Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə133/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   216

imkandan  mümkün  qədər  səmərəli  istifadə  olunmadı),  «kapitalın 

zəifləməsi»,  «dünya  kommunist  inqilabı»nın  qələbəsi  üçün  münasib 

şərait  yaranmasına  -  imperialist  qruplaşmaları  arasında  müharibə 

başlanmasına nail oldu. SSRİ XKS sədri V.M.Molotov o vaxt yazırdı ki, 

indi hit- lerizmi məhv etmək üçün müharibə aparmaq cinayətdir. 

İkinci  Dünya  müharibəsi  1939-cu  il  sentyabrın  1-də  Almaniyanın 

Polşaya  hücumu  ilə  başlandı.  Sentyabnn  28-də  SSRİ  və  Almaniya 

dostluq və sərhədlər haqqında müqavilə bağladılar, dövlətlərin suveren 

hüquqlanm tapdalayaraq Şərqi Avropanı öz nüfuz dairələrinə böldülər. 

1939-


 

cu ilin sentyabrında Sovet Ordusu hücum edib Qərbi Ukrayna və 

Qərbi  Belarusiyanı  tutdu.  SSRİ  fitnəkarlıq  törədərək  Finlandiya  ilə 

müharibəyə başladı. Bağlanan Moskva sülhünə (1940-cı il 12 mart) görə 

SSRİ  Leninqraddan  (Sankt-Peterburqdan)  şimalda  öz  sərhədlərini 

genişləndirdi. Xanko yanmadasım hərbi məqsədlə icarəyə götürdü. SSRİ 

1939-cu  ilin  payızında  Pribaltika  hökumətləri  ilə  qarşılıqlı  yardım 

haqqında müqavilə imzaladı, qoşunlannı onlann ərazisində yerləşdirdi. 

1940-

 

cı  ilin  iyun  ayında  buraya  əlavə  qoşunlar  yeridildi.  Bir  aydan 



sonra  ordunun  və  yerli  kommunistlərin  köməyi  ilə  bu  ölkələrdə 

hakimiyyət  orqanlarına  seçkilər  adı  altında  kommunist  çe\Tİlişi  baş 

verdi,  yaradılmış  sosialist  respublikalan  SSRİ-yə  birləşdirildi.  1940-cı 

ilin  yayında  Sovet  Hökuməti  Rumıniyaya  hədə-qorxu  gələrək  onu 

Bessarabiyanı  geri  qaytarmağa,  habelə  Bukovinanın  şimalını  güzəştə 

getməyə məcbur etdi. 

1940-

 

cı ilin əvvəllərində SSRİ Almaniya, İtaliya və Yaponiya ilə birlikdə 



təcavüzkar  dövlət  kimi  Millətlər  Cəmiyyətindən  xaric  edildi  (SSRİ  bu 

beynəbcalq təşkilata 1934-cü ildə qəbul olunmuşdu). 

Faşist  Almaniyası  şərqdən  təhlükəsizliyini  təmin  edib  müttəfiqi 

İtaliya ilə birlikdə qısa bir zamanda Qərbi və mərkəzi Avropanın, demək 

olar  ki,  bütün  ölkələrini  işğal  etdi  və  ya  özündən  asılı  vəziyyətə  saldı. 

SSRİ-nin kapitalist ölkələri arasında müharibənin uzun və üzücü olacağı 

haqqında  ümidləri  puça  çıxırdı.  İstila  olunmuş  ölkələrdə  başlanmış 

milli-azadlıq  hərəkatı  mövcud  siyasi  mübarizəni  üstələdi.  Almaniyanın 

hərbi qüvvələri əsarət altına alınmış ölkələrin hərbi və iqtisadi potensialı 

hesabına müharibənin əwəlindəkinə nisbətən iki dəfə çoxaldı. İndi ona 

dünya ağalığına nail olmaq yolunda əsas maneə öz müttəfiqi olan SSRİ 

idi. Hitler artıq 1940-cı ilin yayından alman ordusunun baş qərargahına 

SSRİ-yə qarşı müharibə planı hazırlamağı əmr etmişdi. Bu plan həmin il 

dekabrın 18-də təsdiq olunmuşdu. 



340 


1941-

 

ci  il  iyunun  22-də  faşist  Almaniyası  qəflətən  SSRİ-yə 



hücum etdi. «Barbarossa planı» «İldınmsürətli müharibə» strategiyasına 

əsaslanır  və  bir  neçə  gözlənilməz  güclü  zərbə  ilə  Sovet  Ordusunu 

darmadağın  etməyi,  qışa  qədər  Arxangelsk-Həştərxan  xəttinə  çıxmağı 

nəzərdə tuturdu. 

Mühüm strateji, geosiyasi əhəmiyyətə malik Azərbaycan, neft Bakısı 

faşist  Almaniyasının  istilaçılıq  planlarında  xüsusi  yer  tuturdu. 

«Müsəlman  monqoloidləri  dağıdıcı  qüw'ə»  kimi  qiymətləndirən  Hitler 

«Mənim  mübarizəm»  kitabında  yazırdı  ki,  onlar  ali  irqin  qullarına 

çevrilməlidir. Almaniya hökuməti Bakı neftini ələ keçirməyi şərqdə istila- 

çılıq  siyasətini  reallaşdırmağın  mühüm  amili  kimi  qiymətləndirirdi. 

Rozenberqin  «Qafqazın  idarə  olunması  planı»na  görə  ilk  zamanlar 

Azərbaycanda idarəedici orqan - komissarlıq yaradılmalı və o, iqamətgahı 

Tiflisdə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. 

Almaniya  Rusiya  üzərində  qələbədən  sonra  müharibəni  davam 

etdirib  İran  körfəzinə,  Hind  okeanına  qədər  əraziləri  ələ  keçirmək 

istəyirdi.  Türk  xalqları  yaşayan  ərazilərdə  Almaniyadan  asılı  oyuncaq 

«Böyük  Türküstan»  dövləti  yaradılması  planlaşdırılırdı.  Bu  dövlətin 

ərazisinə  Şimali  və  Cənubi  Azərbaycanla  bərabər  Mərkəzi  Asiya, 

Qazaxıstan, Başqırdıstan, Tatanstan, Knm, Şimali Qafqaz, Qərbi Çin və 

Əfqanıstan daxil olmalı idi. 

Hələ  1941-ci  il  martın  27-də  Almaniyanın  «Kontinental  neft  cə- 

miyyəti»nə  tapşınimışdı  ki,  o,  Bakıda  neftin  çıxarılması,  emalı  və  apa- 

nlması  ilə  məşğul  olacaqdır.  Artıq  Azərbaycandakı  iri  sənaye 

müəssisələrinə «ali irqdən» rəhbərlər də təyin olunmuşdu. Onlar ucuz iş 

qüvvəsi hesabına maya dəyəri aşağı olacaq məhsullardan gələcək yüksək 

gəliri son qəpiyinədək Almaniyaya çatdırmaq tapşırığı almışdılar. 

Hitlerin neft Bakısı haqqında xüsusi planları vardı. 1941-ci il iyulun 

l6-da  o,  hökumət  rəhbərlərinin  yığıncağında  qeyd  etmişdi  ki,  Bakı  neft 

istehsalı  ilə  məşğul  olan  hərbi  məntəqəyə  çevrilməlidir.  Bakının, 

Abşeronun mühüm sənaye və hərbi əhəmiyyətli göstərilən dəqiq xəritə- 

planlar tərtib edilmişdi. 

SSRİ-nin  qərb  sərhədlərində  yerləşdirilmiş,  hələ  tam  komplektləş- 

dirilməmiş  hərbi  birləşmələri  ilk  döyüşlərdə  Almaniyanın  və  onun 

müttəfiqlərinin  yaxşı  silahlanmış  və  döyüş  təcrübəsi  olan  ordulannın 

güclü  hücumuna  qarşı  davam  gətirə  bilmədi,  böyük  itkilər  verə-verə, 

sürətlə geri çəkildi. 



341 


Azərbaycan 

Müharibə başlanan kimi Sovet imperiyası rəh- 

SSR-də 

hərbi,  bərliyi  əhalini,  xüsusən  milli  respublikalarda  yaşa- 



iqtisadi  və  mənəvi 

xalqlan  düşmənə  qarşı  səfərbər  etmək,  təsərrüfatı 

müharibənin  tələbləri  əsasında  yenidən  qurmaq  üçün  mövcud 

inzibati-amirlik  üsul-idarəsini  daha  da  sərtləşdirdi.  1941-ci  il  iyunun 

30-da ölkədə bütün hakimiyyət Dövlət Müdafiə Komitəsinin, onun sədri 

İ.V.Staiinin  əlində  cəmləşdirildi.  Bir  ay  sonra  arxa  cəbhə  baş  idarəsi 

yaradıldı. Siyasi və ideoloji təbliğat orqanları yenidən quruldu. Orduda 

hərbi komissarlar sistemi təsis olundu. 1941-ci il avqustun 25-də Sovet 

ordusu  İranın  şimalına  daxil  oldu.  Bu  əməliyyatda  77-ci  Azərbaycan 

diviziyası  da  (1920-ci  ildə  təşkil  olunub)  iştirak  edirdi.  SSRİ  cənub 

sərhədlərini möhkəmləndirə bildi. 

Sovet  imperiyasının  hər  yerində  olduğu  kimi,  Azərbaycanda  da 

M.Bağırovun  başçılığı  ilə  inzibati  idarəçilik  sistemi  daha  da 

möhkəmləndirildi.  Bu  işdə  partiya  komitələri,  onlann  yeni  yaradılmış 

sahə  şöbələri,  habelə  MTS-lər  yanındakı  siyasi  şöbələr,  dövlət 

təhlükəsizlik və daxili işlər orqanlan mühüm rol oynadılar. 

Respublikada müharibənin ilk həftəsində 40 min nəfərdən çox oğlan 

və  qız  cəbhəyə  -  faşistlərə  qarşı  müharibəyə  getmək  üçün  hərbi 

komissarlıqlara ərizə verdilər. Avqust ayına kimi burada 123 min nəfər 

xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda bu dəstələrdə 187 

min nəfərə qədər döyüşçü vardı, onlann 30 min nəfərdən çoxu qadın idi. 

Casuslara,  təxribatçılara  qarşı  mübarizə  aparmaq  üçün  12  min  nəfər 

döyüşçüsü  olan  87  qıncı  batalyon,  habelə  15  min  nəfərlik  hava 

hücumundan müdafiə, təkcə Bakıda 1124 özünümüdafiə dəstələri təşkil 

olundu. Bu dəstələrin yardım qruplanna 44 min nəfərdən çox adam cəlb 

edildi. 


Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabnnda 223-cü, 

1942-


 

ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında 

isə  271-ci  milli  atıcı  diviziyalar  təşkil  olundu.  1941-ci  ilin  dekabrında 

Knmm müdafiəsində iştirak etmiş, Ağ Manay rayonundakı döyüşdə şəxsi 

heyətinin çoxunu itirmiş 77-ci Azərbaycan diviziyası yenidən 1942-ci ilin 

mayında  respublikada  komplektləşdirildi.  Ümumiyyətlə,  müharibə 

illərində Azərbaycandan Sovet ordusuna 640 min nəfərə qədər adam, o 

cümlədən 10 min nəfərdən çox qadın səfərbər edilib cəbhəyə göndərildi. 

Respublikanın xalq təsərrüfatı qısa müddətdə hərbi qaydada yenidən 

quruldu. İyunun 26-dan fəhlə və qulluqçular üçün iş günü 11 saata 



342 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə