Diviziyanın döyüşçüləri aprelin 20-də Klosserdorfiı tutub Reyxstaq
üzərinə hücuma başladılar. 416-cı diviziyanın 1374-cü alayı Kayzer
Vilhelm sarayını aldı. Berlindəki küçə döyüşlərində və Rcyxstaqın
alınmasında Yusif Sadıqov böyük əsgəri rəşadət göstərdi. Ona Sovet
İttifaqı Qəhrəmanı adı verildi. Mayın 2-də 416-cı diviziyanın 1373-cü
alayı Berlinin Brandenburq darvazasına qələbə bayrağı sancdı.
1945-ci il mayın 8-dən 9-na keçən gecə Almaniya hərbi
komandanlığı danışıqsız təslim aktına qol çəkdi. 1945-ci il avqustun 9-da
Sovet ordusu Yaponiyaya qarşı müharibəyə başladı. Sentyabnn 2-də
Yaponiyanın təslim olması ilə İkinci Dünya müharibəsi başa çatdı.
SSRİ müharibədən qalib çıxdı. Bunun əsas səbəbi o idi ki, totalitar
rejim imperiyaya birləşdirilmiş xalqlan qələbə üçün səfərbər edə bilmişdi.
Əhali içərisində və Sovet ordusu sıralannda həqiqi sovet vətənpərvərləri,
faşizmi bolşevizmdən daha böyük bəla hesab edənlər alman faşistlərinə
qarşı fədakarlıqla mübarizə apanrdılar. Döyüş meydanlarında əsgəri
rəşadətə təkcə Azərbaycan SSR-dən 120 nəfər (43-ü azərbaycanlı) Sovet
İttifaqı Qəhrəmanı adı ilə, 30 nəfər «Şöhrəb> ordeninin hər üç dərəcəsi
ilə, 176 min nəfər SSRİ orden və medalları ilə təltif edilmişdi. Cəbhələrdə
400 minə qədər azərbaycanlı şəhid olmuşdu.
SSRİ xalqlannm süni birliyinin və Sovet ordusunun asanlıqla
dağılacağına ümid edən faşistlər özləri də bu xalqlan kölə vəziyyətində
saxlamaq niyyətində idilər. Buna görə də ölkədə xalqlan geniş şəkildə
azadlıq hərəkatına qaldırmaq, çoxmillətli Sovet ordusunu mənəvi və
maddi cəhətdən sarsıtmaq planları baş tutmadı.
Sovet imperiyası öz ərazisini, müstəmləkələrini qoruyub saxlaya
bildi, torpaqlannı, nüfuz dairəsini genişləndirdi. Şərqi Avropada və Uzaq
Şərqdə kommunist rejimləri hakimiyyətə gəldi.
Müharibədə SSRİ-nin qələbəsinin mənəvi nəticələri də böyük idi.
Qələbə ölkədə mövcud siyasi, iqtisadi və ideoloji sistemin
«üstünlüklərinə» inamı artırdı. Ölkədə xalqlann yaxın zamanlarda azadlıq
əldə edə biləcəyinə ümid bəsləyənlər xeyli azaldı.
358
X I I I F Ə S İ L
CƏNUBİ AZƏRBAYCANDA MİLLİ-DEMOKRATİK
HƏRƏKAT (1941-1946-cı illər)
§ 1. İctimai-siyasi vəziyj'ət
Cənubi Azərbaycanın ictimai-siyasi, ideya və mənəvi inkişafında
İkinci Dünya müharibəsinin gedişində və nəticəsində yeni mərhələ
başlandı. Müharibə illərində İran, eləcə də Cənubi Azərbaycan, hərbi
əməliyyat meydanına çevrilmədi, müharibənin özü ilə gətirdiyi
dağıntılara, insan tələfatlanna, tənəzzülə məruz qalmadı. Bununla belə,
müharibə ilə bağlı olan hadisələr Cənubi Azərbaycanın tarixinin gedişinə
güclü təsir göstərdi.
Hələ 30-cu illərin ortalarında İran hökuməti daxili siyasətini azğın-
laşdırmaqla bərabər, xarici siyasətini də getdikcə daha artıq dərəcədə
faşist Almaniyasına tərəf yönəldirdi ki, bu da hər iki ölkə arasında həm
iqtisadi, hərbi-strateji, həm də ideoloji-təbliğati əlaqələrin artmasında
ifadəsini tapırdı. Almaniya İrandan Yaxın və Orta Şərq regionlanna
çıxmaq üçün bir vasitə kimi istifadə etmək planlarını hazırlayırdı. İranın
hakim dairələrinə gəldikdə isə onlar faşist Almaniyasına, hər şeydən
əvvəl, SSRİ tərəfindən kommunizm təhlükəsinə qarşı bir sədd kimi, İranın
özündə Rza şah diktaturasının istinadgahı kimi baxırdılar. Lakin 1939-cu
ilin avqust-sentyabr hadisələri (Almaniya ilə SSRİ arasında hücum
etməmək və dostluq haqqında müqavilənin imzalanması və eyni zamanda
Polşaya hücumla İkinci Dünya müharibəsinin başlanması) ilk vaxtlar İran
hakim dairələri içərisində çaşqınlıq doğurdu. Sentyabrın 4-də İran özünün
bitərəfliyinin və lazım gələrsə, bunu əldə silahla qoruyacağını elan etdisə
də, onlar bir müddət Almaniya ilə SSRİ-nin İran hesabına razılığa
gələcəyi təhlükəsi qarşısında (Polşada, Finlandiyada, Pribaltika
ölkələrində olduğu kimi) qorxu hissinə qapılmışdılar. Lakin tezliklə
müharibənin gedişi və Almaniyanın
359
irandakı siyasəti belə bir təhlükənin olmadığını göstərdi. Almaniya yenə
də İrana öz iqtisadi və hərbi planlarında böyük əhəmiyyət verirdi:
1939-1941-ci illərdə Almaniyanın SSRİ-dən tranzit yolu ilə İranla ticarəti
xeyli artdı, Almaniya İrandan pambıq, yun, gön-dəri, düyü, taxıl, quru
meyvə alırdı ki, bunlann da əhəmiyyətli hissəsi Cənubi Azərbaycandan
gətirilirdi. Nəhayət, 1941-ci ilin iyunundan faşist Almaniyası SSRİ-yə
qarşı müharibəyə başlandıqdan və müharibənin bu mərhələ- sindəki ilk
müvəffəqiyyətlərdən sonra Rza şah başda olmaqla hakim dairələr açıq
faşistpərəst mövqe tutmuş, ölkəni Almaniya kəşfiyyatçı- lannm fəaliyyət
meydanı etmiş və əslində onu Almaniyanın əlaltısına çevrilmək təhlükəsi
qarşısında qoymuşdu. Buna görə 1941-ci il avqustun 25-də SSRİ və
Böyük Britaniya hökumətləri öz qoşunlarını İrana yeritdilər. İngilis
qoşunları İranın cənub. Sovet qoşunlan isə şimal regionları, o cümlədən
Azərbaycan əyalətini tutdu. Bir qədər sonra (1942-ci ilin sonlarında)
ABŞ-ın da hərbi hissələri İrana gətirildi. Bütövlükdə İran, xüsusilə də
Cənubi Azərbaycan, müttəfiqlərin Sovet İttifaqını hərbi sursat və texnika,
ərzaqla təmin edən ən mühüm nəqliyyat arteriyasına (İran körfəzindən
Xəzər dənizi sahillərinə qədər) çevrildi. Müharibə illərində İranın daxili
işləri və xarici siyasəti, habelə müttəfiqlərin İran qarşısında təəhhüdləri
bir sıra sazişlərlə (xüsusən 1943-cü ildə SSRİ, ABŞ və İngiltərənin dövlət
başçılarının Tehran konfransında qəbul etdiyi bəyanatla) müəyyən edildi.
Sazişlərdə nəzərdə tutulurdu ki, müttəfiqlər İranın daxili işlərinə
qanşmayacaq, bütün vacib məsələləri birgə həll edəcək və müharibə
qurtarandan sonra ən geci altı ay ərzində qoşunlannı İrandan çıxaracaqlar.
Rza şahın hərbi-polis rejiminin iflasa uğraması (1941-ci ilin sen-
tyabnnda müttəfiq qoşunlanna müqavimət göstərmək niyyəti puça
çıxdıqda Rza şah oğlu Məhəmməd Rzanın xeyrinə taxtdan əl çəkdi və
ingilislər tərəfindən İrandan sürgün edildi) nəticəsində ölkədə real
hakimiyyətin parlamentə və onun təşkil etdiyi hökumətə keçməsi,
konstitusiyada nəzərdə tutulmuş bəzi təsisatlann, siyasi azadlıqların
qismən bərpası, siyasi məhbuslann azad edilməsi (bütün bunlar İran
tarixində «ŞəhrivəD)' hadisələri adını almışdı) İranda ictimai-siyasi
həyatın canlanması üçün əlverişli şərait yaratdı. İlk vaxtlar kortəbii
çıxışlar, mitinq və nümayişlər şəklində başlanmış bu hərəkat yenidən
siyasi meydana
adıdır.
360
«Şəhrivən) - İran təqvimində avqustun 22-də scntyabnn 22-dək davam edən ayın
Dostları ilə paylaş: |