Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə138/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   216

dəstəsi Yuqoslaviya Xalq Azadlıq ordusu IX korpusunun tərkibində 9 ay 

döyüşmüş sovet partizan batalyonunda vuruşurdu. Bu döyüşçülərdən 50 

nəfəri  rəşadətinə  görə  Yuqoslaviyanın  orden  və  medalları  ilə  təltif 

olunmuşdu. 

1942-ci  ilin  avqustunda  ağır  yaralanaraq  əsir  düşmüş,  almanlann 

təşkil etdiyi milli Azərbaycan hərbi hissəsinə daxil olmuş, lakin tezliklə 

faşistlərin əsl niyyətini başa düşərək qaçıb Yuqoslaviya partizanlan- na 

qoşulmuş  cəsur  kəşfiyyatçı  Mehdi  Hüseynzadə  -  məşhur  əfsanəvi 

«Mixaylo» düşmənə qarşı qəhrəmanlıqla mübarizə apanrdı. Yuqoslaviya 

Xalq Azadlıq ordusu diversiya qrupuna rəhbərlik edən M.Hüseyn- zadə 

və  onun  dəstəsinə  daxil  olan  T.Əliyev,  M.Seyidov,  A.Məmmə-  dov, 

D.İsmayılov və başqaları sloven partizanları ilə birlikdə faşistlərə böyük 

itkilər verdilər, müxtəlif əməliyyatlarda mindən çox alman zabitini məhv 

etdilər.  Faşistlər Mixaylonun  başına  400  min  lirə  mükafat  ajarmışdılar. 

1944-cü ilin noyabnnda o, növbəti əməliyyat zamanı mühasirəyə düşdü 

və  ələ  keçməsin  deyə,  özünü  öldürdü.  1957-ci  ildə  ona  Sovet  İttifaqı 

Qəhrəmanı adı verildi. 

Faşist hərbi düşərgələrindən qaçmış əsirlərin İtaliyada təşkil etdiyi 

partizan  dəstələrindən  birinə  Ə.Babayev  rəhbərlik  edirdi.  Şimali 

İtaliyanın  faşizmdən  azad  edilməsi  uğrunda  döyüşlərdə  V.Hüseynov, 

A.Mirzəyev, Ş.Məcidov və başqaları fərqlənmişdilər. Cəsur pulemyotçu 

Vilayət  Hüseynov  İtaliya  faşistlərinin  başçısı  Mussalinini  həbs  edən 

partizanlar arasında olmuşdu. 

Leytenant Hacıbəyov Çexoslavakiyada «Oraq və çəkic» adlı partizan 

dəstəsinin  təşkilində  və  fəaliyyətində  yaxından  iştirak  etmişdi. 

Almaniyada  Veymar  ətrafındakı  «Buhenvald»  ölüm  düşərgəsində 

fəaliyyət göstərən gizli antifaşist təşkilatın fəal üzvlərindən biri də gənc 

azərbaycanlı  Əkbər  Ağayev  idi.  Ələ  keçdikdə  faşistlər  onu  ağır 

işgəncələrlə  öldürdülər.  «Mauthauzen»,  «Dahau»  və  başqa  faşist  ölüm 

düşərgələrində də əsirlərin gizli antifaşist təşkilatlannda azərbaycanlılar 

fəal iş apanrdılar. 

Azərbaycanın 

Azərbaycanlılar arasında sovet vətənpərvərləri, 

istiqlalı 

uğrunda 

habelə faşizmi bolşevizmdən daha böyük bəla hesab 

mübarizə. 

edib ona qarşı mübarizəyə qoşulanlarla yanaşı, Al- 

MiUi legion 

maniyanın 

sovet imperiyası üzərində çalacağı qələbədə vətəninin istiqlalını görənlər 

də vardı. 

Azərbaycan  zorla  sovetləşdirildikdən  sonra,  təqiblərdən  yaxa  qur- 

tanb  siyasi  mübarizəni  davam  etdirmək  üçün  xaricə  getmiş  siyasi 

xadimlərin bir çoxu səhvən Almaniyanın kommunist imperiyasına son 

352 



qoyacağına,  Azərbaycan  xalqının  milli  azadlığının  bərpasına  münasib 

şərait  yaranacağına  ümid  edirdilər.  Azərbaycanda  yaşayanlar,  Sovet 

ordusunda xidmətə cəlb edilənlər arasında da belə düşünənlər az deyildi. 

Xalqın daxilində ədalətsizliyə, milli ləyaqətin tapdanılmasına qarşı 

etiraz səsini ucaldanlar get-gedə artırdı. 1937-ci ilin dəhşətli terrorundan 

çox  keçməsə  də,  mövcud  quruluşa  qarşı  mübarizə  məqsədi  ilə  xalq, 

xüsusən  gənclər  qüvvələrini  birləşdirməyə,  öz  təşkilatlarını  yaratmağa 

çalışırdılar.  Gizli  antisovet,  milli-azadlıq  uğrunda  mübarizə  qrupları 

meydana gəlirdi. Hələ 1941-ci ilin yazında sovet quruluşuna, kommunist 

partiyasının  milli  ayn-seçkilik  siyasətinə  qarşı  mübarizə  aparmaq, 

müstəqil dövlət yaratmaq məqsədilə vətənpərvər qüw'ələri birləşdirmək 

üçün tələbə Süleyman İsgəndərovun rəhbərliyi ilə antisovet millətçi qrup 

fəaliyyətə başlamışdı. Lakin bu qrup çox yaşamadı, aşkara çıxarılıb məhv 

edildi,  fəallan  güllələndi.  Mübarizə  isə  davam  edir,  yeni  gizli  qruplar 

yaranırdı.  1943-cü  ildən  tələbələr  arasında  gizli  fəaliyyət  göstərmiş 

«İldırım» təşkilatı da onlardan biri idi. Tələbə Gülhüseyn Abdullayevin 

(Hüseynoğlu)  təşəbbüsü  ilə  yaradılmış  bu  təşkilat  Sovet  hökumətinin, 

kommunist  partiyasının  milli  siyasətim,  Azərbaycan  dilinin 

sıxışdırılmasını ciddi tənqid edir, geniş təbliğat üçün imkan və vasitələr 

axtanrdı. Bu işdə İsmixan Rəhimov, Hacı Zeynalov, Aydın Vahidov və b. 

daha  fəal  iştirak  edirdilər.  1944-cü  ildən  Bakının  Sabunçu  fəhlə 

qəsəbəsində bir qrup gənc fəhlə gizli beynəlmiləl təşkilat yaradıb mövcud 

siyasi rejimi qeyri-xəlqilikdə ifşa etməyə, üsyan qaldırıb onu devirməyə 

çağırışlarla təbliğat işi aparırdılar. 

Sovet  imperiyasına  qarşı  fəal  mübarizə  aparmaq  üçün  cəbhələrdə 

bəziləri  qəsdən  əsir  düşür,  almanlann  tərəfinə  keçirdilər.  Hərbi 

mütəxəssis,  Moskvada  hərbi  akademiya  bitirmiş  mayor  Əbdürrəhman 

Fətə- libəyli Düdənginski müharibənin əvvəllərində Pribaltikada elə ilk 

döyüşlərdə  almanlara  əsir  düşmüş,  onlann  tərəfinə  keçərək 

azərbaycanlılardan ibarət hərbi hissə yaratmaq təşəbbüsü ilə 1941-ci ilin 

avqustunda Hitlerə müraciət etmişdi. 

Faşistlər müharibənin ilk aylannda əsir aldıqlan 3,6 milyon sovet, 0 

cümlədən 150 mindən çox azərbaycanlı əsgər və zabitindən öz istila- çılıq 

planlarını  həyata  keçirmək  üçün  istifadə  etməyi  qərara  almışdılar. 

Əsirlərlə  iş  aparmaq,  onları  almanlara  sədaqətlə  xidmət  etməyin  öz 

xalqlarının  mənafeyinə  uyğun  olduğuna  inandırmaq,  hərbi  hissələrdə 

birləşdirmək  üçün  faşist  hökuməti  siyasi  mühacirlərin  nüfuz  və 

bacarığından istifadə etməyə çalışırdı. 



353 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə