lərini rədd etmək, təqiblərə əl atmaq və əslində yeni diktatura üçün yol
açmaq siyasəti boşa çıxdıqdan sonra Tehranın hakim dairələri başqa
vasitəyə - həyasız yalan və iftira, demaqogiya kampaniyasına başlayıb
vaxt qazanmaq, bütün qüvvələri toplayıb qəti hücuma keçmək taktikasına
əl atdılar və bu məqsədlə yanvann sonunda mahir siyasətbaz, hiyləgər,
demaqoq Qəvam Səltənəni Baş nazir vəzifəsinə irəli sürdülər. O, öz
fəaliyyətinə geniş islahatlar keçirmək əzmində olduğunu bəyan etməklə
başladı və bu mənada, hətta bəzi gurultulu tədbirlərə də əl atdı. Qəvam
birinci dərəcəli vəzifə kimi «Azərbaycan məsələsini» dinc danışıqlar yolu
ilə həll etməyə çalışdığını bildirib, aprelin 28-də Pişəvərinin başçılığı
altındakı nümayəndə heyətini Tehrana dəvət etdi və hər iki tərəf arasında
danışıqlar başlandı. Lakin bu danışıqlar çox çətin gedirdi və tezliklə təxirə
salındı. ABŞ və İngiltərədən hərbi-texniki yardım almaq üçün İran
hökuməti onların təkidi ilə BMT-nin Təhlükəsizlik Şurasında «İran
məsələsinin» qaldırılmasına əl atdı (rəsmən bunun üçün əsas var idi,
çünki Sovet hökuməti öz qoşunlarının İrandan çıxarılmasını ləngidirdi).
Eyni zamanda Qəvam Moskva ilə əlaqələri də öz xejTİnə
istiqamətləndirmək məqsədilə Moskvaya yollanıb Stalinlə görüşdü və
1946-cı il aprelin 4-də Sovet dövlətinin Şimali İranda çoxdan arzuladığı
neft axtanşı və çıxan iması üçün müştərək cəmiyyətin yaradılması
haqqında bəyanat qəbul olundu (Qəvamın nəzərdə tutduğu kimi, sonralar
İran məclisi bu sazişi rədd etdi). İctimaiyyəti aldatmaq məqsədilə Qəvam
Azərbaycan milli hökumətilə danışıqları başa çatdırmaq göstərişi verdi və
iyunun 13-də Təbrizdə hər iki tərəfin imzaladığı müqavilə bağlandı.
Razılıq əldə edilməsi naminə milli hökumət ciddi güzəştlərə getməli oldu,
bunlardan başlıcası o idi ki, Azərbaycan milli hakimiyyəti əyalət
əncüməni statusunu qəbul edərək bu vaxtdan belə də adlanmağa başlayır.
Müqaviləyə görə Azərbaycanı idarə edəcək xüsusi Şura yaradılmalı idi.
Ən ağır güzəşt - Zəncan vilayətinin Azərbaycanın tərkibindən çıxanlaraq
qonşu əyalətlərə qatılmasına razılıq verilməsi oldu. Digər tərəfdən İran
hökuməti də Cənubi Azərbaycanda həyata keçirilmiş bir sıra islahatlann
qanuniliyini təsdiq edirdi. Beləliklə, Cənubi Azərbaycan məsələsinin dinc
yolla həll olunmasına və ümumiyyətlə, İranda demokratik inkişafın
gələcəyinə xidmət edə biləcək sənəd qəbul edilmiş oldu.
Azərbaycan demokratlan bu müqaviləyə tam riayət etməyə hazır
olduqlanm bir daha nümayiş etdirməklə sonrakı iki-üç ay ərzində
Azərbaycanda müvafiq islahatlann həyata keçirilməsilə məşğul idilər.
370
Lakin İran hökuməti boynuna götürdüyü təəhhüdləri heç də yerinə
yetirmək ni)^ətində deyildi və müxtəlif bəhanələrlə bunlan pozur,
provokasiyalar vasitəsilə vəziyyəti gərginləşdirirdi. 1946-cı ilin yayı və
payızında Tehran qəzetlərində Azərbaycana qarşı yeni geniş kampaniya
başlandı.
Bütün bu hazırlıq işləri başa çatdırıldıqdan sonra tran hökuməti
ultimatum şəklində Milli hökuməti əvəz etmiş Şuraya bildirdi ki, yeni
parlament seçkiləri gedişində qayda-qanunu təmin etmək üçün
Azərbaycana qoşun hissələri daxil ediləcəkdir və Azərbaycanın hərbi
qüvvələri qoşuna müqavimət göstərməməlidir. Noyabrın 30-da hökumət
qoşunlan ilə fədailər arasında döyüşlər başlandı. Hökumət qoşunlanmn
hərbi-texniki cəhətdən qat-qat üstünlüyünə baxmayaraq, bir neçə
cəbhədə, xüsusən Zəncan-Miyanə, Marağa istiqamətində fədailər, hətta
əks-hücuma keçərək düşmənə zərbələr endirmişdilər. Lakin Qəvam
hökuməti ilə sazişə gəlmiş, indi artıq Cənubi Azərbaycan demokratla-
nnın mərkəzi hökumətə tabe olmasını istəyən sovet rəhbərləri (şəxsən
Stalin) müqavimət göstərilməsinin əleyhinə idi. Sovet dövlətinin bu yeni
mövqeyi ilə banşmaq istəməyən hərəkat rəhbərləri isə mübarizəni davam
etdirmək əzmində idilər. Sovet dövləti Cənubi Azərbaycanda tran
qoşununa
müqavimətin qarşısını almaq məqsədilə ölkədəki
nümayəndələrin vasitəsilə dekabrın 11-də gecə ikən hərəkat rəhbərlərini,
ilk növbədə Pişəvərini Sovet İttifaqına mühacirətə getməyə məcbur etdi.
Hərəkatın yeni rəhbərliyi bütün silahlı qüvvələrə döyüş meydanlarını tərk
etmək haqqında göstəriş verdi. Buna baxmayaraq, bütün Azərbaycan üzrə
dekabnn 20-dək tran qoşunlanna müqavimət göstərildi. Dekabnn 12-də
Təbrizə daxil olan şah qoşunlan minlərlə adamı güllələdi və həbsə aldı.
Kütləvi təqiblər başlandı. Milli hakimiyyət dövründə az-çox siyasi fəallıq
göstərən kəndlilər, fəhlələr, ziyalılar, bir çox sahibkarlar belə təqiblərə
məruz qaldılar. ADP və Milli hökumətin rəhbər xadimləri isə birinci
növbədə güllələnir, dar ağacından asılırdı. Cəza tədbirlərindən qurtarmaq
üçün on minlərlə vətənpərvər qaçmağa mühacirət etməyə məcbur oldu.
Onlann bir çoxu Şimali Azərbaycana keçdi.
Beləliklə, 1941-1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə
uğradı. Bu məğlubiyyət, obyektiv daxili səbəblərlə yanaşı, həm də o
zaman böyük təsiri olan xarici amillərlə, ən əvvəl, bir tərəfdən ABŞ və
İngiltərənin, digər tərəfdən isə Sovet dövlətinin İrandakı siyasəti ilə bağlı
olmuşdur. Əks mövqelərdə duran bu dövlətlər nəticə etibarilə
371