Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə131/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   216

da az müvəffəqiyyət qazandı və obyektiv səbəblərə görə başqa cürə ola 

da  bilməzdi.  Çünki  onun  bolşevik  prinsiplərindən  doğan  şüarları  və 

siyasəti geniş xalq kütlələri tərəfindən, nəinki qəbul olunmur, çox vaxt 

başa da düşülmürdü. 

Bununla belə, Cənubi Azərbaycanda İKP ilə bağlı olan türk ziyalı- 

lan içərisində müasir, materialist dünyagörüşünün yetkinləşməsinə təsir 

göstərən  faktlar  da  qeyd  edilməlidir.  20-ci  illərdə  kommunist  və 

kommunistlərə  yaxın  olan,  xaricdə  çıxan  «Həqiqət»,  «Setareye-sorx» 

(«Qırmızı ulduz») qəzetlərinin, «Peykan> jurnalının və xüsusilə 1934-cü 

idə digər tanınmış siyasi xadim, alim və publisist Təqi Əraninin Tehranda 

nəşrə başladığı «Dünya» jurnalının buna xeyli təsiri olmuşdur. Şübhəsiz 

ki,  20-30-cu  illərdə  çıxmış  və  İran  ziyalılan  içərisində  böyük  nüfuz 

qazanmış, əslində İranda ilk elmi nəşrlər olan «Ərmağan» («Hədiyyə»), 

«Ayənde»  («gələcəb>),  «Vəfa»,  «Şərq»  jumallan  İranda  tarixi,  fəlsəfi, 

sosioloji, iqtisadi məsələlərə dair məqalələrin xarakteri bu təsiri özündə 

əks  etdirmişdir.  Adlan  çəkilən  qəzet  və  jumallann  əksəriyyəti,  onlann 

naşir  və  redaktorlan,  müəlliflərin  xeyli  hissəsi  məhz  azərbaycanlılar 

olmuş (Ə.Kəsrəvi, Mirzə Məhəmmədəli xan Tərbiyət, Mahmud Əfşar, A. 

İqbal  və  bir  çox  başqaları)  və  onlar  əvvəllərdə  olduğu  kimi,  İranda 

ictimai, siyasi, tarixi fikrin, çap işinin inkişafında mühüm rol oynamışlar. 

Pəhləvi  monarxiyasının  diktaturaya  çevrilməsi  təkcə  siyasi 

partiyaların qadağan edilməsi ilə, cəmiyyətin həyatından normal, qanuni 

siyasi mübarizə yollanmn bağlanması ilə məhdudlaşmayıb, siyasi azad- 

lıqlann hamısının, o cümlədən konstitusiyada təsbit edilmiş azadlıqların - 

yığıncaq  və  nümayişlər,  söz,  mətbuat,  peşəkar  birləşmələri  (həmkarlar 

ittifaqlan)  yaratmaq  və  s.  azadlıqlann  qadağan  edilməsi  ilə  müşayiət 

olunurdu. Bütün cəmiyyətdə, dövlətdə yuxandan aşağıya, mərkəzdən ən 

kiçik  inzibati  vahidlərə  qədər  sərt  mərkəzləşdirilmiş  sistem  hökm 

sürürdü.  Prinsipcə  dövlətə  lazım  olan  yeni  inzibati  bölgü  də  (1937)  iri 

əyalətlərin,  o  cümlədən  Cənubi  Azərbaycanın  ostanlara  (vilayətlərə) 

parçalanması  bu  mənada  yalnız  sərt,  bürokratik  mərkəzləşdirmə 

məqsədlərinə xidmət edirdi. 

Beləliklə,  bütün  Azərbaycan,  həm  Şimali,  həm  də  Cənubi 

Azərbaycan 20-30-cu illərdə diktatura quruluşu şəraitinə düşmüş oldular. 

Lakin  bu  diktaturalar  arasında,  bütün  diktaturalara  xas  olan  ümumi 

cəhətlərə yanaşı, (birinci növbədə siyasi, ictimai iqtisadi azadlıqların 



334 


olmaması,  kiçik  azlığın  öz  iradəsini  böyük  əksəriyyətə  zorla  qəbul 

etdirməsi və s.) fərqlər və xüsusiyyətlər də var idi ki, bu da hər ikisinin 

vəziyyətinə  və  sonrakı  inkişafına  təsir  göstərməyə  bilməzdi.  Bu 

xüsusiyyət  İrandakı  diktaturanın  dövlət  siyasəti  səviyyəsinə  çatdırılmış 

və başlıca olaraq Cənubi Azərbaycan türklərinə qarşı çevrilmiş, onların 

milli  şüurunu,  dilini  və  mədəniyyətini,  hətta  milli  varlığını  da  inkar 

etməyə, boğmağa yönəldilmiş milli zülm idi. 

§ 3. 20-30-cu illərdə milli zülm 

Məlum  olduğu  kimi,  milli  zülm,  habelə  digər  milli  problemlər, 

əhalisi polietnik tərkibli dövlətlərdə, onların tarixi inkişafının müəyyən 

mərhələsində  -  feodalizmdən  kapitalizmə  keçid  və  kapitalist 

münasibətlərinin  bərqərar  olması  mərhələsində  meydana  çıxmağa 

başlayır. Qacarlar dövləti həmin mərhələyə XIX əsrin sonu  - XX əsrin 

əvvəllərində qədəm qoymağa başlamışdı. 

İrandakı  Azərbaycan  türkləri  20-ci  illərə  özlərinin  milli 

keyfiyyətlərini,  ənənələrini,  dil  birliyi  və  mədəni  ümumiliyini  qoruyub 

saxladığı  halda  daxil  olmuşdular.  Bu  keyfiyyətlərə  malik  olduğu  üçün 

Azərbaycan  türkləri  İranda  yaşayan  digər  qeyri-fars  xalqlara  nisbətən 

iqtisadi  cəhətdən  olduğu  kimi,  öz  milli  inkişafında  da  etnos  kimi, 

yaranmaqda olan millət kimi daha yüksək mövqedə olmuşdular. Xüsusilə 

1920-ci  il  Təbriz  üsyanı  Azərbaycan  türklərinə  bu  baxımdan  daha 

əlverişli psixoloji üstünlük vermişdi. Bu psixoloji özül o qədər güclü idi 

ki, üsyanın yatırılması, hərəkat başçılarının öldürülməsi və iştirakçılanna 

divan  tutulması  demokratik  qüvvələrdə  milli  süstlük  yaratmamışdı  və 

əyalət- dəki sonrakı siyasi ab-hava bunu aydın göstərirdi. 1924-1925-ci 

illərdə  İranda  qondarma  «respublika  hərəkatı»  zamanı  Azərbaycan 

əyalətinin  inqilabi  əhvali-ruhiyyəsindən  də  özünəməxsus  üsulla 

bəhrələnməklə bu əhvalın dalğalannda hakimiyyətə gəlmiş Rza xan bütün 

diktatorlara  xas  olan  xəyanətkarlıqla  digər  istinad  nöqtələri  kimi  bu 

dayağı  da  «zərərsizləşdirməyi»  həyati  məsələ  kimi  qarşıya  qoydu.  Bu 

vaxtadək  İranın  siyasi,  sosial-iqtisadi  və  mədəni  inkişafında  apancı 

mövqe tutan Azərbaycanı və Azərbaycan türklərini hər cəhətdən, xüsusilə 

iqtisadi  və  mənəvi  cəhətdən  zəiflətmək,  əvəzində  farsları  hakim  millət 

kimi ucaltmaq və digər milli qurumları tədricən hakim farslar içərisində 

əritmək siyasəti Rza şahın mərkəzləşmiş qüdrətli dövlət yaratmaq 

335 



siyasətinin  ideoloji  dayaqlanndan  birini  təşkil  edirdi.  Rza  şah 

hökumətinin  planlı  şəkildə  həyata  keçirdiyi  bu  siyasət  30-cu  illərin 

ikinciyan- smda alman faşizminin irqçilik nəzəriyyəsindən bəhrələnərək 

ölkədəki  qeyri-hakim  millətlərin  açıqcasına  assimilyasiya  edilməsi 

məqsədini gücləndirməyə xidmət edirdi. 

Rza şahın dövlət səviyyəsinə qaldırdığı, paniranizmə söykənən milli 

zülm siyasəti qeyri-fars xalqlara, o cümlədən Azərbaycan türklərinə qarşı 

maddi  və  mənəvi  varlığın,  demək  olar  ki,  bütün  sahələrində  həyata 

keçirilirdi. 

Qeyri-fars 

xalqların,  ilk  növbədə  Azərbaycan  türklərinin 

assimilyasiya edilməsində, onların etnik və milli şüurunun, milli-mədəni 

inkişafının qarşısının alınmasında və nəticə etibarilə bir millət kimi məhv 

edilməsində istifadə edilən ən təsirli vasitə onlan öz doğma türk dilindən 

məhrumetmə siyasəti idi. Bir filosofun «hər hansı bir xalqı məhv etmək 

istəsən,  onun  dilini  əlindən  al»  kəlamı  sanki  Rza  şahın  Azərbaycan 

türklərinə  münasibətdə  yürütdüyü  siyasəti  nəzərdə  tutmuşdu.  Cənubi 

Azərbaycanda xüsusi təzyiq və qəddarlıqla həyata keçirilən bu siyasətə 

uyğun  olaraq  burada  ana  dilində  təhsil,  kitab  və  qəzet  nəşri,  tamaşalar 

verilməsi,  məktəblərdə,  idarələrdə  türkcə  danışmaq,  hətta  yas-  təziyə 

məclislərini ana dilində aparmaq qadağan edilmişdi. 

Bununla  birlikdə  əski  türk  kitablan,  Təbriz  şairlərinin  daşbasması 

əsərləri  və  əlyazmalan  toplanılıb  yandınlırdı.  Türkcə  coğrafi  adlar  - 

dağlar, çaylar, şəhər və kənd adlan, tarixi türk əsərləri və abidələrin adlan 

və s. sistematik olaraq farslaşdınlırdı (Urmiya şəhəri və gölü - Rezaiyyə, 

Acıçay-Təlxrud, Qarasu-Siyahrud və s.). Maraqlı müqayisə yerinə düşər; 

Şimalda da şəhər adlanmn ruslaşdıniması (Gəncə-Kiro- vabad), coğrafi 

adlann  erməniləşdirilməsi  (Goranboy  -  Şaumyan,  Xankəndi  - 

Stepanakert),  Bakıda  rus  və  erməni  mənşəli  saysız  qəsəbə  və  küçə 

adlanmn peyda olması və s. Soyadlan fars yazılışma və fars mənşəyinə 

uyğunlaşdınlırdı (Şimalda «ov», «yev» sonluqlan). 

Diktaturanın əli çatdığı bütün yerlərdə (başlıca olaraq şəhərlərdə və 

bunlara yaxın yaşayış məntəqələrində) Şimaldakı oxşar adət-ənənə-, lər, 

gözə  çarpan  oxşar  mədəniyyət  və  məişət  ünsürləri  qadağan  edilmişdi. 

30-cu  illərin  əvvəllərində  -  SSRİ-nin  «dəmir  pərdə»  siyasətinin 

gücləndiyi  bir  dövrdən  İranın  Azərbaycan  SSR  ilə  əlaqələrinin  tam 

kəsilməsi  siyasəti  də  qismən  Azərbaycan  ölkəsi  və  xalqmm  etnik 

vahidliyi  həqiqətinə  qarşı  çevrilmiş  bir  tədbir  idi.  Bu  tədbir  Rza  şahın 

göstərişi  ilə  20-ci  illərin  sonlarında  bünövrəsi  əslən  Azərbaycan  türkü 

olan 


336 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə