Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə147/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   216

Cənubi Azərbaycanın milli-demokratik quruluşu uğrunda mübarizəsinin 

düşməni kimi çıxış etdilər. 

Sovet hökuməti, sonralar da başqa yerlərdə (məsələn, Şərqi Avropa 

ölkələrində) olduğu kimi, xalqın mübarizəsini öz imperiya məqsədlərinə 

tabe etdirməyə çalışırdı. Bu, xüsusən Sovet İttifaqında sığınacaq tapmış 

demokratlann  ADP-nin  fəaliyyətini  bərpa  etmək  təşəbbüsü  timsalında 

özünü aydın göstərdi. Sovet rejimi hər vasitə ilə, o cümlədən hərəkatın 

bir  çox  fəallanna  qarşı  cəza  tədbirləri  ilə  onun  xarakterini,  siyasi 

prinsipləri  və  taktikasını  marksizm-leninizm  məfkurəsi  çərçivəsinə 

salmağa çalışaraq, özünün antihumanist «proletar diktaturası» ehkamına 

tabe  etdirməyə,  ADP-ni  tXP  ilə  birləşdirməklə  əslində  ÜtK  (b)P-  nin 

bölmələrindən birinə çevirərək, ondan öz xarici siyasət məqsədləri üçün 

istifadə etməyə başladı. ABŞ və İngiltərə isə o zaman bütövlükdə İranda 

demokratik  hərəkatın,  xüsusən  də  Azərbaycandakı  milli-azadlıq 

hərəkatının  əleyhinə  idi,  çünki  bu  hərəkatın  müvəffəqiyyəti  onlann 

İrandakı mövqelərinə raənfı təsir edər, İranın onlardan asılılığını zəiflədə 

bilərdi. 

Cənubi  Azərbaycandakı  milli-demokratik  hərəkat  məğlubiyyətə 

uğrasa da, ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi, xalqda öz 

milli varlığı, tarixi və mədəniyyəti ideyasını möhkəmlətdi, bu məqsədlər 

uğrunda gələcək mübarizəsi üçün təməl daşı qoydu. 

372 



XIV

 

F Ə S İ L  



AZƏRBAYCAN SSR 1945-1991-ci İLLƏRDƏ 

§ 1. 40>cı illərin II yarısı - 60-cı illərdə respublikanın 

iqtisadi və siyasi həyatı 

Müharibədən 

sonrakı onillikdə 

iqtisadi inkişafın 

xüsusiyyətləri. 

Əhalinin güzəranı 

İkinci Dünya müharibəsindən sonra sovet impe- 

riyası malik olduğu beynəbcalq mövqeyini saxlamaq, 

sosialist sistemini genişləndirməyə və bütün bunlan 

həyata keçirmək üçün öz hərbi potensialını qüvvət- 

ləndirməyə, nüvə silahına malik olmağa çalışırdı. 

Müttəfiqlər arasında hələ müharibənin sonlanna yaxın dərinləşməyə 

başlayan  ziddiyyətlər  tezliklə  «soyuq  müharibə»yə  gətirib  çıxarmışdı. 

Atom  silahının  gücünə  və  psixoloji  səmərəsinə  arxalanan  ABŞ 

kommunizmə  qarşı  «Ümumdünya  əks-hücumunun  təşkilinə  rəhbərliyi» 

öz  üzərinə  götürmüşdü.  1947-ci  ildə  ABŞ  Türkiyə  və  İranla  hərbi 

müqavilələr  bağlamışdı.  1949-cu  ildə  onun  təsiri  altında  fəaliyyət 

göstərən  «Şimali  Atlantika  Müqaviləsi  Təşkilatı»  -  NATO  təşkil 

olunmuşdu. 1950-ci ildən ABŞ İrana - SSRİ-nin cənub qonşusuna müasir 

silahlar  satmağa  başlamışdı.  ABŞ  Sovet  imperiyasını  ram  etmək  üçün 

1948- ci ildə atom silahı ilə silahlanmış xüsusi 22 diviziya və 22 təyyarə 

qrupu  ayırmışdı.  Bütün  sovet  müstəmləkələrinin,  o  cümlədən 

Azərbaycanın  da  başı  üzərindən  «damokl  qılıncı»  asılmışdı.  Əvvəllər 

Bakı, 1949- cu ildən isə həm də respublikanın başqa iri şəhərləri SSRİ-yə 

qarşı bütün hərbi planlarda atom bombaları üçün hədəfə çevrilmişdi. 

Lakin Sovet imperiyası totalitar rejimi daha da gücləndirib inzibati 

təzyiqlə xalqların bütün imkanlarını səfərbər etdi, dövlətin hərbi-sənaye 

potensialını sürətlə artırdı və 1949-cu ildə atom silahına malik oldu, iki 

dünya  sistemi  -  kapitalizm  və  sosializm  sistemləri  arasında  nisbi  hərbi 

bərabərlik yarada bildi. 



373 


1949'CU  ildə  SSRİ-nin  başçılığı  ilə  sosialist  ölkələrinin  Qarşılıqlı 

tqtisadi  Yardım  Şurası,  1955-ci  ildə  isə  Varşava  hərbi  bloku  yaradıldı. 

Sovet  imperiyası  beynəbcalq  aləmdə  daha  nüfuzlu  bir  hərbi-siyasi 

qüvvəyə çevrildi. 

Bunlar  imperiyanın  xalqlanna  ağır  əmək,  maddi  və  mənəvi 

məhrumiyyətlər, xüsusən xammal və əmək ehtiyatlan ilə zəngin olan milli 

respublikalann,  o  cümlədən  Azərbaycanın  sərvətlərinin  daha  intensiv 

istisman hesabına başa gəldi. 

Müharibə  Azərbaycanın  xalq  təsərrüfatına  ciddi  ziyan  vurmuşdu. 

Minlərlə mütəxəssis, ixtisaslı fəhlə müharibədən qayıtmamışdı. Təcrübəli 

neftçilərdən  bir  çoxu  SSRt-nin  başqa  rayonlarında  geoloji-kəşfiyyat  və 

qazma  işlərinə  səfərbər  olunmuşdu.  Sənaye  və  kənd  təsərrüfatı 

müəssisələrindən minlərlə texnika - maşın və mexanizm alınıb cəbhələrə 

göndərilmişdi.  Müəssisələrin  bir  çoxu  hərbi  məhsullar  istehsalı  üzrə 

yenidən  qurulmuşdu.  Müharibə  illərində  Azərbaycan  SSR-də  sənaye 

məhsulu istehsalı xeyli azalmışdı. Neft hasilatı iki dəfə aşağı düşmüşdü. 

Kolxoz  və  sovxozlarda  əkin  sahələri  ixtisar  olunmuş,  mal-qaranın  sayı 

azalmışdı. Kənd təsərrüfatında məhsul istehsalı sürətlə azalırdı. 

Moskva  müharibədən  sonrakı  ilk  beşillik  planda  (IV  beşillik  - 

1946-1950-ci  illər)  respublikanın  məhsuldar  qüvvələrinə,  xalq 

təsərrüfatına müharibənin vurduğu ziyanı aradan qaldırmaq, onun iqtisadi 

potensialını  artırmaqla  sərvətlərindən  daha  geniş  faydalanmaq  üçün 

münasib maddi və sosial imkanlar yaratmaq vəzifələri müəyyən etmişdi. 

Bu iqtisadi siyasət sonrakı illərdə də davam etdirildi. Ümumiyyətlə, bu 

illərdə Azərbaycan rəhbərliyi iqtisadiyyatın və əsasən sənayenin inkişafı 

üçün  mərkəzdən  böyük  vəsait  «qopara»  bildi.  Müharibədən  sonrakı  on 

ildə respublikada 108 yeni iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. 

Fəhlə  və  qulluqçulann  sayı  1,5  dəfə  artıb  623  minə  çatdı.  On  minlərlə 

mühəndis-texniki işçi hazırlanıb istehsalat sahələrinə göndərildi. 

Bu  illərdə  Azərbaycan  rəhbərliyi  xalq  təsərrüfatının,  xüsusən 

sənayenin  inkişafı,  yeni  sənaye  sahələri  və  mərkəzlərinin  yaranması 

sahəsində böyük inzibati təşkilatçılıq işi aparırdı. Xalq ağır inzibati təzyiq 

altında mərkəzin qoyduğu planların yerinə yetirilməsinə məcbur edilirdi. 

Bu  məcburetmə  «yuxandan»  təşkil  olunan  «sosializm  yanş-  lan»nın, 

«yüksək öhdəliklər»in, «sürətçilən>, «yenilikçilən>, «çoxdəz- gahçılar» 

və s. formal hərəkatların hay-küylü təbliği ilə pərdələnirdi. 



374 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə