Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə132/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   216

Əhməd  Kəsrəvi  və  başqalan  tərəfindən  qoyulmuş  «nəzəriyyə»  ilə 

əsaslandınlırdı. Azərbaycanın iki qonşu dövlət arasında bölünməsi və öz 

vahid  dövlətçiliyini  itirməsindən  sui-istifadə  edilərək  icad  edilmiş  bu 

qondarma  nəzəriyyəyə  görə  həmin  diyarın  şimal  hissəsi  guya  heç  vaxt 

Azərbaycan adını daşımamış (Alban-Aran adına sahib olmuş), şimalda və 

cənubda  yaşayan  əhali  isə  tarixən  və  müasir  dövrdə  etnik  cəhətdən 

müxtəlif  uluslara  mənsub  olmuşdur.  Uydurulmuş  və  tarixi  həqiqətlərə, 

tarixi mənbələrin verdiyi məlumatlara tamamilə əks olan bu «nəzəriyyə» 

sahibləri xalqın böyük bir hissəsini - cənubda yaşayan əhalini onun əslən 

fars  mənşəli  olmasına,  əslən  fars  dilinin  yerli  bir  ləhcəsi  kimi  qələmə 

verdikləri dilin sonradan Səlcuqlann gəlişi ilə türkləşməsinə inandırmağa 

çalışırdılar. 

Rza şahın mərkəzləşmiş güclü dövlət yaratmaq məqsədilə apardığı 

inzibati  siyasəti  də  qeyri-fars  millətlərin  varlığına,  onlann  milli 

təmərküzləşməsinə  qarşı  çevrilmişdi.  Rza  şah  hakimiyyətinin 

azərbaycanlılara  qarşı  apardığı  antitürk  siyasəti  30-cu  illərin sonlarında 

apardığı  yeni  inzibati  bölgüdə  öz  zirvəsinə  yetdi.  Belə  ki,  1937-ci  ilin 

noyabrında  təsdiq  edilmiş  yeni  inzibati  bölgüyə  görə  tran  10  ostana 

(vilayətə) bölündü və Azərbaycan ərazisi üçüncü («Şərqi Azərbaycan», 

mərkəzi Təbriz şəhəri), dördüncü («Qərbi Azərbaycan», mərkəzi Urmiya 

şəhəri) və əsasən Azərbaycan torpaqlanndan ibarət olan birinci («Gilan», 

mərkəzi Rəşt şəhəri) ostanlara aynlmış oldu. Azərbaycanın tarixi ərazisi 

olan  Həmədan  vilayəti  isə  beşinci  («Kürdüstan»,  mərkəzi  Senən-  dəc 

şəhəri)  ostana  qatılmışdı  (sonrakı  dövrlərdə  bu  bölgüdə  başlıca  olaraq 

qeyri-fars  millətlərdə  milli  formalaşma  proseslərinə  əngəl  yaratmaq 

məqsədilə  daha  bir  sıra  mühüm  dəyişikliklər  edildi,  o  cümlədən 

Azərbaycan adını daşıyan ostanlann ərazisi yeni bölgülərə və azalmalara 

məruz qaldı). 

Beləliklə,  Rza  şah  hakimiyyəti  tranda  feodal  zülmünü  müəyyən 

qədər  məhdudlaşdırmış  olsa  da,  ölkədə  keçmişdə  görünməmiş  amansız 

milli  zülm  siyasətinin  əsasını  qoydu.  Azərbaycan  türklərinə  qarşı  daha 

çox qəddarlıqla həyata keçirilən bu siyasət mahiyyətcə Azərbaycanın və 

Azərbaycan türklərinin vahidliyinə qarşı çevrilmişdi. 

337 



X I I   F Ə S t L  

AZƏRBAYCAN ÖCİNCt DÜNYA MÜHARİBƏSİ 

İLLƏRİNDƏ 

§ 1. Müharibənin başlanması. Xalqın faşizmə qarşı 

mübarizəyə səfərbər edilməsi 

Tərəflər və 

Beynəbcalq vəziyyət 30-cu illərdə xeyli gərgin- 

niyyətlər 

ləşmişdi. Dünya müharibəsi təhlükəsi yaranmışdı. Xammal 

mənbələri,  bazarlar,  müstəmləkələr,  dünya  ağalığı  uğrunda  mübarizə 

artıq dinc siyasi vasitələrlə davam etdirilə bilmirdi. İngiltərə və Fransa öz 

müstəmləkələrini qoruyub saxlamağa, yeni torpaqlar, nüfuz dairələri ələ 

keçirməyə,  Almaniyanı  və  SSRİ-ni  qarşı-qarşıya  qoymağa,  onların  hər 

ikisini  zəif  salmağa,  həm  faşizmə,  həm  də  dünya  inqilabına  can  atan 

kommunizmə öldürücü zərbələr vurmağa çalışırdılar. Almaniya,  İtaliya 

və  Yaponiya  xammal,  satış  bazarları,  təsir  dairələri  əldə  etmək,  bunun 

üçün  dünyanı  yenidən  bölüşdürmək  istəyirdilər.  Avropada  yaranmış 

siyasi  nisbətləri  saxlamağa  hələlik  tərəfdar  olan  ABŞ  Şərqi  və 

Cənub-Şərqi Asiyada öz mövqelərini möhkəmləndirmək niyyətində idi. 

Böyük Britaniya, Fransa və ABŞ-ı ən çox narahat edən SSRİ-nin maddi 

sərvətlərinin  onun  sosializm  yoluna  çəkməyə  çalışdığı  Almaniyanın 

texnoloji  imkanlan  ilə  birləşdirilməsi  təhlükəsi idi.  Buna  görə  də  onlar 

Almaniyada  faşistlərin  hakimiyyətə  gəlməsinə  və  möhkəmlənməsinə, 

demək  olar  ki,  kömək  etdilər.  Bu  ölkələr  Almaniyanın  Mərkəzi 

Avropadakı  maraqlannm  qismən  təmin  olunmasına,  Avstriyanın, 

Çexoslavakiyanın  ona  birləşdirilməsinə  razılıq  verən  Münhen 

sövdələşməsinə  (1938-ci  il  29  sentyabr)  faşizmi  kommunizmə  qarşı 

qoymaq vasitəsi kimi baxırdılar. Onlar Yaxın Şərqdəki mövqelərini möh- 

kəmləndimək  üçün  Cənub-Şərqi  Avropaya,  Qara  dəniz  boğazlanna, 

Cənubi  Qafqaza,  xüsusən Azərbaycana,  Bakı  neftinə  sahib  olmağa  can 

atırdılar. 

3 3 8  



SSRİ  şimalda  Finlandiyanı,  cənubda  İran  körfəzinə  qədər  ərazini, 

Bolqanstanı öz nüfuz dairəsinə almaq, Şimali Saxalində Yaponiyanın neft 

və  kömür  çıxarmaq  hüququnu  ləğv  etmək,  Kerzon  xəttindən  (Versal 

sülhünə  görə  Polşanın  şərq  sərhədi)  şərqdə  Polşa,  Pribaltika,  Qərbi 

Ukrayna,  Qərbi  Belorusiya,  Bessarabiya  və  Şimali  Bukovinanı  ələ 

keçirmək, Bosfor və Dardaneldə hərbi bazalar yaratmaq istəyirdi. O, qərb 

dövlətləri  arasında  ziddiyyətlərin  kəskinləşməsinə,  hərbi  toqquşmalar 

nəticəsində  onların  zəifləməsinə,  dünya  inqilabı,  kommunist  rejimi 

ölkələrin çoxalması üçün münasib şərait yaranmasına çalışırdı. 

İri dövlətlərin heç biri SSRİ-yə ciddi hərbi-iqtisadi qüvvə, müttəfiq 

kimi yanaşmırdılar. Generalları «xalq düşməni» elan edilib başsız qalmış 

ordusu, inkişaf sürətini xeyli azaltmış sənayesi və tez-tez büdrəyən kənd 

təsərrüfatı  olan  bu  ölkəyə  belə  münasibət  təbii  idi.  Xarici  dövlətlər 

SSRİ-yə  zorla  birləşdirilmiş,  mərkəzdən  və  bir-birindən  asılı  vəziyyətə 

salınmış,  istismar  olunduğunu  dərk  edən  və  gizli  münaqişədə  olan 

xalqların  süni  ittifaqı  kimi  baxır,  onun  davamlılığına  inanmırdılar. 

«Kazarma  sosializmi»nin  ölkəni  ekstremal  hallarda  vahid  düşərgəyə 

çevirmək, səfərbər etmək imkanları düzgün qiymətləndirilmirdi. Bununla 

belə,  bu  dövlətlərin  heç  biri  SSRİ-nin  digər  dövlətlərlə  yaxınlaşmasım 

istəmirdilər.  Beynəbcalq  təhlükəsizlik  sistemi  yaratmaq  sahəsində 

qeyri-ciddi  cəhdlər  göstərməklə,  bir  tərəfdən  bu  işin  təşəbbüsçüsü  olan 

SSRİ,  digər  tərəfdən  Böyük  Britaniya  və  Fransa,  əslində  bir-birini 

Almaniya ilə müqavilə bağlamaqdan çəkindirməyə çalışırdılar. Buna görə 

də  1939-cu  ilin  martından  beş  ay  davam  etmiş  danışıqlann  nəticəsi 

olmadı. 

Öncə  ABŞ,  Böyük  Britaniya  və  Fransa  ilə  yaxınlaşan  və  onlarla 

birlikdə  Yaponiyanı  SSRİ-yə  qarşı  qoyan  faşist  Almaniyası  Qırmızı 

Ordunun  Uzaq  Şərqdəki  qələbələrindən  nəticə  çıxanb  (Sovet  Ordusu 

1938-ci ilin iyul-avqust aylannda Xasan gölü rayonunda SSRİ, 1939-cü 

ilin  may-avqust  aylannda  isə  Xabcin-qol  tərəfdə  onun  müttəfiqi  olan 

Monqolustan  ərazilərinə  hücum  etmiş  yapon  silahlı  qüvvələrini  ağır 

məğlubiyyətə  uğratmışdı)  mövcud  qüvvələri  ilə  şərqdə  müvəffəqiyyət 

qazana  bilməyəcəyinə  əmin  olaraq  Qərbi  Avropanı  özünə  tabe  etmək 

üçün Moskva ilə yaxınlaşmağa başladı və ona müqavilə bağlamağı təklif 

etdi. İki ölkə arasında 1939-cu il avqustun 23-də on il müddətinə hücum 

etməmək haqqında müqavilə bağlandı. Bu vasitə ilə SSRİ iki cəbhədə - 

qərbdə  və  şərqdə  müharibə  aparmaq  təhlükəsindən  qurtardı,  ölkənin 

müdafiə qabiliyyətini artırmaq üçün vaxt qazandı (baxmayaraq ki, bu 



339 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə