Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə135/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   216

aylannda Moskvaya lap yaxınlaşmış faşist qoşunlan ilə döyüşlərdə əsgəri 

rəşadətinə  görə  tank  bölməsinin  komandiri  Həzi  Aslanov  «Qırmızı 

Ulduz»  ordeni  ilə  təltif  edildi.  Qvardiya  baş  serjantı,  pulemyotçu  İdris 

Vəliyev  Borodino  çölündə  faşistlərlə  döyüşdə  təkbaşına  50-dən  çox 

düşmən əsgərini məhv etdi. Kiçik leytenant İsrafil Məmmədov Novqorod 

yaxınlığında  Pustinka  kəndi  uğrunda  döyüşdə  böyük  qəhrəmanlıq 

göstərdi  və  Sovet  İttifaqı  Qəhrəmanı  fəxri  adına  layiq  görülmüş  ilk 

azərbaycanlı  oldu.  Hərbi  təyyarəçi  leytenant  Hüseynbala  Əliyev 

Leninqrad  göylərində  düşmənin  6  təyyarəsini  vurub  salmışdı.  Son 

döyüşdə 0, daha iki alman təyyarəsini məhv etmiş, 17 ağır yara almasına 

baxmayaraq, öz təyyarəsini sağ-salamat yerə endirə bilmişdi. 

Sovet  ordusunun  1941-ci  ilin  axırlannda  Moskva  ətrafında  böyük 

qələbəsi,  Leninqradın  qəhrəman  müdafiəsi  alman  faşistlərinin  «ildınra- 

sürətli  müharibə  planı»nı  pozdu.  Hitler  ordusunun  məğlubedilməzliyi 

haqqında əfsanə puç oldu. 1942-ci il yanvann 2-də ABŞ, Böyük Britaniya 

və SSRİ daxil olmaqla 26 dövlət faşist blokunu darmadağın etmək üçün 

öz  hərbi  və  iqtisadi  ehtiyatlannı  birləşdirmək  haqqında  bəyannamə 

imzaladı, antifaşist koalisiyası yarandı və getdikcə möhkəmləndi. 

Düşmən  hələ  güclü  idi.  Bu  dəfə  faşistlər  alman-sovet  cəbhəsinin 

cənub  istiqamətində  hücuma  başladılar.  Onlar  1942-ci  il  mayın 

əvvəllərində  Kerçi,  Sevastopolu,  Xarkovu  ələ  keçirib  Volqaya  doğru 

irəlilədilər. «Edelveys» planma görə faşistlər Xarkovu tutduqdan sonra 

Qafqaza hücum edib zəngin neft, digər strateji xammal mənbələri, sənaye 

və  kənd  təsərrüfatı  rayonunu  ələ  keçirmək,  Bəsrə-İran-Xəzər  yolu  ilə 

müttəfiqlərin yardımından SSRİ-ni məhrum etmək. Yaxın və Orta Şərqin 

istilasına  yol  açmaq  istəyirdilər.  Bunun  üçün  general-feldmarşal  Listin 

komandanlığı  ilə  «A»  ordu  qrupu  yaradılmışdı.  Onun  I  tank  ordusu 

(komandanı general-polkovnik Kleyst idi) sentyabnn 6-da (^oznı-Mahaç- 

qala-Bakı istiqamətində hücum edib sentyabnn 25-də Bakını tutmalı idi. 

Faşist qoşunlan iyulun 25-də Don çayını keçib cənuba doğru hücuma 

başladılar  və  avqustda  Krasnodan,  Stavropolu,  Maykopu  tutdular. 

Vəziyyət son dərəcə ağır idi. 

ABŞ və İngiltərə SSRİ ilə faşizmə qarşı bir koalisiyada olmalanna 

baxmayaraq.  Cənubi  Qafqazı,  xüsusən  Azərbaycanı  ondan  almaq 

istəyirdilər.  Onların  «Vilveb>  planına  görə  Sovet  ordusu  Qafqazdan 

çıxan- lıb Stalinqrad cəbhəsinə apanimah, burada isə almanlara qarşı 20 

hərbi  hava  eskadrası  və  Böyük  Britaniyanın  10-cu  ordusundan  ibarət 

amerikan-ingilis hərbi hissələri vuruşmalı idi. 



346 


Azərbaycan  əhalisinin  Sovet  ordusu  arxasında  almanlarla 

əməkdaşlıq edəcəyindən ehtiyat edən SSRİ rəhbərliyi azərbaycanlıların 

Mərkəzi Asiya və Qazaxıstana köçürülməsi planını hazırlamışdı. Lakin 

respublika  rəhbərliyi,  xüsusən  M.Bağırov  Stalini  inandıra  bildi  ki, 

azərbaycanlılann  Azərbaycandan  köçürülməsi  nə  iqtisadi,  nə  də  siyasi 

baxımdan qələbəyə xidmət edə bilməz, bu, respublikada neft və pambıq 

kimi strateji məhsullann istehsalını azaldar, orduda vuruşan azərbaycanlı 

əsgərlərə  pozucu  təsir  göstərər.  1941-ci  ilin  oktyabnnda  köçürmə 

məsələləri üzrə dövlət komitəsinin rəhbəri A.Mikoyanm xüsusi səyləri ilə 

Bakının  minalanıb  təhlükə  yaranarsa  darmadağın  edilməsini  nəzərdə 

tutan xüsusi əməliyyat planı da tərtib olunmuşdur. 

Sovet  ordusunun  cəbhələrdəki  müvəffəqiyyətləri  bu  planlann 

pozulmasında əhəmiyyətli rol oynadı. 

Ali  Baş  Komandanlıq  Zaqafqaziya  respublikalarında,  o  cümlədən 

Azərbaycan SSR-də 1942-ci il sentyabnn 9-da hərbi vəziyyət elan etdi. 

Bakı  müdafiə  rayonu  yaradıldı.  Müdafiə-istehkam  tikintisinə  başlandı. 

Şəhər ətrafında səngərlər qazıldı, müdafiə xətləri uzaqvuran toplarla və 

tanklarla  möhkəmləndirildi.  Bakının  müdafiəsi  10-cu  atıcı  briqadaya, 

hərbi-hava  məktəbinə  və  Bakı  dairəsi  hava  hücumundan  müdafiə 

qoşunlarına  tapşmldı.  Qıncı  təyyarəçilərin  və  zenitçilərin  sayıqlığı 

sayəsində  faşistlərin  1942-ci  ildə  71,  1943-cü  ildə  isə  3  dəfə  Bala 

səmalarına soxulmaq cəhdi baş tutmadı. Düşmənin 96 təyyarəsi vurulub 

salındı.  Samur  çayı  üzərindəki  strateji  əhəmiyyətli  körpü  də  dəfələrlə 

edilən hava hücumlanndan müvəffəqiyyətlə müdafiə edildi. 

Cənubi  Qafqaz  cəbhəsi  döyüşçüləri  arasında  66,1  min  nəfər 

azərbaycanlı  vardı.  Azərbaycanlı  döyüşçülərin  cəbhələr  boyu  daha  çox 

səpələnməsi  ölkə  rəhbərliyinin  bu  xalqa  tam  arxayın  olmamasının 

təzahürü idi. Lakin Qafqaz döyüşlərində azərbaycanlılar faşistlərə qarşı 

mərdliklə  vuruşdular.  Mozdoku  tutmuş  düşmən  ciddi  müqavimətə  rast 

gəlib hücum istiqamətini dəyişdi, Bakıya deyil, Nalçik və Oreonikidze- 

yə  doğru  yeridi.  Mozdok  rayonunda  döyüşən  402,  416  və  223-cü 

Azərbaycan  diviziyalan  44-cü  Sovet  ordusunun  əsas  zərbə  qüvvəsinə 

daxil  idi.  77-ci  diviziya  isə  müdafiə  əməliyyatlarında  iştirak  edirdi. 

Mayor  Akim  Abbasovun  komandirlik  etdiyi  833-cü  polk  Mozdok 

uğrunda döyüşlərdə böyük igidlik göstərdi, düşmənin 30 hücumunu dəf 

etdi, 36 tankını yandırdı. 

1942-

 

ci  il  oktyabnn  əvvəllərində  Sovet  ordusu  Oreonikidze 



yaxınlığında  faşistlərin  əsas  qüvvələrini  darmadağın  edib  onlan  şimala 

doğru 


347 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə