Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə137/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   216

vələrinin  müvəffəqiyyətli  hücumu  üçün  əlverişli  şərait  yaratdı.  Cəbhə 

komandanlığı Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına 

layiq  görülməsinə  təqdimat  verdi.  Lakin  ona  ikinci  dəfə  qəhrəman  adı 

ölümündən 47 il sonra verildi. 

Həzi Aslanovun tank briqadası Pribaltikanın azad olunmasında fəal 

iştirak  etdi,  ölkənin  rəhbərliyi,  xüsusən  ordudakı  erməni  rəhbərlər 

azərbaycanlılar içərisindən bacanqh sərkərdələrin çıxmasını narahatlıqla 

qarşılayırdılar.  Həzi  Aslanov  1945-ci  il  yanvann  24-də  döyüş 

əməliyyatlan  getməyən  bir  yerdə,  çox  müəmmalı  şəkildə  ölümcül 

yaralanaraq həlak oldu. 

223-cü  Azərbaycan  diviziyası  Ukraynanın  cənub  rayonlarının,  Ki- 

şinyovun azad olunmasında, Yassi-Kişinyov əməliyyatında fərqləndi. 

Partizan 

Müharibə illərində əsir düşmüş, faşist hərbi əsir 

dəstələrində. 

düşərgələrinə salınmış azərbaycanlılann bir hissəsi 

Avropa antifaşist 

faşizmə qarşı mübarizəni davam etdirir, qaçıb par- 

hərəkatında 

dəstələrinə qoşulurdu. Ələkbər Əliyev 1941-ci 

ildə Belorusiyanın Belotsk rayonunda partizan dəstəsinin təşkilində fəal 

iştirak etmişdi. 1942-ci ildən o, «Dyadya Kolya» partizan birləşməsində 

dəstə qərargahının rəisi, 1944-cü ildən Suvorov adına partizan dəstəsinin 

komandiri  olmuşdu.  Dəstə  tez-tez  faşist  qarnizonuna  hücum  edirdi. 

Partizanlar düşmənin 11 hərbi eşalonunu, 3 təyyarəsini partlatmış, Berlin 

-  cəbhə  telefon  xəttini  28  dəfə  kəsmiş,  yüzlərlə  faşisti  məhv  etmiş, 

Almaniyaya apanlan 4 mindən çox sovet adamını əsirlikdən qurtarmışdı. 

Kapitan  İsmayıl  Əliyev  1942-ci  ilin  oktyabnndan  Kalinin  vilayətində 

fəaliyyət  göstərən  partizan  briqadasının  qərargah  rəisi  idi.  50  nəfor 

azərbaycanlı hərbi əsir zabit Məmməd Əliyevin başçılığı ilə 1943-cü ilin 

sentyabnnda  faşist  düşərgəsindən  qaçaraq  Knmda  xüsusi  8  saylı 

Azərbaycan partizan dəstəsi yaratmışdı. Həmin ilin payızında daha 400 

nəfer  azərbaycanlı  əsirlikdən  qaçıb  Ukrayna  meşələrində  Şors  adına 

partizan  dəstəsi  təşkil  etmişdi.  1944-cü  ildə  A.Məhərrəmov  və 

H.Namazovun  başçılıq  etdikləri  Uritski  adına  partizan  dəstəsi  çex 

partizanlan  ilə  birlikdə  Karpatda  Dobşina  kəndi  yaxınlığında  faşistlərin 

təyyarə  meydanına  qəfil  hücum  etmiş,  düşmənin  21  hərbi  təyyarəsini, 

70-dək  zabit  və  əsgərini  sıradan  çıxarmışdı.  1944-cü  ildə  bu  partizan 

dəstələri başqa partizan hissələri ilə birləşdi, Ukrayna, Çexos- lavakiya, 

Macanstan və Polşada faşistlərə qarşı mübarizədə fəal iştirak etdi. Onlar 

düşmən  arxasında  11  min  km  döyüş  yolu  keçdi,  2,5  mindən  çox  faşist 

əsgər və zabitini, düşmənin 32 təyyarəsini, 50-dən çox eşa- 



350 


İonunu  məhv  etdi,  onlarla körpünü,  dəmiryol  xətlərini  sıradan  çıxartdı, 

S.A.Kovpakın  məşhur  partizan  ordusunda  B.Dadaşov,  A.Əliyev  cəsur 

döyüşçülər  kimi  tanınmışdılar.  Ukrayna  partizan  dəstələrində  500,  Be- 

lorusiya  partizan  dəstələrində  isə  100-dən  çox  azərbaycanlı  döyüşçü 

igidliyə görə təltif olunmuşdu. 

Faşizmə  qarşı  Avropa  xalqlannın  partizan  müharibəsində  də 

azərbaycanlılar iştirak etmişdilər. Zabitlər Hadi Qiyasbəyov və Mirzəxan 

Məmmədovun başçılıq etdikləri azərbaycanlı əsirlər 1942-ci ilin yazında 

Polşanın Edlin şəhərindəki hərbi əsir düşərgəsində gizli antifaşist təşkilat 

yaratmışdılar. Payızda bu təşkilatın köməyi ilə zabitlər Z.Zey- nalov və 

H.Novruzovun  rəhbərliyi  ilə  bir  qrup  əsir  qaçıb  Polşa  parti-  zanlanna 

qoşulmuşdu. Hitlerçilər 1943-cü ilin əvvəllərində bu təşkilatın izinə düşə 

bildilər.  H.Qayıbov  bir  dəstə  əsir  ilə qaçıb  cəbhə xəttini  keçərək  Sovet 

ordusu  hissələrinə  qoşula  bildi.  Ələ  keçənlərin  bir  hissəsi  Fransadakı 

ölüm  dəşərgələrinə  göndərildi.  Gizli  təşkilat  Rodcz  şəhərindəki  ölüm 

düşərgəsində  də  fəaliyyətini  M.Məmmədovun  rəhbərliyi  ilə  davam 

etdirdi. Təkcə 1944-cü ilin mart-aprel aylannda bu düşərgədən 200 əsirin 

qaçın  İması  təşkil  olunur.  Həmin  ilin  baharında  gizli  təşkilat  Fransa 

Müqavimət  hərəkatı  rəhbərliyi  ilə  əlaqə  yaradır.  Avqustun  15-də  üsyan 

qaldınb  iransız  partizanlanmn  köməyi  ilə  düşərgəni  məhv  etmək 

planlaşdırılmışdı.  Lakin  üsyan  başlayacaq  vaxtdan  bir  neçə  saat  əvvəl 

faşistlər  xəbərdar  olmuş  və  üsyanın  qarşısı  alınmışdı.  Gizli  təşkilatın 

rəhbərləri  tapılıb  güllələnməyə  məhkum  edildilər.  Lakin  onlar  əsirləri 

güllələnməyə  aparan  nəzarətçilərə  hücum  etdilər.  Vuruşda  5  nəfər,  o 

cümlədən  M.Məmmədov  öldürüldü,  qalanlan  isə  qaçıb  partizanlara 

qoşuldular,  Fransadakı  hərbi  əsir  düşərgələrindən  qaçmış  azərbaycanlı 

döyüşçülər 1-ci sovet partizan polkuna daxil oldular və Fransanın Rodez, 

Larzak,  Kursak,  Mond,  Nim  və  başqa  şəhərlərinin,  onlarla  kəndlərinin 

faşistlərdən  azad  edilməsində  fəal  iştirak  etdilər.  Ə.Cəbrayılov, 

A.Abdullayev,  X.Hacıycv,  R.Rzayev  və  başqaları  Fransa  Müqavimət 

hərəkatında  mühüm  rol  oynadılar.  1942-ci  ilin  noyabr  ayında  Fransada 

faşistlərin  ölüm  düşərgəsindən  qaçıb  partizanlara  qoşulmuş  Əhmədiyyə 

Cəbrayılov «Armed Mişeb> adı ilə bu ölkənin azadlıq hərəkatında fəal 

iştirak etmiş, şəxsi igidliyə görə paradda əsgərə generaldan irəlidə getmək 

kimi  şərəfli  hüquq  verən  yüksək  mükafat  -  «Hərbi  medalla»  təltif 

olunmuşdu. 

Yüzlərlə  azərbaycanlı  döyüşçü  İtaliya  və  Yuqoslaviyanın  azadlığı 

uğrunda partizan hərəkatmda fəal iştirak etmişdi. Onlann böyük bir 



351 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə