Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə139/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   216

Almaniyada  hələ  müharibədən  çox  əvvəllər  Azərbaycan  siyasi 

mühacirətinin  niyyətləri  dərindən  öyrənilirdi.  1933-cü  ildə  Berlində 

M.Ə.Rəsulzadənin «Azərbaycan Respublikası haqqında bəzi qeydlər», 

1936-


 

cı  ildə  «Çağdaş  Azərbaycan  ədəbiyyatı»,  1938-ci  ildə 

«Azərbaycan  problemi»  kitablan,  habelə  onun  redaktəsi  ilə  «İstiqlal» 

qəzeti (1932-1934-cü illərdə) və «Qurtuluş» jurnalı (1934-1938-ci illərdə) 

çap  olunmuşdu.  M.Ə.Rəsulzadə  1941-ci  ilin  payızında  Xarici  İşlər 

Nazirliyi tərəfindən Almaniyaya dəvət olundu. Hökumət nümayəndələri 

ilə  aparılan  danışıqlarda  Azərbaycan  tərəfinin  mövqeyi  xüsusi  mema- 

randumda  ifadə  edilmişdi.  Azərbaycanlıların  alman  hərbi  əsir 

düşərgələrindən xilas edilməsi, onların əsasən mülki işlərdə işlədilməsi, 

eyni  zamanda  Azərbaycan  ordusunun  yaradılması,  ordu  başçılarının 

azərbaycanlılardan  təyin  edilməsi,  azərbaycanlılann  yalnız  Şərq 

cəbhəsində vuruşacağı, alman qoşunlannın Azərbaycana girəcəyi zaman, 

ilk növbədə milli ordunun daxil olmasına təminat verilməsi və s. (cəmi 12 

maddə) bu memarandumun əsas şərtləri idi. 

1941-ci il dekabnn 22-də Hitler başqa milli hərbi hissələrlə bərabər, 

Qafqaz müsəlmanlanndan da xüsusi hərbi hissə yaradılması haqqında əmr 

verdi.  Bu  hərbi  hissə  Polşadakı  hərbi  əsir  düşərgəsindəki  Qafqaz 

müsəlmanlanndan,  o  cümlədən  azərbaycanlılardan  təşkil  edildi.  Hərbi 

əsirlər  arasından  azərbaycanlılann  tapılması,  onlann  ölümdən  xilas 

olunması  (əvvəllər  minlərlə  azərbaycanlı  əsir  yəhudi  hesab  edilərək 

öldürülmüşdü) və Azərbaycan milli hərbi hissələrində birləşdirilməsində 

M.Ə.Rəsulzadə və başqa siyasi mühacirlər fəal iştirak etdilər. Milli hərbi 

hissələrdəki  əsgərlər  arasında  M.Ə.Rəsulzadənin  «Üç  rəngli  bayraq» 

kitabı əldən-ələ gəzirdi. Əbdüləli bəy Əmircan (AXC-nin maliyyə naziri 

olub),  İsrafil  bəy  İsrafılbəyov,  Nuru  Paşa  (Türkiyənin  keçmiş  hərbi 

ekspedisiya  korpusunun  komandanı  olub),  Məryəm  xanım  Ənürcan  və 

başqalan əsgərlər arasında fəal təbliğat işi apanrdılar. 

Hərbi əsirlərin 70 faizi fiziki cəhətdən hərbi xidmətə yararlı idilər. 

Onlann  bir  hissəsi  milli  hərbi  hissələrdə  sovet  imperiyasına  qarşı 

vuruşmaq istəyirdilər. Stalinin əsirləri «vətən xaini» adlandırması, onlann 

və ailələrinin təqib olunması da buna mühüm təsir göstərmişdi. Faşistlər 

isə üzdə özlərini müsəlmanlann, türklərin dostu kimi qələmə verirdilər. 

Müsəlmanlarla  işi  daha  səmərəli  qurmaq  üçün  məşvərətçi  kimi  Qüds 

müftisi Əl-Hüseyn Almaniyaya dəvət olunmuşdu. Hərbi hissələrə göstəriş 

verilmişdi  ki,  Qafqaz  alınarkən  yerli  əhalinin  milli  və  dini  hislərinə 

toxunacaq əməllərə yol verilməsin, Qafqazda hərbi əməliyyatlarda işti- 



354 


гак  edən  tank  ordusunun  komandanı  olmuş  general  Fon  Makizen 

nümayişkaranə  şəkildə  islamı  qəbul  etmiş,  məsciddə  namaz  qılmağa 

başlamışdı.  Siyasi  mühacirlərin  köməyi  ilə  almanlar  Köniqsberqin 

«Теizit»  hərbi  əsir  düşərgəsindən  azərbaycanlı  lan  seçib  «Şelezi» 

düşərgəsinə  apardılar.  Burada  türk  dili  bilən  alman  zabitlərindən  təlim 

aldıqdan  sonra  onlar  dağlıq  şəraitdə  döyüşə  hazırlanmaq  üçün 

Bavariyadakı  «Bcrq-  man»  (dağlı)  hərbi  hissəsinə  göndərildilər. 

Azərbaycanlılardan  təşkil  olunmuş  hərbi  hissələr  də  başqa  milli  hərbi 

hissələr kimi pis silahlan- dmlmışdı, kifayət qədər hərbi təlim keçmirdi. 

Alman  zabitləri  bu  hissələrin  döyüşçülərini  həqarətlə  «ikinci  növ 

əsgərlər» adlandmrdılar. 

1942-ci ilin yayında Qafqaz müsəlmanlanndan təşkil olunmuş hərbi 

birləşmə Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etdi. 7 min nəfərdən çox 

azərbaycanlı  döyüşçüsü  olan  «Boz  qurd»,  «Cavad  xan»,  «Aslan», 

«Qorxmaz», «Dönməz», «Vətən» və başqa hərbi hissələr Qafqazın sovet 

imperiyasından  alınması  uğrunda  igidliklə  vuruşurdular.  Onlar 

Mozdokun,  Elbrus  və  Kazbekdə  mühüm  strateji  yüksəkliklərin 

tutulmasında fəal iştirak etmişdilər. Qafqazda bu hərbi hissələri sevinclə 

qarşılayanlar, haqq işlərində onlara xeyir-dua verənlər az deyildi. Sovet 

ordusundan minlərlə müsəlman döyüşçü bu hissələrin tərəfinə keçmişdi. 

Azərbaycan  hərbi  hissələrinin  döyüş  qabiliyyətini  alman  baş 

komandanlığı  yüksək  qiymətləndirirdi,  əsgər  və  zabitlərin  bir  çoxu 

«İnfantri Sturmabsixen» medalı ilə təltif olunmuşdu. 

Lakin  Qafqaz  və  Stalinqradda  Sovet  ordusunun  təşəbbüsü  ələ  alıb 

əks-hücuma keçməsi ilə əlaqədar bu hissələr də böyük itkilər verərək geri 

çəkilməyə  məcbur  oldular  və  Krımda  almanların  inadlı  müdafiə 

döyüşlərində iştirak etdilər. 

Alman  orduları  Qafqazda  və  Volqa  sahillərində  darmadağın 

edildikdən sonra Hitler hökuməti yəqin etdi ki, yerli xalqlann yaxından 

köməyi  olmasa  bu  əraziləri  ələ  keçirmək  mümkün  deyildir.  Sovet 

ordusunda  döyüşən  müxtəlif  millətlərin  övladlanna  yalnız  onlann 

vətənlərinin müstəqilliyinin təmin olunacağı haqqında ümidlər verməklə 

təsir göstərmək, bu ordunun mənəvi gücünü sarsıtmaq olardı. Hitler bəzi 

güzəştlərə  getməyə  razı  oldu.  1942-ci  ilin  sonlannda  Berlində  başqa 

xalqlarla bərabər türk xalqlarının xaricdəki nümayəndələrinin yığıncaqları 

keçirildi.  1943-cü  ilin  baharında  Berlində  Milli  Azərbaycan  Komitəsi 

təşkil  olundu.  M.Ə.Rəsulzadənin  qeyd  etdiyi  kimi,  bu  komitə  «milli 

Azərbaycan davasının əsaslannı alman rəhbərliyinə qəbul etdirmək üçün 

fəaliyyət göstərirdi». 

355 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə