Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə143/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   216

tiya»,  «suverenlib)  sözləri  dönə-dönə  təkrar  olunur,  işdə  isə  həqiqi 

demokratik qüvvələr hər vasitə ilə Sədr, Soxeyli, Saed, Həkimi, Qəvam 

kimi köhnə siyasətbazlann başçılıq etdiyi hökumətlərin əli ilə boğulurdu. 

Keçmişdə  olduğu  kimi,  indi  də  Cənubi  Azərbaycan  Ümumiran 

demokratik  hərəkatların  əsas  mərkəzlərindən  biri  oldu.  1941-ci  ilin 

sentyabr-oktyabr  aylanndan  burada  geniş  xalq  kütlələrinin  mitinq  və 

yığıncaqları,  nümayişləri  genişləndi.  Onlann  əsas  tələbləri  dövlət 

aparatını keçmiş mənfur rejimin nümayəndələrindən təmizləmək, İranda 

faşizm agenturasına qarşı mübarizəni gücləndirmək, faşist Almaniyasına 

qarşı müharibə aparan müttəfiqlərə, xüsusilə də bu zaman müharibənin 

başlıca ağırlığını üzərinə götürmüş və çətin vəziyyətdə olan SSRİ-yə, o 

cümlədən Şimali Azərbaycana mümkün olan yardımı göstərmək idi. Eyni 

zamanda həbsxanalardan buraxılmış və sürgündən vətənə qayıtmış siyasi 

xadimlərin, demokratik ruhlu ziyalıların fəallığı nəticəsində 1941-ci ilin 

noyabrı  -  1942-ci  ilin  əvvəllərindən  müxtəlif  ictimai-siyasi, 

mədəni-maarif  klublan,  birlik  və  cəmiyyətlər,  eləcə  də  yeni  yaradılmış 

həmkarlar təşkilatlan demokratik hərəkatın əsas qüvvələrinə çevrilirdilər. 

Onlann içərisində «Azərbaycan» cəmiyyəti,  «Azərbaycan zəhmətkeşlər 

təşkilatı», «Demokratiya tərəfdarlan mərkəzi» xüsusi nüfuz qazanmışdı. 

Cənubi  Azərbaycanda  demokratik  ruhlu  qəzet  və  jumallann  (Təbrizdə 

«Sətareye  Azərbaycan»,  «Ədəbiyyat  səhifəsi»,  «Azərbaycan», 

«Yumruq», Urmiyada «Keyvan» və s.) nəşrinə başlanmışdı. 

Cənubi  Azərbaycanda  1941-1942-ci  illərdə  demokratik  hərəkatın 

güclənməsindən  qorxaraq  bir  hissəsi  Tehrana  və  başqa  yerlərə  qaçmış 

mürtəce  qüvvələr  -  feodal  mülkədarlar  və  onların  əlaltıları,  yüksəkvə- 

zifəli  məmurlar,  jandarmlar  və  ruhanilərin  yuxan  təbəqəsinin 

nümayəndələr mərkəzi hakimiyyətlə vahid cəbhədə çıxış edirdilər. 

Azərbaycanda  demokratik  hərəkat  bu  mərhələdə  məqsəd  və 

xarakterinə  görə  Ümumiran  demokratik  hərəkatının  tərkib  hissəsi  kimi 

bütün ölkə üçün ümumi olan ictimai-siyasi prinsipləri irəli sürür, tranın 

demokratik  qüwələriylə  əlbir  işləyir,  bəzi  hallarda  ictimai-siyasi 

təşkilatlarla  və  partiyalarla  (məsələn,  «İran  Xalq  partiyası»,  «Mərkəzi 

həmkarlar ittifaqı» və bəzi başqalarla) vahid demokratik cəbhə yaratmağa 

çalışırdı. 

1942-1944-cü illərdə Azərbaycandakı demokratik hərəkatda əvvəllər 

heç bir vaxt az-çox geniş təzahür etməmiş yeni bir xüsusiyyət ön plana 

çıxmağa  və  bütün  hərəkata  yeni  məzmun  gətirməyə  başladı.  Bu 

xüsusiyyət milli şüurun misilsiz dərəcədə inkişafı idi. Diktatura reji 



363 


mindən xilas olub azadlıq yoluna qədəm qoymuş xalq kütlələri onun əsas 

təzahüründən  birini  ana  dilində  danışmaq,  yazıb-oxumaq,  yaratmaq 

azadlığında  görürdülər.  Təsadüfi  deyil  ki,  1942-1944-cü  illərdə 

Azərbaycanda  çıxmağa  başlayan  qəzetlərin  bəziləri,  həm  də  ən  nüfüz- 

lulan böyük çətinliklərə baxmayaraq, öz doğma ana dilində buraxılırdı. 

Dil  məsələsi  ictimai-mədəni  həyatda  ən  mühüm,  qızğın  mübahisələr 

doğuran təbliğat və əks-təbliğat mövzusuna çevrilmişdi. Azərbaycan türk 

dili  adi,  məişət  ünsiyyəti  vasitəsindən  çıxaraq  ictimai-siyasi,  mədəni, 

ədəbi inkişaf vasitəsinə çevrilməyə başlayırdı. Son dərəcə qısa tarixi bir 

dövrdə  milli  dil  ideyası  əlçatmaz  bir  arzudan  ümummilli  ideya 

səviyyəsinədək  yüksəldi  və  təşəkkül  dövrünə  qədəm  qoymuş  milli 

şüurun,  milli-azadlıq  ideologiyasının  sütunlanndan  biri  oldu.  Mühüm 

cəhət  burasındadır  ki,  hərəkatın  ilk  mərhələsində  bu  ideyanı  xalqın  ən 

demokratik  təbəqələri  (məktəb  müəllimləri,  incəsənət  nümayəndələri, 

mətbuat işçiləri və b.) öz təşəbbüsləri ilə həyata keçirməyə başlamışdılar. 

Məktəblərdə,  bir  çox  dövlət  idarələrində,  ictimai-təşkilatlarda  doğma 

dildə  danışılır,  qəzetlər  və  jurnallar  nəşr  olunmağa  başlayır,  səhnə 

tamaşaları qoyulur, mədəni-maarif cəmiyyətlərində, klublarda məruzələr, 

mühazirələr  oxunur  və  s.  Bu  işlər  böyük  çətinliklərlə  üzləşirdi.  Əsas 

çətinlik  müvafiq  maddi  bazanın,  türk  dilinin  işlədilməsi  qaydalannın, 

normativlərin  olmamasından  (Azərbaycan  türk  dilinin  qrammatikası, 

terminoloji  və izahlı lüğətlər  və s.  yox idi) irəli  gəlirdi. Məhz  bu  işdə. 

Cənubi  Azərbaycanda  yerləşdirilmiş  və  tərkibində  çoxlu  Sovet 

Azərbaycanının əsgərləri olan Sovet ordu hissələrinin əsasən yerli əhali 

üçün  çıxardığı  «Vətən  yolunda»  (Təbrizdə),  «Qızıl  əsgər»  (Urmiyada) 

qəzetlərinin böyük rolu oldu. Həmin qəzetlərin nəşrinə cəlb edilmiş yerli 

azərbaycanlılar burada ana dilində siyasi-ictimai, ədəbi publisistik əsərlər 

yaratmaq yolunda gözəl məktəb keçirdi. 

Cənubi  Azərbaycanda  milli  mədəniyyəti  inkişaf  etdirmək 

istiqamətindəki  ilk  addımlann  atılmasında  Şimali  Azərbaycanın  təsiri 

həlledici  əhəmiyyətə  malik  idi.  Bu  təsir,  birinci  növbədə  hər  iki 

Azərbaycan  zi-  yahlannm,  mədəniyyət  xadimlərinin  canlı  yaradıcılıq 

əlaqələri  və  əməkdaşlığı  formasını  alırdı.  1941-1946-cı  illərdə  buraya, 

habelə  İranın  başqa  rayonlanna  çoxlu  mədəniyyət  xadimləri (Opera  və 

Dram  teatrlannm  aktyorlan;  musiqi  və  rəqs  kollektivləri,  ədəbiyyat  və 

incəsənət, maarif və elm xadimləri) gələrək konsert və tamaşalar verir, 

mühazirələr  oxuyur,  yerli əhaliyə  mədəni  quruculuq sahəsində  konkret 

yardım göstərir, qarşılıqlı əlaqələri genişləndirirdi. Sovet dövlətinin 



364 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə