Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə136/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   216

qovdu.  Bakını  işğal  etmək  üçün  Parisdən  bu  cəbhəyə  gətirilmiş  23-cü 

tank diviziyası, «Brandenburq» polku və alp diviziyası kimi seçmə hərbi 

hissələr də məhv edildi. 

Şimali  Qafqazda  Sovet  ordusunun  əks-hücumunda,  şəhər  və 

kəndlərin  faşist  işğalçılanndan  azad  edilməsində  77,  223,  271,  402  və 

416-cı  Azərbaycan  diviziyalarının  döyüşçüləri  böyük  əsgəri  hünər 

göstərdilər.  77-ci  diviziya  Kcrç,  Taman  yanmadası,  Novorossiysk, 

Mozdok, Mineralnıye Vodı, Stavropol, Lebedi və Rostov şəhərlərinin və 

başqa yaşayış məntəqələrinin faşistlərdən azad olunmasında iştirak etdi. 

402-ci  diviziya  Mozdok  rayonunda  on  yaşayış  məntəqəsini  düşməndən 

təmizlədi,  faşistlərin  çoxlu  texnika  və  canlı  qüvvəsini  məhv  etdi.  Bu 

diviziya ağır döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirdiyi üçün 416-cı 

diviziyaya  birləşdirildi.  Dekabnn  əvvəllərində  416-cı  diviziya 

Novo-Lediyov və Kapustino yaşayış məntəqələrini faşistlərdən azad etdi. 

1943-cüilin yanvar-aprel aylannda bu diviziya Mozdok, Qrafskoe Linilin, 

Stavropol  və  Armaviri,  habelə  Azov  dənizi  sahillərini  düşməndən 

təmizləməkdə  fəal  rol  oynadı.  18-ci  ordunun  əsgəri Qafur  Məmmədov 

Tuapse  uğrun-  da  döyüşlərdə  igidlik  göstərdi,  bir  döyüşdə  13  faşist 

əsgərini  məhv  etdi,  həyatı  bahasına  komandirini  ölümdən  qurtardı, 

ölümündən  sonra  ona  Sovet ittifaqı  Qəhrəmanı  adı  verildi.  Döyüşlərdə 

göstərdiyi əsgəri rəşadətə görə 43-cü atıcı briqadanın vzvod komandiri 

İdris Süleymanov da bu ada layiq görüldü. 

Faşist  ordulannın  Qafqazda  darmadağın  edilməsi  ölkənin  cənub 

rayonlannı,  o  cümlədən  Azərbaycanı,  ilk  növbədə  Bakını  faşist  istilası 

təhlükəsindən  qurtardı,  düşmənin  bu  rayonla,  habelə  Yaxın  və  Orta 

Şərqlə bağlı planlanni pozdu. 

Azərbaycanlılar Stalinqrad döyüşlərində də mərdliklə vuruşdular. İki 

ay ərzində Baloğlan Abbasovun snayperlər qrupu üç minə qədər düşmən 

əsgəri  və  zabitini  məhv  etdi.  Döyüşlərdən  birində  igid  komandir 

qəhrəmanlıqla həlak oldu. 

Sovet  ordusu  1942-ci  ilin  qışında  əks-hücuma  keçib  faşist 

qoşunlarını mühasirəyə aldı. Döyüşlərdə podpolkovnik Həzi Aslanovun 

55-ci  əlahiddə  tank  polku  böyük  qəhrəmanlıq  göstərdi.  Həzi  Aslanova 

Sovet İttifaqı Qəhrəmanı adı verildi. 

Stalinqrad  ətrafında  1943-cü  ilin  fevralında  alman-faşist  ordusu 

tamamilə  darmadağın  edildi.  Sovet  ordusu  həmin  il  ölkənin  işğal 

olunmuş  ərazisinin  yansını  geri  qaytardı.  Dünyanın  bütün  ölkələrində 

antifaşist hərəkatı gücləndi. Faşist bloku daxilində böhran dərinləşdi. İtali 



348 


yada  faşist  rejimi  dağıldı  və  bu  ölkə  müharibədən  çıxdı.  Antihitler 

koalisiyası  isə,  əksinə,  getdikcə  güclənirdi.  Müttəfiqlərin  l943-cü  ilin 

noyabrında  keçirdiyi  Tehran  konfransında  faşist  Almaniyasına  qarşı 

A\

TO



-

 

pada ikinci cəbhə açmaq haqqında qərar qəbul edildi. 



Sovet ordusunun Qafqaz və Stalinqrad döyüşlərində parlaq qələbəsi 

müharibənin  gedişində  əsaslı  dönüşün başlanğıcını  qoydu.  1943-cü  ilin 

yayında  Sovet  ordusunun  yeni  qüvvətli  hücumu  başlandı.  Bütün 

cəbhələrdə  azərbaycanlı  döyüşçülər  fədakarlıqla  vuruşurdular.  Oryol 

şəhəri  üzərində  qələbə  bayrağını  ilk  dəfə  serjant  H.Əjdərov  qaldırdı. 

Oryol-Belqorod  rayonunda  leytenant  M.Bağırov,  Dnepr  uğrunda 

vuruşmalarda M.Məhərrəmov, S.Kazımov, Kerç körfəzinin keçilməsində 

M.Quliyev böyük igidlik göstərdilər. 

Hərbi  təyyarəçilərdən  A.Quliyev,  Z.Seyidməmmədova  döyüş 

xidmətləri ilə fərqləndilər. 416-cı diviziya 1943-cü il avqustun 30-da Ta- 

qonroq  şəhərinin  azad  edilməsində  böyük  qəhrəmanlıq  göstərdi  və  Ali 

Baş Komandanlığın əmrilə ona fəxri «Taqonroq diviziyası» adı verildi. 

Bu  diviziya  oktyabr  ayında  Melitopolun  faşistlərdən  azad  edilməsində 

fərqləndi  və  «Qırmızı  Bayraq»  ordeni  ilə  təltif  olundu.  Sentyabnn 

əvvəllərində  271-ci  diviziya  «Donetsk  əməliyyatında  fəal  iştirak  etdi, 

göstərdiyi rəşadətə görə ona fəxri «Qorlovka diviziyası» adı verildi. 

1944-cü  ildə  Sovet  ordusunun  mühüm  qələbələri  nəticəsində  SSRİ 

ərazisi  faşist  işğalçılarından  tamamilə  azad  edildi.  Həmin  il  416-cı 

Azərbaycan  diviziyası  5-ci  zərbə  ordusunun  tərkibində  Dneprin 

keçilməsində,  Nikolayev  və  Kişinyov  şəhərlərinin  azad  olunmasında 

iştirak  etdi.  Odessa  şəhərinin  azad  olunmasında  fərqləndiyinə  görə  o, 

ikinci dərəcəli Suvorov ordeni ilə təltif edildi. 1944-cü il aprelin 13-də 

77-ci  Azərbaycan  diviziyasının  döyüşçüləri  Simferopolun  düşməndən 

təmizlənməsində  böyük  igidlik  göstərdilər,  hissəyə  fexri  «Simferopol 

diviziyası»  adı  verildi.  Bu  diviziya  Sapun-Qara  yüksəkliyinin 

alınmasında  göstərdiyi  rəşadətə  görə  ikinci  Suvorov  ordeni  ilə  təltif 

edildi.  1944-cü  ilin  yayında  77-ci  diviziya  Pribaltika  cəbhəsinə 

göndərildi,  Pribaltika  respublikalarının.  Şərqi  Prusiyanın  faşistlərdən 

azad olunmasında iştirak etdi. 

General-mayor Həzi Aslanovun komandanlıq etdiyi 35-ci qvardiya 

tank briqadasının döyüşçüləri 1944-cü il iyunun 23-30-da böyük igidlik 

göstərərək  Berezna  çayını  keçib  Pleşenitsi  şəhərini,  daha  sonra  580 

yaşayış məntəqəsini faşistlərdən təmizlədi, düşmənin çoxlu texnikasını və 

canlı qüvvəsini sıradan çıxartdı. 3-cü Belorusiya cəbhəsi əsas qüv 



349 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə