Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə140/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   216

Lakin Azərbaycan barəsində Almaniyanın öz planlan vardı. Şimali 

və Cənubi Azərbaycan gələcəkdə yaradılacaq Almaniyadan asılı oyuncaq 

«BÖ5dik  Türküstan»  dövlətinin  tərkibində  bir  əyalət  olmalı  idi.  Hitler 

türk  xalqlannın  tarixini,  psixologiyasını,  mədəniyyətini  öyrənmək, 

gələcəkdə  ona  tabe  olacaq  Türküstanı idarə  edəcək  kadrlar  hazırlamaq 

məqsədi  ilə  Drezdendə  «Türküstan  işçilərinin  vahid  cəmiyyəti»  adlı 

xüsusi institut təşkil etməyi əmr etmişdi. 1943-cü ilin mayında azad türk 

diviziyası - 162-ci piyada diviziya yaradıldı. Qafqaz müsəl- manlanndan 

təşkil olunmuş hərbi birləşmə iki hissəyə - Azərbaycan və Şimali Qafqaz 

legionlanna bölündü. Azərbaycan legionu 162-ci azad türk diviziyasına 

daxil edildi. 

ömrünü  Azərbaycanın  istiqlalı  uğrunda  mübarizəyə  həsr  etmiş 

M.Ə.Rəsulzadə  vətəninin  gələcəkdə  almanlardan  asılı  oyuncaq  bir 

dövlətin tərkibində müstəmləkə olaraq qalacağı fikri ilə razılaşa bilməzdi 

və  razılaşmadı.  Hitler  hökuməti  onun  belə  möhkəm  mövqeyini  görüb 

azərbaycanlıları  parçalamaq  üçün  Azərbaycan  legionunun  al-  manlann 

siyasətini qəbul edən rəhbərliyinə üstünlük verməyə başladı. 1943-cü il 

avqustun  əvvəllərində  M.Ə.Rəsulzadə  Azərbaycan  legionu  döyüşçüləri 

qarşısında çıxış edib milli hərbi hissələrin, o cümlədən bu legionun hansı 

məqsədlə  yaradıldığını,  onlardan  öz  azadlığı  uğrunda  mübarizə  aparan 

xalqlara qarşı istifadə olunduğunu bildirdi. O, qeyd etdi: «... almanlardan 

kömək umurdum, istiqlalımız üçün onlara bel bağlayırdım. Amma əfsus! 

Artıq  onlann  iç  üzü  mənə  aydın  oldu.  Müstəqil  dövlətləri  işğal  edib 

özünün  köləsinə  çevirən  bir  ölkənin  köləlik  altında  qəhr  olan  bir 

məmləkəti azad edəcəyinə bel bağlamaq sadə- lövhlükmüş». Belə açıq 

antifaşist çıxış Almaniya hakim dairələrini qəzəbləndirdi, göstəriş verildi 

ki, M.Ə.Rəsulzadə ölkəni tərk etməlidir. 

Hitler  hökuməti  Milli  Azərbaycan  Komitəsini  tanımaqdan  imtina 

etdi.  Onun  əmri  ilə  Azərbaycan  legionu  ilə  ordu  qərargahı  arasında 

əlaqəni təmin etmək üçün «Rabitə heyəti» təşkil olundu. 

Mövcud  reallıqlarla  hesablaşmağı  vacib  bilən  bir  çox  siyasi 

mühacirlər,  Azərbaycan  legionunun  əsgər  və  zabitləri  Almaniya 

rəhbərliyi ilə əlaqələri davam etdirdilər. 1943-cü il noyabnn 6-da Berlinin 

Kay-  zerhof  mehmanxanasında  Azərbaycan  türklərinin  xaricdəki 

nümayəndələrinin  iştirakı  ilə  Milli  Azərbaycan  qurultayı  keçirildi. 

Nümayəndələr  qurultayın  qorannda  qeyd  etdilər  ki,  İkinci  Dünya 

müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın 

bərpasına  sarsılmaz  bir  inamımız  vardır.  Bunun  ilk  şərti  əbədi 

düşmənimizin məh 

356 



vindən  ibarətdir.  Milli  mənafeyimiz  bizi  bu  gün  bolşevizmə  qarşı  qəti 

döyüş  aparan  və  tarix  boyu  türk  xalqlarının  dostu  olan  Almaniyaya 

bağlamışdır.  Qurultay  əsrlər  boyu  olduğu  kimi,  bu  gün  də  Azərbaycan 

xalqı ilə Qafqaz qonşuları və qardaş Türküstan, İdil-Ural və Krım xalqları 

arasında eyni qayə və ideal birliyi müşahidə etdiyini və onlarla iş birliyini 

zəruri  saydığını  qeyd  etdi.  Belə  mövqe  alman  hökumətini  qane  edirdi. 

1943-cü  ilin  payızında  onun  himayəsi  altında  Berlində  mühacir 

Azərbaycan  hökuməti  yarandı.  Hökumətin  başında  Fətəlibəyli  Düdən- 

ginski (Əbo bəy) dururdu. Fuad bəy Əmircan onun müavini, İsrafil bəy 

İsrafılbəyov,  professor  Cabbar  Əliyev  və  başqaları  hökumətin  üzvləri 

idilər. Almaniya hökuməti «Mühacir Azərbaycan hökumətini» tanıdı. Bu 

hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərdi. 

Azərbaycan  legionu  1944-cü  ilin  birinci  yarısında  Fransanın 

cənubunda yerləşdirilmişdi. 1944-cü il avqustun orlalannda müttəfiqlərin 

qoşunlan Fransanın cənubuna çıxarıldı, şimal və şimal qərb istiqamətində 

hücum  başlandı.  Alman  hərbi  birləşmələri  ilə  bərabər  Azərbaycan 

legionu da İtaliyanın şimalına doğru geri çəkildi. 

Müharibə  başa  çatdıqdan  sonra  onun  hissələri  bitərəf  ölkələrin 

ərazilərinə köçürülməyə başladı və tezliklə tamamilə dağıldı. Legionun 

əsgərləri  müxtəlif  ölkələrə  səpələndi.  Bir  çoxları  vətənə  qayıtdılar  və 

uzun illər təqib və sürgünlərə məruz qaldılar. 

Müharibənin başa 

Sovet hökuməti SSRİ ərazisini faşist işğalçıla- 

çatması 


rından təmizlədikdən sonra Şərqi A\Topanı faşist əsarətindən xilas etmək, 

orada  kommunist  rejimi  yaratmaq  üçün  müharibəni  davam  etdirdi. 

Bolqanstan, Macarıstan, Rumıniya və Yuqoslaviyanın azad edilməsində 

223-cü  Azərbaycan  diviziyası  fərqləndi.  Belq-  rad  uğrunda  ağır 

döyüşlərdə göstərdiyi rəşadətə görə ona fəxri «Belq- rad diviziyası» adı 

verildi. 1945-ci ildə Vyana şəhərinin faşistlərdən azad edilməsində fəal 

iştirak etmiş bu diviziya «Qırmızı Bayraq» ordeni ilə təltif olundu. 77-ci 

diviziya müharibəni Kurlandiyada başa vurdu. 

Polşanın,  Çexoslovakiyanın  düşməndən  azad  olunmasında  271-ci 

Azərbaycan diviziyası fəal iştirak etdi. Bu döyüşlərdə igidlik göstərmiş 

20  nəfər  azərbaycanlı,  o  cümlədən  Z.Bünyadov,  A.  Vəzirov, 

M.Abdullayev  və  başqalan  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 

görüldülər. 

416-cı  Azərbaycan  diviziyası  düşmənin  inadlı  müqavimətini  qırıb 

1945-ci ilin fevralında Oder çayı sahilinə çıxdı. Bu diviziya Berlinə ilk 

yol açan hərbi hissələrdən biri oldu. O, 1945-ci ilin fcvral-mart aylarında 

Berlinin qapısı sayılan Küstrinin alınmasında fəal iştirak etdi. 

357 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə