qovdu. Bakını işğal etmək üçün Parisdən bu cəbhəyə gətirilmiş 23-cü
tank diviziyası, «Brandenburq» polku və alp diviziyası kimi seçmə hərbi
hissələr də məhv edildi.
Şimali Qafqazda Sovet ordusunun əks-hücumunda, şəhər və
kəndlərin faşist işğalçılanndan azad edilməsində 77, 223, 271, 402 və
416-cı Azərbaycan diviziyalarının döyüşçüləri böyük əsgəri hünər
göstərdilər. 77-ci diviziya Kcrç, Taman yanmadası, Novorossiysk,
Mozdok, Mineralnıye Vodı, Stavropol, Lebedi və Rostov şəhərlərinin və
başqa yaşayış məntəqələrinin faşistlərdən azad olunmasında iştirak etdi.
402-ci diviziya Mozdok rayonunda on yaşayış məntəqəsini düşməndən
təmizlədi, faşistlərin çoxlu texnika və canlı qüvvəsini məhv etdi. Bu
diviziya ağır döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirdiyi üçün 416-cı
diviziyaya birləşdirildi. Dekabnn əvvəllərində 416-cı diviziya
Novo-Lediyov və Kapustino yaşayış məntəqələrini faşistlərdən azad etdi.
1943-cüilin yanvar-aprel aylannda bu diviziya Mozdok, Qrafskoe Linilin,
Stavropol və Armaviri, habelə Azov dənizi sahillərini düşməndən
təmizləməkdə fəal rol oynadı. 18-ci ordunun əsgəri Qafur Məmmədov
Tuapse uğrun- da döyüşlərdə igidlik göstərdi, bir döyüşdə 13 faşist
əsgərini məhv etdi, həyatı bahasına komandirini ölümdən qurtardı,
ölümündən sonra ona Sovet ittifaqı Qəhrəmanı adı verildi. Döyüşlərdə
göstərdiyi əsgəri rəşadətə görə 43-cü atıcı briqadanın vzvod komandiri
İdris Süleymanov da bu ada layiq görüldü.
Faşist ordulannın Qafqazda darmadağın edilməsi ölkənin cənub
rayonlannı, o cümlədən Azərbaycanı, ilk növbədə Bakını faşist istilası
təhlükəsindən qurtardı, düşmənin bu rayonla, habelə Yaxın və Orta
Şərqlə bağlı planlanni pozdu.
Azərbaycanlılar Stalinqrad döyüşlərində də mərdliklə vuruşdular. İki
ay ərzində Baloğlan Abbasovun snayperlər qrupu üç minə qədər düşmən
əsgəri və zabitini məhv etdi. Döyüşlərdən birində igid komandir
qəhrəmanlıqla həlak oldu.
Sovet ordusu 1942-ci ilin qışında əks-hücuma keçib faşist
qoşunlarını mühasirəyə aldı. Döyüşlərdə podpolkovnik Həzi Aslanovun
55-ci əlahiddə tank polku böyük qəhrəmanlıq göstərdi. Həzi Aslanova
Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Stalinqrad ətrafında 1943-cü ilin fevralında alman-faşist ordusu
tamamilə darmadağın edildi. Sovet ordusu həmin il ölkənin işğal
olunmuş ərazisinin yansını geri qaytardı. Dünyanın bütün ölkələrində
antifaşist hərəkatı gücləndi. Faşist bloku daxilində böhran dərinləşdi. İtali
348
yada faşist rejimi dağıldı və bu ölkə müharibədən çıxdı. Antihitler
koalisiyası isə, əksinə, getdikcə güclənirdi. Müttəfiqlərin l943-cü ilin
noyabrında keçirdiyi Tehran konfransında faşist Almaniyasına qarşı
A\
TO
-
pada ikinci cəbhə açmaq haqqında qərar qəbul edildi.
Sovet ordusunun Qafqaz və Stalinqrad döyüşlərində parlaq qələbəsi
müharibənin gedişində əsaslı dönüşün başlanğıcını qoydu. 1943-cü ilin
yayında Sovet ordusunun yeni qüvvətli hücumu başlandı. Bütün
cəbhələrdə azərbaycanlı döyüşçülər fədakarlıqla vuruşurdular. Oryol
şəhəri üzərində qələbə bayrağını ilk dəfə serjant H.Əjdərov qaldırdı.
Oryol-Belqorod rayonunda leytenant M.Bağırov, Dnepr uğrunda
vuruşmalarda M.Məhərrəmov, S.Kazımov, Kerç körfəzinin keçilməsində
M.Quliyev böyük igidlik göstərdilər.
Hərbi təyyarəçilərdən A.Quliyev, Z.Seyidməmmədova döyüş
xidmətləri ilə fərqləndilər. 416-cı diviziya 1943-cü il avqustun 30-da Ta-
qonroq şəhərinin azad edilməsində böyük qəhrəmanlıq göstərdi və Ali
Baş Komandanlığın əmrilə ona fəxri «Taqonroq diviziyası» adı verildi.
Bu diviziya oktyabr ayında Melitopolun faşistlərdən azad edilməsində
fərqləndi və «Qırmızı Bayraq» ordeni ilə təltif olundu. Sentyabnn
əvvəllərində 271-ci diviziya «Donetsk əməliyyatında fəal iştirak etdi,
göstərdiyi rəşadətə görə ona fəxri «Qorlovka diviziyası» adı verildi.
1944-cü ildə Sovet ordusunun mühüm qələbələri nəticəsində SSRİ
ərazisi faşist işğalçılarından tamamilə azad edildi. Həmin il 416-cı
Azərbaycan diviziyası 5-ci zərbə ordusunun tərkibində Dneprin
keçilməsində, Nikolayev və Kişinyov şəhərlərinin azad olunmasında
iştirak etdi. Odessa şəhərinin azad olunmasında fərqləndiyinə görə o,
ikinci dərəcəli Suvorov ordeni ilə təltif edildi. 1944-cü il aprelin 13-də
77-ci Azərbaycan diviziyasının döyüşçüləri Simferopolun düşməndən
təmizlənməsində böyük igidlik göstərdilər, hissəyə fexri «Simferopol
diviziyası» adı verildi. Bu diviziya Sapun-Qara yüksəkliyinin
alınmasında göstərdiyi rəşadətə görə ikinci Suvorov ordeni ilə təltif
edildi. 1944-cü ilin yayında 77-ci diviziya Pribaltika cəbhəsinə
göndərildi, Pribaltika respublikalarının. Şərqi Prusiyanın faşistlərdən
azad olunmasında iştirak etdi.
General-mayor Həzi Aslanovun komandanlıq etdiyi 35-ci qvardiya
tank briqadasının döyüşçüləri 1944-cü il iyunun 23-30-da böyük igidlik
göstərərək Berezna çayını keçib Pleşenitsi şəhərini, daha sonra 580
yaşayış məntəqəsini faşistlərdən təmizlədi, düşmənin çoxlu texnikasını və
canlı qüvvəsini sıradan çıxartdı. 3-cü Belorusiya cəbhəsi əsas qüv
349