inzibati-təsərriifat və mədəni muxtariyyət ideyasının əhalinin geniş
təbəqələri içərisində, həm də təkcə kəndlilər, fəhlələr, sənətkarlar və
ziyalıların böyük əksəriyyətində deyil, varlı zümrələrin, o cümlədən xırda
və orta mülkədarlann, tacirlərin və sahibkarlann da bir hissəsi içərisində
kök salması ilə izah edilməlidir. Deməli, milli-azadlıq uğ- runda
mübarizə ümumxalq xarakteri daşıyırdı. Belə bir şəraitdə İranın hakim
dairələri, mərkəzi hökumət kütləvi terrora, cəza tədbirlərinə, əslində
vətəndaş müharibəsinə başlamadan hərəkatı boğa bilməzdi. Bu işi isə
həyata keçirmək 1945-ci ilin payızında bir sıra daxili və xarici amillər
üzündən mümkün deyildi. Əwəla bu zaman müttəfiqlərin qoşunları hələ
İrandan çıxarılmamışdı. Bu səbəbə görə mərkəzi hökumət demokratlara
qarşı geniş hərbi əməliyyata başlaya bilməzdi, çünki müttəfiqlər mütləq
buna qarışmalı olardılar. İkincisi, milli-demokratik hərəkat İran
Kürdüstanını da bürümüşdü və az sonra, yəni 1946-cı ilin yanvannda
burada da Milli hökumət yaradıldı. İran hökuməti isə eyni vaxtda hər iki
xalq hərəkatını boğmağa qadir deyildi. Hadisələrin sonrakı gedişi
göstərdi ki, hökumət «danışıqlan> taktikasına əl ataraq, vaxt qazanmağa
çalışırdı.
Milli hökumətin yaranması ilə Cənubi Azərbaycanda demokratik
hərəkatın yeni, üçüncü - milli quruculuq mərhələsi başlandı.
Milli hökumət ən əvvəl, İran dövlətçiliyi çərçivəsində Azərbaycanın
muxtariyyəti prinsipini öz proqramında bir daha təsbit edərək bildirirdi ki,
İran dövlətinin bütövlüyü, toxunulmazlığı və suverenliyini rəhbər tutur.
Eyni zamanda burada qeyd olunurdu ki, mərkəzi hökumət sosial iqtisadi,
siyasi, mədəni sahələrdə demokratik islahatlar keçirməlidir. Milli
hökumət, habelə bildirirdi ki, həm Azərbaycanın muxtariyyəti məsələsi,
həm də digər mühüm məsələlər üzrə mərkəzi hökumətlə danışıqlara və
əldə edilən razılıqlara tam riayət etməyə hazırdır. Bu məqsədlə
Pişəvərinin başçılığı altında xüsusi nümayəndə heyəti təşkil olundu.
Milli hökumətin qarşısında duran birinci dərəcəli vəzifə - yerlərdə
yeni inzibati-ərazi orqanlarının yaradılması idi. Bu məqsədlə Milli Məclis
vilayət, mahal, şəhər və qəsəbə, kənd əncümənlərinə - hakimiyyət
orqanlarına seçkilər haqqında qanun qəbul etdi. Seçkilər 1946-cı ilin
yanvar-fevral aylannda keçirildi və müvafiq strukturlann yaradılmasına
başlandı.
Demokratik hərəkatın ən mühüm tədbirlərindən biri də
zəhmətkeşlərin xeyrinə sosial-iqtisadi islahatlann keçirilməsi idi. Buna
görə Milli hökumət 1946-cı il fevralın 16-da aqrar qanun verdi. Qanuna
görə
368
«xalisə» - dövlət mülkiyyətində olan torpaqlar, habelə Azərbaycandan
qaçmış və ona qarşı mübarizəni davam etdirən mülkədarların və digər
sahibkarlann torpaqlan kəndlilər arasında bölüşdürülməli idi, İslahat
haqqındakı qanunu həyata keçirmək məqsədilə yerlərdə xüsusi komitələr
yaradıldı və bu komitələr 1946-cı ilin yaz-yayı ərzində lazımi işləri,
çətinliklə də olsa, həyata keçirməyə başladı. İslahat nəticəsində yarım
milyon hektardan çox torpaq sahəsi kəndlilərin istifadəsinə keçdi. Lakin
onlar bu torpaqlann mülkiyyətçisi deyildilər, yəni onu satmaq, icarəyə
vermək hüququndan məhrum idilər. Bir qədər sonra mayın 12-də qəbul
olunmuş «Əmək haqqında qanun» sosial sahədə digər mühüm addım
oldu. Bu qanuna görə fəhlə və qulluqçuların iş şəraiti xeyli yaxşılaşdınlır,
sahibkarlar tərəfindən istismar məhdudlaşdırılır, onlann həmkarlar
ittifaqlarının fəaliyyəti, o cümlədən müəssisələrin işinə fəhlələrin nəzarət
etmək hüququ təsdiq edilirdi. Bununla bərabər, Milli Məclisin bir sıra
başqa qanunları və Milli hökumətin fərmanlan Azərbaycanda ticarət və
sənayenin inkişafını təmin etməyə, bu sahədə fəaliyyət göstərən
sahibkarlara maliyyə cəhətdən kömək etməyə, vergi sistemini
təkmilləşdirməyə yönəlmişdi. Bütün bunlar sübuta yetirirdi ki, milli
hakimiyyət xalqın böyük əksəriyyətini, o cümlədən hərəkatla həmrəy
olan varlı təbəqələrin də mənafeyini, sosial həmrəylik və ədalət
prinsiplərini təmin etmək istiqamətində iş aparır.
Lakin milli hakimiyyətin ən böyük nailiyyəti mədəniyyət
sahəsindəki, milli mədəniyyətin inkişafı əsaslannı yaratmaq yolundakı
addımlar oldu. Bu istiqamətdə birinci dərəcəli tədbir 1946-cı il yanvann
6-da Milli Məclisin qəbul etdiyi «Dil haqqında» qanun idi. Bu qanunla
Azərbaycan-türk dili bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan
olundu. Bütün idarə və təşkilatlarda, məktəblərdə işlər ana dilində
görülürdü. Azərbaycanda yaşayan milli azlıqlann öz dillərində təhsil
almaq hüququ saxlanılmışdı. Qısa bir zamanda ana dilində dərsliklərin,
müxtəlif ədəbiyyat, qəzet və jumallann nəşr edilməsinə, radio
verilişlərinin təşkilinə başlandı. Az bir vaxtda onlarla kitabxana və
qiraətxa- na açılması, əhalinin köməyi ilə yüzlərlə yeni məktəbin,
xüsusən kənd yerlərində açılması, 1946-cı ilin iyununda Təbriz
Universitetinin təsis edilməsi, müxtəlif yaradıcı birlik və təşkilatların,
muzeylərin düzəldilməsinə başlanması əsl milli-mədəni inqilab üçün əsas
yaradır, demokratik hərəkatın milli məzmununu möhkəmləndirirdi.
Açıq irticaçı Sədr və Hakimi hökumətlərinin (1945-ci ilin iyunu -
1946-cı ilin yanvan) bütün tranda demokratik qüvvələrin qanuni tələb
369