdu.  Alimlər  mövcud  rəsmi  qəliblərə  uyğun  gəlməyən  fikirlər 

söyləmək  üstündə  kobudcasına  sıxışdırılır,  repressiyalara  məruz  qalır, 

işdən  qovulurdu.  Onların  əsərləri  qadağan  edilirdi.  İstedadlı  filosof, 

görkəmli elm və ictimai xadim, akademik Heydər Hüseynovun 1949-cu 

ildə  çap  olunmuş  «XIX  əsrdə  Azərbaycanda  ictimai  və  fəlsəfi  fikir 

tarixindən»  əsərində  Şamilin  başçılığı  ilə  xalq  hərəkatının  çarizmin 

müstəmləkəçilik  siyasətinə  qarşı  mübarizə  kimi  qiymətləndirilməsi 

«yuxanlara» xoş gəlməmiş, qısa müddətdə bütün ölkədə məşhurlaşmış bu 

əsərə  görə  ona  verilən  «Stalin  mükafatı»  geri  alınmış,  təqiblər 

başlanmışdı.  M.Bağırov  respublika  ziyalılannın  yığıncağında  və 

«Müridizm  və  Şamil  hərəkatının  xarakteri  haqqında  məsələyə  dain> 

məqaləsində heç bir əsas göstərmədən Şamili ingilis casusu adlandırdı, 

akademik Hüseynovu isə ciddi tənqid edib az qala onun ardıcılı olmaqla 

təqsirləndirdi. Görkəmli alim ona qarşı haqsızlığa intiharla üsyan etdi. 

Ədəbi jurnallar, teatr repertuarlan və kino sənəti haqqında ÜİK(b)P 

MK-nın  1946-1948-ci  illərdə  qəbul  etdiyi  qərarlarda  bədii  formanın 

«yüksək  ideyalara»  tabe  edilməsinin  geniş  proqramı  verilmişdi. 

Ədəbiyyat  və  incəsənətdə  fərdiliyə,  milliliyə  «formalizm»  damğası 

vurulurdu.  «Sosialist  realizmi»  ideoloji  qəlibi  mövcud  rejimə,  onun 

nailiyyətlərinin  təbliğinə  xidmət  etmək  silahı  idi.  Bununla  belə, 

cəmiyyətin  üzdə  olan  ziddiyyətlərinin  gizlədilməsi  əks-təsir 

göstərdiyindən «konfliktsizliyə» qarşı mübarizə başlanmışdı. 

Azərbaycan  xalqının  dastanları  feodal  münasibətlərini  təbliğ 

etməkdə,  qeyri-xəlqilikdə  ittiham  olunurdu.  Azərbaycan  türklərinin 

görkəmli  orta  əsr  abidəsi  «Kitabi-Dədə  Qorqud»  «irticaçı  feodal  xan 

eposu»  adı  ilə  damğalanmış,  onun  tədqiqatçılan  təqiblərə  məruz 

qalmışdılar.  A.Bakıxanov  idealizmdə,  fanatizmdə,  xan  və  bəyləri 

müdafiə  etməkdə,  M.M.Kazımbəy  «çarizmin  sadiq  qulu»  olmaqda 

günahlandırılırdı.  Akademik  M.A.Dadaşzadə  «Türkiyə  casusu»  kimi 

damğalanmışdı. Akademik, yazıçı M.İbrahimov, professor, SSRİ EA-nın 

müxbir  üzvü  A.O.Makovelski  elmi-siyasi  sayıqlığı  itirməkdə  tənqid 

edilmişdi. 

380 



M.Rəfili  «kosmopolit»  damğası  ilə  işdən  uzaqlaşdınimış,  S.Vəliyev 

sürgün  olunmuşdu.  M.Bağırov  Azərbaycan  K(b)P  XIX  qurultaymda 

(1952-ci  il,  sentyabr)  Səməd  Vurğunu  hədələyərək  «Sən  ləngimədən 

kommunizmin  əlifbasından  başlamalısan,  yoxsa  məhv  olacaqsan» 

demişdi. 

Əhali,  xüsusən  gənclər  arasında  mövcud  quruluşun  həqiqi 

mahiyyətini  dərk  edənlər  az  deyildi.  Təşkilatlanmaq  və  mübarizə 

aparmaq  arzusunda  olanlar  da  vardı.  Gizli  fəaliyyət  göstərən  «İldınm» 

təşkilatının  üzvü  olan  bir  qrup  vətənpərvər  və  romantik  gənc 

Azərbaycanın  azadlığa  çıxması  üçün  xalqa  onun  qüvvələrini  birləşdirə 

biləcək,  güclü,  tanınmış  bir  liderin  rəhbərlik  etməsini  vacib  bilərək 

Səməd Vurğuna gizli məktubla müraciət etmişdilər ki, bu missiyanı öz 

üzərinə götürsün. Xalqı birləşdirib istibdada qarşı mübarizəyə qaldırmaq 

üçün hələ real şərait yox idi, buna görə də məktub cavabsız qaldı. Qarşıya 

qoyduğu idealları həyata keçirmək üçün imkanlar olmadığını yəqin edən 

təşkilat  1947-ci  ilin əvvəllərində fəaliyyətini  dayandırdı, 1948-1949-cu 

illərdə onun fəal üzvlərinin hamısı həbs edilib Sibirə sürgün olundu. 

Ümumiyyətlə,  1946-1953-cü  illərdə  respublikada  siyasi  iş  üstə 

mindən çox adam həbsə alınıb sürgün edilmişdi. 

Xaricdə fəaliyyət göstərən siyasi mühacirlər də Azərbaycanda sovet 

imperiyasının istibdad rejiminə qarşı mübarizədə iştirak edirdilər. Bu işdə 

Məhəmməd  Əmin  Rəsulzadənin  rəhbərlik  etdiyi  «Müsavat»  partiyası 

apancı rol oynayırdı. Bolşevizmə qarşı mübarizədə, Azərbaycan xalqının 

siyasi maariflənməsində 1945-1954-cü illərdə Münhendə (Almaniyada) 

ABŞ-ın təsis etdiyi «Azadlıq» radiosunun Azərbaycan şöbəsinə başçılıq 

etmiş  Əbdürrəhman  Fətəlibəyli  Düdənginskinin  böyük  xidməti 

olmuşdur. 1954-cü ilin ortalannda o, Dövlət Təhlükəsizlik Komitəsinin 

casusu tərəfindən vəhşicəsinə öldürüldü. Siyasi mühacirətin maarifçilik 

işində Mirzə Bala Məmmədzadə fəal iştirak edirdi. 1951-ci ildə Ankarada 

onun  Azərbaycan  tarixinə  dair  bir  çox  əsərləri  nəşr  olunmuşdu.  O, 

1954-cü  ildən  Münhendə  SSRİ-ni  öyrənən  institutun  türk  dilində  nəşr 

etdiyi siyasi jurnala redaktorluq edirdi. Mühacirətdə Azərbaycan xalqının 

azadlıq  hərəkatında  Ceyhun  bəy  Hacıbəyov,  Abdulvahab  Yurdsevər, 

Əhməd  Cəfəroğlu,  Mustafa  Vəkilov,  Azər  Təkin,  Əlirza  Turan  və 

başqaları fəal iştirak edirdilər. 

Sovet  imperiyasının  «Parçala  və  hökmranlıq  et!»  siyasəti  xalqlar 

arasında  daim  münaqişə,  süni  konfliktlər,  problemlər  yaradılmasında 

daha  aydın  təzahür  edirdi.  Moskva  Qafqazda  da  Azərbaycan,  erməni, 

gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq və hamısı üzərində 

381 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə