çıxmış müxtəlif məsləkli partiyalann, çoxlu qəzet və jurnalların fəaliyyəti
nəticəsində getdikcə mütəşəkkil ictimai-siyasi mübarizə formasını alırdı.
Əsas
tələblərə
-
dövlət
quruluşunu
demokratikləşdirmək,
mülkədar-feodal təbəqəsinin ağalığını məhdudlaşdırmaq, zəhmətkeşlərin
vəziyyətini yaxşılaşdırmaq və hüquqlanm qorumaq, ölkənin
suverenliyini təmin etmək və s. daxil idi. İranın ayn-ayrı rayonlarının
ictimai- siyasi inkişaf səviyyəsindən və başqa amillərdən asılı olaraq, bu
hərəkat həm radikal, ardıcıl və ya əksinə, mötədil xarakter daşıyır, həm də
bəzi hallarda mürtəce şəkil alır, bu və ya digər ictimai-siyasi qüvvələrin
mənafeyini əks etdirirdi.
ölkənin siyasi həyatı zahirən normal şəkil almışdı. Yenidən meydana
çıxmış siyasi partiyalar və təşkilatlar (1941-1943-cü illərdə bunların sayı
30-a çatmışdı), mətbuat, müxtəlif klublar, ictimai-mədəni təşkilatlar ölkə
qarşısında duran daxili və xarici problemləri sərbəst müzakirə edir, öz
proqram və tələblərini irəli sürür, parlament vasitəsilə bunlan qanunlara
çevirməyə çalışırdı. Lakin müharibə nəticəsində faşizmin iflasa
uğrayacağı yaxınlaşdıqca İrandakı siyasi vəziyyət mürəkkəbləşir və
mübarizə kəskinləşirdi, ölkənin iqtisadi vəziyyəti pisləşirdi və bunun da
əsas ağırlığı, birinci növbədə zəhmətkeş təbəqələrin - fəhlələrin, xırda
burjua ünsürlərin, müəllimlərin, dövlət aparatında çalışan sıravi
məmurların üzərinə düşürdü ki, bu da onlann müxtəlif formalarda
(tətillər, kütləvi şikayətlər və s.) çıxışlanna səbəb olurdu. Bu təbəqələrin
mənafeyini ən ardıcıl surətdə (lakin, bəzən real vəziyyətlə
hesablaşmayaraq) 1942-ci ilin əvvəllərində yaradılmış İran Xalq
Partiyası («Hizbi Tudə») və ona yaxın olan həmkarlar ittifaqları, mətbuat
orqanlan (onlar «Azadlıq cəbhəsində» birləşmişdi), ictimai, mədəni
təşkilatlar müdafiə edirdi. Öz kütləviliyinə, irəli sürdüyü əsas şüarlanna
görə bu orqanlar, demokratik cəbhəni təşkil edirdi. İkinci, liberal cəbhəyə
«milliyyətçi» tipli partiya və təşkilatlar (məsələn, mühacirətdən qayıtmış
Seyid Ziyaəddin Təba-Təbainin başçılıq etdiyi «Vətən» partiyası) daxil
idi, buraya yalançı həmkarlar ittifaqları, əsasən xırda və orta burjuaziya,
ziyalıların xeyli hissəsi, zabitlərin orta təbəqələri qoşulurdu. Üçüncü
cəbhəni əsasən iri mülkədarlar və kompra- dor burjuaziya, tayfa xanları,
iri dövlət məmurlan və yüksək rütbəli zabitlər, generallar təşkil edirdi və
buna görə bu cəbhə ən mühafizəkar, mürtəce qüvvələri birləşdirirdi. Onu
da qeyd etmək lazımdır ki, həmin cəbhələrdən heç biri, xüsusən
hakimiyyət başında duran üçüncü cəbhə tam qanunçuluq çərçivəsində
hərəkət etmirdi.
361
Nəhayət, müharibə dövründə, xüsusən 1943-cü ildən başlayaraq,
Ölkədə siyasi-ictimai vəziyyətə təsir göstərən daha bir amili - xarici
dövlətlərin, yəni, bir tərəfdən SSRİ, o biri tərəfdən ABŞ və İngiltərənin
İrandakı siyasətini qeyd etmək lazımdır. Onlar öz bəyanatlannda İranın
daxili işlərinə qarışmayacaqlarını dəfələrlə elan etmişdilərsə də, bu
prinsipi daima pozurdular. SSRİ hökuməti, ilk növbədə fəhlə və
kəndlilərin, ziyalılann mütəşəkkilləşməsinə və onların sovet dövlətinin
sinfi-ideoloji xarici siyasəti prinsipləri ruhunda siyasi mübarizə
aparmasına bütün vasitələrlə kömək edirdi. ABŞ və İngiltərə isə öz
növbəsində varlı təbəqələrə, o cümlədən mürtəce qüvvələrə arxalanaraq
mərkəzi hökumət dairələrini, parlamenti, ordu və polisi öz təsiri altına
almaq və onların vasitəsilə İranın daxili və xarici siyasətini «qanuni»
yolla istiqamətləndirməyə çalışırdı. Bu mənada ABŞ, xüsusilə fəallıq
göstərərək, 1943-1946-cı illərdə buraya çoxlu «müşavirlər» göndərmişdi
(bunlardan ən mühümü 1942-1944-cü illərdə İranın bütün iqtisadi
həyatını nəzarət altına almış Milsponun maliyyə missiyası, 1945-1946-cı
illərdə general Şvarskopun hərbi-polis missiyası olmuşdur). Lazım
gəldikdə isə ABŞ və İngiltərə hökumətləri «qanunçuluq», «demokratiya»
prinsiplərini kənara ataraq İrandakı tərəfdarlarının köməyilə iş görürdü.
Bu, xüsusən onlar tərəfindən «qanuni» mərkəzi hökumətin və XIII-XIV
(1947-ci ildən isə habelə XV) çağınş məclislərin siyasəti və fəaliyyətinə
tərəfdarlıq etməsində özünü göstərirdi. Depu- tatlan hələ Rza şah
vaxtında təyin olunmuş XIII çağınş (1941-1944) və nisbi azadlıq
dövründə seçilmiş XIV çağırış (1944-1946) məclislər nə öz sosial tərkibi
cəhətdən (bunlann böyük əksəriyyəti mülkədarlar, iri tacir və
kapitalistlər, yüksəkrütbəli dövlət məmurlan, köhnə siyasətbazlar idi), nə
də yeni şəraiti nəzərə almaq cəhətdən hərtərəfli daxili və xarici siyasəti
həyata keçirməyə hazır olan bir orqan deyildi. Onlar müharibə şəraitinin
və müharibədən sonrakı İranın mürəkkəb beynəlxalq vəziyyətini bəhanə
gətirərək heç bir real demokratik islahatlara başlamaq, xüsusilə də
zəhmətkeş kütlələrin ağır vəziyyətini yüngülləşdirəcək hər hansı bir
tədbir görmək niyyətində deyildi və yalnız müxtəlif qruplaşmalann
hakimiyyət uğrunda mübarizəsini əks etdirirdi. XIV çağınş məclisə
İXP-nin 8 nümayəndəsi, habelə liberal məsləkli bir neçə deputat
seçilmişdisə də, onlar məsələni həll etmirdi. Təbiidir ki, parlamentin
bütün fəaliyyəti, o cümlədən hökumətin təşkili ya tam mühafizəkar, ya da
açıq mürtəce xarakter daşıyırdı. Burada, o cümlədən onun təşkil etdiyi
hökumətlərdə daim «azadlıq», «demokra
362