Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə144/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   216

Cənubi Azərbaycanda güddüyü və həyata keçirməyə çalışdığı qəsbkar və 

siyasi,  ideoloji  məqsədlərindən  asılı  olmayaraq,  bu  əlaqələrin  artması 

yerli  azərbaycanlılarda  milli  mədəniyyəti  inkişaf  etdirmək  zəruri  və 

mümkün  olması  əqidəsini  möhkəmləndirir,  görülən  əməli  işlərdə  bu 

yolda irəliləmək əzmini artınrdı. 

1945-ci  ilin  yayında  Cənubi  Azərbaycanda  demokratik  hərəkatın 

yeni,  bir  sıra  mühüm  xüsusiyyətləri  ilə  fərqlənən  ikinci  mərhələsi 

başlandı.  Bu,  xeyli  dərəcədə  əsaslı  surətdə  dəyişmiş  beynəlxalq 

vəziyyətlə  bağlı  idi.  Müharibə  qurtardıqdan  sonra  keçmiş  müttəfiqlər, 

birinci  növbədə  ABŞ  və  İngiltərə  ilə  SSRİ  arasında  dünyanın  əsas 

problemləri  üzrə  getdikcə  dərinləşən  ziddiyyətlər,  bunların  tezliklə 

«soyuq müharibə» şəklini alması onların İrandakı siyasətində də əksini 

tapmalı  idi.  Əgər  müharibə  illərində  müttəfiqlər  burada  açıq 

ictimai-siyasi  qarşıdurmanı  qızışdırmaqdan,  İranın  daxili  işlərinə 

kobudcasına  qanşmaq-  dan  çəkinirdilərsə,  indi,  əksinə,  onlar  öz  xarici 

siyasətlərində  və  hərbi-  strateji  planlarında  əsaslı  dəyişikliklər  etmiş, 

iqtisadi  mənafelərinə  uyğun  olan  qüvvələri,  bilavasitə  himayə  edir  və 

onları hakimiyyətə gətirməyə çalışırdılar. 

Cənubi  Azərbaycanın  iri  torpaq  sahibləri,  ticarət  burjuaziyası  və 

bürokratiyanın  bir  çox  nümayəndələri  demokratik  hərəkatın  qarşısını 

almaq üçün vəziyyəti hər vasitə ilə gərginləşdirməyə, etnik toqquşmaları 

qızışdırmağa  çalışır,  hətta  vətəndaş  müharibəsi  törətməkdən  belə 

çəkinmirdilər.  Azərbaycandan  kənarda,  xüsusən  Tehranda  cəmlənmiş 

mürtəce  qüvvələr  milli-demokratik  hərəkatın  banşmaz  düşmənləri  ilə 

əlbir  çıxış  edirdilər.  Onlar  əlaltılarının  köməyilə  Azərbaycanın  kənd 

yerlərində, kiçik şəhərlərdə silahlı dəstələr təşkil edir, kütləvi terrora əl 

atır,  əhalinin  müxtəlif  qrupları,  xüsusilə  yanmköçəri  tayfalarla  oturaq 

əhali arasında toqquşmalar təşkil edirdilər. 

Hadisələrin  belə  gedişi  Azərbaycanın  demokratik  qüvvələrini  və 

ümumiyyətlə, geniş xalq kütlələrini müdafiə tədbirləri görməyə məcbur 

etdi. 1945-ci ilin iyul-sentyabr aylarında Azərbaycanın bir sıra yerlərində 

silahlı fədai dəstələri yaranmağa başladı. Fədailər mülkədarların quldur 

dəstələrinin  basqınlarını  dəf  edir,  şəhər  və  qəsəbələrin,  kəndlərin 

təhlükəsizliyini təmin edirdilər. Bu mübarizənin gedişində bəzi yerlərdə 

müvəqqəti  hakimiyyət  orqanlan  da  yaradır,  təxirəsalınmaz  təsərrüfat, 

sosial-mədəni-maarif məsələlərini həll etməyə çalışırdılar. 

Lakin  milli-demokratik  hərəkatı  mərkəzi  hökumətin  başçılıq  etdiyi 

birləşmiş qüvvələrin hücumundan qorumaq üçün demokratların daha 



365 


sıx  birləşməsi  tələb  edilirdi.  Buna  görə  1945-ci  il  sentyabnn  3-də 

Azərbaycanın  tanınmış  demokratlanndan  bir  qrupu,  başda  Seyid  Cəfər 

Pişə-  vəri'  və  Mirzə  Əli  Şəbüstəri  olmaqla  Azərbaycan  Demokrat 

Partiyasının (ADP) yaradılması haqqında bəyanatla xalqa müraciət etdi. 

On  iki  maddədən  ibarət  olan  bu  bəyanatda  partiyanın  yaradılması 

zərurəti, onun proqram prinsipləri, İran dövləti tərkibində Azərbaycana 

inzibati-  təsərrüfat,  mədəni  muxtariyyət  verilməsi,  bütün  İranın  siyasi 

həyatının  demokratikləşdirilməsi,  geniş  xalq  kütlələrinin  mənafeyinə 

uyğun  olan  ictimai-iqtisadi  islahatlann  keçirilməsi  və  başqa  məsələlər 

şərh  olunurdu.  Bəyanat  milli  həmrəylik  əldə  edilməsini  nəzərdə  tutur, 

müəyyən  sosial  təbəqələrin  fəhlə  və  kəndlilərin  sahibkarlara  qarşı 

ekstremist meyillərini rədd edir, ictimai-iqtisadi islahatlann təkamül yolu 

ilə  bütün  cəmiyyətin  xeyrinə  həyata  keçirilməsini  lazım  bilir, 

milliyyətindən və dinindən asılı olmayaraq, Azərbaycanda yaşayanlann 

hamısını bərabərhüquqlu sayırdı. 

Artıq  sentyabnn  13-də  ADP  təsisçilərinin  ilk  konfransı  keçirildi. 

Konfrans 11 nəfərdən ibarət müvəqqəti komitə seçdi və ən qısa müddətə 

partiyanın birinci qurultayının çağırılmasını qərara aldı. Sentyabnn 5-dən 

ADP-nin orqanı olan «Azərbaycan» qəzeti ana dilində çıxmağa başladı. 

ADP-nin yaranması, onun proqramı əhalinin ən müxtəlif təbəqələri 

içərisində  rəğbətlə  qarşılandı.  «Tudə»  partiyasının  Azərbaycan 

bölməsinin  üzvlərinin  əvvəlcədən  razılaşdınimış  plana  görə  avtomatik 

surətdə  ADP  partiyasına  keçməsi  elan  olundu.  Bir  neçə  həftə  ərzində 

partiya sıralanna minlərlə yeni üzv - fəhlə və kəndlilər, ziyalılar, xırda və 

orta sahibkarlar, hətta bəzi mülkədarlar da daxil oldu. 

§ 2. Milli hökumətin təşkili və fəaliyyəti. 

Milli demokratik hərəkatın boğulması 

1945-ci  il  oktyabrın  2-4-də  ADP-nin  birinci  qurultayı  keçirildi. 

Qurultay  3  sentyabr  tarixli  bəyanatın  əsas  müddəalannı  partiyanın 

proqram  və  nizamnaməsi  kimi  qəbul  etdi  və  onun  rəhbər  orqanlarını 

(başda S.C.Pişəvəri olmaqla Mərkəzi Komitəni) seçdi. ADP ən əvvəl 

'  1918-192I-Cİ  illərdə  inqilabi  hərəkatın  görkəmli  xadimlərindən  olmuş  Pişəvəri 

1930-cu  ildə  həbs  edilmiş  və  sonra  azadlığa  çıxmış,  nəhayət,  demokratik  hərəkatın 

liderlərindən biri kimi 

I944-CÜ 

ildə Təbrizdən parlamentə deputat seçilmiş və Tehranda 

nəşr etdiyi «Ajip> qəzetində geniş publisistik iş aparmışdır. 

366 



siyasi  mübarizəni  davam  etdirməyə  yönəlmiş  konkret  fəaliyyətə,  o 

cümlədən yerlərdə təşkilatların işini əlaqələndirməyə və genişləndirməyə 

başladı. 

Mərkəzi  hökumətin  təcili  surətdə  demokratik  hərəkata  qarşı  geniş 

silahlı  hücuma  keçdiyini,  Azərbaycandakı  hərbi  qarnizonlara  əlavə 

qüvvələr göndərilməsini, jandarmların fəaliyyətinin genişləndirilməsini, 

mülkədarların silahlı dəstələrinin əhaliyə basqın və talanlannı görən ADP 

artıq  açıq  şəkildə  fədai  dəstələri  yaramıağa,  onların  fəaliyyətini 

əlaqələndirməyə  başladı.  ADP  hərbi  tədbirlərlə  yanaşı,  əhali  içərisində 

izahat  işini  genişləndirir,  xalqın  bütün  təbəqələrinə  demokratiyanı, 

Azərbaycanın  milli  varlığını  qorumaq  çağinşı  ilə  müraciət  edirdi.  No- 

yabnn  17-dən  dekabnn  əwəllərinədək  Marağa,  Maku,  Mərənd,  Sərab, 

Ərdəbil Astara, Zəncan şəhərləri, sonra isə Azərbaycanın digər yerlərində 

demokratik hakimiyyət orqanlan yaradıldı. Təbrizdə isə hakimiyyət hələ 

oktyabnn əvvəllərindən felən demokratların əlinə keçmişdi. 

Bütün  bu  hadisələr  gedişində  demokratların  tədbirləri,  taktikası 

nəticəsində, demək olar ki, qan tökülmədi, hökumət qoşunlannm bir sıra 

zabitləri  yeni  hakimiyyət  tərəfinə  keçdi,  əks  mövqedə  duran  silahlı 

hissələrin Azərbaycanı tərk etməsi tələb olundu. 

Bununla  bərabər,  bəzi  yerlərdə  hələ  köhnə  hakimiyyət  strukturlan 

qalmaqda  idi.  Lakin  əhali,  bir  qayda  olaraq  daha  onlara  deyil,  yeni 

hakimiyyətə  müraciət  edir,  mitinq  və  yığıncaqlarda  getdikcə  daha 

qətiyyətlə demokratik hakimiyyət orqanlannm yaradılmasını tələb edirdi. 

Bu  tələblərin  təsiri  nəticəsində  noyabrın  21-də  xalqın  tanınmış 

xadimlərindən  ibarət  Azərbaycan  xalq  konqresi  çağrıldı  və  o,  özünü 

Müəssislər məclisi elan edərək, ümumi seçkilər yolu ilə Azərbaycan Milli 

Məclisinin çağmlması və Milli hökumət yaradılması tələbini irəli sürdü. 

Müəssislər  məclisinin  qərarında  deyilirdi  ki.  Milli  hökumət  İran 

dövlətçiliyi çərçivəsində fəaliyyət göstərərək Azərbaycanın milli- mədəni 

muxtariyyətini  təmin  etməlidir.  Bunun  əsasında  təcili  surətdə  noyabnn 

27-dən dekabrın l-dək Azərbaycanın hər yerində seçkilər keçirildi. Əhali 

bir qayda olaraq, ADP-nin irəli sürdüyü və ya onunla həmrəy olduğunu 

bildirən namizədlərə səs verirdi. Dekabnn 12-də toplanmış Milli məclis 

Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 

nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi. 

Demokratik  qüvvələrin  nisbətən  asan  qələbə  çalması,  hər  şeydən 

əvvəl, Cənubi Azərbaycanın hərtərəfli inkişafı üçün şərait yaradacaq 

367 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə